Məhkəmə qərarları › İş №2(011)-350/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-350/2022

14.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-350/2022 14.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, tərcüməçı X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müracət edərək cavabdehin Bakı şəhəri, Xətai rayonu, A.Qurbanov küçəsi, 1 saylı evin 22 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh doğma qardaşımdır. Mübahisəli ev icarə hüququ ilə onun adına rəsmilləşdirilmiş və cavabdehə bu barədə 10.11.1987-ci il tarixdə 269270 nömrəli order verilmişdir. Daha sonra yerli icra hakimiyyətinin 28\97 nömrəli 10.06.1988-ci il tarixli qərarına əsasən, onun müstəsna qaydada mübahisəli ünvana pasport qeydiyyatına alınması qərara alınmış və cavabdehlə birlikdə həmin mənzildə yaşayırdılar. Cavabdeh 1993-cü ildə yaşadıqları mənzili tərk edərək Rusiya Federasiyasına getmiş və o dövrdən bu günədək ondan heç bir məlumatım olmayıb. Sözügedən mənzildə 1988-ci ildən pasport qeydiyyatına alınmaqla 1993-cü ildən tək yaşayır və mənzilə aid bütün kommunal xidmətləri tərəfindən ödənilir. Cavabdehin mübahisəli mənzildə qeydiyyatda olması qanuni istifadəsində və sahibliyində olan mənzildən istifadə edilməsində müəyyən problemlər yaradır. Belə ki, cavabdehin mübahisəli mənzildə qeydiyyatda olmasına görə də kommunal xərcləri tək ödəməli olur, müxtəlif arayış və rəsmi icazələrin toplanmasında çətinliklər çəkir. Hesab edir ki, cavabdehin mənzili birdəfəlik tərk etməsi, ondan bu illər ərzində heç bir xəbər çıxmaması məhz geri qayıtmayacağı barədə kifayət qədər əsaslı olaraq fikirləşməyə dəlalət edir, cavabdehin mübahisəli mənzildə qeydiyyatı formal xarakter daşıyır. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh axırıncı qeydiyyat yeri üzrə bildiriş göndərilmiş, cavabdeh göstərilən ünvanda yaşamadığı üçün məhkəmə bildirişinin çatdırılması mümkün olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, iddiaçının qonşusudur. İddiaçı Bakı şəhəri, Xətai rayonu, A.Qurbanov küçəsi, 1 saylı evin 22 saylı mənzilində 1988-ci ildən yaşayır. Cavabdeh sonuncu dəfə həmin ünvanda 1991-ci ildə görmüşdür. Bildiyinə görə Cavabdeh Rusiya Federasiyasına getmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər XDS tərəfindən verilmiş 02.10.1987-ci il tarixli, 7/3b saylı orderin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, A.Qurbanov küçəsi, 1 saylı evin 22 saylı mənzili Cavabdeh verilmişdir. Bakı şəhər XDS tərəfindən verilmiş 28\97 nömrəli 10.06.1988-ci il tarixli qərarına əsasən İddiaçı müstəsna qaydada Bakı şəhəri, Xətai rayonu, A.Qurbanov küçəsi, 1 saylı evin 22 saylı mənzilinə pasport qeydiyyatına alınması qərara alınmış. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, qeyd olunan hüquq münasibətlərinə 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 60-cı maddəsinin qaydaları tətbiq olunmalıdır. 01.10.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60cı maddəsində təsbit edilmişdir ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başda yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququ itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər istifadəçılərin iddiası üzrə məhkəmə tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12.03.1999-cu il tarixli qərarına görə Mənzil Məcəlləsinin 60-cı mddəinin 1-ci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsinə olan hüquqdarından məhrum etmir. Həmin Qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddət yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada təlqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən çıxarılır. Beləliklə, məhkəmə işin araşdırılmış hallarına qiymət verib hesab edir ki, cavabdehin yaşayış üçün İran Rusiya Federasiyasına köçməsi, iddiaçının sahibliyində olan mənzildə yaşamaması, həmin mənzildə formal olaraq qeydiyyatda qalması təsdiq edildiyindən iddia tələb təmin edilməli, cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1.,80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 216-220, 360-cı maddələrini rəhbər tutaraq QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, A.Qurbanov küçəsi, 1 saylı evin 22 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar