Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3860/2022 17.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Bayramova Nərmin Nizami qızının katibliyi İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X16, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X2, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil, İlkin iddia üzrə Cavabdeh1 iştirakı ilə İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər X7 və Cavabdeh1 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və mənzildən istifadə hüququnun tanınması tələbinə dair ilkin iddiası Qarşılıqlı iddia üzrə iddiaçı X2 cavabdeh İddiaçı qarşı mənzildən çıxarılma tələbinə dair qarşılıqı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İlkin iddia üzrə İddiaçı cavabdehlər X10 və Cavabdeh1 qarşı ünvan 1 ünvanında yerləşən mənzilin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mənzildə İddiaçı Ramız qızının və övladları X22, X25, X23 və X24 istifadə hüquqlarının tanınması, ödənilmiş dövlət rüsumuna görə 110 manat məbləğində pul vəsaitinin ilkin iddia üzrə cavabdehlərdən tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırımışdır ki, iddiaçı 2010-cu ilin fevral ayında qaçırılmaqla X8 ilə faktiki, qeyri-rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşdu. Həyat yoldaşı ilə ilk vaxtlar Suraxanı rayonu, Zığ bağları, Bahar qəsəbəsində onun ata evində yaşamışdırlar. Bir müddət orada yaşadıqdan sonra işləmək üçün Rusiya Federasiyasına getmişdirlər. Elə orada 25 mart 2011-ci il tarixində X22 anadan olmuşdur. 3 ay işlədikdən sonra onlar ata evinə qayıtdılar. Orada yaşadıqları müddətdə xx.xx.2012-ci il tarixində övladları X25 anadan olmuşdur. İlkin iddia üzrə iddiaçının əmisi X40 atasının verdiyi pulla adına aldığı ünvan 2 ünvanında yerləşən mənzili 2013-cü ildə faktiki həyat yoldaşı Cavabdeh1 adına faktiki olaraq qeyri-rəsmi ər-arvad olduqları üçün alqı-satqı etmişdir. Bundan sonra onlar həmin mənzilə köçmüşdürlər. Mənzildə yaşadıqları müddətdə xx.xx.2014-cü il tarixdə övladları X26 anadan olmuşdur. Bir müddət orada yaşadıqdan sonra yoldaşı tərəfindən həmin mənzilin təmiri edilməsi ilə əlaqədar onlar, yenidən, yoldaşının Suraxanı rayonunda yerləşən ata evinə köçdülər. Həmin evdə yaşadıqları müddətdə xx.xx.2017-ci il tarixdə övladları X36 anadan olmuşdur. xx.xx.2017ci il tarixdə 477 nömrəli qeyd ilə İddiaçı və Cavabdeh1 nikahları rəsmiləşdirilmişdir. Bundan sonra 2017-ci ildə 2019-cu ilə qədər həyat yoldaşının xalası qızı Əsmər ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 38, mənzil 24-də mənzildə birlikdə yaşamışdırlar. Mənzildə istifadə hüquqları ola ola mənzilin mülkiyyətçisi kimi mənzilə qeydiyyata salmış və razılıq da vermir. Məhkəmə qaydasında istifadə hüquqları tanınmadan iddiaçı və övladları mənzilə qeydiyyata alına, şəxsiyyət vəsiqələrini dəyişə bilmirlər. İddiaçı ilə həyat yoldaşının ailə münasibətləri 2019-cu ildən soyuduqdan sonra həyat yoldaşı ilkin iddia üzrə iddiaçı ilə nikah münasibətlərini pozmaq qərarına gəlmiş və xx.xx.2022-ci il tarixində yaşadıqları və istifadə hüququ olan mənzilin ilkin iddia üzrə iddiaçının razılığı olmadan, ər-arvad kimi ailə münasibətləri ola ola, nikahları pozulmadığı halda, öz mülkiyyət hüququndan sui-isitfadə edərək, üçüncü şəxs kimi qərəzli olaraq mübahisəli mənzili anası X4 bağışlamışdır. Cavabdehlər həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan bağışlama müqaviləsi, o cümlədən, fərqli subyektlər arasında, ana və oğlu arasında formal olaraq bağlanan bağışlama müqaviləsi yalan əqd olaraq əhəmiyyətsizdir. Hal-hazıda da cavabdehlər əlbir olub tez bir zamanda nikahın pozulması iddiasını qaldırmışlar və tərəflərə barışmaq üçün 3 ay vaxt verilmişdir, mənzilin alqı-satqı edilməsi və mənzildə çıxarılması ilə bağlı iddiaların sürülməsi və qeyri işlərin görülməsini planlaşdırırlar. Qarşılıqlı iddia üzrə iddiaçı X10 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia üzrə cavabdehin Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 35 saylı evin 42 saylı mənzilindən azyaşlı uşaqları ilə birlikdə çıxarılması və qarşılıqlı iddia üzrə iddiaçının həmin mənzilə köçürülməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, X17 ilkin iddia üzrə iddiaçının əmisi oğlu olsa da, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 35 saylı evin 42 saylı mənzili əmisinin olmuşdur. Həmin şəxs qarşılıqlı iddia üzrə iddiaçının öz oğulları üçün ev almaq istədiyini bilib, evi onlara təklif etmişdir. Onlar evi bəyəndikdən sonra, evin alqı-satqısı ilə əlaqədar X17 ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixində müqavilə bağlanılmış, mənzilin dəyəri olan 60000 manat məbləğində pul vəsaiti həmin şəxslər tərəfindən ödənildikdən sonra mənzil Kamalın adına dövlət reyestrində qeydiyyata alınmışdır. X17 ilə qarşılıqlı iddia üzrə cavabdehin oğlu Kamal arasında alqı-satqı müqaviləsi bağlanan zamanı Sadlqova Gilas ilə Cavabdeh1 arasında rəsmi nikah münasibətləri olmamış, həmin zaman onların uşaqları olsa da, aralarında nikahları olmamışdır. Cavabdeh1 mənzili aldıqdan sonra mənzili kirayə vermiş, onlar heç bir zaman həmin mənzildə yaşamamışlar, ilkin iddia üzrə iddiaçı uşaqları ilə birlikdə qarşılıqlı iddia üzrə iddiaçının yaşadığı Dədə Qorduq yaşayış sahəsində yerləşən evlərində yaşamışdırlar. Sadlqova Gilas ilə Cavabdeh1 arasında nikah xx.xx.2017-ci il tarixində bağlanılıb, həmin dövrdə də, onlar Behbudova Səmayəyə məxsus olan evdə yaşayırdılar. 2019-cu ilin əvvələrindən ilkin iddia üzrə iddiaçının hərəkətlərində qəribəlik, uşaqları və ailəsinə qarşı biganəlik yaranmış, bundan sonra isə onun Cavabdeh1 ilə nikahda olduğu zaman başqa kişi ilə münasibətlərinin olduğunu öyrənmişdir. Bu sirr açıldıqdan sonra İddiaçı 2019-cu ilin əvvələrində onların evindən getmiş, bir müddət Tovuz rayonunda yaşamışdır. Həmin dövrdə mübahisəli mənzildə kirayəşinlər yaşayırdılar. Daha sonra, kirayəşinlər mənzili tərk etdikdən sonra, ilkin iddia üzrə iddiaçı mənzilin qıfılını çıxarıb, mənzilə daşınmış, uşaqları ilə birlikdə orada yaşamağa başlamışdır. Göründüyü kimi, İddiaçı Behdubov Kamal ilə 2017-ci ildə rəsmi nikaha daxil olsalar da, onlar həmin dövrdə mübahisə predmeti olan evdə yaşamadıqlarına görə ilkin iddia üzrə iddiaçının həmin mənzilə istifadə hüququ yaranmamışdır. Hal-hazırda qeyd edilən mənzil Behbudova Səmayənin xüsusi mülkiyyətindədir və həmin mənzilin mülkiyyətinə keçməsi barədə olan bağışlama müqaviləsinin əhəmiyyətsiz olduğuna dair dəlili əsassızdır. Belə ki, mənzil birgə nikah dövründə alınmamış, mənzilin Cavabdeh1 tərəfindən anası Behbudova Səmayəyə bağışlamasında isə qanunda nəzərdə tutulan heç bir normanın tələbləri pozulmamışdır. Göründüyü kimi, qarşılıqlı iddia üzrə cavabdehin qarşılıqlı iddia üzrə iddiaçıya məxsus olan mənzildən onunla birlikdə istifadə etmək hüququ yoxdur və onun həmin mənzilə istifadə hüququ tanına bilməz. Qarşılıqlı iddia üzrə cavabdeh mənzili zəbt etdikdən sonra qarşılıqlı iddia üzrə iddiaçının həmin mənzildə olan əşyalarını da mənzildən çıxartmışdır. O, hal-hazırda, Behbudova Səmayəni həmin mənzilə buraxmır və ona mənzildə yaşamağa maneəçilik törədir. Bu səbəblə o, qarşılıqlı iddia üzrə cavabdehin mübahisəli mənzildən çıxarılmasını və özünün həmin mənzilə köçürülməsini tələb edir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh və onun nümayəndəsi məhkəmə iclasında ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsi xahiş etdilər. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X2 nümayəndəsi və vəkili qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddianın rədd edilməsini, qarşıqlı iddianın isə təmin edilməsini xahiş etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X10 ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etdi. İlkin iddia üzrə Cavabdeh1 ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, ilkin iddia qismən əsaslı hesab edilərək qismən təmin edilməsi, qarşılıqlı iddia da qismən əsaslı hesab edilərək qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xətai Rayonu İcra Hakimiyyəti Başçısının 949 nömrəli, xx.xx.1992-ci il tarixli Sərəncamdan Çıxarışdan görünür ki, Gəncə prospekti, 35 nömrəli evin 42 nömrəli mənzili vətəndaş N.M.Həşimovanın adına şəxsi ev kimi sənədləşdirilməsinə sərəncam verilmişdir. İş materiallarında olan xx.xx.1992-ci il tarixli Xətai Rayon İcra Hakimiyyəti ilə X27 arasında bağlanılmış “Mənzil haqqında Müqavilə”nin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısınn 949 nömrəli xx.xx.1992-ci il tarixli sərəncamı ilə 1990-1992-ci illərdən Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin müvafiq sərəncamlarına və qərarlarına uyğun olaraq öz mənzil fondunun 636 kv.m. ümumi sahəsi olan 3 otaqlı, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti küçəsi 35 nömrəli evin 42 nömrəli mənzilini vətəndaş Həşimova N.M. təmənnasız olaraq şəxsi mülkiyyətinə verir. İş materiallarında olan AZ-İİ №217312 nömrəli “Nikah haqqında şəhadətnamə”nin sutərindən görünür ki, Cavabdeh1 ilə İddiaçı nikahları xx.xx.2017-ci il tarixində bağlanılmışdır. İş materiallarında olan AZE seriyalı 19037530 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X36 xx.xx.2017-ci il tarixində anadan olmuşdur, atası Cavabdeh1, anası isə İddiaçıdır. Uşağın yaşayış yeri Tovuz rayonu, Bozalqanlı kəndi kimi qeyd edilmişdir. İş materiallarında olan AZE seriyalı 19037532 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X26 xx.xx.2014-cü il tarixində anadan olmuşdur, atası Cavabdeh1, anası isə İddiaçıdır. Uşağın yaşayış yeri Tovuz rayonu, Bozalqanlı kəndi kimi qeyd edilmişdir. İş materiallarında olan AZE seriyalı 19037529 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X22 xx.xx.2011-ci il tarixində anadan olmuşdur, atası Cavabdeh1, anası isə İddiaçıdır. Uşağın yaşayış yeri Tovuz rayonu, Bozalqanlı kəndi kimi qeyd edilmişdir. İş materiallarında olan AZE seriyalı 19037531 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X25 xx.xx.2012-ci il tarixində anadan olmuşdur, atası Cavabdeh1, anası isə İddiaçıdır. Uşağın yaşayış yeri Tovuz rayonu, Bozalqanlı kəndi kimi qeyd edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən mənzilinə dair xüsusi mülkiyyət hüququ X2 adına tam pay ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********53 nömrəli məktubundan və məktuba əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil ilkin olaraq xx.xx.1993-cü il tarixində X11 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 6 saylı DNK-nın 4Ə/1213 reyestr nömrəli xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzil X5 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 24 saylı DNK-nın 4Ə-411 reyestri nömrəli, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzil 60000 manata qiyməyə Cavabdeh1 satılmış və onun adına qeydiyyatdan keçmişdir. 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu X31 tərəfindən təsdiq edilmiş 4Ə-34 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən sözügedən mənzil X2 adına qeydiyyatdan keçmişdir və hal-hazırda onun mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri 6 saylı “ASAN Xidmət” Mərkəzində Dövlət Notariat Ofisinin Cavabdeh1 ilə X10 arasında bağlanılmş bağışlama müqaviləsinə dair 4Ə- 34 nömrəli notariat işinin surətindən görünür ki, hədiyyə verən Cavabdeh1 tam pay ilə xüsusi mülkiyyətind olan ünvan 5 ünvanında yerləşən mənzili xx.xx.2022-ci il tarixli “Daşınmaz Əmlakın bağışlanması müqaviləsi”nə əsasən X6 bağışlamışdır. Müqavilə bağlanan zamanı həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatda olan X12 razılıq ərizəsi alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 verdiyi ifadəsində göstərmişdir ki, o, ilkin iddia üzrə İddiaçı əmisidir. Behbudova Səmayə onun doğma xalası qızıdır, Cavabdeh1 isə xalası qızının oğludur. O, Bakıda mərmər-qranit işində işləmiş, Bakıda yaşamışdır. Qardaşı – Gilasın atası Moskvada işləyirdi. Onun qardaşı ona pul verdi ki, Bakı öz adına ev alsın. O, evi 27.000 ABŞ dollarına almışdır. O, həmin evdə 2-3 il, bəlkə də 4 il yaşadı. Sonra qardaşının ailəsi yaşadı. İddiaçı ailə qurandan sonra ona dedilər ki, həmin evi Gilasın adına keçirtsin. O, həmin dövrdə rayonda idman kompleksinin tikintisi ilə məşğul idi. O, rayondan gəldi, İddiaçı əmisi olduğuna görə evi ona bağışlaya bilərdi, lakin sonuncunun şəxsiyyət vəsiqəsi olmadı deyə alınmadı. O, Gilasa dedi ki, gedərsən rayona, şəxsiyyət vəsiqən düzələr, evi onda Gilasa bağışlayar, xərcləri çıxmaz sənədləşməyə. Razılaşdılar. Daha sonra ona bildirdilər ki, nə olur olsun bu ev keçməlidir onların adına. Qaraçuxurda tanış notarius yanında, o, Cavabdeh1 və Kamalın rəhmətlik atasının iştirakı ilə evin alqı-satqı müqaviləsini bağladılar. Ancaq pul mövzusu olmadı. Pulun yiyəsi kim idisə, banka saldı, sonra yenidən çıxartdı. O da imza çəkdi almış kimi, alqı-satqı ilə evi verdi onlara. Cavabdeh1 ilə İddiaçı ailə qurandan sonra bir müddət Hövsanda öz evlərində yaşadılar, sonra gəldilər Gəncə prospektindəki həmin evə. Sonra Kamal getdi Moskvaya. Sonra yenə getdilər Hövsana. Sonra eşitdim evi təmir ediblər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X28 verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı onun qonşusudur. O, 1978-ci ildən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ev 35 ünvanında yaşayır. O vaxt Gürcüstanlı bir ailə yaşayırdı həmin evdə. Onlar 15-20 il yaşadı, sonra satdılar evi Gilasın əmisinə. Ondan sonra orda Gilasın əmisi uşaqlarını görürdü. O, orada balaca bir dükan işlədirdi. Daha sonra bir müddət Gilasın öz ailəsi yaşadı orada. Sonra da Kamalı gördü, evi təmir etdirirdi. O vaxtdan qonşu olaraq tanıyır onları. Cavabdeh1 və İddiaçı uşaqları ilə 4-5 il orada yaşayıb. Ev alınandan sonra təxminən 2-3 il əmisi uşaqları qaldı. Sonra Gilasgil gəlib-gedirdi. Sonra elə onlar gəldi qaldı. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 verdiyi ifadəsində göstərdi ki, o, Cavabdeh1 əmisi qızıdır. İddiaçıı Kamalla ailə həyatı qurandan sonra tanıyıb. Evi 2014-cü ildə əmisi ilə bibisi alıb. İddiaçı ilə Cavabdeh1 həmin evdə sadəcə yaşayıblar. Lakin həmin evdə az yaşayıblar, çünki çox vaxt Hövsanda yaşayıblar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 verdiyi ifadəsində göstərmişdir ki, o, Cavabdeh1 dostudur. 15 ildən artıqdır ki, onun ailəsini tanıyır. İddiaçıı da Cavabdeh1 vasitəsilə tanımışdır. Onlar Bahar qəsəbəsində qonşu olmuşdular. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən evi Kamal alıb. O, həmin vaxt hərbi xidmətdə olmuşdu. Onlar onda telefonla əlaqə saxlayanda, Kamal dedi ki, ev alıb. Həmin ərafədə ondan da borc pul istəmişdir lakin pulu olmadığına görə borc verə bilməmişdir. Cavabdeh1 ailəsinin ferması olmuşdur, fermada olan inəkləri satıb ev almışdır. Sonra o, hərbi xidmətdən gələndən sonra onlar evi birlikdə təmir etmişdilər. Ev təmir edildikdən sonra evdə kimi yaşadığını bilmir. Cavabdeh1 İddiaçı ilə ailəli olanda onlarda Bahar qəsəbəsində qonaq olub. Xətai rayonunda yerləşən evdə onların yaşadıqlarının şahidi olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X37 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı onların qohumudur. Atasıyla anası ilə xalaoğlu, xalaqızıdırlar. Behbudova Səmayə isə xalasıdır, Kamal da xalası oğludur. Cavabdeh1 ilə İddiaçı ailə qurandan sonra Hövsanda olan evdə yaşayıblar. O, özü Türkiyədə yaşayır, Bakıya gələndə onları orda görürdü. O, onların toyu olanda Moskvada yaşayırdı. Onu bildi ki, Kamal qızı qaçırdıb, Hövsandakı evlərinə aparıb. O, Türkiyədə 2013-2014-cü ildən yaşayır. Arada gedib-gəlirdi, həmişə Hövsandakı evdə görürdü onları, bir dəfə xalasının dayısıqızının evində görmüşdü onları. O, 2022-ci ilin fevral ayından Bakıda yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 verdiyi ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ünvanında 1978-ci ildən yaşayır. Həmin mənzildə əvvəl başqa qonşular yaşayıb. Sonra onlar satdı evi, İddiaçı əmisi Nadirə. Sonra Nadir yoldaşı ilə orda bir müddət yaşadı. O, İddiaçıı balaca vaxtı görmüşdü, Kamalı isə Gilasla evlənənən sonra tanıyıb. Behbudova Səmayəni isə heç vaxt görməyib, onu tanımır. Həmin evin Gilasın əmisi Nadir alıb. Onun anasısağ olanda onların yaxşı münasibətləri var idi. Behbudova Səməyəgil həmin evdə yaşamayıblar. İddiaçı nə vaxt ailə qurduğunu bilmir, lakin onun böyük qızı o evdə yaşayıb, daha sonra oğlunun olduğunu görmüşdür. İddiaçı ailəsi həmin evdə nə vaxtdan yaşadığını bilmir, lakin onlar gedib sonra yenidən qayıdıblar. Həmin evdə kirayəşinlər də yaşayıb. Həmin dövrdə İddiaçı Hövsanda idi. Məhkəmə ilkin iddiaya Cavabdeh1 ilə X10 arasında xx.xx.2022-ci il tarixində bağlanılmış ünvan 1 ünvanında yerləşən mənzilin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, ilkin iddia bu hissədə əsassızdır və rədd edilməlidir. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 666-cı maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Həmin Məcəllənin 667-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ərarvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Həmin Məcəllənin 668.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Göründüyü kimi, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən subyektlərin səlahiyyətli şəxslərin iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövculduğu, əqdin forma və məzmunun qanunvericiliyin tələblərinə uyğun olması zəruridir. Müllki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 ilə X10 arasına xx.xx.2022-ci il tarixində “Daşınmaz əmlakın bağışlama müqaviləsi” bağlanan zaman, müqavilə tərəfləri fəaliyyət qabiliyyətli olmuş, Cavabdeh1 tam payla onun mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti, ev 35 mənzil 42-ni anasına bağışlmamışdır. Sözügedən mənzil Cavabdeh1 ilə İddiaçı arasında nikah rəsmiləşdiriləndən əvvəl alındığından, ər arvadına ümumi mülkiyyəti hesab edilmir. Odur ki, müqavilənin bağlanılması üçün İddiaçı razılığı tələb olunmamışdır. Müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 668.1-ci maddəsinə uyğun olaraq notariat qaydada təsdiqlənmişdir. Digər tərəfdən iddiaçı qeyd edilən əqdin uydurma ədq olduğunu və görünüş üçün bağlanıldığını iddia etsə də, müqavilə üzrə tərəflərin iradə ifadəsini şübhə altına alacaq hər hansı bir hal məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hədiyyə verən Cavabdeh1 ilə hədiyyə alan X10 arasında ünvan 5 ünvanında yerləşən mənzilin bağışlanmasına dair bağlanılmış xx.xx.2022-ci il tarixli “Daşınmaz Əmlakın bağışlanması müqaviləsi” qanunvericiliyin tələblərinə müvafiq formada bağlanılmış, müqavilənin etibarlılığını şübhə altına alan yuxarıda qeyd edilən hallardan hər hansı biri məhkəmə tərəfindən müəyyən edilməmişdir. Odur ki, ilkin iddia sözügedən bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsində əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə ilkin iddiaya ünvan 5 ünvanında yerləşən mənzildə İddiaçı Ramız qızının və övladları X18, X25, X23 və X19 istifadə hüquqlarının tanınması hissəsində qiymət verərək belə qənaətə gəlir ki, ilkin iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, tələbin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Mülki iş üzrə təqdim edilmiş sübutlar və şahid ifadələri əsasında, müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai rayonu, Gəncə prospektində yerləşən 35 saylı evin 42 saylı mənzili ilkin iddia üzrə Cavabdeh1 tərəfindən 2014-cü ildə satın alınmış, həmin tarixdən sonra o, arvadı İddiaçı və 4 övladı ilə ayrı-ayrı vaxtlarda mübahisəli mənzildə yaşamışdır. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Behbudova Səmayə qarşılıqlı iddiasında Cavabdeh1, İddiaçı və onların övladlarının mübahisəli mənzildə yaşamadıqlarını göstərsə də, məhkəmə iclasında verdiyi ifadəsində həmin şəxslərin müəyyən müddət ərzində sözügedən mənzildə yaşadıqlarını etiraf etmişdir. Buna görə də, məhkəmə ilkin iddia üzrə cavabdehlər, qarşılıqıl iddia üzrə iddiaçıların bu ifadələrini qeyri səmimi hesab edərək, həqiqətə uyğun olmayan kimi qiymətləndirir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, tərəflərin övladları X9, X14, X15 və X1 mənzildən istifadə hüquqları yaranmışdır. Məhkəmə qeyd edir ki, tərəflər Cavabdeh1 ilə X32 arasında nikah bağlanıldıqdan sonra, sonuncunun da, mənzil mülkiyyətçisinin ailə üzvü kimi mənzildə istifadə hüququ yaranmışdır. Məhkəmə qeyd edir ki, mənzil sonradan Cavabdeh1 tərəfindən anası Behbudov Səmayəyə bağışlansa da, mülkiyyətçinin dəyişməsi İddiaçı və tərəflərin övladları X9, X14, X15 və X24 mənzildən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir. Odur ki, ilkin iddia qismən təmin edilərək ilkin iddia üzrə İddiaçı İmamverdi qızının, onun Cavabdeh1 ilə ümumi övladları X9, X14, X15 və X24 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 35 saylı evin 42 saylı mənzilindən istifadə hüquqları tanınmalıdır. Məhkəmə ilkin iddiaya ödənilmiş dövlət rüsumuna görə 110 manat məbləğində pul vəsaitinin ilkin iddia üzrə cavabdehlərdən tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməsi tələbi hissəsində qiymət verərək, hesab edir ki, ilkin iddia qismən təmin edildiyinə görə, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumu da ilkin iddia üzrə iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qarşılıqlı iddiaya qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 35 saylı evin 42 saylı mənzilindən çıxarılması hissəsində qiymət verərək belə qənaətə gəlir ki, qarşılıqlı iddia bu hissədə əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə İddiaçı İmamverdi qızının və onun ilə Cavabdeh1 övladları X9, X14, X15 və X24 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 35 saylı evin 42 saylı mənzilindən istifadə hüquqları məhkəmə tərəfindən tanındığından həmin şəxslər sözügedən mənzildən məcburi olaraq çıxarıla bilməzlər Odur ki, qarşılıqlı iddia bu hissədə əsassız hesab edilərək rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddiaya qarşılıqlı iddia üzrə iddiaçı X2 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 35 saylı evin 42 saylı mənzilinə köçürülməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, qarşılıqlı iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Yenə Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə isə istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə araşdırması zamanı işin həqiqi halları ilə mübahisəsiz qaydada müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai rayonu, Gəncə prospektində yerləşən 35 saylı evin 42 nömrəli mənzili Cavabdeh1 ilə X10 arasında xx.xx.2022-ci il tarixdə bağlanılmış “Daşınmaz Əmlakın Bağışlama müqaviləsi”nə əsasən X6 bağışlanmış və mənzilə dair xüsusi mülkiyyə hüququ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sözügedən mənzildə hal-hazırda qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun 4 övladı yaşayırlar, qarşılıqlı iddia üzrə iddiaçı X10 hal-hazırda digər ünvanda yaşayır. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı X10 qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə mülkiyyətində olan mənzildən təkbaşına və ya başqaları ilə birlikdə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququ var. X2 mülkiyyət hüququ toxunulmazdır və onun sözügedən mənzildə yaşamaq imkanından məhrum edilməsi mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilməlidir. Odur ki, qarşılıqlı iddia qismən təmin edilərək, X10 Bakı şəhəri Xətai rayonu, Gəncə prospektində yerləşən 35 saylı evin 42 sayl mənzilinə köçürülməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və məhkəmə prosesi zamanı müəyyən edilmiş mülki işin həqiqi hallarına əsaslanaraq hesab edir ki, ilkin iddia qismən əsaslıdırı və qismən təmin edilməlidir, qarşılıqlı iddia da qismən əsaslı hesab edilərək qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İlkin iddia qismən təmin edilsin. İlkin iddia üzrə İddiaçı İmamverdi qızının, X9, X14, X15 və X24 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 35 saylı evin 42 saylı mənzilindən istifadə hüquqları müəyyən edilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı X10 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 35 saylı evin 42 saylı mənzilə köçürülsün. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-3860/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3860/2022
17.08.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver