Məhkəmə qərarları › İş №2(011)-3829/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3829/2022

13.06.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3829/2022 13.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin Cavabdeh tərəfindən zəpt olunmuş qanunsuz tikililərin cavabdehin hesabına sökülməsinə və torpaq sahəsinin iddiaçıya təhvil verilməi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Müstəsna aidiyyət haqqında qaydalar müəyyən kateqoriya mülki işlərin daha düzgün və vaxtında baxılması və həll edilməsi, mübahisəli obyektlərin yerləşdiyi yer üzrə sübutların toplanılması və məhkəmə prosessində yarana biləcək digər məsələlərin həllinin asanlaşdırılmasına yönəlmişdir. Bu səbəblə də, məhkəmələr və mülki işdə iştirak edən şəxslər tərəfindən müstəsna aidiyyət qaydalarının gözlənilməsi məhkəmə prosessinin düzgün təşkili və aparılması üçün mühüm əhəmiyyət kəsb edir. Göstərilənlərlə yanaşı, Mülki Prosessual Məcəlləsinin ərazi aidiyyəti qaydalarını müəyyən edən 35 və 36-cı maddələrindən fərqli olaraq, özündə müstəsna aidiyyət qaydalarını əks etdirən həmin məcəllənin 39-cu maddəsi ilə müəyyən kateqoriya işlər üçün nəzərdə tutulmuş aidiyyət qaydalarından fərqli qaydaları tətbiq etmək imkanı istisna olunur. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri öyrənərək müəyyən etmişdir ki, iddia tələbi qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin iddiaçıya təhvil verilməsi ilə bağlıdır. İddiaçı hazırki iddia tələbi üzrə qanunsuz tikilinin sökülməsi və ona təhvil verilməsini tələb etdiyi daşınmaz əmlak Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşir. Odur ki, hazırkı iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Beləliklə, məhkəmə İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi aidiyyət qaydalarının pozulması ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən icraata qəbul edildiyindən, mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müstəsna aidiyyətlə bağlı norması nəzərə alınmaqla, İddiaçı mübahisələndirdiyi torpaq sahəsinin olduğu ünvan üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 44-45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddiası üzrə mülki iş baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar