Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-346/2021 07.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, iddiaçıların nümayəndəsi və vəkili X1, cavabdeh X5 nümayəndəsi X3, nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müddətin bərpa edilməsi, yeni vərəsə kimi tanınıb payların müəyyən edilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasmda baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri 18 saylı notariat ofisinə qarşı “müddətin bərpa edilməsi, yeni vərəsə kimi tanınıb payların müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nənələri X4 miras qalmış Bakı şəhəri, Xətai rayonu, 5-ci Qəsəbə küçəsi, 16 saylı evi qəbul etmələri faktının müəyyən olunması, vərəsəlik şəhadətnaməsi alınması üçün müddətin bərpa olunması, vərəsə kimi tanınmaları və paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdırlar ki, Bakı şəhəri, Xətai rayonu, 5-ci qəsəbə küçəsi, 16 saylı evin sahibi olmuş mərhum nənələri X15 1994-cü ildə vəfat etmişdir. Onun ölümü ilə mülkiyyətində olan sözü gedən mübahisə predmeti onun 3 övladı arasında faktiki olaraq bölünmüşdür. Belə ki, X6 3 övladı olmuşdur:
1. xx.xx.1930-cu il təvəllüdlü Nəsibə Dadaş qızı;
2. xx.xx.1939-cu il təvəllüdlü Əsgər Dadaş oğlu;
3. xx.xx.1942-ci il təvəllüdlü X19. Sözü gedən mübahisə predmeti mərhum nənələrinin övladları-vərəsələr tərəfindən faktiki olaraq qəbul edilmişdir. Beləki, onların hər birinə məxsus ayrıca tikili mövcuddur ki, hər biri ayrılıqda öz əmlaklarına dair istifadə hüquqlarını realizə etmişdirlər. İddiaçı1, X23 xx.xx.2015-ci il tarixdə vəfat edənə kimi nənəsinə məxsus həyət evində yaşamışdır. Nənəsinin köməyi ilə həmin həyətdə özünə 2 otaqlı ayrı mənzil tikib vəfat edənə kimi orda qeydiyyatda olub, yaşamışdır. Anası vəfat etdiyi gündən ünvan 1 ünvanda olan evə bugünə kimi sahiblik edir, həmin evin saxlanmasına, təmizlənməsinə, idarə olunmasına baxır. X23 xx.xx.2012-ci ildə bütün əmlakını ona vəsiyyət etmişdir. Faktiki anasına məxsus mirası qəbul etmiş, lakin həmin mirasın rəsmiləşdirmək lazım olduğunu bilməmişdir. Eyni zamanda həyat yoldaşı 2011-ci ildən ağır yataq xəstəsi olduğundan ona qulluq etmişdir. Əmlakın rəsmiləşdirilməsinin müddəti olduğunu bilməmiş və xəstəyə olan qayğılarına görə vaxtı da olmamışdır.Bacısı Dürdanənin atası vəfat etdikdən sonra, ona bildirilmişdi ki, atasının əmlakına görə vərəsəlik şəhadətnaməsi almalıdır. Analarına məxsus murası qəbul etdiklərindən həmin əmlaka da vərəsəlik şəhadətnaməsi almağı qərara almış və 18 saylı notariusa müraciət etmişlər. Lakin onlara müddəti buraxdıqları və məhkəməyə müraciət etmələri bildirilmişdir. Anasının sağlığında ona məxsus, hal-hazırda vərəsəlik qaydasında özünə çatmalı olan əmlakdan istifadə etmiş, həmin fərdi yaşayış evini tez-tez ziyarət etmişdir. Rəsmi qaydada vərəsəlik hüququnu əldə etmək üçün anasının vəfatından sonra miras üzrə məcburi payların, eyni zamanda anasının vəsiyyətinə əsasən ona vəsiyyət edilmiş əlavə payların müəyyən edilməsi üçün müraciət etməmişdir. Çünki buna səbəb olacaq hər hansı bir addım cavabdehlər tərəfindən atılmamışdır. Anasının sağlığında, onun ölümündən sonra da vərəsə kimi payından istifadə etmiş, həmin evə gediş-gəlişi olmuş, hətta həmin evdə qonaq da qəbul etmişdir. Həyat yoldaşı X20 2019-cu ildə vəfat etmişdir. Onun səhhətində baş verən kəskin pisləşmə səbəbindən daimi qulluğa ehtiyacı vardı, buna görə də həmin zaman ərəfəsində sözü gedən evə gedə bilməmiş və evdən stifadə etməyə fürsəti olmamışdır. Həyat yoldaşı vəfat etdiyi zaman 40 mərasimdən sonra həmin evə getmək istədikdə, evə daxil olan zaman cavabdehlər tərəfindən polis əməkdaşları çağırılmış, onun həmin evdən məcburi şəkildə çıxarılması tələb edilmişdir. Həmin gündən sonra sözü gedən evə daxil ola bilmir. Bundan sonra cavabdehlər tərəfindən məcburi payı olan əmlak üzərində hüquqları məhdudlaşdırmağa başlanılmış, evin qapı kilidi cavabdehlər tərəfindən dəyişdirilmiş, faktiki olaraq onun həmin əmlakdan istifadə hüququnu həyata keçirməsinə yönəlmiş bütün maneələrə əl atılmışdır. İddiaçı2, anası X7 xx.xx.2018-ci il tarixdə vəfat etdiyi gündən Xətai rayonu 5-ci Qəsəbə küç. ev 16-da nənəsindən anasına qalan hissəyə sahiblik edir. Xalası Nəsibəyə nənəsi öz həyətində ev tikməyə kömək etmişdir və anasına deyirdi ki, 5 otaqlı öz evi Əzizə və dayısı Əsgərindir. Dayısı Əsgər xəstə olduğuna görə, 1977-ci ildə ailəsindən ayrılmış və 1994-cü ildən anası Əliyeva Əzizə və o vəfat edənə kimi baxıb, qayğısına qalmışlar. Dayısı Əsgər 2000-ci ildə vəfat etmişdir. Anası 2018-ci ildə vəfat etdikdən sonra, atasının vəziyyəti daha da ağırlaşmışdır. Atası gəmidə işləyərkən travma almış, 2017-ci ildən xəstəlikləri ilə əlaqədar yeriyə bilmirdi. Anası vəfat etdikdən sonra nənəsindən qalan mirası faktiki qəbul etsə də, rəsmiləşdirmək lazım olduğunu ona heç kim başa salmamışdır. Atasına qulluq etdiyinə görə mirasın rəsmiləşdirmək lazım olması ilə maraqlana bilməmişdir. 2020-ci il aprel ayında atası Əliyev Sa-Əli vəfat etdikdə onsa mirası rəsmiləşdirmək lazım olduğu deyilmişdir. Anasına məxsus mirası da rəsmiləşdirmək istədikdə ona müddətin buraxıldığını bildirmişdirlər. Anasının sağlığında ona məxsus, hal-hazırda vərəsəlik qaydasında özünə çatmalı olan əmlakdan istifadə etmiş, həmin fərdi yaşayış evini tez-tez ziyarət etmişdirr. Vərəsəsi olduğu əmlakı faktiki olaraq qəbul etmişdir. Bəli, doğrudur, rəsmi qaydada vərəsəlik hüququnu əldə etmək üçün anasının vəfatından sonra vərəsə üzrə məcburi payın müəyyən edilməsi üçün müraciət etməmişdir. Çünki buna səbəb olacaq hər hansı bir addım cavabdehlər tərəfindən atılmamışdır. Həmçinin, 2018-ci il tarixində atasının beyninə qan sızması nəticəsində yataq xəstəsi olmuşdur. Onun səhhəti ilə bağlı daimi qulluğa ehtiyacı olduğundan qızı kimi onun qulluğunda durmuşdur. 2020-ci ilin mart ayında atası Əliyev Şa-əli Nadir oğlu rəhmətə getmişdir. Atasına qulluq etdiyi 2018-2020-ci illər ərzində daimi olaraq mübahisə predmeti olan evdən istifadə edə bilməmişdir. Məhz buna görədə, anasının vəfat etməsindən sonra cavabdehlər tərəfindən məcburi payı olan əmlak üzərində hüquqları məhdudlaşdırmağa başlanılmış, evin qapı kilidi cavabdehlər tərəfindən dəyişdirilmiş, faktiki olaraq onun həmin əmlakdan istifadə hüququnu həyata keçirməsinə yönəlmiş bütün maneələrə əl atılmışdır. Daha sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 əsl olmayan tərəfin əvəz olunmasına dair ərizə verərək cavabdeh Bakı şəhəri 18 saylı notariat kontorunun əsl cavabdeh X16 ilə əvəz olunmasını xahiş etmişdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən əsl olmayan tərəf əsl cavabdeh X16 ilə əvəz olunmuşdur. Cavabdeh1 iddia tələbinə etiraza dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, mübahisələndirilən əmlak özbaşına tikilidir və miras əmlak predmeti deyildir. Daha sonra bu nöqteyi-nəzərdən hec bir miras əmlakın faktiki qəbulu, qanuni vərəsəliyi, eləcə də irsi transmissiyanın bu hala münasibətdə hallandırılması yolverilməz və qanunaziddir. Belə ki,özbaşına tikili özü qanunsuz tikilidir. Azərbaycan Respublikası MM-nin 146.2-ci maddəsində qeyd edilir ki, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış əmlak barədə əqdlərin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əqdlər etibarsız sayılır. Həmin məcəllənin 152-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq ,ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, vəfat etmiş şəxsin həmin əmlak üzərində sərəncam veımək hüququ olmamışdır. Belə ki, həmin yaşayış sahəsində o, ailəsi ilə birgə yaşamış və hazırda da yaşayır. Bu nöqteyi-nəzərdən də mirasın qəbulu absurddur. Bundan başqa, Azərbaycan Respublikası MM-nin 180-cı maddəsinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq icarəyə vermək və digər əqdlər bağlamaq ixtiyarı yoxdur. İddiaçılar məhkəməyə miras qoyanın öldüyü məqamadək həmin tikintiyə əmlak hüququnu təsdiq edən dövlət reyestrində qeydiyyatdan keçmiş sənəd təqdim edə bilməmişlər. Bu isə ona dəlalət edir ki iddiaçıların sübutetmə yükü yox dərəcəsindədir. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2, onların nümayəndəsi və vəkili X8 iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olinması barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdeh X5 nümayəndəsi X12 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, Cavabdeh1 ilə 2002-ci ilin dekabr ayında nikaha daxil olduqdan sonra hazırda yaşadıqları ünvana köçmüşdür. Tərlan əvvəllər də həmin ünvanda yaşamışdır. Həmin ünvanda yaşadığı müddət ərzində həyətə iddiaçılar gəlib-getməmişdir. Həmin tikililər Tərlan tərəfindən tikilmişdir. Tərlanın bibisi, yəni Nəsibə Dadaş qızı həmin tikilidə sığınacaq kimi yaşamışdır. Elmiranın anasının sığınacaq kimi istifadə etdiyi evdə dəyərsiz, istifadəsiz əşyalar vardır. Məhkəmə iclasında cavabdeh X5 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək iddia ərizəsinə etirazda göstərilənlərə uyğun izahat vermiş və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmış Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, iddiaçıları uşaqlıqdan tanıyır. X24 qonşuluq münasibətləri var. Həmin həyətyanı yaşayış sahəsində Elmiranın anası özünə ev tikib yaşamışdır. Orada Tərlanın atası Əsgərdə yaşamışdır. Elmiranın anası uzun illər orada yaşadıqdan sonra 2015-ci il tarixində vəfat etmişdir. Elmira evlənənə qədər anası birlikdə yaşayırdı. Evləndikdən sonra oradan köçmüş, lakin anası həmin evdə yaşamağa davam etmişdir. Ailəsi ilə yaşadığı dövr ərzində anasının yanına gedib gəlmişdir. Elmiranın yaşadığı ev ilə anasının yaşadığı ev arasında məsafə təqribən 15-20 metr məsafədə olardı. Elmiranın anası vəfat etdikdən sonra da o, onun yaşadığı evə gedib gəlmişdir. Tərlan və onun ailəsi hazırda Elmira və Dürdanənin həmin həyətə və evə girməyinə imkan yaratmırlar. Dürdanə də Elmira kimi həmin həyətə tez-tez gedib gəlmiş, dayısı Əsgərin xəstə olduğu dövrdə onun yanında olaraq ehtiyaclarını qarşılamışdır. Tərlan gəlib baxmayıb ona. Əsgərin anası 1994-cü ildə vəfat etmişdir. Əsgər isə 2000-ci ildə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, iddiaçıları tanıyır. Bibisigilə gedib-gəlmişdir. Bibisinin üç övladı olmuşdur. Əzizə, Nəcibə və Əsgər. Səlimə bibisi 1994-cü ildə vəfat etmişdir. Onlarla uşaqlığı bir yerdə keçmişdir. Hazırda da bibisinin yaşadığı həyətə yaxınlıqda yaşayır. Nəsibə evlədikdən sonra həmin evdən köçüb getmiş, daha sonra boşanaraq həmin evə geri dönmüşdür. Bibisi ona həmin həyətdə ev tikməsi üçün şərait yaratmış, Nəsibə özünə ev tikərək 2015-ci ilə qədər orada yaşamışdır. Həmin həyətdə Nəsibənin evi qapı ilə üzbəüzdə yerləşən tikilidir. Vəfat etmədən öncə Elmira onu öz yanına aparmış, xəstəliyi səbəbilə ona baxmışdır. Nəsibə vəfat etdikdən sonra Elmira həmin həyətə gedib-gəlirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, iddiaçılar və cavabdeh anasının bibisi nəvələridir. Özü nənəsigildə böyümüşdür. Səlimə anasının bibisi olmuşdur. Dürdanənin anası Əzizə Səlimənin qeydinə qalmışdır, Səlimə də həmin tikilidən bir hissəni Əzizəyə miras qoymuşdur. Bu məsələni bütün nəsil bilir. Tərlanın hazırda həmin evdə yaşamasının səbəbi Əzizə xaladır. Əzizə xala Tərlanı ona görə gətirmişdi ki, onun atası Əsgərə baxsın. Əsgər həmin ərəfədə xəstə idi. Əzizənin qızı Dürdanə həmişə o evə gedibgəlmişdir. Qonşuluqda yaşadığı üçün həmin həyətə Dürdanə və Elmiranın həmişə gedibgəldiyini görmüşdür. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakin Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, 5-ci Qəsəbə küçəsi, 16 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən 1962-ci il sentyabr ayında tərtib olunmuş "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyasına və qiymətləndirilməsinə aid pasport"dan və “Evlər idarəsi üzrə texniki inventarizasiyasının ev sahibliyinin” kartoçkasının surətlərindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış məntəqəsi, 5-ci Qəsəbə küçəsi, 16 saylı evin sahibi kimi X6 adına qeydiyyata alınmışdır. İİ-JQ seriyalı, 487145 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1994-cü ildə vəfat etmişdir. AZ seriyalı, ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx.xx.1960-ci ildə anadan olmuşdur. Anası qrafasında Nəsibə Dadaş qızı qeyd edilmişdir. AA seriyalı, 455026 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Nəsibə Dadaş qızı xx.xx.1930-cu ildə anadan olmuşdur. Anası qrafasında Səlimə Eybət qızı qeyd edilmişdir. xx.xx.2012-ci il tarixində 18 saylı notariat ofisində rəsmiləşdirilmiş vəsiyyətnamənin surətindən görünür ki, Bakı şəhəri, 5-ci Qəsəbə küçəsi, ev 16-da yaşayan Nəsibə Dadaş qızı həmin vəsiyyətnamə ilə ölən günədək ona məxsus olan bütün əmlakını Bakı şəhəri, 5-ci Qəsəbə küçəsi, ev 29-da yaşayan İddiaçı1 vəsiyyət etmişdir. AZ-İ seriyalı, 766189 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Nəsibə Dadaş qızı xx.xx.2015-ci ildə vəfat etmişdir. AZ seriyalı, ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx.xx.1968-ci ildə anadan olmuşdur. Anası qrafasında X19 qeyd edilmişdir. İ-İE seriyalı, 282055 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.1942-ci ildə anadan olmuşdur. Anası qrafasında Səlimə Eybət qızı qeyd edilmişdir. AZ-İ seriyalı, 951694 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2018-ci ildə vəfat etmişdir. AZ-İ seriyalı, 629147 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əsgər Dadaş oğlu xx.xx.2000-ci ildə vəfat etmişdir. Xətai rayonu 22 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının ünvan 2 ünvanladığı xx.xx.2020-ci il tarixli arayışlardan müəyyən olunur ki, Əliyev Şa-əli Nadir oğlu xəstəxanada 2012-ci ildən “Ürəyin işemik xəstəliyi. Aterosklerotik kardioskleroz. Arterial hipertenziya İİİ dərəcə. Durğunluq ürək çatmamazlığı 1İİ-İV f.s. Şəkərli diabet 11 tip. Orta-ağır forma” diaqnozları ilə dispanser qeydiyyatda olmuşdur. Vaxtaşırı olaraq stasionar və ambulator müalicələr almışdır. Xəstə xx.xx.2020-ci ildə vəfat etmişdir. X17 xəstəxanada 2011-ci ildən “Ürəyin işemik xəstəliyi . Gərginlik stenokardiyası. İİ f.s. Arterial hipertenziya İİ dərəcə. Şəkərli diabet İİ tip. Orta-ağır forma. Sol tərəfli eksudativ plevrit.” Diaqnozları ilə dispanser qeydiyyatda olmuşdur. Vaxtaşırı olaraq stasionar və ambulator müalicələr almışdır. Xəstə xx.xx.2019-cu ildə vəfat etmişdir. Əhmədli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, ünvan 3 ünvan xüsusi mülkiyyət olmadığı üçün 2 savlı forma arayışı təqdim etmək mümkün olmamışdır. Hazırda həmin ünvanda xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh1, oğlu - xx.xx.2005-ci il təvəllüdlü X18 və qızı xx.xx.2007-ci il təvəllüdlü X10 qeydiyyatdadırlar. Cavabdeh1 tərəfindən təqdim olunmuş sənədlər əsasında müəyyən olunur ki, mübahisəli ünvan üzrə kommunal xidmət üzrə müqavilələr onun adına bağlanmışdır. Evin yerləşdiyi torpaq sahəsinə görə ödənişlər onun tərəfindən aparılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1243.2-ci maddəsinin tələbinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx xxxxxxx 2020-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə “Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1151.1 və 1153-cü maddələri). Göründüyü kimi, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəlİənİn 146.2-ci maddəsinə görə, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəlİənİn 146.3-cü maddəsinə görə isə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mübahisənin mahiyyətinə münasibətdə nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Baxılan iş üzrə iddiaçılar belə bir iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olduğunu təsdiq etmək üçün ilk növbədə mübahisəli əmlaka mirasqoyanların mülkiyyət və ya digər əmlak hüquqlarının mövcud olduğunu təsdiq edən sübutlar təqdim etməli olduqları halda bunu edə bilməmişdirlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 isə müddətin buraxılmasının yeganə sübut qismində qanunu bilməmələrini əsas gətirmiş, məhkəməyə İddiaçı1 həyat yoldaşı X11 və İddiaçı2 atası Əliyev Şa-əli Nadir oğlunun xəstəlikləri ilə bağlı vərəsəliyin rəsmiləşdirilməsi müddətini ötürdükləri barədə xəstəlik tarixçələrini təqdim etmişdirlər. Yuxarıda qeyd edildiyi kimi, mirasqoyan X15 xx.xx.1994-cü ildə vəfat etmişdir. Mülki Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Belə olan halda, xx.xx.1994-cü il tarixi mirasın açıldığı vaxt hesab olunur. Məhkəmə tərəfindən müəyyən edilir ki, mirasın açıldığı vaxt iddiaçıların anaları sağ olmuş, mirasın açıldığı yerdə olmuş, deməli qanunla müəyyən olunmuş mirasın qəbulu üsullarından istifadə etməklə mirası qəbul etmək üçün müəyyən hərəkətləri etməyə imkanları olmuşdur. Bundan əlavə, Nəsibə Dadaş qızı miras açılandan 11 il, X19 14 il sonra vəfat etmələrinə baxmayaraq, öz sağlıqlarında mirasın onların adlarına rəsmiləşdirilməsini həyata keçirməmişdir. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin iddiaçılar mərhum analarının mirası faktiki üsulla qəbul etdiyini bildirmələrinə baxmayaraq, bu dəlillərini hər hansı sübutla təsdiq edə bilməmişlər. Halbuki, Konstitusiyanın 72-ci maddəsinin İİİ hissəsinə əsasən qanunu bilməmək məsuliyyətdən azad etmir. Mülki Məcəllənin 9.3-cü maddəsinə əsasən, qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, araşdırılmış sübutlarla Bakı şəhəri, Xətai rayonu, 5-ci Qəsəbə küçəsi, 16 saylı fərdi yaşayış evinin müvafiq dövlət reyestrində qeydiyyatdan keçməməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 nənələri X6 qanuni əsaslarla mülkiyyətində olmaması təsdiq edilmişdir. Həmçinin, iddiaçılar tərəfindən mirasın qəbul olunmuş sayılması barədə iddialrı qanunvericiliklə nəzərdə tutulmuş müddətin buraxılması ilə verilmiş, müddətin buraxılmasının üzrlü səbəbləri barədə heç bir mötəbər sübut təqdim edilməmişdir. Ona görə də, iddia tələbi əsassız olduğuna görə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1.,80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq,
Q Ə T E T D İ:
İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müddətin bərpa edilməsi, yeni vərəsə kimi tanınıb payların müəyyən edilməsi tələbinə dair” iddiaları təmin edilməsin. Məhkəməyə müraciət edilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Sərdar Mehrəliyev