Məhkəmə qərarları › İş №2(011)-3745/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3745/2021

19.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3745/2021 19.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili X4 iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın məyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası X27 ilə qohumluq münasibətində olması faktının, yəni X14 doğma anası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili A.İ.İsmayılov ərizəyə uyğun izahat verərək bildirdi ki, ərizəçi və onun 5 nəfər bacı-qardaşları ataları X22 ilə anaları X14 birgə ailə hayatlarından anadan olmuşlar, ata-anasının rəsmi nikahları olmamışdır, atası X22 20.11.1969-cu ildə, anası X27 isə 02.11.1996-cı ildə vəfat etmişdir, Şəmkir rayon AİKnin 12.06.1998-ci il tarixli 52 saylı qərarı, JN-350F saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında anası X14 mülkiyyətinə Şəmkir rayonun Düyərli kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi hazırda miras qalmışdır. A.İ.İsmayılov həmçinin bildirdi ki, ərizəçinin qardaş-bacıları: X15 1985-ci ildə, X10 1987-ci ildə, X11 2002-ci ildə, X7 1982-ci ildə, X16 ilə 2000-ci ildə vəfat etmişlər, Saray Quliyevanın qanun üzrə birinci növbə vərəsələrindən yalnız ərizəçi sağ qalmışdır, anasından miras qalmış həmin həyətyanı torpaq sahəsini ərizəçi faktiki olaraq qəbul etmiş və oranı əkib-becərmişdir, hazırda həmin miras torpaq sahəsini qanun üzrə vərəsə olaraq vərəsəlik qaydasında sənədləşdirmək istədikdə məlum olmuşdur ki, ərizəçinin doğum haqqında şəhadətnaməsinin ana qrafasında anası - X2 mərhum atası Hüseynin atasının adı ilə “Abbas”ova kimi qeyd edilməsinə görə ərizəçinin anası ilə qohumluq münasibəti təsdiq edilməmişdir, bu səbəbdən maraqlı şəxs olan Şəmkir rayon 1 saylı Notariat ofisi 18.02.2021-ci il tarixli qərarı ilə notariat əməliyyatını apatmaqdan imtina etmiş, bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda A.İ.İsmayılov ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Şəmkir rayon 1 saylı Notariat ofisinə məlumat verilsə də, o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, 07.05.2021-ci il tarixli məhkəmə iclasında 09.04.1962-ci il təvəllüdlü X17 şahid qismində ifadə verərək bildirmişdir ki, ərizəçi onun xalası, X27 isə onun nənəsidir, əvəllər səhvliklə onun soyadı Abbasova kimi qeyd edilmişdir, qohumlardan da eşitmişdir ki, onun soyadı Quliyeva olub, qohumluqlarında nənəsindən başqa Quliyeva Saray adında başqa şəxs yoxdur. 07.05.2021-ci il tarixli məhkəmə iclasında 20.05.1956-cı il təvəllüdlü X12 şahid qismində ifadə verərək bildirmişdir ki, ərizəçi onun bibisi, X27 isə onun nənəsidir, o vaxtlar ad-soyad məsələləri qeyd olunarkən yanlışlığa yol verilmiş, nənəsinin ad-soyadında səhvə yol verilmişdir. İş materiallarında olan Şəmkir rayon qeydiyyat şöbəsinin məhkəməyə ünvanlanan 18.05.2021-ci il tarixli, 05/2-217/09 saylı məktubuna əlavə edilmiş 4 noyabr 1996-cı il tarixli, 41 saylı ölüm haqqında akt qeydindən görünür ki, 1898-ci ildə Şəmkir rayonunun Düyərli kəndində anadan olan X27 02.11.1996-cı tarixdə Şəmkir rayonunun Düyərli kəndində vəfat etmişdir. İş materiallarında olan Şəmkir rayon 1 saylı Notariat ofisinin notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə 18.02.2021-ci il tarixli qərarından görünür ki, vətəndaş Ərizəçi vərəsəlik şəhadətnaməsi verilməsi barədə notariat əməliyyatının aparılmasından imtina edilmiş, qərardan məhkəməyə şikayət verilə bilməsi izah edilmişdir. İş materiallarında olan AZ-lİ seriyalı 085290 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X27 02.11.1996-cı il tarixdə Şəmkir rayonunda vəfat etmişdir. İş materiallarında olan AZ seriyalı 430280 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X18 06.04.1945-ci ildə Şamxor rayonunun Düyərli kəndində anadan olmuş, onun atası X32, anası X23r. İş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN-350F saylı Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 12.06.1998-ci il tarixli 52 saylı qərarı ilə 0,20 ha torpaq sahəsi X14 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Şəmkir rayon Düyərli kənd icra nümayəndəliyinin 110 saylı 01.02.2021-ci il tarixli arayışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X27 ölən günə kimi Şəmkir rayonu Düyərli kəndində yaşamışdır, vəfat etdikdən sonra təsərrüfatında aşagıda adları göstərilən ailə üzvləri qalmışdır: qızı - Ərizəçi Hüseyn qızı Bakı şəhərində qeydiyyatdadır və orada yaşayır. Qeyd: X19 məxsus J№350F torpaq sahəsində 3 ev tikilmiş, 1-ci evdə mərhum oğlu X5 ailəsi və nəvələri, 2-ci evdə mərhumun nəticəsi X28 ailəsi ilə birlikdə yaşayır, 3-cü evdə mərhumun nəvəsi X20 11.01.2021-ci ildə vəfat etmiş, ölən günədək həmin evdə yaşamışdır, mərhum subay idi, bir bacısı var. İş materiallarında olan Şəmkir rayon Qeydiyyat Şöbəsinin 28.01.2021-ci il tarixli 457 və 458 saylı məlumatların notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, X13, X14 nikah haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan AZ seriyalı ******* saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 10.06.1930-cu il tarixdə Şamxor rayonunun Düyərli kəndində anadan olmuşdur. Onun atası X24, anası X21r. İş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, X27 ərizəçinin anasıdır, o, 1898-ci ildə Şəmkir rayonunun Düyərli kəndində anadan olmuş, 02.11.1996-cı il tarixdə həmin kənddə vəfat etmişdir, onun adı doğum haqqında şəhadətnamədə X8 qeyd edilmişdir, AZ seriyalı 430280 saylı doğum haqqında şəhadətnamədə X8 göstərilən şəxslə Torpağın mülkiyyətə verilməsinə dair JN-350F saylı X1 kimi göstərilən şəxs eyni şəxsdir, ərizəçi hüquqi əhəmiyyəti olan faktı başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən, şəxslərin qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Torpağın mülkiyyətə verilməsinə dair JN-350F saylı Şəhadətnamədə və AZ seriyalı 430280 saylı doğum haqqında şəhadətnamədə göstərilən X14 Ərizəçi anası olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 1898-ci ildə Şəmkir rayonunun Düyərli kəndində anadan olmuş və 02.11.1996-cı il tarixdə Şəmkir rayonunun Düyərli kəndində vəfat etmiş X3 Dursun Sohun qızının anası olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar