Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3773/2021 19.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs kimi AR Ədliyyə Nazirliyi Maraqlı şəxs qismində cəlb etdiyi, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Ərizəçi 16.02.2015-ci il tarixdə Suriyanın Membec şəhərində bir oğlan uşağı doğulması faktının müəyyən edilməsi haqqında qətnamənin qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi 13 yaşından ailəsi ilə birlikdə Suriyaya köçmüşdür, daha sonra orada qeyri-rəsmi nikaha daxil olmuş və nikahdan 16.02.2015-cu ildə Suriyanın Membec şəhərində ev şəraitində bir oğlan uşağı doğmuşdur. 2020-ci ildə qayıdış şəhadətnaməsi əsasında oğlu ilə birlikdə ölkəmizə qayıtmışdır. Doğum haqqında şəhadətnaməsinin alınması üçün Maraqlı şəxsnə 05.03.2021-ci ildə müraciət etsə də, həmin şöbə uşağın ev şəraitində doğulduğunu və bu bərədə tibbi sənədin olmadığını əsas gətirərək doğum faktının qeydə alınmasından imtina etmiş, bu barədə ona 05.03.2021-ci il tarixli məktub verərək doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Qeyd edilənlərə əsasən hesab edir ki, oğluna doğum haqqında şəhadətnamə ala bilməyi üçün onun 16.02.2015-ci il tarixdə Bakı şəhərində doğulmağı faktı məhkəmə qaydasında müəyyən edilməli, ona doğum haqqında şəhadətnamə verilməlidir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdi. Məhkəmə ərizəçinin izahatlarını və mülki iş üzrə təqdim edilmiş sübutları nəzərdən keçirərək, hesab edir ki, ərizə əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı 05/15-755 nömrəli, 05.03.2021-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarına əsasən təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 2.5.4 və 2.6-cı bəndinə əsasən, doğumun qeydə alınması üçün tibbi arayış, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma köməklik göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim olunmalıdır. Doğum faktını təsdiq edən tibbi sənəd olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. 16.02.2015-ci ildə doğulmuş Məmmədov İbrahimin doğum faktını təsdiq edən tibbi sənədin olmamasını nəzərə alaraq bu Qaydanın 2.6-cı bəndində müvafiq olaraq doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Ankarada yerləşən Səfirliyinin AA0184930 nömrəli Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsinə əsasən Məmmədov İbrahim 16.02.2015-ci il tarixdə Suriyada doğulmuşdur. AR Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin AR Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinə ünvanladığı 14.04.2020-ci il tarixli 08/A-1215ƏB nömrəli məktubuna əsasən, təqdim edilmiş sənədlərə əsasən Türkiyə Respublikasının Qaziantep vilayətinin Köç idarəsi Müdirliyi (Miqrasiya idarəsi) tərəfindən Ərizəçi və onunla birlikdə qalan Məmmədov İbrahimin DNT analizləri keçirilmiş və həmin uşağın Azərbaycan Respublikasının vətəndaşı olan anası xx.xx.2000-ci il təvəllüdlü Ərizəçi aid olması təsdiq edilmişdir. Odur ki, Dövlət Miqrasiya Xidməti tərəfindən 16.02.2015-ci il tarixdə Suriya Ərəb Respublikasında anadan olmuş Məmmədov İbrahimin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Həmçinin, həmin şəxsin ölkə ərazisinə gətirilməsinə Dövlət Miqrasiya Xidməti tərəfindən etiraz edilmir. Beləliklə ərizəçinin izahatı və işin digər materialları ilə – Ərizəçi Suriya Ərəb Respublikasında 16.02.2015-ci il tarixdə ev şəraitində doğulmuş oğlan uşağının doğum faktının müəyyən olunması tam sübuta yetirildi. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Göründüyü kimi, doğum faktını təsdiq edən həkim şəhadətnaməsi olmadıqda, doğum faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki işin materiallarından da görünür ki, ərizəçi doğumun qeydə alınması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin doğum faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq olunmadığına görə ona doğumun qeydə alınmasından imtina olunmuşdur. Buna görə də ərizəçi doğum faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, doğum faktının müəyyən edilməsinin uşaqların şəxsiyyətini təsdiq edən sənədin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin uşaqların doğumunun qeydə alınmasından imtina etməsi nəticəsində ərizəçi Mətanət Məmmədova göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, doğum faktını qeydə almalı olan yeganə orqan qeydiyyat şöbəsi uşaqların doğumunu qeydə almaqdan imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, doğum faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin uşaqların doğumunu qeydə almaqdan imtina etməsi nəticəsində ərizəçi uşaqlarının doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə uşaqların ev şəraitində doğulmaları ərizəçinin nümayəndəsinin izahatı və işin digər sübutları ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 16.02.2015-ci il təvəllüdlü X2 Ərəb Respublikasında doğulması faktı müəyyən edilsin. 16.02.2015-ci il il tarixdə Suriya Ərəb Respublikasında doğulmuş Məmmədov İbrahimin doğum aktı qeydində adı İbrahim, soyadı Məmmədov, anası “Ərizəçi” qeyd olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-3773/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3773/2021
19.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver