Məhkəmə qərarları › İş №2(011)-36/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-36/2021

10.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-36/2021 10.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı1, Cavabdeh2 iştirakı ilə, İddiaçı1, İddiaçı3 və İddiaçı2 qızının Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzilə köçürülmə” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1, İddiaçı3 və İddiaçı2 qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların - İddiaçı1, İddiaçı3 və İddiaçı2 qızının ünvan 1 ünvanlı yaşayış sahəsinə köçürülmələri barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 izahatında bildirdi ki, o, xx xxxxxxxx 1992-ci il tarixində cavabdehlərdən biri olan Cavabdeh1 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur, nikaha daxil olduqdan sonra Cavabdeh1 ailəsinə məxsus mübahisəli Bakı şəhəri,Xətai rayonu, Zığ şossesi,ev 1B,mənzil 74 ünvanına köçmüş və orada yaşamışlar, lakin bir müddət sonra ailə üzvlərindən yoluxucu xəstəlik daşıyıcısı olan insanlar həmin ünvanda yaşadığından azyaşlı uşaqlarının sağlamlığının mühafizəsi xətrinə həmin mənzildən çıxıb başqa ünvanda mənzil kirayələməli olmuşlar, bununla belə, istər onun özü,istərsə də ailə qurduğu Cavabdeh1 və birgə nikahımızdan olmuş uşaqları olan bu iş üzrə iddiaçılar mütəmadi olaraq həmin mənzilə gedib-gəlir və həmin mənzildən istifadə edirmişlər, əvvəllər də, elə indi də mübahisəli mənzil Dövlət mənzil fonduna aiddir, 2009-cu ildə mənzilin kirayədarı- qaynanası X1 razılığı ilə mənzilə qeydiyyata düşmək üçün Xətai rayon Polis İdarəsinin qeydiyyat və şəxsiyyət vəsiqələri şöbəsinə müraciət etmişlər, lakin, mənzildə istifadə hüququ olan X9 mənzilə qeydiyyata olunmağına razı olmamışdır, həmin vaxtlar X4 özü ailə qurması ilə əlaqədar başqa ünvanda yasayırdı, bu səbəbdən 2009-cu ildə mənzildən istifadə hüququnun tanınmasına dair iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişlər, Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli 2- 588/2009 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək onun mənzildən istifadə hüququ tanınmış və mənzilə qeydiyyata alınmağı qət edilmişdir, bundan sonra həmin mənzilə pasport qeydiyyatına alınmış və mənzildən istifadəyə dair heç bir problem qalmamışdır, məhkəmə qətnaməsinin qəbul edilməsindən sonra uzun illər yaranmış kommunal xərcləri də onlar ödəmişdir, kommunal xərclərin ailəsi tərəfindən ödənilməsi təqribən 2017-ci ilə qədər davam etmişdir, belə ki, 2017-ci ildə qaynanası X5 vəfat etmiş, onun vəfatından bir qədər sonra isə Cavabdeh1 ilə ailə münasibətləri pisləşmişdir, nəticədə Xətai rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(011)-3221/2018 saylı qətnaməsi ilə nikahları pozulmuş, nikahları pozulduqdan sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bizim mənzilə istifadə hüquqlarını pozmağa başladılar, belə ki, əvvəlki vaxtlardan fərqli olaraq, nikah pozulduqdan sonra Cavabdeh1 və X7 bizi həmin mənzilə buraxmadılar, o səbəbdən məhkəməyə müraciət edərək ünvan 4 ünvanına köçürülməyinə dair qətnamə qəbul edilməsini istəyirlər, belə ki,Xətai rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli 2- 588/2009-cu il tarixli qətnaməsinə əsasən onun-Nəsirova (Cəbrayılova) Dilarə Rafiq qızının mübahisəli mənzilin kirayəçisi olmuş qaynanası X2 və qeyrilərinə qarşı yaşayış hüququnun tanınması və pasport qeydiyyatına alınmağına dair iddia tələbi təmin edilmişdir, 1982-ci ildə qəbul edilmiş və 2009-cu il oktyabr ayının 1-dən qüvvədən salınmış Mənzil Məcəlləsinin 54-cü maddəsinin tələblərinə uyğun olaraq həmin vaxtlar azyaşlı olmuş uşaqlarının-bu iş üzrə digər iddiaçıların da mənzildən istifadə hüquqları tanınmışdır, düzdür daha sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)- 1021/2019 saylı qətnaməsi ilə onun və həmçinin digər iddiaçıların həmin mənzildən istifadə hüquqlarına xitam verilmişdir, məhkəmənin həmin qətnaməsindən apelyasiya şikayəti versə də, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-9319/2019 saylı qətnaməsi ilə şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır, apelyasiya instansiya məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayəti də Ali Məhkəmənin Mülki Kollegiyasının qərarı ilə təmin edilməmiş, qətnamələr dəyişdirilmədən saxlanılmışdır, onun mənzildən istifadə hüququna xitam verilməsi barədə yekun məhkəmə qətnamələri qəbul olunmuşdur, lakin yenə də o, həmin mənzilə köçürülmək istəyir. Sonda İddiaçı1 qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddia tələbi təmamilə əsassızdır, belə ki, iddiaçıların mənzilə istifadə hüquqları yoxdur, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-1021/2019 saylı qətnaməsi ilə iddiaçıların həmin mənzildən istifadə hüquqlarına xitam verilmişdir, məhkəmənin həmin qətnaməsindən İddiaçı1 apelyasiya şikayəti versə də, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-9319/2019 saylı,xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-1021/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır, həmçinin İddiaçı1 apelyasiya instansiya məhkəməsinin qətnaməsindən də kassasiya şikayəti vermişdir, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-7609/2019 saylı qərarı ilə verilmiş kassasiya şikayəti təmin edilməmiş, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır, onların mənzildən istifadə hüququna xitam verilməsi barədə qəbul edilmiş məhkəmə qərarı qanuni qüvvəsini almışdır, bu iddiaçı tərəfindən də mübahisələndirilmir, iddiaçı da bunu qəbul edir, iddiaçıların istifadə hüququna xitam verildiyindən və onların belə bir hüququ olmadıqlarından onların mənzilə köçürülmə barədə iddia tələbləri rədd edilməılidir. Sonda Cavabdeh2 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2021-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barəsində digər iddiaçılar İddiaçı2 və İddiaçı3, digər Cavabdeh1 lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbələri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi isə rədd edilməlidir. İş materiallarında olan xx.xx.2009-cu il tarixli 2-588/2009 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh2 az yaşlı uşağı X11 ilə birlikdə ünvan 1-ə yaşayış hüququnun tanınması və o mənzilə köçürülərək qeydiyyata alınması, müstəqil tələb irəli sürən X6 ünvan 1-ə yaşayış hüququnun tanınması və onun həmin mənzilə qeydiyyata alınması qət edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 2(011)-3221/2018 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 ilə Cəbrayılova (Nəsirova) Dilarə Rafiq qızı arasında Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində xx.xx.1998-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 944 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. İş materiallarında olan Xətai rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixidə verilmiş AZ-İ seriyalı 305033 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X10 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabındqa xx.xx.2018-ci il tarixində 440 nömrə ilə qeyd aparılmışdır, nikah ləğv olunandan sonra kişiyə cəbrayılov, qadına Nəsirova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin "yaşayış yeri üzrə qeydiyyat haqqında" ******* nömrəli arayışından görünür ki, İddiaçı1 xx.xx.2009cu il tarixdən ünvan 1 ünvanında rəsmi qeydiyyatdadır, həmin ünvanda qeydiyyatda olan digər şəxslər İddiaçı3 , İddiaçı2, Cavabdeh2, Cavabdeh1, X9 və X8r. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-1021/2019 saylı qətnaməsindən görünür ki, X10, İddiaçı3 və X3 Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, 1B saylı binanın 74 saylı mənzilindən istifadə hüquqlarının itiilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-9319/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, apelyasiya şikayəti təmin edilməmiş ,Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-1021/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-7609/2019 saylı qərarından görünür ki, cavabdeh Cəbrayılova (Nəsirova) Dilarə Rafiq qızı, İddiaçı3 və İddiaçı2 qızının kassasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-9319/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı1 ilə Cavabdeh1 arasında olan nikah xx.xx.2018-ci il tarixli məhkəmə qətnaməsi ilə pozulmuşdur, iddiaçılar hal-hazırda mübahisəli mənzildə rəsmi qeydiyyatda olsalar da, həmin mənzildə yaşamırlar, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi vardır, qeyd edilənlər işin mübahisəsiz hallarıdır. Bununla belə, iddiaçıların həmin mənzilə köçürülmələrinə əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, İddiaçı1, İddiaçı3 və İddiaçı2 qızının “mənzilə köçürülmə” barədə iddia tələbinə münasibətdə hesab edir ki, iddiaçıların mübahisəli mənzilə dair istifadə hüquqlarının itirilməsi barədə məhkəmə qətnaməsi çıxarıldığından və həmin məhkəmə qətnaməsi qanuni qüvvəsini aldığından, həmçinin iddiaçıların həmin mənzilə köçürülmələrinə əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından iddia tələbi əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158.1.2-ci maddəsinə müvafiq olaraq mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, yaşayış sahəsindən istifadə hüququ Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və Azərbaycan Respublikasının Mənzil Məcəlləsində (x xxxxxxx 2009-cu il tarixinədək qüvvədə olmuş və x xxxxxxx 2009-cu il tarixindən qüvvədə olan) və Mülki Məcəllədə əks olunmuşdur (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il, xx.xx.2014-cü il və xx.xx.2018-ci il Qərarları). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə məhkəmə, iş üzrə təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı1, İddiaçı3 və İddiaçı2 qızının Cavabdeh2 və Cavabdeh1 qarşı “onların- İddiaçı1, İddiaçı3 və İddiaçı2 qızının ünvan 1 ünvanlı yaşayış sahəsinə köçürülmələri” barədə iddia tələbi rədd edilməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən tutulmasına münasibətdə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən və iddiaçıların dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı1, İddiaçı3 və İddiaçı2 qızının Cavabdeh2 və Cavabdeh1 qarşı “ mənzilə köçürülmə” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar