Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3470/2025 06.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Qax rayonu Almalı icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 15 saylı xx.xx.2012-ci il tarixli ölüm haqqında akt qeydində X4 yazılmış ölən şəxsin digər sənədlərdə X5 göstərilən şəxslə eyni şəxs olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixində iddia tələbinin dəqiqləşdirilməsinə dair Ərizə ilə məhkəməyə müraciət edərək Ərizəçi X9 qızı olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, mərhum X7 rayonunda anadan olmuşdur. Bütün rəsmi sənədlərdə onun adı Məcid olaraq yazılmışdır, yalnız Ərizəçi məxsus Doğum haqqında Şəhadətnamədə və Şəxsiyyət vəsiqəsində Abdul olaraq yazılmışdır. Mərhumu vaxtı ikən kənd yerində Abdulməcid, Məcid və Abdul kimi çağırmışdırlar. Əvvəllər onun adının bu formada yazılması sənədləşmə işlərində hər hansı çətinlik yaratmasa da, hazırda ona məxsus olan torpaq sahəsinin vərəsəlik qaydasında Ərizəçi adına sənədləşdirilməsi zamanı problem yaranmışdır. Ərizəçinin Doğum haqqında Şəhadətnaməsində və Şəxsiyyət vəsiqəsində atasının adı Abdul olaraq yazıldığı, digər sənədlərdə isə Məcid olaraq yazıldığı üçün Vərəsəlik haqqında Şəhadətnaməni ala bilmir. Ərizəçi valideynlərinin yeganə övladıdır. Bu halla bağlı Maraqlı şəxsnə müraciət edilsə də, nəticə əldə olunmamışdır. Sonda ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxsnə məlumat verilsə də, o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsi və vəkilinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında X17 şahid qismində ifadə verərək izahatında bildirmişdir ki, Ərizəçi onun həyat yoldaşıdır, X14 isə onun qaynatasıdır. Həmçinin mərhum onun uzaq qohumu idi, xalası oğlu isə mərhumun qonşuluğunda yaşayırdı. Hacıyev Məcidi şəxsən tanıyır, ona həmişə “Məcid dayı” kimi müraciət edib. Kənd yerində bəziləri ona Abdul da deyirdilər. Yoldaşının Şəxsiyyət vəsiqəsində Abdul kimi qeyd olunan elə X10r. Məhkəmə iclasında X6 şahid qismində ifadə verərək izahatında bildirmişdir ki, ərizəçinin yoldaşının qohumudur, mərhumu tanıyırdı, X14 ilə X15 eyni şəxslərdir, Ərizəçi isə mərhumun qızıdır. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1967-ci il tarixində Qax rayonu Almalı kəndində doğulmuşdur. İş materiallarında olan A3 seriyalı, ******* nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1967-ci il tarixində doğulmuşdur. Onun atası X15, anası isə X2r. İş materiallarında olan İV-ЖГ seriyalı, 384541 nömrəli Nikah haqqında Şəhadətnamənin surətindən görünür ki, X17 ilə X11 arasında xx.xx.1987-ci il tarixində nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 27 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Xəlilova” soyadı verilmişdir. İş materiallarında olan Nikahın qeydə alınmasına dair arayışın surətindən görünür ki, X14 ilə X3 nikahı haqqında xx.xx.1964-cü il tarixində 1 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer Qax rayon Almalı kənd inzibati ərazi dairəsidir. Nikah bağlandıqdan sonra arvada “Hacıyeva” soyadı verilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 569215 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2012-ci il tarixində Qax rayonu Almalı kəndində vəfat etmişdir, bu barədə ölüm haqqında akt qeydləri kitabında Qax rayon Almalı icra nümayəndəliyində xx.xx.2012-ci il tarixində 15 nömrə ilə qeyd edilmişdir. Onun ölümünün səbəbi “ürək çatışmazlığı”dır. İş materiallarında olan AZ-İ seriyalı, 646970 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2014-cü il tarixində Qax rayonu Almalı kəndində vəfat etmişdir, bu barədə ölüm haqqında akt qeydləri kitabında Qax rayon Almalı icra nümayəndəliyində xx.xx.2014-cü il tarixində qeyd edilmişdir. Ölümünün səbəbi “beyin insultu” olmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-X-15-584 saylı məktubdan görünür ki, Ərizəçi xx.xx.2024-cü il tarixli “ölüm haqqında akt qeydində ölən şəxsin adının Məciddən Abdula dəyişiklik edilməsi” ilə bağlı müraciətinə baxılmışdır, lakin Qax rayonu, Almalı icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 15 saylı, xx.xx.2012-ci il tarixli ölüm haqqında akt qeydində ölən şəxsin adının Məciddən Abdula dəyişiklik edilməsi üçün kifayət qədər əsasın olmaması səbəbindən ərizənin qeydiyyat şöbəsində icrası mümkün olmamışdır. Maraqlı şəxs tərəfindən Ərizəçi məhkəməyə müraciət eləməyi tövsiyə olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən məhkəməyə verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-13-1323 saylı məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları“ avtomatlaşdırlmış qeydiyyat informasiya sistemində xx.xx.1928-ci il təvəllüdlü X9 doğumu və yaxın qohumları barədə məlumat aşkar edilmədi, X9 doğumu haqqında akt qeydinin arxiv qovluğuna dair məlumat Maraqlı şəxs arxivində saxlanılmır. İş materiallarında olan Qax rayon Almalı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 171 nömrəli Arayışdan görünür ki, mərhum Almalı kənd sakini X14 ilə X15 eyni şəxs olmuşdur. İş materiallarında olan xx.xx.2004-cü il tarixli Vəsiyyətnamədən görünür ki, Qax rayonu Almalı kəndində yaşayan X14 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ölən gündə ona məxsus olan bütün əmlakını, o cümlədən Qax rayonu Almalı kəndində yerləşən evini və bütün əmlakını qızı Ərizəçi vəsiyyət etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı Dövlət rüsumunun ödənilməsi haqqında mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin məhkəməyə verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Ərizəçi Doğum haqqında şəhadətnaməsində atası X15, anası isə X1, doğum yeri isə Qax rayonu Almalı kəndi kimi qeyd olunmuşdur. X14 ilə X8 arasında xx.xx.1964-cü il tarixində Qax rayon Almalı kənd inzibati ərazi dairəsində nikah bağlanmışdır, X8 xx.xx.2014-cü il tarixində, X14 isə xx.xx.2012-ci il tarixində Qax rayonu Almalı kəndində vəfat etmişdirlər. Qax rayon Almalı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 171 nömrəli Arayışdan görünür ki, mərhum Almalı kənd sakini X14 ilə X15 eyni şəxs olmuşdur. Qax rayonu Almalı kəndində yaşayan X14 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ölən gündə ona məxsus olan bütün əmlakını, o cümlədən Qax rayonu Almalı kəndində yerləşən evini və bütün əmlakını qızı Ərizəçi vəsiyyət etmişdir. Məhkəmə hesab edir ki, faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin Ərizəçi X9 onun atası olması faktını təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, o, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 305.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunları ilə xüsusi icraat qaydasında başqa işlərə baxılması da nəzərdə tutula bilər. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinin tələbinə görə miras fiziki şəxsin ölümü ilə və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1159.1.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli 03 saylı qərarına əsasən, məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Beləliklə məhkəmə, tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin nümayəndəsinin izahatı, şahidlərin ifadələri və işin digər materialları ilə Ərizəçi X9 qızı olması faktı tam sübuta yetirilir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2012-ci il tarixində Qax rayonu Almalı kəndində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında ölümü xx.xx.2012-ci il tarixində 15 nömrə ilə qeyd edilmiş X9 xx.xx.1967-ci il təvəllüdlü Ərizəçi atası olması faktı müəyyən edilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1967-ci il təvəllüdlü Ərizəçi xx.xx.2012-ci il tarixində Qax rayonu Almalı kəndində vəfat etmiş X9 qızı olması faktı müəyyən edilsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-3470/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3470/2025
06.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver