Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3778/2024 15.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu – Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: Ərizəçi 1979-cu ilin iyul - 1977-ci ilin dekbar, 1979-cu ilin dekabr - 1984-cü ilin avqust aylarında Ermənizsatn Respublikasının Qafan şəhərində yerləşən avtobazada sürücü, 1984-cü ilin sentyabr ayından 1993-cü ilin avqust ayının 31-dək Qubadlı rayon X1 və Mexanikiləşdirmə birliyində sürücü sürücü vəzifəsində işləməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəçinin ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, məhkəmə hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-nin 149.2-ci maddəsinin tələblərinə uyğun tərtib edilməmiş, ərizəçi ərizəsində maraqlı şəxsi göstərməmiş, onun barəsində məlumatları ərizədə qeyd etməmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən ərizəçinın, onun nümayəndəsinin (əgər ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizəsində qeyd edilməlidir. Həmin Məcəllənin 306.1 və 306.2-ci maddəslərinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Məhkəmə qeyd edir ki, ərizəsində işdə iştirak edən şəxslərin şəxsi məlumatlarının (adı, soyadı, atasının adı), habelə yaşayış yerinin göstərilməsi onların məhkəmə iclasının vaxtı və yeri barəsində xəbərdar edilməsi, işin məhkəmədə çəkişmə prinsipi qaydalarına əməl etməklə təşkil olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin ərizənin məzmunundan da görünür ki, ərizəçi maraqlı şəxsi, onun barəsində məlimatları ərizəsində göstərməməklə ərizənin verilməsinin qanunla müəyyən edilmiş məzmununa əməl etməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci və 152.1.5-ci maddələrinə əsasən, ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 150-152-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Ərizəçi ərizəsi və ona əlavə olunmuş sənədlər ərizəçiya geri qaytarılsın. Ərizəçiya izah olunsun ki, ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-3778/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3778/2024
15.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver