Məhkəmə qərarları › İş №2(011)-3734/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3734/2024

29.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3734/2024 29.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizənin dəlilləri: Ərizəçi “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçi - Ərizəçi xx xxxxx 1962-ci ildə Ermənistanın Cermux şəhərinin Əzizbəyov rayonunda doğulmağına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi, ata qrafasında X5, ana qrafasında X1 göstərilməklə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin atası X5 və anası X2 Ermənistanın Cermux şəhərinin Əzizbəyov rayonunda yaşamışlar. Ərizəçi onların birgə nikahlarından xx xxxxx 1962-ci il tarixdə Ermənistanın Cermux şəhərinin Əzizbəyov rayonunda doğulmuşdur. Hazırda doğum haqqında şəhadətnaməni əldə edə bilmir. Buna əsasən doğum haqqında şəhadətnamənin əldə edilməsi üçün Bakı şəhəri Qeydiyyat şöbəsinə müraciət etsə də həmin orqan məktub ilə doğum haqqında şəhadətnamənin bərpasının qeyri-mümkün olduğunu bildirərək, məhkəməyə müraciət etməyini tövsiyə etmişdir. Bu səbəbdən, ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat göndərilsə də, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid kimi ifadə verən X6 bildirmişdir ki, ərizəçi onun xalasının qızıdır. Ərizəçi 1962-ci ildə Ermənistan Respublikasının Cermux rayonunda anadan olub. Onlar 1988-ci ildən Bakıya gəlmişlər və ərizəçinin doğum haqqında şəhadətnaməsi itmişdir. Ərizəçinin atası X5, anası X1 olmuşdur. Məhkəmə iclasında şahid kimi ifadə verən X7 bildirmişdir ki, ərizəçi onun xalasının qızıdır. Ərizəçi xx xxxxx 1962-ci ildə Ermənistan Respublikasının Cermux rayonunda anadan olub. 1988-ci ildə Bakı şəhərinə gəlmişdir. Ərizəçinin atası X5, anası X1 olmuşdur. İşin faktiki halları: İş materiallarında olan ərizəçiyə məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçi xx xxxxx 1962-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuşdur. İş materiallarında olan 6 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsinin Ərizəçi müraciətinə əsasən ona ünvanlanmış 06 fevral 2024-cü il tarixli məktubundan görünür ki, ərizəçiyə aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.1-ci maddəsinin tələbinə görə, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı: Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə, araşdırma zamanı təhlil edilmiş sübutlara və işin digər hallarına qiymət verərək. Şahid ifadələrini dinləyərək hesab edir ki, Ərizəçi doğumunun qeyd edilməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilməli, xx xxxxx 1962-ci il tarixdə anadan olmuş Ərizəçi doğumunun qeyd edilmə faktı müəyyən edilməli, həmin akt qeydində “uşaq adı” qrafasında “Ərizəçi”, “doğulduğu yer” qrafasında “Ermənistan Respublikası, Cermux şəhəri”, “doğum tarixi” qrafasında “xx.xx.1962-ci il”, “ata adı” qrafasında “X5”, “ana adı” qrafasında “X2”, “milliyyət” qrafasında “azərbaycanlı” kimi qeyd olunmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qaçqın vəsiqəsinin surətindən görünür ki, Ərizəçi qaçqındır və qanunla dövlət rüsumunun ödənilməsindən azaddır. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx xxxxx 1962-ci il tarixdə anadan olmuş Ərizəçi doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Doğum akt qeydində “uşaq adı” qrafasında “Ərizəçi”, “doğulduğu yer” qrafasında “Ermənistan Respublikası, Cermux şəhəri”, “doğum tarixi” qrafasında “xx.xx.1962-ci il”, “ata adı” qrafasında “X5”, “ana adı” qrafasında “X2”, “milliyyət” qrafasında “azərbaycanlı” kimi qeyd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar