Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3774/2021 27.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan ünvan 1 ünvanında qeydiyyatda olan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin mənzilindən istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi S.E.Verdiyeva iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 103 saylı evin, 39 saylı mənzilinin mülkiyyətçisidir, mənzili o, 27.01.2015-ci il tarixdə X2 alqı-satqı və ipoteka müqaviləsi əsasında almışdır, həmin mənzilin tam mülkiyyət hüququ üzrə ona məxsus olması barədə Azərbaycan Respublikası DƏDRX tərəfindən RX seriyalı, ******* saylı çıxarış əldə etmişdir, cavabdehlərin həmin mənzilə qeydiyyatda olmaları barədə xəbəri olmamışdır, təsadüf nəticəsində “Asan Xidmət”də olarkən xəbərdar olmuşdur ki, onunla əlaqəli olmayan 4 nəfər ona məxsus mənzildə qeydiyyatdadır. Hazırda cavabdehlərin ona məxsus mənzilin qeydiyyatında qalmaları iddiaçının mülkiyyət hüquqlarını pozmaqla onun üçün əlavə kommunal və digər xərclərinin yaranmasına səbəb olur. Sonda S.E.Verdiyeva iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlərin faktiki olduğu yer məlum olmadığından, onlar məlum olan axırıncı yaşayış yeri üzrə xəbərdar edilmiş, cavabdehlərin həmin ünvanda yaşamadıqlarına dair qeyd aparılmış bildiriş məhkəməyə qaytarılmışdır. Belə olan halda məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanan 18.05.2021-ci il tarixli məktuba əlavə edilmiş alqı-satqı və ipoteka müqaviləsinin 1.1-ci maddəsinə əsasən, satıcı X5 ünvan 3 ünvanında binanın 2-ci mərtəbəsində yerləşən yaşayış sahəsini alıcı-ipoteka qoyan İddiaçı mülkiyyətinə vermək, həmin müqavilənin 2.2.2-ci maddəsinə əsasən, alıcıipoteka qoyana üçüncü şəxslərin hüquqlarından azad mənzili vermək, həmin müqavilənin 2.2.4-cü bəndinə əsasən, müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 1 ay müddətinə ipoteka predmetindən qeydiyyatda olan şəxslərlə birlikdə satdığı mənzildən qeydiyyatdan çıxmaq vəzifələrini öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 103, 39 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 04.03.2021-ci il tarixli, ******* saylı “Yaşayış yeri üzrə qeydiyyat” haqqında Arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 103 saylı evin, 39 saylı mənzilində qeydiyyatda olan digər şəxslər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X1r. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 103, 39 saylı mənzili mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hazırda həmin mənzildə yaşamırlar və iddiaçının ailə üzvü deyildirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 103 saylı evin, 39 saylı mənzilindən cavabdehlər Cavabdeh1,Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 103 saylı evin, 39 saylı mənzilindən istifadə hüququna xitam verilsin. Dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlikedən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-3774/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3774/2021
27.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver