Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3832/2021 30.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1 və digərlərinə qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 qarşı – ünvan 1 ünvanında yerləşən mənzilindən istifadə hüququnun itirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əzizbəyov rayon XDS İK-nin 28.02.2007-ci il tarixli, 189 nömrəli sərəncamı ilə X3 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, məhəllə 2944, la (92) saylı evin 27 saylı mənzilinə 01.03.2007-ci il tarixli, 003500 nömrəli order verilmişdir. Aşağıda adları qeyd olunan şəxslər ona məxsus mənzildə formal olaraq qeydiyyatda olsalar da, ünvan 1 ünvanında yaşamırlar. Onlar iddiaçının övladları və nəvələridir. Lakin, ailə quduqdan sonra həmişəlik həmin ünvanı tərk etməklə, ailələri ilə öz evlərində yaşayırlar. Qızı - 02.12.1981-ci il təvəllüdlü Cavabdeh1, oğlu - 24.01.1980-ci il təvəllüdlü Cavabdeh2, qızı - 30.01.1978-ci il təvəllüdlü Cavabdeh5, nəvəsi - 16.08.2009cu il təvəllüdlü X7 nəvəsi - 17.06.2007-ci il təvəllüdlü Cavabdeh4, nəvəsi 02.12.2003-cü il təvəllüdlü X12 və 24.08.2002-ci il təvəllüdlü X16. Qeyd olunan çoxmənzilli yaşayış binası ünvan 2 ünvanı sonradan ev 92 olaraq dəyişdirilmişdir. Adları qeyd olunan şəxslərin həmin mənzilə istifadə hüququnun itirilmiş hesab olunmalıdır. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, X12 və X8 ünvan 1-yə dair istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iş materiallarında olan AR Bakı şəhəri Əzizbəyov Rayonu İcra Hakimiyyəti başçısının 28.02.2007-ci il tarixli 189 nömrəli Sərəncamına əsasən İddiaçı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 1A (92), 27 saylı mənzilin verilməsi haqqında 28 May NQÇİ-nin müdiriyyəti və həmkarlar təşkilatının birgə yığıncağının qərarı təsdiq edilmişdir. İş materiallarında olan AR Bakı şəhər Əzizbəyov Rayonu İcra Hakimiyyətinin 08.03.2007-ci il tarixli 003500 saylı orderin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 1A (92), 27 saylı mənzili tutmaq hüququna malikdir. İş materiallarında olan AR DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin İddiaçı ünvanladığı 01.02.2021-ci il tarixli məktuba əsasən, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 1A (92), 27 saylı mənzildə İddiaçı, X4, X5, X2, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan 118 saylı Mənzil Kommunal İstismar Sahəsinin 05.11.2020-ci il tarixli 1499 nömrəli arayışına əsasən ünvan 3 ünvanı hal-hazırda ünvan 4dirilmişdir. İş materiallarında olan AR Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyətinin Başçısının 24.10.2018-ci il tarixli A-193-092 nömrəli Bildirişinə əsasən Xəzər (Əzizbəyov) RİH Başçısı Aparatında saxlanılan sənədlərə əsasən Əzizbəyov rayon XDS İK-nin 28.02.2007-ci il tarixli, 189 nömrəli sərəncamı ilə İddiaçı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, məhəllə 2944, ev 92, giriş qapısı 2, mərtəbə 5, yaşayış sahəsi 70,41 kv.m olan 4 otaqlı 27 saylı mənzilinə 01.03.2007-ci il tarixli 003500 nömrəli order verilmişdir. Orderə İddiaçı, X4, Cavabdeh5, Cavabdeh2, X2, Cavabdeh1, X13 və X12 daxil edilmişdir. İş materiallarında olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 notarial təsdiq edilmiş ərizələrindən görünür ki, ünvan 5 ünvanında yerləşən mənzildən imtina edərək, həmin mənzilin X1 adına özəlləşməsinə razıdırlar, heç bir etirazları yoxdur. İş materiallarında olan “Azneft” İstehsalat Birliyi, “28 May” Neft və Qazçıxarma İdarəsi Mənzil-Kommunal Təsərrüfatının 24.03.2016-cı il tarixli arayışına əsasən Cavabdeh5 Bakı şəhəri, Çilov adası Bünyatzadə küçəsi 4 saylı yataqxanada qeydiyyatdadır və aşağıdakı ailə tərkibi var özü, qızı X13, qızı X12. Mülki mübahisənin hüququ əsasını təşkil edən “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” 8 iyul 1982-ci il tarixli Azərbaycan Sovet Sosialist Respubliksının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibuluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə uyğun olaraq, şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə görə, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli Qərarının 2-ci bəndinə müvafiq olaraq, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı aylığa və daha uzun müddətə başqa yerə getməsi bu şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Göründüyü kimi şəxsin yaşayış sahəsindən istifadə hüququnun itirmiş hesab edilməsi həmin şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyi və ya həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçdüyü müəyyən edildiyi halda mümkündür. Məhkəmə prosesi zamanı cavabdehlərin daimi yaşamaq üçün mübahisəli mənzildən 6 aydan uzun müddətdir ki köçdüyü sübut edilmişdir. Sadalananları əsas gətirərək, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir iddia əsaslı hesab edilərək təmin edilməli, cavabdehlərin ünvan 1 ünvanında yerləşən mənzilindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, X12, X8 ünvan 1dən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-3832/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3832/2021
30.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver