Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3728/2022 01.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 28 iyul 2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş qızı X5 doğum faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx xxxx 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, həyat yoldaşı X7 ilə 2002-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçmədən 08 oktyabr 2013-cü ildə Bakı şəhəri Maraqlı şəxsndə rəsmi nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşdur. Onların rəsmi nikahından qabaq 28 noyabr 2003-cü il tarixdə X12 və 28 iyul 2004-cü il tarixdə X8 anadan olmuşdur. Uşaqların hər ikisi Bakı şəhərində anadan olmuşlar. Ərizəçi heç bir uşağına doğum haqqında şəhadətnamə almamışdır. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhər Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Öncəki məhkəmə iclasında şahid qismində çıxış edən X9 öz izahatında bildirmişdir ki, o, ərizəçinin qonşusudur. O. sözügedən ünvanda 1987-ci ildən, ərizəçi isə 1988-ci ildən yaşayır. Ərizəçinin övladı Rəmziyyə dünyaya gələndə o orada olmuşdur. Həmin dövrdə ərizəçinin xəstəxanaya getməyə imkanı olmamış, Rəmziyyə günorta saatlarında evdə dünyaya gəlmişdir. Öncəki məhkəmə iclasında şahid qismində çıxış edən X10 öz izahatında bildirmişdir ki, o, ərizəçi ilə yataqxanada qonşu olmuşdur. Ərizəçinin bir oğlu, bir qızı var. 2004-cü ildə ərizəçinin qızı evdə doğulmuşdur. Uşaq məktəbə getməmişdir. O, doğuş anında orada olmasa da, uşağın doğulması barədə məlumatı olmuşdur. Öncəki məhkəmə iclasında şahid qismində çıxış edən X7 öz izahatında bildirmişdir ki, Rəmziyyə onun övladıdır. O, qızını ev şəraitində dünyaya gətirmişdir. Onların xəstəxanaya getmək üçün maddi imkanları olmamışdır. Həmin vaxt onlar uşağa doğum haqqında şəhadətnamə ala bilməmişlər. Məhkəmə ərizəçinin izahatını dinləyərək, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İş üzrə tədqiq olunan sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi və X6 birgə münasibətindən 28 iyul 2004-cü il tarixdə Rəmziyyə adlı qız uşağı doğulmuşdur. Uşağın doğumu qeydə alınmamışdır. Ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Maraqlı şəxs ərizəçinin həyat yoldaşının müraciətinə əsasən ona ünvanlanmış 30 iyun 2022-ci il tarixli məktubundan görünür ki, doğum faktını təsdiq edən tibbi sənəd olmadıqda uşağın doğulması faktının məhkəmə qaydasında müəyyən edildiyi bildirilmiş, aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X11” X18 tərəfindən verilmiş 05 noyabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, Ərizəçi ekspertizaya təqdim olunmuş uşağın, yəni X5 atası, X6 isə onun anası olması inkar olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, göstərilən akt qeydi bərpa edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 4.3-cü bəndinə əsasən, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin məcəllənin 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsinə dair işlərə baxır. Həmin məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X1 28 iyul 2004-cü il tarixdə Bakı şəhərində doğulmuş qız uşağının-Rəmziyyənin doğum faktı müəyyən edilməli, bu barədə doğum haqqında şəhadətnamə verilməsi müəyyən edilməli, həmin akt qeydində “ata adı” qrafasında Ərizəçi, “ana adı” qrafasında isə X2, “milliyyət” qrafasında azərbaycanlı kimi qeyd edilməli, həmçinin həmin akt qeydində “uşaq” X3 qeyd olunmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 10 manat dövlət rüsumu ödəmişdir. “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsinə əsasən, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrdən 100 manat məbləğində dövlət rüsumu tutulur. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçının ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X1 28 iyul 2004-cü il tarixdə Bakı şəhərində doğulmuş qız uşağının-Rəmziyyənin doğum faktı müəyyən edilsin, bu barədə doğum haqqında şəhadətnamə verilməsi müəyyən edilsin, həmin akt qeydində “ata adı” qrafasında Ərizəçi, “ana adı” qrafasında X2, “milliyyət” qrafasında azərbaycanlı kimi qeyd edilsin, həmçinin həmin akt qeydində “uşaq” X3 qeyd olunsun. Ərizəçinin ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-3728/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3728/2022
01.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver