Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3670/2021 20.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı Vahı̇ d oğlunun, Cavabdeh “Azərı̇ qaz” İstehsalat Bı̇ rlı̇ yinin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı Vahı̇ d oğlunun cavabdeh "zaq̇ ırəzA" İstehsalat Bı̇ rlı̇ yinə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı – iddiaçının Cavabdeh X3 Departamentinin Sayğacların müayinəsi laboratoriyasında nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər peşəsinə işə bərpa edilməyi və məcburi iş buraxmaya görə əməkhaqqının ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2008-ci il tarixdən Cavabdehndə müxtəlif vəzifələrdə işləmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Təmir-tikinti İdarəsi, Qəza Təmir Bərpa Sahəsinin 1 saylı Qəza Təmir Bərpa Xidmətində 6cı dərəcəli qaz təsərrüfatında qəza bərpa işləri üzrə çilingər vəzifəsində işləyən zaman 2018-ci ilin iyun ayının 25-dən 26-na keçən gecə ünvan 1 ünvanında yerləşən mənzildə qaz sızmasını aradan qaldırdıqdan sonra həmin mənzildə pilləkənlarla 1-ci mərtəbəyə düşərkən hündürlükdən yıxılıb xəsarət almışdır. Bu barədə istehsalatda baş vermiş bədbəxt hadisə haqqında akt tərtib olunmuşdur. İstehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində onun sağ qulağı 4-cü dərəcə kar olmuş, kəllə-beyin tramvası almış, beynində 4 mm aralanma yəni, çat yaranmış, sağ ayağı bud sümüyündən qırılmış, sağ gözü zədə almış, hal-hazırda görmə qabiliyyəti 60 faizdir. 2018-ci il tarixdən ayağına qoyulan mil hələ də çıxarılmamışdır. Sağ əli tam olaraq işləmir, implus qoyulmuşdur. İstehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində ona 5 il müddətinə İİ qrup dərəcəsi əlillik verilmişdir. Əmək qabilliyətinin 70 faizini itirdiyinə görə ona 30 faizə görə işləməyə icazə verilmişdir. İş yerindən ona məcburi ərizə yazdıraraq əvvəlki iş yerini dəyişdirərək, 07.05.2019-cu il tarixdən Cavabdeh X3 Departamentinin Sayğacların müayinəsi laboratoriyasında nəzarətölçü cihazları və avtomatika üzrə çilingər peşəsinə işə qəbul etmişdirlər. İş yerində bədən xəsarəti aldığı üçün səhhəti ilə əlaqədar mütəmadi olaraq müalicədə olmuşdur. Sonradan ona iş yerindən bildirmişdirlər ki, o işdən azad edilmişdir. İşin faktiki hallarından göründüyü kimi, o 2008-ci il tarixdən “Cavabdeh" İstehsalat Birliyində işləməyə başlamış. 2019-cu ildən isə çilingər vəzifəsinə təyin edilmişdir. İş yerində istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət aldığı üçün mütəmadi olaraq müalicə aldığına görə qərəzli olaraq işdən çıxarılmışdır. İşdən çıxarılarkən ona bu barədə əmrin surəti və əmək kitabçası təqdim olunmayıb. İşdən azad edilməyi barədə ərizə yazmamışdır. Cavabdeh tərəfindən bu cür qanunsuz yollarla işdən azad edilməyi onsuz da yaxşı olmayan maddi vəziyyətini daha da dözülməz həddə çatdırıb. Belə ki, o ailəlidir, himayəsində 3 azyaşlı uşaq var, həmçinin işdən çıxarıldığına görə sığorta şirkəti ilə müqavilə ləğv olunmuş, ona görə də müalicəni davam etdirə, ayağında və əlində olan mili çıxartdıra bilmir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. O, ərizə ilə müraciət edərək, cavabdehin onu işdən azad etməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinə müraciət etmiş, bununla bağlı olaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməmişdir. Bu halı nəzərə alaraq buraxılmış iddia müddətinin bərpa edilməsini xahiş etdi. Cavabdeh “Azərı̇ qaz” İstehsalat Bı̇ rlı̇ yinin nümayəndəsi X12 məhkəmədə iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etdi. O, bildirdi ki, İddiaçı məhkəməyə müraciət edilməsi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən fərdi əmək mübahisələrinin həll edilməsi üçün işçi hüququnun pozulduğunun aşkar edildiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edilməsi üçün müəyyən edilmiş müddəti buraxmışdır. Məhkəməyə təqdim olunan akt ilə müəyyən olunur ki, İddiaçı əmrinin sürəti təqdim edilmiş lakin İddiaçı onu qəbul etməkdən imtina etmişdir. Bununla bağlı müvafiq qaydada 02.11.2020-ci il tarixli akt tərtib edilmişdir. Bundan əlavə iddiaçıya əmək kitabçasının götürməsi üçün Birlik tərəfindən 04.11.2020-ci il tarixdə məktub göndərilmişdir. İddiaçı tərəfindən məhkəməyə 2021-ci ilin aprel ayında müraciət edilmişdir. Bununla da müəyyən edilmiş prosessual müddəti buraxmışdır. İddiaçı tərəfindən müəyyən edilmiş müddət buraxdığı üçün iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Əmək Müqaviləsinin surətindən görünür ki, Socar Cavabdeh ilə işçi İddiaçı arasında 07.05.2019-cu il tarixində 169 saylı Əmək müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən işçi Cavabdeh X3 Departamenti, Sayğacların müayinəsi laboratoriyasına, əsas 6-cı dərəcəli nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər vəzifəsinə qəbul edilmişdir. Müqavilə 07.05.2019-cu il tarixindən 07.05.2020-ci il tarixədək bağlanılmışdır. Cavabdeh İB-nin Metrologiya Departamentinin rəisi tərəfindən Birliyin Baş direktoruna ünvanlanmış 01.08.2019-cu il tarixli əmək və icra intizamı haqqında məktuba əsasən araşdırma nəticəsində müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” və “e” bəndlərinin tələblərinə riayət etməyərək əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmədən iş vaxtı işə gecikmiş, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmuşdur. İcra intizamının gücləndirilməsi, bu kimi halların təkrarlanmasının qarşısının alınması məqsədi ilə Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasının 6-cı dərəcəli Nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingəri İddiaçı işə çıxdığı vaxt Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a” bəndində nəzərdə tutulan intizam tənbehi “töhmət” verilməsinə münasibət bildirməyini xahiş etmişdir. Cavabdeh İB-nin Hüquq departamentinin rəisinin Birliyin Baş direktoruna ünvanladığı “araşdırmanın nəticəsi haqqında” xidməti yazıya əsasən İddiaçı müalicə olunubolunmaması ilə bağlı Birliyin 27.02.2020-ci il tarixli, SOCAR**********0560046X01202 nömrəli məktubu ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciət edilmişdir. Həmin Nazirliyin 2 nömrəli X2 təqdim etdiyi 10.03.2020-ci il tarixli, 1/293 nömrəli cavab məktubunda İddiaçı “Baş-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri, kobud davranış pozuntuları diaqnozu ilə müalicə olunduğu, əmək qabiliyyətinin 70 faiz itirildiyi, ona 2-ci dərəcəli əlillik təyin edildiyi göstərilmiş və müalicə olunduğu dövr üçün tibb müəssisəsi tərəfindən ona əmək qabiliyyətinin olmaması vərəqəsi verildiyi qeyd edilmişdir. Həmçinin, İddiaçı 2020-ci ilin yanvar, fevral, mart aylarında müalicədə olduğunu, müalicəsinin davam etdiyini təsdiq edən 582216, 677511, 790612 nömrəli xəstəlik vərəqələrini X1 təqdim etdiyi məlum olmuş və onun üzrsüz səbəbdən işə gəlməməsi, müəyyən edilməmişdir. Bakı Regional Qaz İstismarı Departamentinin işçilərinin əmək funksiyasının icrasına maneçilik törətdiyinə və qaz xəttinin əvvəlki vəziyyətinə qaytarılmasına imkan vermədiyinə görə İddiaçı barəsində qanunamüvafiq tədbirlərin görülməsi ilə bağlı Birliyin 14.04.2020-ci il tarixli, SOCAR202900Q**********5X00587 nömrəli məktubu ilə Binəqədi rayon Polis İdarəsinə müraciət edilmişdir. Cavabdeh İB-nin Metrologiya Departamentinin rəisi tərəfindən Birliyin Baş direktoruna ünvanlanmış müraciətə baxılması haqqında məktuba əsasən Birliyin Metrologiya Departamentində verilmiş rəyə uyğun İddiaçı ixtisasına və peşəsinə uyğun olan müvafiq iş yeri yoxdur. İddiaçı işə qəbul olunduğu gündən (07.05.2019-cu il) bu günədək mütamadi olaraq uzun müddət səhhəti ilə əlaqədar işdə olmamış, toplam olaraq işə çıxdığı bir neçə həftə ərzində isə əmək və icra intizamını daim pozmuş və bunun nəticəsində də intizam məsuliyyətinə cəlb edilmişdir. Sonuncu dəfə isə əmək və icra intizamını kobud pozduğuna görə onunla bağlanılmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi barədə müraciət edilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh İB-nin Həmkarlar İttifaqı Komitəsi (HİK) tərəfindən X6 Komitəsi (HİK) Rəyasət Heyyətinin 39 nömrəli 29.07.2020-ci il tarixli protokoluna əsasən İddiaçıla bağlanılmış əmək müqaviləsinin AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə etiraz edilməmişdir. Lakin İddiaçı həmin müddətdə növbəti əmək məzuniyyətində olduğundan daha sonra isə hal-hazıradək səhhəti ilə əlaqədar işə çıxmadığından onunla bağlanılmış əmək müqaviləsinin ləğv edilməsi barədə əmr rəsmiləşdirilməmişdir. İddiaçı 04.08.2020-ci İ tarixdən 14.09.2020-ci il tarixədək növbəti əmək məzuniyyətində olmuş, 15.09.2020-ci il tarixdə işə başlamalı olduğu halda bu günədək işə gəlməmiş, işə gəlmədiyi günlər üçün 21.09.2020-ci il tarixdən 21.10.2020-ci il tarixədək əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə xəstəlik vərəqəsi təqdim etmiş, lakin 15.09.-18.09.2020-ci il tarixlərində işdə olmaması üçün hər-hansı bir üzürlü səbəbi təsdiq edən sənəd təqdim etməmişdir. Cavabdeh İB-nin Baş direktorunun 07.07.2020-ci il tarixli əmrinə əsasən Əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmədiyinə görə Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasının 6-cı dərəcəli Nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingəri İddiaçı töhmət verilmişdir. Cavabdeh İB-nin Metrologiya Departamentinin rəisi tərəfindən Birliyin Baş direktoruna ünvanlanmış 08.07.2020-ci il tarixli əmək və icra intizamı haqqında məktuba əsasən, İddiaçı əmək və icra intizamını pozaraq işə gecikməsi, iş yerini özbaşına tərk etməsi və işlədiyi strukturun rəhbərliyinin ünvanına təhqiramiz ifadələr işlətməsi bundan əvvəl də baş vermişdir. Bununla bağlı İddiaçı barəsində müvafiq intizam tənbehinin görülməsi barədə 01.08.2019-cu il tarlixli SOCAR1929450**********5X00010 nömrəli xidməti yazı ilə Birliyin Baş direktoruna müraciət olunmuşdur. Lakin, T. Səfərov həmin vaxtdan 01.07.2020-ci il tarixədək davamlı olaraq işdə olmadığı üçün (üzürlü səbəbdən, həmin müddət üçün əmək qabiliyyətinin müvəqqəti itirilməsi vərəqələri təqdim edilib) ona Birliyin 07.07.2020-tarixli SOCAR**********00040020A00349 saylı əmri ilə “töhmət” intizam tənbehi verilmişdir. Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasının 6-cı dərəcəli Nəzarət ölçü cihazları və avtomatika üzrə çilingəri İddiaçı ilə bağlanılmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsininə münasibət bildirməyini xahiş etmişdir. Cavabdeh İB-nin Baş direktorunun Satış və istismar üzrə müavininin X7 Komitəsinin sədrinə ünvanladığı əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşma haqqında məktubuna əsasən “Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyası”nın 6-cı dərəcəli Nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingəri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən ləğv olunmasına razılıq verməyini xahiş etmişdir. Cavabdeh İB-nin Həmkarlar İttifaqı Komitəsinin sədrinin Birliyin Baş direktoruna ünvanladığı məktuba əsasən "Cavabdeh” istehsalat X9 Komitəsinin Rəyasət Heyətinin iclasında Cavabdeh X3 Departamentinin Sayğacların müayinəsi laboratoriyasının 6-cı dərəcəli Nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingəri İddiaçı ilə bağlanmış əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə etiraz edilmədiyi qərara alınmışdır. Cavabdeh 02.11.2020-ci il tarixli əmrinin surətindən görünür ki, İddiaçı - Cavabdeh İB-nin Metrologiya Departamenti, Sayğacların müayinəsi laboratoriyasına, əsas 6-cı dərəcəli nəzarət ölçü cihazları və avtomatika üzrə çilingəri ilə 07.05.2019-cu il tarixdə bağlanmış 169 nömrəli əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə uyğun olaraq, əmək funksiyasını yerinə yetirməməsi ilə əlaqədar 02.11.2020-ci il tarixdən ləğv edilmişdir. 02.11.2020-ci il tarixli xxxxxxx0003X0 saylı “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. “Əmək müqaviləsinin ləğvi ilə əlaqədar əmrlə tanış olmaq və əmək kitabçasını götürməkdən, T-2 vərəqəsini imzalamaqdan imtina edilməsi haqqında” 02.11.2020-ci il tarixli Akta əsasən Cavabdeh idarəetmə aparatının insan resursları şöbəsinin kadrlar üzrə mütəxəssisi X10, Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasının rəisi ilham Həsənov və həmin şöbənin rəis müavini Mahir Həsənov, Birliyin Metrologiya Departamentinin hüquq şöbəsinin böyük hüquq məsləhətçisi Namiq Vəliyev və Metrologiya Departamentinin ƏM və TT üzrə böyük mühəndis X5 bu aktı tərtib etdik ona görə ki, Birliyin Metrologiya Departamentinin "Sayğacların müayinəsi laboratoriyasının 6-cı dərəcəli nəzarət-ölçü cihazları və avtomatika üzrə çillngəri İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən) 02.11.2020-ci il tarixli, SOCAR**********00070020B01160 saylı əmrlə tanış olmaq və əmək kitabçasını götürməkdən, son haq-hesab vərəqəsini, T-2 vərəqəsini imzalamaqdan, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişini almaqdan imtina etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər idarəsinin 28.04.2021-ci il tarixli **********3 nömrəli məktubuna əsasən Cavabdeh rəhbərliyi tərəfindən və X13 tərəfindən təqdim edilən sənədlərdən İddiaçı əmək müqaviləsinə 02.11.2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verildiyi məlum olmuşdur. Lakin işəgötürən tərəfindən İddiaçı əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinin 3-cü hissəsinin tələbləri nəzərə alınmamışdır. Bununla bağlı Cavabdehndə vəzifəli şəxsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə müvafiq olaraq 26.04.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. İddiaçı Cavabdehnə işə bərpa edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəməyə müraciət etməsi tövsiyə olunur. AR ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən İddiaçı əmək zədəsi səbəbilə 18.01.2019-cu il tarixdə 18.01.2024-cü il tarixədək ikinci dərəcəli əlillik dərəcəsi təyin edilmişdir, əmək qabiliyyətini 70 faiz itirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 3-cü hissəsinə əsasən müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən işəgötürənlər həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi olan işçilərin, onların arzusu ilə və bu Qanunun 11-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş X4 nəzərə alaraq, işə düzəlməsi üçün iş yerləri ayırmağa və ya yenilərini təşkil etməyə borcludurlar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 297-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Həmin Məcəllənin 300-cü maddəsinə əsasən Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən İddiaçı əmək müqaviləsinə xitam verərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 3-cü hissəsinin tələblərini nəzərə almamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Vahı̇ d oğlunun işdən azad olunmağı barədə Cavabdeh 02.11.2020-ci il tarixli əmri ləğv edilməli, İddiaçı Vahı̇ d oğlu Cavabdeh X3 Departamentinin Sayğacların müayinəsi laboratoriyasına nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər vəzifəsinə bərpa edilməli və məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərdən keçirərək, iddiaçının iddia müddətini ötürməsi ilə bağlı belə qənaətə gəlir ki, hazırkı iddia ilə bağlı iddia müddəti tətbiq edilməməlidir. Belə ki, mülki iş materiallarından görünür ki, əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı Cavabdeh İB-nin 02.11.2020-ci il tarixli əmrinin surətini iddiaçı həmin tarixdə qəbul etməkdən imtina etmiş, bununla belə barəsində verilmiş əmrlə bağlı 2020-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər idarəsinə müraciət etmişdir. Müraciətə X11 Xidmətinin Bakı Şəhər İdarəsinə baxılmış və aparılan araşdırmanın nəticəsi barədə iddiaçı tərəfə 28.04.2021-ci il tarixdə məlumat verilmişdir. İddiaçı məhkəməyə 05.04.2021-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən- iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının hazırki mübahisənin həlli məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər idarəsinə müraciət etməsi nəzərə alınaraq, iddiaçının iddia tələbi üzrə iddia müddətini ötürməsi üzürlü hesab edilməlidir. Sadalanan xüsusatlarla və istinad edilən hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia tələbləri əsaslı olduğudan təmin edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Vahı̇ d oğlunun işdən azad olunmağı barədə Cavabdeh 02.11.2020-ci il tarixli əmri ləğv edilsin. İddiaçı Vahı̇ d oğlu Cavabdeh X3 Departamentinin Sayğacların müayinəsi laboratoriyasına nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər vəzifəsinə bərpa edilsin və məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-3670/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3670/2021
20.05.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver