Məhkəmə qərarları › İş №2(011)-3672/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3672/2021

30.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3672/2021 30.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Ərizəçilər Ərizəçi və X4 iştirakları ilə, Ərizəçilər Ərizəçi və X4 doğum faktının müəyyən edilməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi və X7 ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçilər Ərizəçi ilə X4 birgə nikahından dünyaya gəlmiş Zümrüd adlı övladlarının doğum tarixi 07 sentyabr 2016-cı il, doğum yeri ünvan 1 ünvanı, atası Ərizəçi, anası X7 olmaqla doğum faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçilər Ərizəçi ilə X7 04 iyun 2014-cü il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahdan 07 sentyabr 2016-cı il təvəllüdlü Zümrüd adlı övladları dünyaya gəlmişdir. Uşaq ünvan 1 ünvanında ev şəraitində doğulmuşdur. Lakin ərizəçilər bu günə kimi uşağın doğum faktını müəyyən etdirməmişlər. Hazırda onların övladı xəstədir, müayinə olunmalıdır. Uşağın doğum haqqında şəhadətnaməsi yoxdur. Məhkəmə iclasında ərizəçilər Ərizəçi və X7 ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdilər. Ərizəçi Aytəkin Əliyeva öz izahatında bildirdi ki, uşaq doğularkən təcili tibbi yardım gəlmiş, uşağın doğumunu sənədləşdirmişdir. Lakin sonradan həmin sənədlər arxivdə tapılmamışdır. Məhkəmə iclasında şahid qismində çıxış edən X8 öz izahatında bildirdi ki, o, uşağın xalasıdır. O, uşaq dünyaya gələn gün axşam gəlmiş, bacısının vəziyyəti yaxşı olduğu üçün orada çox qalmamışdır. O, bacısının yanına gedəndə təcili yardım maşını orada olmuşdur. Təcili tibbi yardım uşağın vəziyyətini yoxlamış və sənədləşdirmişlər. Məhkəmə iclasında şahid qismində çıxış edən X5 öz izahatında bildirdi ki, o, uşağın xalasıdır. Uşaq dünyaya gələn gün evdə Fərqanə xanım və bacısının vəfat etmiş qayınanası Zümrüd olmuşdur. Əfsanə Zərbaliyeva özünün tibb bacısı olduğunu bildirmişdir. Uşaq dünyaya gələn gün səhər saatlarında o, bacısı ilə əlaqə saxlamış, onun vəziyyətini soruşmuş, saat 5-də bacısının evinə getmişdir. Daha sonra bacısının doğum prosesi başlamış, onlar tibbi yardıma zəng etmişlər. Təcili yardım saat 9-a işləmiş gəlmiş, o gələnə qədər artıq uşaq doğulmuşdur. Təcili tibbi yardım gəlib uşağın vəziyyətini yoxlamış, doğumun tarixini, vaxtını sənədləşdirmişlər. Lakin həmin sənədlər daha sonra tapılmamışdır. Maraqlı şəxs Bakı şəhər Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatını və şahid ifadələrini dinləyərək, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İş üzrə tədqiq olunan sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, ərizəçilər Ərizəçi və X7 04 iyun 2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahından 07 sentyabr 2016-cı il tarixdə Zümrüd adlı qız uşağı doğulmuşdur. Uşağın doğumu qeydə alınmamışdır. Ərizəçilər isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmirlər. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Maraqlı şəxs ərizəçilərin müraciətinə əsasən onlara ünvanlanmış 06 mart 2021-ci il tarixli məktubundan görünür ki, doğum faktını təsdiq edən tibbi sənəd olmadıqda uşağın doğulması faktının məhkəmə qaydasında müəyyən edildiyi bildirilmiş, aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materialları ilə və işdə iştirak edən şəxslərin verdiyi izahatlarla müəyyən edilmişdir ki, ərizəçilərin ilk övladı X14 07 mart 2015-ci il tarixdə doğulmuşdur. O, X13 qeydiyyata alınmışdır. Ərizəçilərin digər uşağı 07 sentyabr 2016-cı il təvəllüdlü X10 da X13 qeydiyyatdadır və o, yaşa uyğun peyvənd olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçilər isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiklərindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdırlar. Odur ki, göstərilən akt qeydi bərpa edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 4.3-cü bəndinə əsasən, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin məcəllənin 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsinə dair işlərə baxır. Həmin məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X1 07 sentyabr 2016-cı il tarixdə Bakı şəhərində doğulmuş qız uşağının-Zümrüdün doğum faktı müəyyən edilməli, bu barədə doğum haqqında şəhadətnamə verilməsi müəyyən edilməli, həmin akt qeydində “ata adı” qrafasında Ərizəçi, “ana adı” qrafasında isə X2, “milliyyət” qrafasında azərbaycanlı kimi qeyd edilməli, həmçinin həmin akt qeydində “uşaq” X6 qeyd olunmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 10 manat dövlət rüsumu ödəmişdir. “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsinə əsasən, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrdən 10 manat məbləğində dövlət rüsumu tutulur. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçının ödədiyi 10 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X1 07 sentyabr 2016-cı il tarixdə Bakı şəhərində doğulmuş qız uşağının-Zümrüdün doğum faktı müəyyən edilsin, həmin akt qeydində “ata adı” qrafasında Ərizəçi, “ana adı” qrafasında X7, “milliyyət” qrafasında azərbaycanlı, həmçinin həmin akt qeydində “uşaq” qrafasında X6 qeyd olunsun. Ərizəçilərin ödədiyi 10 (on) manat dövlət rüsumu onların özünə aid edilsin. Qətnamədən qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar