Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3635/2020 17.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili X5 iştirakı ilə Ərizəçi doğum faktının müəyyən edilməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəməiclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1928-ci il təvəlüdlü X4 doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 1972-ci ildə Xətai rayonunda anadan olmuşdur. Hal-hazırda Xətai rayonu, Sadıqcan küçəsi, ev 4A, mənzil 25 ünvanında qeydiyyatdadır. Ərizəçinin atası 1928-ci il təvəllüdlü X11 2003-cü ildə vəfat etmişdir. Atasının atası X14, anası isə X8 olmuşdur. Ərizəçinin babası, yəni atasının atası X14 1970-ci ildə, nənəsi, yəni atasının anası X8 isə1940-cı ildə vəfat etmişdir. Onlar barəsində arxivdə hər hansı sənəd aşkar edilməmişdir. Ərizəçi atası X4 doğum haqqında sənədlərinin surətini almaq üçün ərizə ilə Azərbaycan Respublikası Dövlət Arxiv İdarəsinə müraciət etmişdir. X18 verilən xx xxxxxx 2019-cu il tarixli H-40 saylı arayışdan da göründüyü kimi 1920-1941-ci illərə dair Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu, Zirə qəsəbəsi üzrə doğum haqqında Əlifba kitablarında 3N-li kitab üzrə 1 N-li akt qeydi ilə Məmmədli Baba oğlunun adı qeyd olunur. Həmin kitab Dövlət arxivinə təhvil verilməməsi səbəbi ilə Məmmədli Baba oğlunun atasının adı, doğulduğu gün, ay, il təyin olunmamışdır. Bu səbəbdən 1928-ci il təvəllüdlü X4 doğumun qeyd edilmə faktının məhkəmə qaydasında müəyyən edilməsi ehtiyacı yaranmışdır. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsi ərizəçinin babası X6 faktiki vərəsəlik qaydasında atası X7, ondan isə oğlu olan ərizəçiyə keçmiş və ərizəçinin faktiki istifadəsində olan Əzizbəyov (Xəzər) rayonu, Zirə qəsəbəsindəki 18 nömrəli 0,20 ha bağ sahəsinə dair iddiaçının adına hüquq müəyyən edici sənədlərin hazırlanması üçün də notariat orqanları tərəfindən tələb olunur. Ərizəçinin babası X12 Bakı Bağlar Tresti tərəfindən xx xxxxxx 1965-ci ildə 10359 saylı müqavilə ilə Əzizbəyov (Xəzər) rayonu, Zirə qəsəbəsindəki 18 nömrəli 0,20 ha bağ sahəsi verilmişdir. Faktiki olaraq həmin bağ sahəsi ərizəçinin babasından atasına, atasından isə ona keçmişdir. Daha sonra ərizəçinin etibarnamə üzrə nümayəndəsi və vəkili Mübariz Yolçiyev Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, X4 doğumun qeyd edilmə faktının müəyyən edilməsi, həmin doğum qeydində X4 atasının adı xanasına X9 adı, X4 anasının adı xanasına isə X3 yazılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Məhkəmə iclasında ərizəçinin etibarnamə üzrə nümayəndəsi və vəkili ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxslər Maraqlı şəxs1 və Xəzər rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onların nümayəndələri məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X13 öz çıxışında bildirdi ki, mərhumun özünü də, atasını və babasını da tanıyır. Onlarla qonşu olmuşlar. Ərizəçinin babası təqaüdçü olmuş, atası isə Neft Daşlarında işləmişdir. Məmmədəlinin Zirədə evi olmuş, daha sonra ona başqa ev vermişlər. Məhkəmə iclasında şahid qismində çıxış edən X10 öz çıxışında bildirdi ki, o, Zirədə yaşamışdır, Məmmədəlinin həm qohumu, həm qonşusu olmuşdur. Onların evlərinin arası 25 metr olmuşdur. O, Məmmədəli ilə həm də Neft Daşlarında birlikdə işləmişlər. Məhkəmə ərizəçinin etibarnamə üzrə nümayəndəsi və vəkilinin izahatını, şahidlərin ifadələrini dinləyərək, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir, ərizə təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Polis İdarəsi tərəfindən verilmiş X7 məxsus forma-1 kartının surətindən görünür ki, X11 xx xxxxxx 1928-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. xx xxxxxxx 2003-cü ildə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, qeydiyyat aparılan dövrdə qüvvədə olan “VVAQQ orqanlarının sənədlərinin saxlanma müddətini göstərən Siyahı”nın 4.8-ci bəndinə uyğun olaraq ölüm haqqında akt qeydinin tərtib olunmasına əsas olan sənədlər qeydiyyat şöbələrinin arxivində 1 il saxlanıldıqdan sonra məhv edilmişdir. Bu qəbildən olan sənədlərin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində saxlanılması isə qanunvericilikdə nəzərdə tutulmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən Ərizəçi müraciətinə əsasən ona ünvanlanmış xx xxxxx 2019-cu il tarixdə verilmiş məktubdan görünür ki, 1920-1941-ci illərə dair Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu, Zirə qəsəbəsi üzrə doğum haqqında Əlifba kitablarında 3N-li kitab üzrə 1 N-li akt qeydi ilə Məmmədli Baba oğlunun adı qeyd olunur. Həmin kitab Dövlət arxivinə təhvil verilməməsi səbəbi ilə Məmmədli Baba oğlunun atasının adı, doğulduğu gün, ay, il təyin olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş üzrə tədqiq olunan sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, ərizəçinin atası xx xxxxxx 1928-ci ildə Bakı şəhərində doğulmuşdur. Doğumu qeydə alınsa da, onunla bağlı məlumatlar arxivdə aşkar edilməmişdir. Ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, göstərilən akt qeydi bərpa edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin məcəllənin 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsinə dair işlərə baxır. Həmin məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. xx xxxxxxx 2003-cü il tarixdə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydalarının” 1.4-cü bəndinə əsasən, Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, ərizəçinin atası X4 xx xxxxxx 1928-ci ildə Bakı şəhərində doğulmasına dair akt qeydi bərpa edilməli, həmin akt qeydində “ata adı” qrafasında X14, “ana adı” qrafasında isə X1 qeyd edilməli, həmçinin həmin akt qeydində “uşaq” qrafasında ərizəçinin atasının adı X2 qeyd olunmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 10 manat dövlət rüsumu ödəmişdir. “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsinə əsasən, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrdən 10 manat məbləğində dövlət rüsumu tutulur. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçının ödədiyi 10 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçinin atası X4 xx xxxxxx 1928-ci ildə Bakı şəhərində doğulmasına dair akt qeydi bərpa edilsin, həmin akt qeydində “ata adı” qrafasında X14, “ana adı” qrafasında isə X1 qeyd edilsin, həmçinin həmin akt qeydində “uşaq” qrafasında ərizəçinin atasının adı X2 qeyd olunsun. Ərizəçi ödədiyi 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsiilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-3635/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3635/2020
17.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver