Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3602/2025 19.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu – İddiaçı “müqavilə öhdəliyinin yerinə yetirilməməsi, borcun geriyə qaytarılması, dəbbə pulu və mənəvi zərərin vurulması tələbinə dair” iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı onun tərəfindən ödənilmiş 7660 manat pulun, 10000 manat dəbbə pulunun, 10000 manat mənəvi zərərə görə pulun, 191 manat dövlət rüsumunun, 1009 manat bank xidmət xərcinin, ələvə xərclərə, notariat ofisində tərcüməyə və ingilis dili kurslarına ödədiyi 2350 manat olmaqla, ümumilikdə 31120 manat pulun cavabdehlər "xxxx" MMC-nin (X4) baş dirketoru X1, "xxxx" MMC-dən tutularaq barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Əvvəla, iddiaçı iddia ərizəsində cavabdeh Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 37 qeyd etsə də, elektron məlumat əsasında müəyyən edilir ki, cavabdehin ünvanı Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə görə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Bundan başqa, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı "xxxx" MMC-nin (X4) baş dirketoru X2 cavabdeh, "xxxx" MMC-ni isə 3-cü şəxs qismində göstərsə də, 3-cü şəxsə qarşı da tələb irəli sürmüşdür. Halbuki, MPM-nin 50.1-ci maddəsinə görə prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 57.1-ci maddəsinə görə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Qeyd edilən müddəaların mənasından görünür ki, iddia tələbi prosesin tərəfi olan cavabdehə qarşı yönəldilə bilər. Prosesdə iştirak edən üçüncü şəxslər isə yalnız məhkəmədə baxılan mübahisə hüquq və vəzifələrinə təsir edə biləcək şəxslərdir ki, onlara qarşı hər hansı tələb irəli sürülməsi qanunla müəyyən edilməmişdir. İddiaçı isə "xxxx" MMC-ni isə 3-cü şəxs qismində göstərməsinə baxmayaraq ona qarşı da tələb irəli sürərək pul tələb edir. "xxxx" MMC-yə qarşı hər hansı tələb yalnız onun cavabdeh qismində cəlb edilməsindən sonra mümkün ola bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı iddianı cavabdehin rəsmi qeydə alındığı yer üzrə məhkəməyə vermədiyindən, habelə tələb cavabdeh olmayan şəxsə qarşı verildiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən aiddiyyət qaydaları pozularaq məhkəməyə müraciət edildiyinə görə iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarıldığından, onun tərəfindən ödənilmiş 191 manat məbləğində dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixində Bakı şəhər Xətai Rayon Məhkəməsinə ödənilmiş 191 manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-3602/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3602/2025
19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver