Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3495/2023 04.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Şirinova Aygül Mahir qızının katibliyi, İddiaçıların vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil2, Cavabdehin tərcüməçisi X3 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X1rşı “mənzilə köçürmə” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:
1. 2 nömrəli Zeytun sovxozunun direktoru Abşeron rayonu XDS İcraiyyə Komitəsinin Zeytun sovxozunun ərazisindəki kənd təsərrüfatına yararsız olan 6 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikilməsi üçün ayrılması haqqında xx.xx.1989-cu il tarixli 234,4 nömrəli qərarına və Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli 84 nömrəli qərarına əsaslanaraq özünün xx.xx.1991-ci il tarixli, 36 nömrəli əmri ilə sovxozun işçisi X2 fərdi yaşayış tikmək üçün 0,6 ha torpaq sahəsi ayırmış və həmin torpaq sahəsində özbaşına fərdi yaşayış evi inşa edilmişdir.
2. ünvan 1 ünvanında yerləşən sözügedən özbaşına inşa edilmiş fərdi yaşayış evi (Bundan sonra – Fərdi yaşayış evi) qeyri-rəsmi qaydada “Daşınmaz əmlakın satılıb alınması üçün” adlı sənəd əsasında, tərəflərin bildirdiklərinə görə, 2012-ci ildə 42000 ABŞ dollarına Rövşən Məmmədov adlı şəxs tərəfindən cavabdehə satılmış və hazırda da onun sahibliyindədir.
3. Fərdi yaşayış einə dair dövlət orqanı tərəfindən verilən yeganə sənəd Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti 2 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən 2012-ci ilin may ayında tərtib edilmiş “Həyətin cizgiləri, şəxsi tikililər, yardımçı otaqlar” adlı sənəddir ki, orada Fərdi yaşayış evinə aid torpaq sahəsinin plan-sxemi, mərtəbələrin və otaqların sayı, habelə cavabdehlə birlikdə qeydiyyatda oan şəxlər göstərilmişdir. Fərdi yaşayış evində cavabdehdən başqa iddiaçının və digər qız övladının qeydiyyatda olması göstərilmişdir.
4. İddiaçı1 də cavabdehin övladıdır. İddiaçılar xx.xx.2020-ci il tarixində nikaha daxil olmuşlar və onların nikahından bir övladları xx.xx.2021-ci il təvəllüdlü X16 iğlu doğulmuşdur.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri:
5. İddiaçılar və azyaşlı övladları X7 Fərdi yaşayış evinə köçürülmələri barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.
6. İddiaçılar iddia ərizəsində qeyd etmişdir ki, İddiaçı1 uzun müddət Fərdi yaşayış evində yaşamışdır. Digər İddiaçı2 ilə nikaha daxil olduqdan sonra Fərdi yaşayış evində yaşamağa davam etmişlər. Birgə nikahdan David adlı oğlu dünyaya gəlmiş və 2 mərtəbədən ibarət 3 otaqlı fərdi yaşayış evində 1 otaq onun və digər ailə üzvlərinin istifadəsində idi. Lakin bir neçə aydır cavabdeh tərəfindən həm onun, həm də digər ailə üzvlərinin Fərdi yaşayış evindən istifadəsinə icazə verilmir. Bu səbəbdən 3 aya yaxın müddətdir ki, həmin fərdi yaşayış evində yaşaya bilmirlər. İddiaçılar və azyaşlı övladlarının hüquqları cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. AR Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışda da Fərdi yaşayış evində İddiaçı1 və oğlu David Batkayevin qeydiyytada olması göstərilmişdir.
Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
7. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
8. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçıların həmin Fərdi yaşayış evindən çıxmalarına səbəb o olmuşdur ki, ailədaxili münaqişələr baş vermiş, polis isə iddiaçılara bildirmişdir ki, müvəqqəti olaraq Fərdi yaşayış evindən çıxsınlar, sonra yenə qayıdarlar. İddiaçılar sonradan qayıtmaq istədikdə cavabdeh onları Fərdi yaşayış evinı buraxmamışdır. Digər İddiaçı2 gəlin köçəndən Fərdi yaşayış evində yaşamış, cehiz əmlakını da ora gətirmişdir.
9. Cavabdehin vəkili və nümayəndəsi iddia ərizəsinə etiraz edərək bildirdi ki, iddiaçılar Fərdi yaşayış evinə 2021-ci ilin oktyabr ayınadək yaşamışlar. Sonradan aralarında mübahisə olmuş, cavabdeh müvafiq qurumlara müraciət etmiş, polis bölməsində işləri olmuşdur. Lakin iddiaçılar evi tərk etdiyindən cavabdeh də şikayətini geri götürmüşdür. İddiaçılar Fərdi yaşayış evindən öz əşyalarını da götürüb getmişlər. Mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilk öncə Sərəngül Abbasovaya ayrılıb, sonradan torpaq sahəsi onun tərəfindən Rövşən Məmmədova satılıb. Rövşən Məmmədov tərəfindən torpaq sahəsində hazırki fərdi yaşayış evi tikilmiş və fərdi yaşayış evi sonradan cavabdehə satılmışdır. Cavabdeh ailə üzvləri ilə birlikdə əvvəlcə Günəşlidə özlərinə məxsus evdə yaşayıblar, sonradan cavabdehin digər övladının səhhətində problem olduğu üçün həmin evi satmaq məcburiyyətində qalıblar, evin satışından əldə olunan pulun bir hissəsini cavabdehin övladının xəstəliyinə xərclənmiş, qalan hissəsi ilə isə hazırki Mənzili alıblar. İddiaçı1 2012-ci ildən Fərdi yaşayış evində yaşamış, ancaq İddiaçı2 2020-ci il tarixdən o evə köçmüşdür.
10. Cavabdeh məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Konstitusiyası:
11. Maddə 43 Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
12. Maddə 1.1 Mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır.
13. Maddə 12.1. Yaşayış sahələri mənzil hüququnun obyektidir.
14. Maddə 12.2. Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Maddə 27. fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir.
16. Maddə 152.2. Sahiblik hüququna verilən anlayışda qeyd edilir ki, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
17. Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
21. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan Məhkəmənin mövqeyi:
22. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
23. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
24. İddiaçılar azyaşlı övladları ilə birlikdə cavabdehin sahibliyində olan və yaşadığı Fərdi yaşayış evinə köçürülmələrini tələb edirlər.
25. Cavabdeh və İddiaçı1 əvvəllər başqa mənzildə yaşamaları, onun satışından əldə olunan vəsait hesabına Fərdi yaşayış evinin alınması işin mübahisəsiz halıdır, belə ki, qeyd edilən hal cavabdeh tərəfindən etiraf edilmiş və iddiaçı tərəf də bu halı mübahisələndirməmişdir. Həmçinin, o da işin mübahisəsiz halıdır ki, ididaçı İddiaçı1 2012ci ildən Fərdi yaşayış evində yaşamış, 03.0.2020-ci il tarixdə digər İddiaçı2yla nikaha daxil oluqdan sonra sonuncu Fərdi yaşayış evinə gəlin köçmüş, bir müddət azyaşlı uşaqları ilə birlikdə orada tərəflər birlikdə yaşadıqdan sonra 2021-ci il tarixdə baş vermiş ailədaxili mübahizə zəminində iddiaçılar başqa yerdə yaşamağa başlamışlar.
26. Həmçinin, Xətai RPİ-nin 35-ci PŞ-nin təhqiqatçısının xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, cavabdehin şikayət ərizəsi əsasında həmin ilin noyabr ayının əvvəlində başlanmış araşdırma sonradan cavabdehin özünün ərizəsi və şikayətdə göstərilənlərin öz təsdiqini tapmaması əsasları ilə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilməklə başa çatmışdır.
27. Cavabdeh yazılı etirazında da iddiaçı Emil Baktayevin alındığı 2012-ci ildən 2021-ci ilin noyabr ayınadək Fərdi yaşayış evində yaşaması, digər iddiaçı Səbinə Baktayevanın isə 2020-ci ilin mart ayından gəlin köçərək həmin evdə yaşadığı bildirmişdir.
28. Yuxarıda qeyd edilən müddəalardan da görünür ki, dövlət tərəfindən şəxsin mənzil hüququna, onun toxunulmazlığına təminat verilir və bu həm milli, həm də beynəlxalq hüquqla müəyyən edilən dövlətin pozitiv öhdəliyindən irəli gəlir. Qanun yalnız müəyyən edilmiş müstəsna hallarda şəxsin mənzil hüququna müdaxiləni nəzərdə tutur. Müdaxilənin özü isə beynəlxalq qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verməli, bu zaman xüsusilə, şəxsin mənzil hesab edərək seçdiyi yerin (yaşayış yerinin) özünün və ailəsinin yaşaması üçün nə qədər zəruri olması, onun (ailəsinin) həmin yaşayış yeri ilə nə qədər bağlı olması və s. kimi çox mühüm həyati şərtlər nəzərə alınmalıdır.
29. Beynəlxalq hüquq normaları isə şəxsin mənzil hüququnu dövlətdaxili hüquqdan daha geniş mənada qəbul edir, hətta şəxsin müvəqqəti, lakin yaşayış yeri kimi qəbul etdiyi yerləri “ev”, “mənzil” kimi tanıyır, həmin yerlərə şəxsin yaşayış yeri kimi bağlılığı, uzun müddət yaşamasına xüsusi önəm verir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X6rşı” işində qeyd etmişdir ki, "Mənzil" anlayışı ənənəvi yaşayış yerləri ilə məhdudlaşmır. Belə ki, o, furqonları və digər qeyri-stasionar məskənləri də özündə ehtiva edir. Məhkəmə həmçinin, “X4rşı” işdə bildirmişdir ki, ərizəçinin və ailəsinin 13 ildən artıq müddət ərzində yaşadığı səyyar furqonun yerli hakimiyyət orqanının furqonlar üçün ayırdığı ərazidən çıxarılması nəticəsində prosessual səbəblərə görə 8-ci maddənin pozuntusu baş verib.
30. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 8-ci maddəsində hər kəsin öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malik olması təsbit edilmişdir.
31. Konvensiyanın 8-ci maddəsində təsbit edilmiş “mənzil hüququ” ilə bağlı çoxsaylı president qərarlar mövcuddur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Çıraqov və başqaları Ermənistana qarşı” işində qeyd etmişdir ki, 8-ci maddəyə əsasən “şəxsi həyat”, “ailə həyatı” və “ev” məfhumları 1 nömrəli Protokolun 1-ci maddəsindəki “mülkiyyət” məfhumu kimi, müstəqil anlayışlardır; onların qorunması dövlədaxili qanunvericilikdə kvalifikasiyadan deyil, işin faktiki hallarından asılıdır. 1 nömrəli Protokolun 1-ci maddəsi üçün təqdim edilmiş səbəblərlə eyni olan səbəblərə görə, Məhkəmə müəyyən edir ki, ərizəçilərin öz evlərindən istifadə etmək imkanının rədd edilməsi onların şəxsi və ailə həyatına, habelə evlərinə hörmət hüququ ilə əsassız müdaxiləni təşkil edir. “Vinterşteyn və başqaları Fransaya qarşı” işində isə göstərir ki, müvafiq olaraq, bu və ya digər yaşayış məskəninin 8-ci maddənin 1-ci bəndində nəzərdə tutulmuş müdafiənin şamil olunduğu "mənzil" təşkil edib-etmədiyi barədə sualın cavabı işin faktiki hallarından, yəni şəxsin konkret məkanla yetərli və davamlı əlaqələrinin mövcudluğundan asılıdır. Həmçinin, Məhkəmə bu tipli qərarlarında bildirir ki, "Mənzil" anlayışı ərizəçinin mülkiyyətçisi və ya kirayəçisi olduğu əmlakla məhdudlaşmır. O həm də şəxsin uzun müddət ərzində, illərlə məskunlaşdığı qohumuna məxsus evi bildirən anlayış ola bilər (Menteş və başqaları Türkiyəyə qarşı iş). "Mənzil" anlayışı təkcə qanunla şəxsin adına rəsmiləşdirilən mənzillərlə məhdudlaşmır (X8rşı iş). Mənzildə yaşayan, amma kirayə müqaviləsi onun adına olmayan şəxs də mənzillə bağlı hüquqlara malik olduğunu iddia edə bilər (Prokopoviç Rusiyaya qarşı iş) və s.
32. Qeyd edilən həm milli qanunvericilik, həm də beynəlxal hüquq normaları baxımından məhkəmə hesab edir ki, iddiaçı Emil Baktayevin mübahisələndirdiyi Fərdi yaşayış evi onun yaşayış yeri (mənzili) kimi qəbul oluna bilər. Bu zaman məhkəmə əsasən, onu nəzərə alır ki, cavabdehin sahibliyində olan Fərdi yaşayış evi cavabdehin və həm də Emil Baktayevin bir ailə olaraq əvvəllər (özlərinin bildirdiklərinə görə Bakı şəhəri Günəşli qəsəbəsində yerləşən) yaşadıqları mənzillərinin satışından əldə olunmuş pul vəsaiti hesabına alınmışdır. Sonralar da Emil Baktayev iddiaçının ailə üzvü olaraq uzun müddət, 2012-ci ildən 2021-ci ilin nayabr ayının əvvəllərinədək Fərdi yaşayış evində yaşamışdır.
33. Məhkəmə hesab edir ki, iddia tələbi azyaşlı X14 yaşayəş evinə köçürülməsi hissəsində də təmin edilməlidir.
34. Elektron məhkəmə informasiya sistemindən əldə əlunmuş məlumat əsasında müəyyən edilir ki, iddiaçıların özlərinə məxsus ayrıca yaşayış evləri (mənzilləri) yoxdur. Məhkəmə bu halı nəzərə alaraq qeyd edir ki, Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Eləcə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında haqqında” AR Qanunun 2-ci maddəsində qeyd edilir ki, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir.
35. Məhkəmə iddiaçıların reyestrdə qeydiyyata alınmayan (onların reyestrədə qeydə alınmayan başqa yaşayış yerlərinin olması iş materialları ilə də müəyyən olunmur) yaşayış yerlərinin olmamasını, habelə Emil Baktayevin də köçürülməsi barədə gəldiyi nəticəyə əsaslanaraq belə qənaətə gəlir ki, David Baktayev də mübahisəli Fərdi yaşayış evinə köürülməlidir.
36. Məhkəmə hesab edir ki, Səbinə Baktayevanın iddiası təmin edilə bilməz.
37. Belə ki, işin mübahisəsiz halıdır ki, Səbinə Baktayeva 2020-ci ilin mart ayının əvvəlində digər iddiaçı ilə ailə quararaq Fərdi yaşayış evinə gəlin köçmüşdür. Əvvəldə də qeyd edilmişdir ki, cavabdehin yaşadığı mübahisəli Fərdi yaşayış evi cavabdehə məxsus olan başqa mənzilin satışından əldə edilmiş vəsait hesabına alınmışdır. Məhkəmə qeyd edir ki, Emil Baktayevin, qanunla müəyyən edilmiş əsaslarla, həm cavabdehin ailə üzvü, həm də cavabdehin əvvəlki mənzildə yaşaması əsas götürülərək Fərdi yaşayış evinə bağlılığı olsa da, Səbinə Baktayevanın köçürülməsi üçün belə əsaslar mövcud deyil.
38. Digər bir tərəfdən, əgər anologiya üzrə mübahisə Mənzil Məcəlləsinin 30.1-ci maddəsi tətbiq olunarsa, o halda Səbinə Baktayevanın köçürülməsi üçün hüquqi əsasın olmaması daha aydın şərh edilmiş olar. Həmin müddəaya əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
39. Göründüyü kimi, mülkiyyətçi ilə bərabər həmin yaşayış sahəsində yaşayan şəxslərin istifadə hüquqlarının yaranması üçün onların mülkiyyətçinin ailə üzvləri olması zəruri şərtdir. Qanunla mülkiyyətçinin ailə üzvləri 2 kateqoriyaya bölünür. Birincisi, mülkiyyətçi ilə birlikdə yaşayan onun arvadı (əri), uşaqları və valideynləri, ikincisi, mülkiyyətçinin himayəsində olmaqla əmək qabiliyyəti olmayan və mülkiyyətçi tərəfindən ailə üzvü kimi köçürüldükdə - digər qohumlar.
40. Qanunun müəyyən etdiyi mənada Səbinə Baktayeva birinci kateqoriya üzrə cavabdehin ailə üzvü hesab edilmir.
41. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
42. Ailə Məcəlləsinin 15-ci Fəsli ailənin başqa üzvlərinin, yəni qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını, baba və nənənin nəvələrini, nəvələrin baba və nənəni, yetirmələrin öz faktik tərbiyəçilərini, ögey oğul və qızların ögey ata və ananı saxlamaqla bağlı öhədilikərinin əsaslarını müəyyən edir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə İddiaçı2 cavabdehin digər qohumu hesab edilmir.
43. Beləliklə, şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı2 Fərdi yaşayış evində hər hansı bir hüququ yaranmadığından, onun sözügedən evə köçürülməsi üçün yuxarıda şərh edilən əsaslar olmadığından, habelə o, cavabdehin nə ailə üzvü, nə də digər qohumu olmadığından onun iddiası təmin edilməməlidir.
44. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı1 yetkinlik yaşına çatmayan övladı – xx.xx.2021-ci il təvəllüdlü oğlu X13 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsünlər. İddiaçı2 iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı