Məhkəmə qərarları › İş №2(011)-3800/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3800/2023

09.10.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3800/2023 09.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladları 13 fevral 2013-cü il təvəllüdlü X3, 13 iyun 2014-cü il təvəllüdlü X5 və 14 yanvar 2016-cı il təvəllüdlü X6 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh oglu ilə 23 iyul 2011-ci il traixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur və cavabdehin razılığı ilə onun yaşadığı Bakı şəhəri, Xətai rayonu Şahin Şəmədov küçəsi, ev 25 üvanına gəlin köçmüşdür. Onlar həmin mənzildə cavabdehlə birgə yaşayıb ümumi təsərrüfat idarə etmişlər. İddiaçıya məxsus çehiz əşyaları da qeyd olunan mənzilə yerləşdirilmişdir. Birgə yaşadıqları müddətdə 13 fevral 2013-cü ildə X3, 13 iyun 2014-cü ildə X5 və 14 yanvar 2016-cı ildə isə X6 adlı 3 övladı anadan olmuşdur. Nikaha daxil olan vaxtdan cavabdehlə ünvan 1-də bir ailə üzvü kimi birgə yaşayıb, birgə təsərrüfat aparmışlar. Cavabdehlə birgə yaşadığı dövrdə həyat yoldaşı onu incitməyə başlamış, heç bir səbəb olmadan onunla mübahisələr etmişdir, onun uşaqları ilə evdə yaşamasına imkan yaratmamışdır. Cavabdeh ona məxsus olan bütün cehiz əşyalarından da istifadə etməyə imkan vermir. Cavabdeh onu azyaşlı uşaqları ilə mənzilə buraxmır, yaşamağa isə onun başqa yaşayış sahəsi yoxdur. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. O bildirmişdir ki, 23 iyul 2011-ci il tarixdən cavabdehlə nikaha daxil olaraq ünvan 1 üvanına köçmüşdür. Ona məxsus çehiz əşyaları da qeyd olunan evdədir. Həmin yaşayış evi özbaşına tikilidir. Cavabdeh heç bir səbəb olmadan onunla mübahisələr edir və uşaqları ilə evdə yaşamasına imkan vermir, onu azyaşlı uşaqları ilə mənzilə buraxmır. Əlavə sual-cavab zamanı o bildirmişdir ki, cavabdehlə rəsmi nikahdadır, onların nikahları pozulmamışdır. Cavabdeh öz izahatında bildirmişdir ki, iddia tələbinə və iddiaçının mübahisəli yaşayış evinə köçməsinə etiraz etmir. O bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu Şahin Şəmədov küçəsi, ev 25 üvanında inşa edilmiş tikili onun tərəfindən inşa edilmişdir, özbaşına tikilidir. İddiaçı 2011-ci ildə həmin evə gəlin köçmüşdür. Mübahisələr zamanı iddiaçının evə buraxılmaması halları olub. O bildirmişdir ki, iddiaçı ilə rəsmi nikahdadır, onların nikahları pozulmamışdır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə cavabdeh X4 xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nikaha daxil olduqdan sonra arvada “Muxtarova” soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 03/52 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən də ünvan 2 ünvanında qeydiyyatsız yaşayıb. İş materiallarında olan “müvəqqəti qeydiyyat vəsiqəsi”ndən görünür ki, İddiaçı ünvan 3 ünvanına müvəqqəti qeydiyyata alınmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 13 fevral 2013-cü il təvəllüdlü X1 “valideynləri” qrafasında atası “Cavabdeh”, anası isə “İddiaçı” göstərilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 13 iyun 2014-cü il təvəllüdlü X2 “valideynləri” qrafasında atası “Cavabdeh”, anası isə “İddiaçı” göstərilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 14 yanvar 2016-cı il təvəllüdlü X2 “valideynləri” qrafasında atası “Cavabdeh”, anası isə “İddiaçı” göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti Başçısının Əhmədli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş məhkəmənin 02 iyul 2023-cü il tarixli məhkəmə sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Ş.Səmədov küçəsi, 25 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Belə ki, işin mübahisəsiz halları bundan ibarətdir ki, iddiaçının hazırda köçürülməsini tələb etdiyi fərdi yaşayış evi özbaşına tikilidir və həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Belə ki, tərəflər 2011-ci ildən etibarən özbaşına tikili olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində birgə təsərrüfat aparmışlar. Onların nikahı pozulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1.-ci maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə əgər bu, onların mahiyyətinə zidd deyildirsə oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası) Azərbaycan Respublikası MPM-in 13.4 və 13.5-ci maddələrinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Belə normalar da olmadıqda məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 164.1.-ci maddəsinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 164.2.-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Həmin Məcəllənin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Belə ki, Konstitusiyanın 43-cü maddəsi ümumi norma olmaqla, şəxsin yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkəti qadağan edir. Bu normanı mənzilə köçürülmə dair tələblərə tətbiq edərkən 3 halın aydınlaşdırılması zəruridir: 1) şəxs köçmək istədiyi yaşayış sahəsində yaşamışdırmı?; 2) şəxs yaşadığı sahədən məhrum edilmişdirmi?; 3) məhrum edilmə qanuni olmuşdurmu?. İşin faktiki hallarını araşdırarkən məhkəmə müəyyən etmişdir ki, iddiaçı mübahisəli yaşayış evinə gəlin köçmüşdür, tərəflərin nikahı pozulmamışdır. Tərəflərin arasında baş verən mübahisələr nəticəsində iddiaçı mübahisəli sahədən məhrum edilmişdir. İddiaçının yaşadığı sahədən məhrum olunması qanunsuzdur. Belə ki, məhrum etmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin yaşayış sahəsinə hüquqları olsun, məhrum edilən şəxsin isə hər hansı hüququ olmasın. Lakin hazırki iş üzrə cavabdehin mübahisələndirilən evə iddiaçıya münasibətdə hər hansı üstün hüququnun (mülkiyyət, istifadə, icarə və s.) olmasını təsdiq edən sənəd məhkəməyə təqdim olunmamışdır. Əksinə, tərəflərin izahatları və iş materialları ilə təsdiq olunur ki, mübahisəli sahə özbaşına tikili olmaqla cavabdehin sahəyə dair əmlak hüquqları qeydə alınmamışdır. Odur ki, iddiaçının mənzildə yaşamaq hüququnu bərpa edilməklə iddiaçının mübahisəli mənzilə köçürülməsi barədə iddia tələbləri təmin edilməlidir. Məhkəmə qeyd edir ki, yaşayış binasının özbaşına tikili olması özü-özlüyündə müvafiq yaşayış sahəsi kimi istifadə olunan tikiliyə iddiaçının köçürülməsini istisna edən hal kimi qiymətləndirilə bilməz. İddiaçının bu əsasla həmin evə köçürülməsindən imtina edilməsi, hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Bundan başqa, cavabdeh mübahisəli evi özü inşa etdiyini bildirsə də, evin öz vəsaiti hesabına tikilməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbləri təmin edilsin. İddiaçı övladları 13 fevral 2013-cü il təvəllüdlü X3, 13 iyun 2014-cü il təvəllüdlü X5 və 14 yanvar 2016-cı il təvəllüdlü X6 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən 12 saylı evin 29 saylı mənzilinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar