Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3494/2023 23.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “xx.xx.2022-cı il tarixli müqavilənin ləğv edilməsi, 220 (iki yüz iyirimi) manat məbləğində icarə haqqının, 160 (bir yüz altmış) manat məbləğində kommunal ödənişlərə görə (elektrik və su) pulun, 400 (dörd yüz) manat məbləğində borc pulun, cəmi 780 (yeddi yüz səksən) manat pulun cavabdehdən alınıb ona ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə “xx.xx.2022-cı il tarixli müqavilənin ləğv edilməsi, 220 (iki yüz iyirimi) manat məbləğində icarə haqqının, 160 (bir yüz altmış) manat məbləğində kommunal ödənişlərə görə (elektrik və su) pulun cavabdehdən alınması” tələblərinə birgə, “400 (dörd yüz) manat məbləğində borc pulun cavabdehdən alınması” tələbinə isə ayrıca icraatda baxılması qərara alınmışdır. İddiaçı Cavabdeh qarşı “400 (dörd yüz) manat məbləğində borc pulun cavabdehdən alınması” barədə iddia tələbinə dair mülki işi araşdıraraq məhkəmə hesab edir ki, həmin tələbə dair hazırki mülki iş aidiyyət qaydaları pozulmaqla icraata götürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Belə ki, ki, pul tələbinə dair iddia tələbinin yönəldiyi cavabdeh – Cavabdeh Bakı şəhərinin Xətai rayonunun ərazisində qeydiyyatda deyil. Buna görə də mövcud iddia tələbinə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalı deyil. “Azemis” Elektron Məhkəmə İnformasiya Sisteminin məlumatlarından görünür ki, cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 35, 44-45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “400 (dörd yüz) manat məbləğində borc pulun cavabdehdən alınması” barədə iddia tələbi üzrə mülki iş baxılması üçün aidiyyəti üzrə Şamaxı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-3494/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3494/2023
23.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver