Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3687/2023 25.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Ərizəçi cavabdeh X3 Xidmət Mərkəzində Notariat Ofisinə qarşı “mirasın faktiki qəbul olunması və vərəsəlik hüququnun tanınması” tələbinə dair ərizəsinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Ərizəçi cavabdeh X3 Xidmət Mərkəzində Notariat Ofisinə qarşı “mirasın faktiki qəbul olunması və vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, miras qoyan yaxın qohumu X1 qalan Yevlax rayonu, Xanabat kəndində 0.06 ha hektar həyatyanı torpaq sahəsində yerləşən iki otaqlı fərdi yaşayış evi miras əmlakı üzrə adına verilmiş, xx.xx.2008-ci il tarixdə vəsiyyətnamə əsasında miras əmlakının faktiki qəbul olunmasını, həmin miras əmlakı üzərində tam hissədə vərəsəlik hüququ tanınmaqla, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Ərizəçi maraqlı şəxs qismində Yevlax 1 saylı Notariat kontorunu qeyd etməklə cavabdeh X3 Xidmət Mərkəzində Notariat Ofisinə qarşı iddia ərizəsi ilə müraciət etsə də, Yevlax Rayon Məhkəməsi tərəfindən onun iddia ərizəsi xüsusi icraatda baxılacaq ərizə kimi icraata qəbul edilmiş və Yevlax Rayon Məhkəməsinin 2(039)-1056/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Ərizəçi maraqlı şəxslər X3 Xidmət Mərkəzində Notariat Ofisinə və Yevlax Rayon 1 saylı Dövlət Notariat Kontoruna qarşı “mirasın faktiki qəbul olunması və vərəsəlik hüququnun tanınması” tələbinə dair 2(039)-1056/2023 saylı mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia ərizəsini müdafiə etməklə yanaşı, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış cavabdeh və maraqlı şəxs məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin çıxışını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş ərazi aidiyyatının müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 39-cu maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarınının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerin məhkəməsinə verilir. MPM-nin 307.2.9-ci maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. MPM-nin 309.2-ci maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi haqqında ərizələr daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə verilir. MPM-nin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının tələbi Yevlax rayonu, Xanabat kəndində 0.06 ha hektar həyatyanı torpaq sahəsində yerləşən iki otaqlı fərdi yaşayış evinin miras əmlakı üzrə adına verilmiş, xx.xx.2008-ci il tarixində vəsiyyətnamə əsasında miras əmlakının faktiki qəbul olunması, həmin miras əmlak üzrə tam hissədə vərəsəlik hüququnun tanınmaqla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı olduğundan, həmin fərdi yaşayış evi Yevlax rayonunu ərazisində yerləşdiyindən iddia ərizəsinə Yevlax Rayon Məhkəməsində baxılmalıdır. Nəzərə alaraq ki, iddiaçı düzgün olaraq Yevlax Rayon Məhkəməsinə müraciət etsə də, onun iddia ərizəsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi məqsədilə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 39, 45 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı Ərizəçi cavabdeh X3 Xidmət Mərkəzində Notariat Ofisinə qarşı “mirasın faktiki qəbul olunması və vərəsəlik hüququnun tanınması” tələbinə dair 2(011)-3687/2023 saylı mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-3687/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3687/2023
25.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver