Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3797/2024 16.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" MTK-nın Cavabdeh qarşı “mənzilin boşaldılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ünvan 1 ünvanında yerləşən 1 saylı yaşayış binasının 1-ci girişində mansard mərtəbədə cavabdeh tərəfindən qanunsuz və əsassız zəbt olunmuş 294 saylı mənzilin cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi. Cavabdehin vəkili və nümayəndəsi məhkəmə iclasında bildirdi ki, hazırki tərələr arasında eyni predmet üzrə mülki işə baxılıb və məhkəmə qətnaməsi qəbul edilib. İşin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı cavabdehə qarşı xx.xx.2022-ci il tarixdə 294, 295 və 145 saylı mənzillərin cavabdeh tərəfindən boşaldılması, boşadılaraq iddiaçıya təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-6366/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-1443/2023 saylı qətnaməsinə əsasən Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-6366/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi isə rədd edilmişdir. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-1443/2023 saylı qətnaməsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 2528/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi qismən – iddiaçı ilə cavabdeh arasında Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, 1210-cu məhəllə, 1 saylı binanın 2-ci giriş, 1 və 2-ci mərtəbəsində yerləşən sahəsi 500 kv.metr olan qeyri-yaşayış sahəsinə dair bağlanmış 18 noyabr 2015-ci il tarixli, nömrəsiz müqavilənin, habelə iddiaçı ilə X2 arasında Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, 1210-cu məhəllə, 1 saylı binanın 1-ci giriş, 1 və 2-ci mərtəbəsində yerləşən sahəsi 1000 kv.metr olan qeyri-yaşayış sahəsinə dair bağlanmış 22 iyun 2016-cı il tarixli, nömrəsiz müqavilənin etibarsız hesab edilməsinin rədd edilməsi hissələrində ləğv edilmiş, həmin hissələrdə yenidən baxılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5739/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki və məhkəmə xətşünaslıq ekspertizaları təyin edilərək, iş üzrə icraat dayandırılmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iş üzrə icraata xitam verilir. Qeyd edilən müddəanın mənasından da göründüyü kimi, iş üzrə icraata xitam verilməsi üçün 3 şərt müəyyən edilmişdir. 1. Mübahisənin eyni tərəflər (cavabdeh və iddiaçı) arasında olması; 2. Mübahisənin eyni predmetlə bağlı olması; 3. Hər iki (əvvəlki və sonrakı) mübahisənin əsaslarının eyni olması. Şərh edilənlərdən göründüyü kimi, İddiaçı MTK Cavabdeh qarşı (eyni tərəflər), eyni iddia predmeti (mənzildən çıxarılma) və eyni əsasla (cavabdehin Mənzili qanunsuz zəbt etməsi) bir dəfə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və həmin iddia üzrə iddia tələbinə məhkəmədə baxılmış, qanuni qüvvəsini almış (294 nömrəli mənzilin boşaldılması barədə iddia tələbinə münasibətdə) məhkəmə qətnaməsi olmasına baxmayaraq, yenidən eyni cavabdehə, eyni iddia predmeti və eyni əsasla hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı yenidən iddia ərizəsi ilə məhkəməyə müraicət edərkən iddia ərizəsində qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Xətai Rayon Məhkəməsinin qətnaməsini ləğv edərkən, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini mənzillərə dair hissədə dəyişdirmədən saxlayarkən, cavabdehin məhkəmələrə təqdim etdiyi "xxxx" ASC və "xxxx" QSC tərəfindən adlı siyahı əsas götürülsə də, həmin adlı siyahılar saxtalaşdırılmışdır. Lakin, məhkəmə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-1443/2023 saylı qətnaməsindən də göründüyü kimi, məhkəmə iddiaçının 294-cü mənzilin boşaldılmasını tələb etmək üçün subyektiv hüquqa malik olmadığı qənaətinə gələrək iddia tələbini həmin hissədə rədd etmişdir. Göründüyü kimi, iddiaçının hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün sonradan yaranmış heç bir hüquqi əsas mövcud deyil. Odur ki, məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsasla mövcud mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan iddiaçılarnın hazırkı iddia ərizəsinə yenidən baxıla bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" MTK-nın Cavabdeh qarşı “mənzilin boşaldılması” tələbinə dair hissədə mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-3797/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3797/2024
16.05.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver