Məhkəmə qərarları › İş №2(011)-3782/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3782/2020

28.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3782/2020 28.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İlyasova Nigar Mürşüd qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətini maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı və Azərbaycan Respublikasında daimi yaşamağı faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o 1953-cü il tarixində Gürcüstan Respublikasının Dumanisi rayonunda anadan olmuşdur. 1980-cı il tarixində Azərbaycan Respublikasına gəlmiş və daimi olaraq qeydiyyatsızBakı şəhərində müxtəlif ünvanlarda 1996-cı ildən hal-hazıra kimi isə Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 76, mənzil 144 ünvanında yaşayır.Azərbaycan Respublikasında ailə həyatı qurmuş, nikahını dövlət reyestrində qeydə alınmışdır. Birgə nigahdan bir övladı anadan olmuşdur və hal-hazırda bir yerdə yaşayırlar. Vətəndaşlıqla bağlı müxtəlif orqanlara, o cümlədən Gürcüstan Respublikasının Azərbaycan Respublikasında Səfirliyinə xə Azərbaxcan Respublikası Dövlət Miqrasiya Xidmətinə rəsmi qaydada ərizə ilə müraciət etmişdir. Gürcüstan Səfirliyindən verilmiş N 05/0000469/2020-02 saylı xx xxxxxx 2020-ci il tarixli Arayışa əsasən ərizəçi “Gürcüstanın Vətəndaşlığı haqqında” Gürcüstan qanununun 30-cu maddəsinin “a” altbəndinə müvafiq olaraq Gürcüstan vətəndaşı hesab olunmur. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən verilmiş 08/788 saylı xx xxxxxx 2017-ci il tarixli arayışa əsasən o Azərbaycan Respublikası vətəndaşlığı haqqında Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası vətəndaşı hesab olunmur. Heç bir ölkənin vətəndaşı olmamağı barədə rəsmi təqdimedici sənədi başqa qaydada əldə edə bilmədiyindən hüquqi əhəmiyyətli aktın müəyyən olunması ilə bağlı məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq da maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X7 iştirak etdiyi məhkəmə iclasında bildirmişdir ki, ərizənin təmin edilməsinə etiraz etmir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Xətai rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi 99 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2020-ci il tarixli 371 nömrəli arayışına əsasən Ərizəçi Xətai rayonu, General Mehmandarov küçəsi 76 saylı evin 144 saylı mənzilində həyat yoldaşının yanında 1996-cı ildən qeydiyyatsız yaşayır. - İİİ-ТИ seriyalı, 355144 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1953-cü il tarixdə Azərbaycan SSR, Dmanisi rayonunda anadan olmuş Ərizəçi ilə X1 nikahının bağlanması haqqında xx.xx.1983-cü il tarixdə 43 nömrəli akt qeydi tərtib edilmişdir, nikah bağlandıqdan sonra ərə Abdullayev, arvada Abdullayeva soyadı verilmişdir. - НЗ seriyalı ******* nömrəli Hərbi Biletin surətindən görünür ki, Ərizəçi Gürcüstan SSR Dmanisi rayonundan xx.xx.1972-ci il tarixdə hərbi xidmətə çağırılmışdır. - 697921 nömrəli SSRİ vətəndaşlıq pasportuna əsasən Ərizəçi Gürcüstan SSR, Dmanisi rayonunda 1953-cü il tarixdə anadan olmuşdur. - AR Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin xx.xx.2017-ci il tarixli 08/788 nömrəli arayışına əsasən 1953-cü il təvəllüdlü Ərizəçi, təqdim edilmiş sənədlərə əsasən aparılan icraat nəticəsində onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. - Gürcüstan Səfirliyinin xx.xx.2020-ci il tarixli, 05/00004569\2020-02 nömrəli arayışına əsasən 1953-cü il təvəllüdlü, Gürcüstanda doğulan Ərizəçi “Gürcüstanın Vətəndaşlıq haqqında” Gürcüstan Orqan qanununun 30-cu maddəsinin “a” altbəndinə müvafiq olaraq, agentliyə təqdim olunan və əldə edilən sənədlərə əsasən Gürcüstan vətəndaşı hesab olunmur. - AR Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti idarəsinin xx.xx.2020-ci il tarixli, 33/3363 nömrəli arayışına əsasən Ərizəçi dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Mülki iş üzrə şahid qismində dindirilmiş X3 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, ərizəçinin qonşusudur. Ərizəçinin 1994-1995-ci illərdən tanıyır. Ərizəçi davamlı olaraq Azərbaycan Respublikasında yaşamışdır. Onda ərizəçinin başqa ölkəyə getdiyinə dair hər hansı bir məlumatı yoxdur. Mülki iş üzrə şahid qismində dindirilmiş X5 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, ərizəçinin qonşusudur. Ərizəçinin 1992-ci ildən tanıyır. Ərizəçi Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 76 ünvanda yoldaşı ilə birlikdə daimi yaşayır. Ərizəçinin xaricə getdiyinin şahidi olmamışdır. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.1. maddəsindən görünür ki, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.10-1-ci maddəsinə əsasən məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 12-ci bəndinə əsasən məhkəmələr Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar. Sözügedən Qanunun 14-cü maddənin 4-cü hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçi X4 xx.xx.1953-cü ildə Gürcüstanın Dmanisi rayonunda anadan olmuşdur və hazırda o, Azərbaycan Respublikasının və yaxud da Gürcüstan Respublikasının vətəndaşı deyil. Lakin bu hal ərizəçinin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması kimi qəbul edilə bilməz. Qeyd olunanalara əsasən məhkəmə hesab edir ki, ərizəçinin təqdim etdiyi sənədlər əsasında onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktını məhkəmə qaydasında müəyyən etmək mümkün deyil. Bundan əlavə, məhkəmə ərizədə qeyd olunan ikinci hüquqi faktın, yəni ərizəçinin Azərbaycan Respublikasında daimi yaşaması faktını işdə olan sübutlara əsasən araşdıraraq qeyd edir ki, məhkəməyə ərizəçinin Azərbaycan Respublikasının ərzisində daimi yaşamasını təsdiq edən kifayət gədər sübutlar təqdim olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir. Həmin Məcəllənin 14.2. maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə, ərizəçinin izahatını, eyni zamanda, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı və Azərbaycan Respublikasında daimi yaşamağı faktının müəyyən olunması barədə ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar