Məhkəmə qərarları › İş №2(011)-3602/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3602/2022

05.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3602/2022 05.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi “qohumluq faktının müəyyən edilməsi” barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, anası X9 və xalası X3 bacı olmaları, anasının soyadının “Troşina” olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1951-ci ildə Bakı şəhərində anadan olmuşdur. X9 ərizəçinin anasıdır. Ərizəçinin atası isə X19. X6 ərizəçinin xalası X2r. Vyaçeslav Skoroxod xx.xx.2020-ci ildə vəfat etmişdir. O vəfat edənə qədər ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. Rəhmətə getdikdən sonra ərizəçi onun vərəsəsi kimi ondan miras qalmış mənzildə yaşayır. Faktiki olaraq ərizəçi mirası qəbul edərək idarə edir. İddiaçıdan başqa heç bir vərəsə yoxdur. Vyaçeslav Skoroxod vəfat etdikdən sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün miras əmlakının yerləşdiyi ərazi üzrə 40 saylı notariusa müraciət etmişdir. 40 saylı notariusun xususi notariusu tərəfindən xx.xx.2022-ci il tarixində “Vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina haqqında” Qərar təqdim edilmişdir. İmtinanın səbəbi olaraq qərarda qeyd edilmişdir ki, “vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün müraciət etmiş Ərizəçi miras qoyanla xalaoğlu olması faktını müəyyən edən sənədlər təqdim edilməmişdir. Ona görə də miras qoyanla vərəsələrin anaları X10 və X4 bacı olma faktı və X4 soyadının “Troşina” və ya “Proşina” olması faktı müəyyən edilməlidir”. Ərizəçinin anası X9 ilə xalası X3 bacı olmalarını ərizəyə əlavə edilmiş sənədlər və şahidlərin verdikləri notariat ərizəsi vasitəsilə də təsdiq edilə bilər. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs Bakı şəhəri 40 saylı Notariat kontorunun səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən əsaslıdır və aşağıdakılara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 40 saylı Notariat ofisinin xüsusi notariusunun vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Ərizəçi qohumluq faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan xx.xx.1955-ci il tarixdə verilmiş evlənmə haqqında akt qeydinin surətindən görünür ki, X21 ilə X9 arasında nikah bağlanmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1951-ci ildə Bakı şəhərində anadan olmuşdur. X22 Fyodorovnadır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan xx.xx.1958-ci il tarixdə verilmiş ölüm haqqında akt qeydinin surətindən görünür ki, X16 xx.xx.1958-ci ildə ölmüşdür. İş materiallarında olan Nərimanov rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli 509 saylı arayışının surətindən görünür ki, X17 və X5 nikahı haqqında xx.xx.1949-cu il tarixdə 117 №-li akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan xx.xx.1955-ci il tarixdə verilmiş boşanma akt qeydinin surətindən görünür ki, X17 ilə X7 arasındakı nikah pozulmuşdur. İş materiallarında olan İ-ИЕ №029891 saylı evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X7 arasında xx.xx.1956-cı ildə nikah bağlanmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1985-ci ildə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1956-cı ildə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X11 arasında xx.xx.2006-cı il tarixində nikah bağlanmışdır. Anası X10dır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2020-ci ildə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli 2-18/209 saylı mətubundan görünür ki, xx.xx.1927-ci il təvəllüdlü X14 barədə Əhalinin Dövlət Reyestrinin X1 sistemində hər hansı məlumat tapılmamışdır. İş materiallarında olan Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli 05/2-4654/13 saylı məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” X1 sistemində məlumatlar yoxlanılarkən A.L.Troşinanın övladlarına dair, valideynləri və bacı-qardaşları ilə bağlı məlumatın yoxlanılması üçün V.F.Skoroxod ilə A.F.Troşinanın doğumuna dair məlumat aşkar olunmamışdır. İş materiallarında olan Milli Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli 4/1233 saylı məktubundan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1927-ci ilə dair Bakı şəhəri Lenin (Sabunçu) rayonu Balaxanı qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitablarında, 1928-1945-ci illərə dair Bakı şəhəri Lenin (Sabunçu) rayonu üzrə doğum haqqında bərpa kitablarında Skoroxod (Troşina, Vorobyeva) Valentina Fyodorovnanın təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş X15 və X18 tərəfindən verilmiş ərizədən görünür ki, X6 mirası qəbul edən Ərizəçi ilə xalaoğludurlar. İş üzrə şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, ərizəçi onun qohumudur. X9 ilə X10 doğma bacıdırlar. X9 X20 evlənmişdir. Evləndikdən sonra soyadı Troşina olaraq qalmışdır. Onların Viktor və Aleksandr adlı iki övladı olmuşdur. Ərizəçi Aleksandrın doğum haqqında şəhadətnaməsində anasının soyadı səhvən Proşina olaraq qeyd edilmişdir. X10 isə X17 ilə ailə həyatı qurmuş, lakin boşanmışdırlar. Valentina Fyodorovna sonradan Anatoliy Skoroxod ilə nikaha girmiş soyadını Skoroxod olaraq dəyişmişdir. Birgə nikahlarından Vyaçeslav adlı bir övladları anadan olmuş və o da vəfat etmişdir. İş üzrə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, Troşina Anastasiyanın qonşusu olmuşdur. Onun Viktor və Aleksandr adlı iki övladı olmuşdur. Onu soyadı Troşina olaraq tanınmış və bəzi sənədlərdə texniki səhv olaraq soyadı Proşina yazılmışdır. X4 X10 adında doğma bacısı vardır. Məhkəmə ərizənin “ərizəçinin anası X9 və xalası X3 bacı olmaları” faktının təsdiq edilməsi barədə hissəsini araşdıraraq hesab edir ki, ərizə göstərilən hissədə həm iş materialları, həm də şahid ifadələri ilə öz təsdiqini tapdığından, təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X9 ilə X10 doğma bacı olmuşlar. X9 bir dəfə evlənmiş və soyadını dəyişdirməmişdir. Ərizəçi onun oğludur. X10 isə iki dəfə evlənmiş, sonuncu evliliyindən Skoroxod soyadını almış və Vyaçeslav adlı övladı anadan olmuşdur. Hazırda həm ərizəçinin anası, həm də xalası və xalasının oğlu öldüklərindən, sonuncudan qalma mirasın qəbul edilməsi soyad fərqlilikləri üzündən mümkün olmadığından, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, ərizəçinin və şahidlərin ifadələri, işin materialları ilə ərizəçinin anası X9 ilə X3 bacı olmaları faktı tam sübuta yetirilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi qohumluq əlaqəsinin olması faktını təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə ərizənin “ərizəçinin anasının soyadının “Troşina” olması faktının müəyyən edilməsi” barədə hissəsini araşdıraraq hesab edir ki, ərizə göstərilən hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarın 2.2-cı bəndinə əsasən, əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Belə ki, ərizəçinin hazırkı tələblə məhkəmə müraciət etməkdə səbəbi onun doğum haqqında şəhadətnaməsində anasının soyadının səhvən “Troşina” əvəzinə “Proşina” olaraq qeyd edilməsidir. Məhkəmə isə həmin tələblə bağlı qeyd edir ki, qüvvədə olan Mülki-Prosessual Məcəllədə vətəndaşlıq vəziyyəti aklarında olan soyadın olması barədə faktın müəyyən edilməsi nəzərdə tutulmamışdır. Odur ki, ərizə göstərilən hissədə təmin edilə bilməz. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Ərizə qismən təmin edilsin. X9 ilə X3 bacı olmalarına dair qohumluq faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar