Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3745/2023 18.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının və övladları- qızı X5 və oğlu X1 ünvan 1 ünvanda yaşayış hüququnun verilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X3 ilə 2008-ci ilin avqust ayında qeyri-rəsmi nikaha girmiş və bu nikahdan xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X4 doğulmuşdur. 2008-ci il tarixdən idiaçı ailə üzvləri ilə birlikdə- qızı X5 və oğlu X4 həyat yoldaşının qeydiyatda olduğu və yaşadığı ünvan 2 ünvanda pasport qeydiyyatında olmuş və 2022-ci ilin dekabr ayına qədər həmən qeyd olunan mənzildə yaşamışlar. 2022-ci ilin dekabr ayından etibarən həyat yoldaşının anası Cavabdeh ilə aralarında yaranan münaqişədən sonra həmən şəxs iddiaçını və övladları-qızı X5 və oğlu X2 evdən məcburi qovmuş və qeydiyyatda olduqları və yaşadıqları ünvanda yaşayış hüquqları məhdudlaşdırmışdır. Hal-hazırda azyaşlı övladları ilə birlikdə ünvan 3 ünvanında yerləşən yaxın qohumuna məxsus fərdi tikilidə dözülməz şəraitdə yaşayırıq. Bu qeyd olunan hazırda müvəqqəti məskunlaşdığı ünvanda övladlarının yaşayışı, təhsili, sağlamlığı, fiziki və psixoloji inkşafı üçün heç bir şərait yoxur və övladları dözülməz şəraitdə yaşayır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək özünün qeydiyyatda olduğu və övladlarının yaşadığı Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 57 ünvanında yerləşən mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddianın məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etmiyərək onun rədd edilməsini xahiş etdi. Həmçinin, bildirdi ki, Cavabdeh Bakı şəhər Xətai Rayon Polis idarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı sözügedən mənzildən çıxarılması öhdəliyinin qoyulması tələbinə dair iddia irəli sürmüşdür. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-7367/2023 saylı qərarı ilə iddia təmin edilmiş və İddiaçı qeyd olunan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi ünvanında yerləşən 57 saylı evin, 51 saylı mənzilindən qeydiyyatdan çıxarılmışdır. Belə ki, sözügedən məhkəmə qərarı ilə iş üzrə mübahisələndirilən hallara hüquqi qiymət verilmişdir. Eyni zamanda, onu da qeyd etdi ki, sözügedən məhkəmə qərarı mövcud olmasaydı belə iddiaçı tərəfindən verilmiş iddianın hər-hansı hüquqi əsası mövcud deyil. Belə ki, iddiaçının sözügedən mənzildən istifadə hüququnun olması üçün cavabdehin oğlu ilə onun rəsmi nikahı olmalı idi və cavabdehlə aralarında notarial razılıq mövcud olmalı idi. İşin faktiki halları: İddiaçı X3 ilə 2008-ci ilin avqust ayında qeyri-rəsmi nikaha girmiş və bu nikahdan xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X4 doğulmuşdur. 2008-ci il tarixdən idiaçı ailə üzvləri ilə birlikdə- qızı X5 və oğlu X4 həyat yoldaşının qeydiyatda olduğu və yaşadığı ünvan 4 ünvanda pasport qeydiyyatında olmuş və 2022-ci ilin dekabr ayına qədər həmən qeyd olunan mənzildə yaşamışlar. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 nömrəli protokolu: 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şəxslər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 178.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşə baxan məhkəmənin mövqeyi: Hazırkı mübahisə üzrə iş materiallarına əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-7367/2023 saylı qərarının surətindən görünür ki, Cavabdeh Bakı şəhər Xətai Rayon Polis idarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı sözügedən mənzildən çıxarılması öhdəliyinin qoyulması tələbinə dair iddia irəli sürmüş və nəticədə İddiaçı qeyd olunan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi ünvanında yerləşən 57 saylı evin, 51 saylı mənzilindən qeydiyyatdan çıxarılmışdır. Məhkəmə ilkin olaraq qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-7367/2023 saylı qərarı hazırkı mülki iş üzrə preyudisial əhəmiyyətə malikdir. Belə ki, preyudisiallıq dedikdə təkcə iddianın predmetindən asılı olmayan, eyni zamanda məhkəmənin işdəki sübutlar əsasında gəldiyi nəticəni əks etdirən istənilən məsələ ilə bağlı qanuni qüvvəyə minmiş qətnamə əsasında müəyyən olunmuş fakt preyudisial əhəmiyyət daşıyır. Həmçinin o da qeyd olunmalıdır ki, MPM-nin 82.3-cü maddəsinin mənasına görə də eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Müki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-7367/2023 saylı qərarından da görünür ki, İddiaçı sözügedən mənzildən istifadə hüququnun olmaması faktı müəyyən edilmiş və nəticədə onun həmən mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı hüquqi nəticə yaratmışdır. Eyni zamanda, o da qeyd olunmalıdır ki, məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv həddi kimi subyektiv həddi də zəruri elementdir. Belə ki, preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-7367/2023 saylı qərarından da göründüyü kimi, iş üzrə subyekt tərkibinə həm İddiaçı, həm də Cavabdeh daxildir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən, belə qənaətə gəlir ki, nə qədər ki Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-7367/2023 saylı qərarından da göründüyü kimi İddiaçı sözügedən mənzildə qeydiyyatda qalmasının qanunvericilikdə nəzərdə tutulmuş hər hansı əsasları mövcud deyildir, belə olan təqdirdə isə iddiaçının hazırkı iddia tələbi təmin edilə bilməz. Belə ki, mənzilə köçürülmə işlərinə baxılarkən ilk olaraq köçürülməni tələb edən şəxsin tələbinin hüquqi əsası araşdırılmalıdır, yəni iddiaçının köçürülməsini tələb etdiyi əmlakla bağlı istifadə hüququnun olub-olmadığı müəyyən edilməlidir. Yuxarıda istinad olunanlardan görünür ki, iddiaçının mənzilə köçürülməsi üçün qanunla müəyyən edilmiş əsası mövcud deyildir. Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-3745/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3745/2023
18.07.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver