Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-360/2023 16.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi, Ərizəçi, onun vəkili Vəkil, Maraqlı şəxsin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi işləmə faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Ərizəçi xx.xx.1961-ci ildə Ermənistan Respublikası, Krasnoselo rayonunda anadan olmuşdur.
2. Ərizəçi Ermənistan Respublikasından qaçqın olduğundan orada işlədiyi müddəti əks etdirən əmək kitabçasını özü ilə gətirə bilməmişdir. Həmçinin, ərizəçi xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba əsasən ərizəçinin ümumi iş stajı 25 ildən az (21 il 4 ay 3 gün) təşkil etdiyindən, habelə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi əsas gətirilərək ona pensiya təyin olunmasından imtina edilmişdir.
Ərizənin və ona etirazın dəlilləri:
a) Ərizənin dəlilləri:
4. Ərizəçi onun xx.xx.1977-ci ildən xx.xx.1982-ci ilə qədər Ermənistan Respublikası, Krasnaselo rayonu, Toxluca kəndində sovxozda fəhlə peşəsində işlədiyi faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
5. Ərizəçi ərizəsində qeyd etmişdir ki, o, xx.xx.1961-ci ildə Ermənistan Respublikası, Krasnaselo rayonu, Toxluca kəndində anadan olmuşdur. Hal-hazırda o, ünvan 1 ünvanında yerləşən evdə qaçqın kimi məskunlaşaraq öz ailəsiylə birlikdə yaşayır. xx.xx.1977-ci ildən xx.xx.1982-ci ilə qədər Ermənistan Respublikası, Krasnaselo rayonu Toxluca kəndində sovxozda fəhlə işləmişdir. Hətta həmin ərəfədə işləyərkən onun tanıdığı qonşuları və uzaq qohumları da onunla birlikdə işləmişdir. Azərbaycana köçüb bir neçə işdə işləmişdir. Sonrakı işlədiyi işlər güzəştli şərtlərə daxil olduğundan hal-hazırda güzəştli şərtlərlə əmək pensiyası almaq istiyir. Ermənistan Respublikası, Krasnaselo rayonu, Toxluca kəndində sovxozda fəhlə işlədiyi illərdə nəzərə alınsa, ümumilikdə 25 ildən çox iş stajı vardır. Bu səbəbdən də, güzəştli şərtlərlə əmək pensiyası almaq üçün AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin əmək kitabçasında xx.xx.1977-ci ildən xx.xx.1982-ci ilə qədər Ermənistan Respublikası, Krasnaselo rayonu, Toxluca kəndində sovxozda fəhlə işlədiyi illər qeyd edilmədiyindən ona imtina edilmişdir. Ermənistan Respublikasından qaçqın düşərkən sənədlərini evlərindən və işlədiyi yerlərdən götürə bilməmişlər.
b) Maraqlı şəxsin ərizəyə etirazının dəlilləri:
6. Maraqlı şəxsin nümayəndəsi məhkəmə təqdim etdiyi ərizəyə yazılı etirazında qeyd etmişdir ki, iş üzrə şahidlərin həmin müəssisədə işləməsini təsdiq edən hər hansı fakt, sənəd, sübut yoxdur.
7. Məhkəmə iclasında verilən izahatlar:
8. Ərizəçi və onun vəkili məhkəmədə ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etdilər.
9. Maraqlı şəxsin nümayəndəsi məhkəmə baxışı zamanı izahat verərək ərizənin təmin edilməməsini xahiş etdi.
10. Məhkəmə iclasında şahid X2 izahat verərək bildirdi ki, o, ərizəçi ilə qonşu olmuşdur. Bayram Ermənistan Respublikası, Krasnaselo rayonu Toxluca sovxozunda işləmişdir, yaxşı işçi olub. O, da həmin sovxozda işləmişdir, xalça toxumuş və digər işlərlə məşğul olmuşdur. O, sovxozda 1971-ci ildən 1988-ci ilədək işləmişdir. Lakin Bayram 1977- 1982-ci illərdə işləmişdir.
11. Məhkəmə iclasında şahid X10 izahat verərək bildirdi ki, o, ərizəçi ilə bir kəndli və qohumdurlar. Özü məktəbdə müəllim işləmişdir. Bayramın Ermənistan Respublikası, Krasnaselo rayonu Toxluca sovxozunda işlədiyini bilirdi. Ümumiyyətlə, kənddə heyvandarlıqla məşğul olmuşlar. xx.xx.1971-ci ildən xx.xx.1982-ci ilədək müəllim işləmişdir.
12. Məhkəmə iclasında şahid X3 izahat verərək bildirdi ki, ərizəçi ilə bir kəndli olublar, kənddə hamı bir-birini tanıyırdı. Bayram sovxozda fəhlə işləyib. Özü isə qaynağçı işləyib, həm də Bayramla birlikdə kartof yığımında birlikdə işləyib. 1980-ci il tarixdə hərbi xidmətdən qayıdıb və 1981-1989-ci il tarixədək sovxozda işləyib. O hərbi xidmətdən qayıdanda Bayram işləyirdi.
13. Məhkəmə iclasında şahid X4 izahat verərək bildirdi ki, ərizəçi ilə bir Ermənistan Respublikası, Krasnaselo rayonu, Toxluca kəndində birlikdə yaşamışlar. Kənddə heyvandarlı sovxozu olmuşdur. Ərizəçi ilə birlikdə sovxozada həm yay aylarında mövsümü işlərdə, kartof yığımında, ot biçinində, daşınmasında, həm də qış aylarında birlikdə işləmişlər. O, sovxozda 1978-ci il tarixdən sonra işləməyə gəlmiş və 1979-cu ilədək işləmiş, sonra hərbi xidmətə getmiş və 1981-ci il tarixdə xidmətdən qayıtmışdır. O qayıdanda ərizəçi hərbi xidmətə getmişdir.
14. Məhkəmə iclasında şahid X5 izahat verərək bildirdi ki, ərizəçi ilə bir kəndlidir. Kənddə qoyunçuluq sovxozu olmuşdur. Bayram sovxozda fəhlə işləmişdir. Bayramla birlikdə kənddə əkinçiliklə məşğul olub. Bayram 1977-ci ildən başlayaraq orda işləmişdir. Özü isə 1973-cü ildən 1988-ci ilin sonunadək həmin sovozda işləmişdir.
15. Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
16. Maddə 104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir.
17. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
18. Maddə 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır.
19. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları
20. 3.2.2-ci bənd. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir.
“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı
17. Bənd 13.4. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir.
Azərbaycan Respublikası Dövlət Sosial Müdafıə Fondunun Kollegiyasının 2007- ci il tarixli, 6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçiin sosial sığorta stajının müəyyən edilməsi və hesablanması” Qaydaları
18. 2.5-ci bənd. Əmək fəaliyyəti barədə sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta staji məhkəmə qaydasında müəyyən edilir
19. İşə baxan məhkəmənin mövqeyi:
20. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir.
21. Yuxarıda qeyd edilən müddəalardan da görünür ki, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üçün bir qayda olaraq iki dispozitiv şərt tələb olunur: birincisi, belə faktlar şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ilə bağlı olmalı, ikincisi, ərizəçinin bu faktları təsdiq edə bilən sənədləri başqa qaydada ala bilməsi imkanının olmaması (bu imkanın tükənməsi).
22. Ərizəçinin iş satıjının olması faktının müəyyən edilməsi tələbi gələcəkdə onun pensiya alması məqsədilə irəli sürülmüşdür. Bu halda məhkəmə hesab edir ki, ərizəçinin müəyyən edilməsini tələb etdiyi fakt onun əmlak hüququnun yaranması ilə bağlıdır və qeyd edilən birinci şərt mövcuddur.
21. Həmçinin, iş materialları ilə ikinci şərtin də mövcud olması müəyyən edilir. Belə ki, mülki iş materiallarında olan maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ərizəçi ona əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Republikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, bununla bağlı ona bildirilmişdir ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ərizəçiyə münasibətdə 34560 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 18124,13 manat təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq ərizəçiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
23. Göründüyü kimi, ərizəçinin ərizəsində göstərdiyi iş stajının müəyyən edilməsi onun əmlak hüquqlarının əmələ gəlməsi ilə bağlı olduğundan, həmin dövr üzrə iş stajını təsdiq edə biləcək rəsmi sənəd (əmək kitabçası) isə ərizəçinin Ermənistan Respublikasından qaçqın düşməsi səbəbindən orada qaldığından və əriəzçinin həmin sənədi əldə etməsi mümkün olmadığından ərizəçi Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
24. İş materialları və şahid ifadələri əsasında müəyyən edilir ki, ərizəçinin xx.xx.1977-cı il tarixdən xx.xx.1982-ci il tarixədək Ermənistan Respublikası, Krasnaselo rayonu, Toxluca kəndində sovxozda fəhlə işləməsi barədə tələbi qismən əsaslıdır.
25. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan hərbi biletin surətindən görünür ki, ərizəçi xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Halbu ki, ərizəçi həmin illər üzrə də əmək stajının müəyyən edilməsi tələbini irəli sürmüşdür.
26. Ərizəçinin Ermənistan Respublikası, Krasnaselo rayonu, Toxluca kəndində sovxozda fəhlə işləməsi ilə bağlı hüquqi əhəmiyyəti olan digər müddətləri ehtiva edən iş stajı isə şahid ifadələri əsasında qismən öz təsdiqini tapır.
22. Məhkəmə iclasında şahid Gilas Novruzova bildirmişdir ki, o, Ermənistan Respublikası, Krasnaselo rayonu Toxluca sovxozunda 1971-ci ildən 1988-ci ilədək işləmişdir. Ərizəçi də onunla birlikdə 1977-1982-ci illərdə həmin sovxozda fəhlə işləmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş Gilas Novruzovaya məxsus əmək kitabçasının (əslinə məhkəmədə baxış keçirilmişdir) surətindən görünür ki, o, xx.xx.1971-ci il tarixdən xx.xx.1988-ci il tarixədək sözügedən sovxozda işləmişdir. Ərizəçinin hərbi xidmətdə olduğu müddət (xx.xx.1980-xx.xx.1982) nəzərə alındıqda, onunla X6 sovxozunda birlikdə işlədiyi müddət 3 il 3 ay 2 gün edir (ərizəçinin həmin şahidlə birlikdə işlədikləri müddət xx.xx.1977-xx.xx.1980-ci ilədək 2 il 11 ay 2 gün, xx.xx.1982-xx.xx.1982-ci ilədək 3 ay 15 gün).
27. Məhkəmə iclasında şahid Vəli İsgəndərov bildirmişdir ki, o, Ermənistan Respublikası, Krasnaselo rayonu Toxluca sovxozunda 1981-ci ildən 1989-cu ilədək işləmişdir. Ərizəçi də onunla birlikdə sovxozda fəhlə işləmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş Vəli İsgəndərova məxsus əmək kitabçasının (əslinə məhkəmədə baxış keçirilmişdir) surətindən görünür ki, o, xx.xx.1981-ci il tarixdən xx.xx.1989-cu il tarixədək sözügedən sovxozda işləmişdir. Ərizəçinin hərbi xidmətdə olduğu müddət (xx.xx.1980xx.xx.1982) nəzərə alındıqda, onunla X8 sovxozunda birlikdə işlədiyi müddət 4 ay edir (ərizəçinin həmin şahidlə birlikdə işlədikləri müddət xx.xx.1982-xx.xx.1982-ci ilədək 3 ay 15 gün).
23. Məhkəmə iclasında şahid İmran İsmayılov bildirmişdir ki, o, Ermənistan Respublikası, Krasnaselo rayonu Toxluca sovxozunda 1978-ci il tarixdən sonra işləməyə gəlmiş və 1979-cu ilədək işləmiş, sonra hərbi xidmətə getmiş və 1981-ci il tarixdə xidmətdən qayıtmışdır. O qayıdanda isə ərizəçi hərbi xidmətə getmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş İmran İsmayılova məxsus əmək kitabçasının (əslinə məhkəmədə baxış keçirilmişdir) surətindən görünür ki, o, xx.xx.1978 - xx.xx.1979-cu il tarixədək və xx.xx.1981- xx.xx.1988-ci il tarixədək sözügedən sovxozda işləmişdir. Ərizəçinin hərbi xidmətdə olduğu müddət (xx.xx.1980-xx.xx.1982) nəzərə alındıqda, onunla X7 sovxozunda birlikdə işlədiyi müddət 1 il 2 ay 17 gün edir (ərizəçinin həmin şahidlə birlikdə işlədikləri müddət xx.xx.1978-xx.xx.1979-cu ilədək 10 ay 17 gün, xx.xx.1982xx.xx.1982-ci ilədək 3 ay 15 gün).
24. Məhkəmə iclasında şahid Hüseyn Həsənov bildirmişdir ki, o, Ermənistan Respublikası, Krasnaselo rayonu Toxluca sovxozunda 1973-cü ildən 1988-ci ilədək işləmişdir. Bayramla birlikdə həmin sovxozda əkinçiliklə məşğul olub. Bayram 1977-ci ildən başlayaraq orda işləmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş Hüseyn Həsənova məxsus əmək kitabçasının (əslinə məhkəmədə baxış keçirilmişdir) surətindən görünür ki, o, xx.xx.1973-cü il tarixdən xx.xx.1988-ci il tarixədək sözügedən sovxozda işləmişdir. Ərizəçinin hərbi xidmətdə olduğu müddət (xx.xx.1980-xx.xx.1982) nəzərə alındıqda, onunla X9 sovxozunda birlikdə işlədiyi müddət 3 il 3 ay 2 gün edir (ərizəçinin həmin şahidlə birlikdə işlədikləri müddət xx.xx.1977-xx.xx.1980-ci ilədək 2 il 11 ay 2 gün, xx.xx.1982-xx.xx.1982-ci ilədək 3 ay 15 gün).
25. Beləliklə, şərh edilənlər əsasında məhkəmə baxışında müəyyən edilmişdir ki, ərizəçinin Ermənistan Respublikası, Krasnaselo rayonu Toxluca sovxozunda Gilas Novruzov və Hüseyn Həsənovla birlikdə işlədikləri müddət 3 il 2 ay 17 gün, digər şahidlər, İmran İsmayılovla 1 il 2 ay 17 gün, Vəli İsgəndərovla isə 3 ay 15 gün olmuşdur. Göründüyü kimi, digər şahidlərlə müqayisədə iki şahidin, Gilas Novruzov və Hüseyn Həsənovla ərizəçinin birlikdə işlədikləri müddət daha çox olmuşdur. Həmin şahidlər ərizəçinin hüquqi fakt olaraq təsdiq etmək istədiyi iş dövrünün bir hissəsini (3 il 2 ay 17 gün) təsdiq edə biləcək eyni sovxozda və eyni dövrdə işləmələri ilə bağlı əmək kitabçalarını məhkəməyə təqdim etmişlər.
26. Məhkəmə digər şahid, Sabir Asdanovun ifadəsini nəzərə almır, çünki o, ərizəçi ilə eyni kənddə yaşasa da, Toxluca sovxozunda deyil, həmin kənddə müəllim vəzifəsində işləmişdir.
28. Məhkəmə həmçinin, qeyd etməyi zəruri hesab edir ki, Ərizəçi tamamilə üzrlü hesab edilə biləcək bir səbəbdən əmək stajını təsdiq etmək imkanından məhrum olmuşdur. Belə ki, Ermənistan Respublikası ilə hər hansı formada münasibətlərin mövcud olmaması və təcrid edilmiş hazırkı halda hüquqi əhəmiyyətli faktın digər vasitələrlə təsdiq edilməsi mümkün deyil və bu faktın əlavə sübuta ehtiyacı yoxdur. Çünki, Mülki Prosessual Məcəllənin 82.1-ci maddəsində də qeyd edilir ki, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.
29. Beləliklə, məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işdəki sübutları araşdıraraq, istinad olunan hüquq normalarına əsasən belə nəticəyə gəlir ki, ərizə qismən təmin edilərək, ərizəçinin xx.xx.1977-ci il tarixdən xx.xx.1980-cü il tarixə qədər (2 il 11 ay 2 gün) və xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək (3 ay 15 gün) olan ümumilikdə 3 il 2 ay 17 gün Ermənistan Respublikası, Krasnaselo rayonu Toxluca sovxozunda fəhlə işləməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir.
30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
Ərizə qismən təmin edilsin. xx.xx.1961-ci il tarixdə Ermənistan Respublikası, Krasnaselo rayonu rayonunda doğulmuş Ərizəçi xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixədək 2 il 11 ay 2 gün və xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək 3 ay 15 gün, ümumilikdə 3 il 2 ay 17 gün Ermənistan Respublikası, Krasnaselo rayonu Toxluca sovxozunda fəhlə işləməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ərizə dogər hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı