Məhkəmə qərarları › İş №2(011)-3646/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3646/2024

16.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3646/2024 16.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın məyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, X2 və İstismarı Birliyi ilə ərizəçi ilə arasında 33996 saylı xx.xx.2005- ci il tarixli müqavilənin bağlanılmasına əsas olmuş (və həmin idarənin arxivində saxlanan) Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 319 saylı sərəncamında bağ sahəsinin nömrəsinin “167” əvəzinə “167a” kimi oxunması, soyadının “Qulamova” əvəzinə “Quliyeva” kimi oxunması, ata adının isə “Cəlal” əvəzinə "Calal” kimi oxunması faktının təsdiq edilməsi, eyni zamanda sözügedən bağ sahəsinə dair müqavilədə (torpaq sahəsinin ölçüsünün 0,12ha olması faktını təsdiqləməklə) və ərizəsində sözügedən dəyişikliklərin nəzərə alınması barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə daha sonra məhkəməyə ərizə ilə müraciət edərək, “X2 və İstismarı Birliyi ilə ərizəçi ilə arasında 33996 saylı xx.xx.2005-ci il tarixli müqavilənin bağlanılmasına əsas olmuş (və həmin idarənin arxivində saxlanan) Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 319 saylı sərəncamında bağ sahəsinin nömrəsinin “167” əvəzinə “167a” kimi oxunması, soyadının “Qulamova” əvəzinə “Quliyeva” kimi oxunması, ata adının isə “Cəlal” əvəzinə "Calal” kimi oxunması faktının təsdiq edilməsi, eyni zamanda sözügedən bağ sahəsinə dair müqavilədə və ərizəsində sözügedən dəyişikliklərin nəzərə alınması barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə yenidən məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmədən Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 və X7 ərazisindəki 167a nömrəli bağın istifadəyə verilməsi haqqında 33996 saylı, xx.xx.2005-ci il tarixli müqavilənin və Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 319№-li Sərəncamının Ərizəçi məxsus olmasına dair hüquqi faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 319 saylı sərəncamına əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 167a saylı bağ sahəsinin istifadəsinə verilməsinə dair keçmiş X2 və İstismarı Birliyi ilə ərizəçi arasında 33996 saylı xx.xx.2005-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilədə bağdan ərizəçi ilə birgə istifadə hüququ olan şəxslər olaraq ailə üzvləri 1937-ci il təvəllüdlü X8, 1942-ci il təvəllüdlü X9, 1996-cı il təvəllüdlü X10, və 2000-ci il təvəllüdlü X4 adları qeyd olunmuşdur. Yəni Həmin müqavilənin ərizəçiyə məxsus olmasına heç bir şübhə qalmır. Lakin sözügedən bağ sahəsini özəlləşdirmək istəyərkən cavabdeh tərəfindən qeyd olunan müqavilədə şübhə yarandığı səbəbindən müraciətinə imtina verilmişdir. Cavabdehin şübhəsi bundan ibarət olmuşdur ki, (**********95 saylı, xx.xx.2021-ci il tarixli imtina məktubu əlavə olunur) “mənə verilmiş keçmiş X2 və İstismarı Birliyinin 33996 saylı müqaviləsi İdarənin arxivində mövcuddur, lakin idarənin arxivində mövcud olan müqavilənin surətində mənim adım X11 kimi yazılıb, bağ sahəsinin nömrəsi isə 167 yazılıb, torpağın sahəsi göstərilməyib və eyni zamanda ərizəmdədə müvafiq yanlışlıq var”. Əslində isə ərizəçinin təqdim etdiyi sənədlərdəndə göründüyü kimi ərizəçinin adı Ərizəçidır. Bağın nömrəsi isə 167a gedir. 167 saylı bağ isə ərizəçinin qonşusuna məxsusdur və o ünvanda yaşayır. Sadəcə bağ sahəsi üçün müraciət edərkən ərizəni özü yazmadığı səbəbindən soyadı tamamilə səhv, ata adında isə bir hərf səhvı olmuşdur ki, ərizədə buna diqqət etmədən ərizəyə imza atmışdır. Müqavilənin ərizəçidə olan nüsxəsində sözügedən yanlışlıqlardan yalnız ata adında səhv var. Halhazırda ərizəçinin istifadəsində olan bağ səhəsi üzrə heç bir hüquqi mübahisə yoxdur. Lakin məsələnin məhkəmədən kənar həlli mövcud olmadığı səbəbindən məhkəməyə müraciət etməkdən başqa çıxış yolu yoxdur. Tərəflərin izahatları: Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılaraq iddia ilə bağlı müvafiq qərar qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhər İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onların nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: İş materiallarında olan, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin X2 və İstismarı Birliyi tərəfindən verilən 33996 saylı müqavilədən görünür ki, birlik tərəfindən Mərdəkan ərazisindəki 0,12 ha torpaq sahəsi olan 167a №-li bağ sahəsi müqavilədə göstərilən tikintilərlə xx.xx.2004-cü il tarixli, 319 saylı sərəncam əsasında istifadəçi Ərizəçi Cəlal qızına verilmişdir. İş materiallarında olan, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən verilən “vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə” xx.xx.2004-cü il tarixli, 319№-li sərəncamından görünür ki, X2 və İstismarı Birliyinin xx.xx.2004-cü il tarixli, 92№-li protokolu təsdiq edilərək, X5 Mərdəkandakı 167 №-li bağ sahəsi ayrılmışdır. İş materiallarında olan, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 319 nömrəli sərəncamı ilə Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 167a (müqavilədə olduğu kimi) nömrəli bağ sahəsinin istifadəyə verilməsinə dair keçmiş X2 və İstismarı Birliyi ilə Ərizəçi Cəlal qızı arasında bağlanılmış 05.01,2005-ci il tarixli. 33996 nömrəli müqavilə İdarənin arxivində mövcuddur. Müqavilənin bağlanılmasına əsas olmuş sərəncamın arxivdə mövcud olan nüsxəsində X3 adına 167 nömrəli bağ sahəsi göstərilmişdir. Vətəndaşın bağ sahəsinin adına keçirilməsi ilə bağlı arxiv qovluğunda saxlanılan ərizəsində də soyadı “Qulamova” kimi qeyd edilmişdir. Həmçinin müqavilənin arxiv qovluğunda mövcud olan nüsxəsində bağ sahəsinin ölçüsü qeyd edilməmişdir. Sözügedən bağ sahəsinə dair cizgi və ya texniki pasport arxiv qovluğunda aşkar olunmamış, sorğu ilə əlaqədar olaraq xx.xx.2005-ci il tarixli, 33996 nömrəli müqvilənin arxiv qovluğunda mövcud olan nüsxəsinin təsdiq edilmiş surəti təqdim edilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma Və X1 Departamenti X2 və X7 ərazisindəki 167a nömrəli bağın istifadəyə verilməsi haqqında 33996 saylı , xx.xx.2005-ci il tarixli müqavilə ilə Əzizbəyov rayonunun Mərdəkan ərazisində olan torpaq sahəsi olan 167a nömrəli bağı müqavilədə göstərilən tikinitilər, qurğular və ağaclarla istifadəçi Ərizəçi Cəlal qızının istifadəsinə verilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1972-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan, ********** saylı, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən, 100 manat məbləğində dövlət rüsumu tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları da müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarın 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də təmin edilməlidir. Beləliklə işin materialları ilə müəyyən edilmişdir ki, Ərizəçi Əzizbəyov (Xəzər) rayonu, Mərdəkan qəsəbəsi, 167a nömrəli bağ sahəsi istifadəyə verilmişdir. Ərizəçinin bağ sahəsinə hüququnu müəyyən edən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən verilən xx.xx.2004-cü il tarixli, 319№-li Sərəncamda səhvə yol verilərək, soyadı “Qulamova”, ata adı “Cəlal” kimi, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 və X7 ərazisindəki 167a nömrəli bağın istifadəyə verilməsi haqqında 33996 saylı, xx.xx.2005-ci il tarixli müqavilədə ata adı səhvə yol verilərək “Cəlal” kimi göstərildiyindən, o həmin bağ sahəsini özəlləşdirə bilmir. Məhkəmə hesab edir ki, ərizəçi ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır və həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən ərizə təmin edilərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 319№-li Sərəncamının və Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 və X7 ərazisindəki 167a nömrəli bağın istifadəyə verilməsi haqqında 33996 saylı, xx.xx.2005-ci il tarixli müqavilənin Ərizəçi məxsus olmasına dair hüquqi fakt müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 və X7 ərazisindəki 167a nömrəli bağın istifadəyə verilməsi haqqında 33996 saylı, xx.xx.2005-ci il tarixli müqavilənin və Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 319№-li Sərəncamının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar