Məhkəmə qərarları › İş №2(011)-3612/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3612/2022

06.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3612/2022 06.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Rəhimli Lalə Elxan qızı – İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı Cavabdeh qarşı – Cavabdeh adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın verilməsi üçün əsas olmuş, cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2009-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsi məhkəmə qaydasında etibarsız hesab edildiyindən və həmin qərar qanuni qüvvəyə mindiyindən xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, məhəllə 1156, mənzil 14, korpus 2, yeni qaydalarla: AZ1025, Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi 36, M5, mənzil 5-ə dair Cavabdeh adına verilmiş çıxarışın (qeydiyyat nömrəsi **********) və daşınmaz əmlakın dövlət reyestrində 3589 nömrəli reyestr kitabının 336435 nömrəli vərəqində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizənin yolverilməzliyinə görə, ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. İddia tələbindən görünür ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, məhəllə 1156, mənzil 14, korpus 2, yeni qaydalarla: AZ1025, Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi 36, M5, mənzil 5-ə dair Cavabdeh adına verilmiş çıxarışın (qeydiyyat nömrəsi **********) və daşınmaz əmlakın dövlət reyestrində 3589 nömrəli reyestr kitabının 336435 nömrəli vərəqində aparılmış qeydiyyatın etibarsız hesab edilməsini xahiş edir. Halbuki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarının 5.1-ci bəndində göstərilir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd edilən qərarın 15.4-cü bəndində isə göstərilir ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, mövcud iddia ərizəsi inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsi (ləğv olunmasına və ya dəyişdirilməsinə) ilə bağlı olduğundan, iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı deyildir. Buna görə də ərizənin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, mövcud ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından, yolverilməzliyə görə ərizənin qəbul edilməsindən imtina edilməli və ərizəçiyə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı Cavabdeh qarşı – Cavabdeh adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın verilməsi üçün əsas olmuş, cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2009-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsi məhkəmə qaydasında etibarsız hesab edildiyindən və həmin qərar qanuni qüvvəyə mindiyindən xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, məhəllə 1156, mənzil 14, korpus 2, yeni qaydalarla: AZ1025, Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi 36, M5, mənzil 5-ə dair Cavabdeh adına verilmiş çıxarışın (qeydiyyat nömrəsi **********) və daşınmaz əmlakın dövlət reyestrində 3589 nömrəli reyestr kitabının 336435 nömrəli vərəqində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi barədə iddia ərizəsi, ərizənin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardad və iddia ərizəsinə əlavə olunmuş sənədlər İddiaçı rəsmi qaydada verilsin. İddiaçıya aidiyyəti üzrə inzibati orqana müraciət etmək hüququnun olması izah olunsun. İddiaçıya izah olunsun ki, ərizəni qəbul etməkdə imtina edilməsi həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Lalə Rəhimli İş № 2(011)-3612/2022 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL 06 may 2022-ci il Bakı şəhəri Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi Rəhimli Lalə Elxan qızı, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət saat 12:30-da başlandı. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qərardad qəbul etdi. Prosessual hərəkət saat 12:45-də qurtardı. Protokol 06 may 2022-ci il tarixdə tərtib edilmişdir. Hakim Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar