Məhkəmə qərarları › İş №2(011)-35/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-35/2024

19.02.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-35/2024 19.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “maneələrin aradan qaldırılması və mənzilə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:

1. İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı sahiblik, istifadə hüququnun tanınması, mənzillərə və binaya daxil olmasına, yaradılan maneələrin aradan qaldırılması öhdəliyinin qoyulması barədə iddiasına dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinidə baxılmış 29 iyul 2016-cı il tarixli 2(011)-6501/2016 saylı Qətnamə qəbul edilmiş və iddia tələbi təmin edilmişdir. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinə 12 aprel 2017-ci il tarixli 2(103)-4512/2017 nömrəli Azərbaycan Respublikasının Ali Məhkəməsinin 02 fevral 2018-ci il tarixli 2(102)-725/2017 saylı qərarları ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi öz qanuni qüvvəsini saxlamışdır.

2. Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin mütəxəssisi tərəfindən tərtib olunmuş 27 mart 2018-ci il tarixli rəyinə əsasən 2018-ci il iyulunda Xətai Rayon İcra şöbəsi tərəfindən akt tərtib edilmişdir. Bu əsasla 15 may 2018-ci il tarixində İddiaçı və Cavabdeh1 MTK arasında təhvil-təslim aktı tərtib olunmuşdur. Həmin təhvil-təslim aktına əsasən, Bakı şəhəri Xətai rayonu, Nobel prospekti 189A ünvanında yerləşən yaşayış binasının 8-ci və 13cü mərtəbəsində liftdən solda yerləşən 3 otaqlı hər iki mənzilin sahəsi 141.5 olmaqla Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4884/2017 saylı 06 iyul 2017-ci il tarixli qərarına əsasən İddiaçı məxsus olduğu müəyyən edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai Rayon İcra və Probasiya şöbəsinin 14 may 2018-ci il tarixdə icra edilməsi göndərilmiş məktuba əsaslanaraq könüllü olaraq mənzilləri İddiaçı təhvil verilmişdir. (icraçı Aydın Vəliyev)

3. Sonradan heç bir əsas olmadan iddiaçı Cavabdeh2 Cavabdeh1 MTK-ya qarşı “mənzilin təhvil verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nobel prospekti 189a ünvanında yerləşən 16 mərtəbəli bir bloklu yaşayış evinin 1-ci blok 8-ci mərtəbə ümumi sahəsi 141.2 kv.m olan 48 nömrəli 3 otaqlı mənzilin cavabdeh tərəfindən ona təhvil verilməsi, həmin mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması, mənzildən istifadə və mənzilin təmir etməsinə maneəçilik törədilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-307/2019 saylı 18 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.

4. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunub iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hər iki apellyasiya şikayəti üzrə mülki işlər bir icraatda birləşdirilərək baxılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2881/2020 saylı 28 oktyabr 2020-ci il tarixli qətnaməsində İddiaçı apellyasiya şikayətinin təmin olunmaması qət edilmişdir. Həmin qətnamə ilə məhkəmə Xətai Rayon Məhkəməsinin 2(011)-6501/2016 saylı 29 iyul 2016-cı il tarixli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayətinin qismən təmin edilməsini və İddiaçı Bakı şəhəri, Nobel prospekti 189a ünvanında yerləşən 16 mərtəbəli bir bloklu yaşayış evinin 1-ci blok 8-ci mərtəbə ümumi sahəsi 141.5 kv.m olan 3 otaqlı 38 nömrəli mənzilinə sahiblik və istifadə hüququnun tanınması, İddiaçı Bakı şəhəri, Nobel prospekti 189a ünvanında yerləşən 16 mərtəbəli bir bloklu yaşayış evinin 1-ci blok 8-ci mərtəbə ümumi sahəsi 141.5 kv.m olan 3 otaqlı 38 nömrəli mənzilinə daxil olmasına yaradılan maneələrin aradan qaldırılması öhdəliyinin Cavabdeh1 MTK-nin üzərinə qoyulması hissəsində ləğv edilməsini qət edilmişdir.

5. Apellyasiya məhkəməsinin qətnaməsindən İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 may 2021-ci il tarixli qərarı ilə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2881/2020 saylı 28 oktyabr 2020-ci il tarixli qətnaməsi İddiaçı Bakı şəhəri, Nobel prospekti 189a ünvanında yerləşən 16 mərtəbəli bir bloklu yaşayış evinin 1-ci blok 8-ci mərtəbə ümumi sahəsi 141.5 kv.m olan 3 otaqlı 38 nömrəli mənzilinə sahiblik və istifadə hüququnun tanınması, İddiaçı Bakı şəhəri, Nobel prospekti 189a ünvanında yerləşən 16 mərtəbəli bir bloklu yaşayış evinin 1-ci blok 8-ci mərtəbə ümumi sahəsi 141.5 kv.m olan 3 otaqlı 38 nömrəli mənzilinə daxil olmasına yaradılan maneələrin aradan qaldırılması öhdəliyinin Cavabdeh1 MTK-nin üzərinə qoyulması hissəsində ləğv edilərək həmin hissədə İddiaçı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə baxılması üçün yeni apellyasiya baxışına qaytarılmış, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli Qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 iyul 2016-cı il tarixli 2(011)-6501/2016 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən həmin iş üzrə 29 iyul 2016-cı il tarixli 2(011)-6501/2016 saylı icra vərəqəsi verilmişdir. (Qətnamə xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almışdır) İcra vərəqəsi İddiaçı Cavabdeh1 MTK-ya qarşı sahiblik və istifadə hüququnun tanınması, mənzillərə və binaya daxil olmasına, yaradılan maneələrin aradan qaldırılması öhdəliyinin qoyulması barədə iddianın icrası ilə əlaqədar olmuşdur.

8. Yeni icra vərəqəsi 06 aprel 2022-ci il tarixdə verilmişdir.

9. İddiaçı Xətai rayon İcra şöbəsinə müraciət etdikdə ona bildirilmişdir ki, icra vərəqi 2016-cı ildə 07 iyul 2018-ci ildə icraçı Aydın Vəliyev tərəfindən icra edilmişdir və 15 may 2018-ci il tarixdə təhvil-təslim aktı tərtib olunmuşdur.

10. Qeyri-qanuni bir akt əsasında mənzilin açarı dəyişdirilmiş və mənzil Cavabdeh2 təhvil verilmişdir. Qeyd edilənlərə əsasən, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-402/2023 nömrəli xx.xx.2023-cü il tarixli qiyabi qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir.

12. Cavabdeh2 xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-402/2023 nömrəli xx.xx.2023-cü il tarixli qiyabi qətnaməsinin ləğv edilməsini və mülki işə baxılmasının davam etdirilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-402/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-402/2023 nömrəli xx.xx.2023-cü il tarixli qiyabi qətnaməsi ləğv edilmişdir.

İddiaçının tələbi:

13. Cavabdeh2 və Cavabdeh1 MTK tərəfindən olunan və digər maneələrin aradan qaldırılıb Bakı şəhəri, Nobel prospekti 189a ünvanında yerləşən 16 mərtəbəli bir bloklu yaşayış evinin 1-ci blok 8-ci mərtəbə ümumi sahəsi 141.5 kv.m olan 3 otaqlı 38 nömrəli mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddiaya münasibəti:

14. Cavabdeh2 xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-402/2023 nömrəli xx.xx.2023-cü il tarixli qiyabi qətnaməsinin ləğv edilməsini və mülki işə baxılmasının davam etdirilməsini xahiş etmişdir.

İşdə iştirak edən şəxslərin izahatları:

15. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı öz izahatında bildirmişdir ki, sorğu əsasında Xətai rayon İcra Şöbəsi cavabdehin icra vərəqəsinin yandığını bildirmişdir, lakin bununla bağlı hər hansı yazılı məlumat verməmişdirlər. Hal-hazırda qarşı tərəfin icra vərəqəsi yoxdur, iş materiallarında iki icra vərəqəsi var ikisi də ona aiddir və hər iki icra vərəqəsində evin ona məxsus olması müəyyən olunmuşdur. Eyni zamanda İlahə xanım da, Ali Məhkəmə də evin ona məxsus olması barəd qərar qəbul etmişdirlər. Namidar müəllim onun tələbini təmin etmiş, Apellyasiya Məhkəməsi və Ali Məhkəməsi isə dəyişmədən saxlamışdır. Bundan sonra iş icraya getmişdir. Daha sonra xaricdə olmağından istifadə edərək cavabdeh yenidən iddia qaldırmışdır.

16. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı vəkili (nümayəndəsi) Vəkil1 öğlu öz izahatında bildirmişdir ki, iş materiallarında cavabdehin mənzilə köçürülməsi ilə bağlı icra vərəqəsi yoxdur, lakin, iddiaçının icra vərəqəsi var. Həmçinin icra vərəqəsi Ali Məhkəməyə gedib qayıtmış işin materiallarında və icra işində də yoxdur. Eyni zamanda o bildirmişdir ki, binaya baxış zamanı müəyyən olunmuşdur ki, binada nömrələmə qarışıqdır. İddiaçı həmin mənzilə görə cavabdehdən daha çox pul ödəmişdir. Əvvəlki məhkəmə qətnaməsi əsasında binanın 8-ci mərtəbəsində yerləşən 48 saylı mənzilə icra işi əsasında, icraçının imzası ilə İddiaçı köçürülmüşdür. İddiaçının sonradan həmin mənzilə başqa bir şəxsi köçürmək hüququ yoxdur. İddianı və iş materiallarında olan qiyabi qətnaməni müdafiə etmiş, qiyabi qətnamənin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etmişdir.

17. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh2 Zülqədar oğlu öz izahatında bildirmişdir ki, sənədləşdirmələri o Cavabdeh1 MTK ilə etmişdir və su, qaz, və işiqla bağlı bütün kommunal xərcləri özü ödəmişdir.

18. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili (nümayəndəsi) Vəkil2 öz izahatında bildirmişdir ki, məhkəməyə yerli baxış zamanı da müəyyən olunmuşdur ki, həmin binanın 5-ci mərtəbəsində 38 saylı mənzil yoxdur. Tərəf qətnamə əsasında mənzilə köçürülmüş və hal-hazırda da orda yaşayır. Həmin qətnamədən şikayət verilmiş lakin, tələb rədd edilmişdir. Buna görə də iddiaçının tələbi əsassızdır. İddiaçı əvvəllər də Cavabdeh1 MTK-ya qarşı iddia qaldırmışdır və həmin iddianın tələbi ilə indiki tələbi eynidir, sadəcə olaraq Cavabdeh2 da cavabdeh qismində əlavə edilmişdir. İddiaçı hazırda Cavabdeh1 MTK-ya qarşı olan tələbinə bir dəfə baxıldığı üçün onlara münasibətdə işə xitam verilməlidir. Tələbin Cavabdeh2 qarşı olan hissəsində isə İddiaçı subyektiv hüququ olmadığı üçün iddia rədd edilməlidir. Həmin binada yerləşən 38 və 48 saylı mənzillər ayrı-ayrı mənzillərdir, bununla bağlı Ali Məhkəmənin qərarı da var. 48 saylı mənzil 8-ci mərtəbədə yerləşir. Buna görə də məhkəmə bu tələbə baxa bilməz. 38 saylı mənzilə isə onların aidiyyəti yoxdur, 38 nömrəli mənzillə bağlı İddiaçı icra vərəqəsi var. İddiaçı 38 nömrəli mənzilə köçürülməsinə onlar heç bir maneçilik törətmir, o, mənzili tapıb köçə bilər. Lakin, 8-ci mərtəbə 38 yox 48 nömrəli mənzil yerləşir.

19. Cavabdeh1 MTK-ya məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

20. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6501/2016 nömrəli 29 iyul 2016cı il tarixli Qətnaməsinə əsasən, iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189A ünvanında inşa edilmiş 1 bloklu yaşayış evinin 1-ci blok, 8-ci mərtəbəsində, sahəsi 141,5 kv.m olan 3 otaqlı, 38 saylı mənzilinə sahiblik və istifadə hüququ tanınmışdır, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189A ünvanında inşa edilmiş 1 bloklu yaşayış evinin 1-ci blok, 13-cü mərtəbəsində, sahəsi 141,5 kv.m olan 3 otaqlı, 78 saylı mənzilinə sahiblik və istifadə hüququ tanınmışdır, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189A ünvanında inşa edilmiş 1 bloklu yaşayış evinin 1-ci blok, 8-ci mərtəbəsində, sahəsi 141,5 kv.m olan 3 otaqlı, 38 saylı mənzilinə və Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189A ünvanında inşa edilmiş 1 bloklu yaşayış evinin 1-ci blok, 13-cü mərtəbəsində, sahəsi 141,5 kv.m olan 3 otaqlı, 78 saylı mənzilinə və binaya daxil olmasına yaradılan maneələrin aradan qaldırılması öhdəliyi Cavabdeh1 MTK-nın üzərinə qoyulmuşdur.

21. xx.xx.2017-ci il tarixli İcraata başlamaq haqqında qərara əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6501/2016 nömrəli 29 iyul 2016-cı il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır.

22. xx.xx.2017-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş Cavabdeh1 MTKya göndərilmişdir.

23. xx.xx.2017-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən Mütəxəssisin dəvət edilməsi haqqında Qərar qəbul edilmiş və mütəxəssis qarşısında suallar qoyulmuşdur.

24. 17 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilmiş 27 mart 2018-ci il tarixli rəyə əsasən müəyyən edilmişdir ki, Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189A ünvanında inşa edilmiş 1 bloklu yaşayış binasının 1-ci blok 8-ci və 13-cü mərtəbələri elə həmin (8-ci və 13-cü) mərtəbələrdir. 8-ci mərtəbədə və 13cü mərtəbədə ümumi sahəsi 141,5 kv.m olan mənzillər liftdən çıxan zaman sol tərəfdən 4-6 oxları ilə F-D/E (D) oxlarının kəsişməsində yerləşir. 8-ci mərtəbədə və 13-cü mərtəbədə ümumi sahəsi 141,5 kv.m olan 3 otaqlı 1 mənzil vardır. Binada 141,5 kv.m sahəsi olan 15 mənzil vardır.

25. 14 may 2018-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən 2(011)- 6501/2016 saylı xx.xx.2016-cı il tarixli icra vərəqəsi icra edilməsi üçün Cavabdeh1 MTK-ya göndərilmişdir. Qeyd edilmişdir ki, mənzillərin dəqiq yerləşməsi müəyyən edilmişdir.

26. 15 may 2018-ci il tarixli təhvil-təslim aktına əsasən, xx.xx.2008-ci il tarixli və xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən akt tərtib edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189a ünvanında yerləşən yaşayış binasının 8-ci və 13-cü mərtəbəsində liftdən solda yerləşən 3 otaqlı hər iki mənzilin sahəsi 141.5 kv.m olmaqla Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4884/2017 saylı 06 iyul 2017-ci il tarixli qərarına əsasən İddiaçı məxsus olduğu müəyyən edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsinin 14 may 2018-ci il tarixdə icra edilməsi üçün göndərilmiş məktubuna əsaslanaraq könüllü olaraq bu mənzilləri İddiaçı təhvil vermişlər. X4 təhvil verən, İddiaçı isə təhvil alan olmuşdur.

27. xx.xx.2018-ci il tarixli akta əsasən, mənzillərin giriş qapıları mütəxəssis tərəfindən mənzillərin giriş qapıları açıldı və tələbkar tərəfindən mənzillərin giriş qapıları dəyişdirildi.

28. xx.xx.2018-ci il tarixli icraata xitam verilməsi haqqında Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin icra məmuru Aydın Vəliyevin qərarına əsasən, 2(011)-6501/2016 saylı 29 iyul 2016-cı il tarixli icra vərəqəsi üzrə icraata xitam verilmişdir.

29. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-307/2019 nömrəli xx.xx.2019-cu il tarixli Qətnaməsinə əsasən, iddia tələbi təmin edilmiş, iddiaçı Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında imzalanmış xx.xx.2011-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nobel prospekti 189a ünvanında yerləşən 16 mərtəbəli bir bloklu yaşayış evinin 1-ci blok 8-ci mərtəbəsində liftdən solda yerləşən ümumi sahəsi 141.2 kv.m olan 3 otaqlı 48 nömrəli mənzili Cavabdeh1 MTK tərəfindən iddiaçı Cavabdeh2 təhvil verilməsi, həmin mənzil üzərində iddiaçının sahiblik və istifadə hüququ tanınmışdır və həmin mənzildən istifadəyə və təmir etməsinə maneəçilik törədilməsi cavabdehlər Cavabdeh1 MTK-ya və İddiaçı qadağan edilmişdir.

30. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2881/2020 nömrəli xx.xx.2020-ci il tarixli Qətnaməsinə əsasən, İddiaçı Pənah oğlunun apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-307/2019 saylı, 18 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin məhkəmənin xx.xx.2016-cı il tarixli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6501/2016 saylı, 29 iyul 2016-cı il tarixli qətnaməsi hazırki apellyasiya baxışı çərçivəsində yoxlanılan hissədə, yəni “İddiaçı Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189A ünvanında inşa edilmiş 1 bloklu yaşayış evinin 1-ci blok, 8-ci mərtəbəsində, sahəsi 141,5 kv.metr olan 3 otaqlı, 38 saylı mənzilinə sahiblik və istifadə hüququnun tanınması, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189A ünvanında inşa edilmiş 1 bloklu yaşayış evinin 1-ci blok, 8-ci mərtəbəsində, sahəsi 141,5 kv.metr olan 3 otaqlı, 38 saylı mənzilinə daxil olmasına yaradılan maneələrin aradan qaldırılması öhdəliyinin Cavabdeh1 MTK-nın üzərinə qoyulması” hissəsində ləğv edilmişdir. Həmin hissədə İddiaçı iddia tələbi təmin edilməmişdir.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2576/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarına əsasən, cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 2881/2020 nömrəli iş üzrə 28 oktyabr 2020-ci il tarixli qətnaməsi “İddiaçı Pənah oğlunun Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189A ünvanında inşa edilmiş 1 bloklu yaşayış evinin 1ci blok, 8-ci mərtəbəsində, sahəsi 141,5 kv.m olan 3 otaqlı, 38 saylı mənzilinə sahiblik və istifadə hüququnun tanınması, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189A ünvanında inşa edilmiş 1 bloklu yaşayış evinin 1-ci blok, 8-ci mərtəbəsində, sahəsi 141,5 kv.m olan 3 otaqlı, 38 saylı mənzilinə daxil olmasına yaradılan maneələrin aradan qaldırılması öhdəliyinin Cavabdeh1 MTK-nın üzərinə qoyulması hissəsində ləğv edilərək, həmin hissədə İddiaçı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün yeni apellyasiya baxışına qaytarılmışdır.

32. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7512/2021 nömrəli 20 dekabr 2021-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh2 apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6501/2016 nömrəli 29 iyul 2016-cı il tarixli qətnaməsi Cavabdeh2 apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

33. 24 dekabr 2021-ci il tarixli akta əsasən, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 7512/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icrası məqsədilə mənzilə baxış keçirilmiş, mənzilin tamamilə təmirsiz olduğu müəyyən edilmişdir. Cavabdeh2 mənzillə bağlı bütün kommunal xərcləri ödəməsi təsdiqini tapmışdır, MTK tərəfindən iddiaçının sahiblik və istifadə hüquqları tanınmışdır, mənzili təmir etməsinə heç bir maneçilik yoxdur.

34. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6501/2016 saylı 29 iyul 2016-cı il tarixli İcra vərəqəsinə əsasən qətnamə xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almış və lazımi qaydada icraya yönəldilmişdir.

35. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Mehdi Zeynalovun xx.xx.2022-ci il tarixli qərarına əsasən, tələbkar tərəfindən təqdim edilmiş akta əsasən qeyd edilən mənzillərin könüllü olaraq İddiaçı təhvil verildiyi müəyyən edilmişdir və 2(011)- 6501/2016 saylı 29 iyul 2016-cı il tarixli icra vərəqəsi üzrə icraata xitam verilmişdir.

36. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-402/2023 nömrəli xx.xx.2023-cü il tarixli qiyabi qətnaməsinə əsasən İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “mənzilə köçürmə” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı Bakı şəhəri, Nobel prospekti 189a ünvanında yerləşən 16 mərtəbəli yaşayış evinin 1-ci blok 8-ci mərtəbə ümumi sahəsi 141.5 kv.m olan 3 otaqlı 38 nömrəli mənzilə köçürülməsi qət edilmişdir.

37. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-402/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-402/2023 nömrəli xx.xx.2023-cü il tarixli qiyabi qətnaməsi ləğv edilmişdir.

38. xx.xx.2024-cü il tarixli Bakı şəhəri Xətai rayon İcra şöbəsinin məktubuna əsasən, 2(011)-307/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi Xətai rayon İcra şöbəsinin icraatında aşkar edilməmişdir.

39. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa; 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər.

Məhkəmənin mövqeyi:

40. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları, tərəflərin izahını məcmu halında qiymətləndirərək və iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, mülki iş üzrə icraata AR MPM-nin 261.0.2-ci maddəsinin tələblərinə əsasən, xitam verilməlidir.

41. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iş üzrə icraata xitam verilir. Qeyd edilən müddəanın mənasından da göründüyü kimi iş üzrə icraata xitam verilməsi üçün 3 şərt müəyyən edilmişdir - 1. Mübahisənin eyni tərəflər (cavabdeh və iddiaçı) arasında olması; 2. Mübahisənin eyni predmetlə bağlı olması; 3. Hər iki (əvvəlki və sonrakı) mübahisənin əsaslarının eyni olması.

42. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil-Tikinti Kooperativnə qarşı “Bakı şəhəri, Nobel prospekti 189a ünvanında yerləşən 16 mərtəbəli bir bloklu yaşayış evinin 1-ci blok 8-ci mərtəbə ümumi sahəsi 141.5 kv.m olan 3 otaqlı 38 nömrəli mənzilinə köçürülməsi barədə” tələbi olmuş və bu tələblə bağlı qanuni qüvvəyə minmiş qətnamə mövcuddur. (§20)

43. İddiaçı ilə Cavabdeh2 arasında Bakı şəhəri, Nobel prospekti 189a ünvanında yerləşən 16 mərtəbəli bir bloklu yaşayış evinin 1-ci blok 8-ci mərtəbə ümumi sahəsi 141.5 kv.m olan 3 otaqlı 38 nömrəli mənzillə bağlı mübahisəyə dair də qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur.

44. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2881/2020 nömrəli xx.xx.2020ci il tarixli Qətnaməsinə əsasən müəyyən olunur ki, iddiaçı Cavabdeh2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6501/2016 saylı, 29 iyul 2016-cı il tarixli qətnaməsindən və cavabdeh İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-307/2019 saylı, 18 noyabr 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayətləri verilmiş və həmin apelyasiya şikayətlərinə əsasən mülki işlər bir icraatda birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Məhərrəmova sədrliyi və məruzəsi ilə, hakimlər M.Məmmədov və R.Həsənovdan ibarət tərkibdə, iş №2(103)- 2881/2020) İddiaçı Pənah oğlunun apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-307/2019 saylı, 18 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin məhkəmənin xx.xx.2016-cı il tarixli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6501/2016 saylı, 29 iyul 2016-cı il tarixli qətnaməsi hazırki apellyasiya baxışı çərçivəsində yoxlanılan hissədə, yəni “İddiaçı Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189A ünvanında inşa edilmiş 1 bloklu yaşayış evinin 1-ci blok, 8-ci mərtəbəsində, sahəsi 141,5 kv.metr olan 3 otaqlı, 38 saylı mənzilinə sahiblik və istifadə hüququnun tanınması, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189A ünvanında inşa edilmiş 1 bloklu yaşayış evinin 1-ci blok, 8-ci mərtəbəsində, sahəsi 141,5 kv.metr olan 3 otaqlı, 38 saylı mənzilinə daxil olmasına yaradılan maneələrin aradan qaldırılması öhdəliyinin Cavabdeh1 MTK-nın üzərinə qoyulması” hissəsində ləğv edilərək, həmin hissədə İddiaçı iddia tələbi təmin edilməmişdir. (§30)

45. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2576/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarında qeyd edilir ki, Apellyasiya insansiya məhkəməsi İddiaçı iddiasının qismən rədd edilməsi ilə bağlı nəticəyə gələrkən qeyd etmişdir ki, “müqavilədə İddiaçı Pənah oğluna məxsus 48 saylı mənzilin texniki səhv olaraq 38 saylı mənzil kimi qeyd edilməsi” barədə Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayış mübahisəli mənzilin İddiaçı Pənah oğluna məxsus olmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin arayışda qeyd olunanlar digər iş materialları ilə təkzib olunur. Belə ki, iş materiallarında olan Nərimanov Rayon İcra şöbəsinin icra məmurları Zamiq Kazımov və Nüsrət Cahangirov tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(011)-737/2013 saylı icra sənədinin icrası ilə bağlı tərtib olunmuş xx.xx.2015-ci il tarixli akta əlavə olunmuş, Bakı şəhəri Nobel prospekti 189a ünvanda inşa etdiyi yaşayış binasında mənzil almış payçıların siyahısından müəyyən olunur ki, həmin binanın 1-ci blok 8-ci mərtəbə ümumi sahəsi 141.2 kv.m olan 3 otaqlı 48 saylı mənzili payçı Cavabdeh2Zülqədər oğlu tərəfindən, 38 saylı mənzili X5 tərəfindən, 78 saylı mənzili isə X7 tərəfindən əldə edilmişdir. Həmin siyahıda payçı kimi X1 adının olması müəyyən edilməmişdir. Bu halda məhkəmə Bakı şəhəri Nobel prospekti 189a ünvanda inşa edilən binanın 1-ci blok 8-ci mərtəbə ümumi sahəsi 141.2 kv.m olan 3 otaqlı 48 saylı mənzilin Cavabdeh2 məxsus olmasını müəyyən etmiş və MTK tərəfindən verilmiş həmin binada olan 38 saylı mənzillə 48 saylı mənzillərin eyni mənzillər olmasını təsdiq edən arayış isə möhtəbər sübut olaraq qəbul etməmişdir. Belə olan halda məhkəmənin gəldiyi nəticədən aşkar olaraq müəyyən olunmuş olur ki, Cavabdeh2 məxsus olan mənzillə İddiaçı aid olan mənzil üst-üstə düşməməklə fərqli mənzillərdir. (§31)

46. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7512/2021 nömrəli 20 dekabr 2021-ci il tarixli qətnaməsində qeyd edilir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 noyabr 2019cu il tarixli 2(011)-307/2019 saylı qətnaməsi ilə Cavabdeh2 Bakı şəhəri, Nobel prospekti, 189a ünvanında yerləşən 16 mərtəbəli bir bloklu yaşayış evinin 1-ci blok 8-ci mərtəbəsində liftdən solda yerləşən ümumi sahəsi 141,2 kv.m olan 3 otaqlı 48 nömrəli mənzilin üzərində sahiblik və istifadə hüquqları bərpa olunmuş, həmin qətnamə apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılaraq qanuni qüvvəyə minmişdir. Cavabdeh2 həmin binadan cəmi 1 mənzil- yəni 48 saylı mənzili almış və mənzil üzərində onun hüquqları bərpa olunmuşdur. Bundan əlavə 38 saylı mənzilin sahəsinin 141,5 kv.m, 48 saylı mənzilin sahəsinin isə 141,2 kv.m olmaqla, habelə mənzillər ayrı-ayrı şəxslərə satmaqla fərqli mənzillər olması iş materialları ilə təsdiq olunur. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh2 Bakı şəhəri, Nobel prospekti, 189a ünvanında inşa edilmiş 1 bloklu yaşayış evinin 1-ci blok 8-ci mərtəbəsində sahəsi 141,5 kv.m olan 3 otaqlı 38 saylı mənzillə bağlı hər hansı şəxsin sahiblik və istifadə hüququnu mübahisələndirmək hüququ yoxdur. (§32)

47. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən məhkəmə qərarlarından da göründüyü kimi İddiaçı ilə Cavabdeh2 arasında Bakı şəhəri, Nobel prospekti 189a ünvanında yerləşən 16 mərtəbəli bir bloklu yaşayış evinin 1-ci blok 8-ci mərtəbə ümumi sahəsi 141.5 kv.m olan 3 otaqlı 38 nömrəli mənzillə bağlı mübahisəyə baxılmış, Bakı şəhəri Nobel prospekti 189a ünvanda inşa edilən binanın 1-ci blok 8-ci mərtəbə ümumi sahəsi 141.2 kv.m olan 3 otaqlı 48 saylı mənzilin Cavabdeh2 məxsus olması müəyyən edilmiş, həmin binada olan 38 saylı mənzillə 48 saylı mənzilin eyni mənzillər olmaması, yəni Cavabdeh2 məxsus olan mənzillə İddiaçı aid olan mənzilin üst-üstə düşməməklə fərqli mənzillər olduğu müəyyənləşdirilmişdir. Məhkəmə tərəfindən keçirilmiş yerində baxış zamanı da Cavabdeh2 mülkiyyətində və faktiki sahibliyində olan mənzilin 48 nömrəli mənzil olduğu müəyyən olunmuşdur.

48. Qeyd edilənlərə əsasən İddiaçı ilə Cavabdeh2 arasında eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan icraata xitam verilməlidir. (§34)

49. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir.

Məhkəmə xərcləri:

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 114.1-ci maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır.

51. Qeyd edilən qanunvericilik normasına əsasən, iddiaçının tələbi üzrə mülki iş üzrə icraata xitam verildiyindən iddia ərizəsi verilərkən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır.

52. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114, 261 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

1. İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “maneələrin aradan qaldırılması və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin.

2. İddiaçı tərəfindən “Expresspay” ödəniş sistemi vasitəsilə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın.

3. Qərardadın rüsumun qaytarılması hissəsində icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin.

4. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar