Məhkəmə qərarları › İş №2(011)-387/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-387/2024

24.01.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-387/2024 24.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, 2018-ci il tarixdə ünvan 1, mənzil 80da yerləşən evi almışdır. Həmin mənzilə xx.xx.2018-ci ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən adına “RX” seriyalı, ******* nömrəli çıxarış verilmişdir. İddiaçı evində bir müddət yaşamış, sonra işi ilə əlaqədar rayona köçmüşdür. xx.xx.2019-cu ildə qardaşı X1 Tomrüz Azad qızı ilə ailə həyatı qurmuş və onların yaşamağa yerləri olmadığına görə iddiaçıdan mülkiyyətində olan ünvan 1, mənzil 80-də yerləşən mənzilində müvəqqəti yaşamalarını xahiş etmişlər. İddiaçı da onların yaşayış yeri olmadığına görə müvəqqəti olaraq yaşamalarına razılıq vermişdir. Bir müddət onlar birgə yaşadıqdan sonra xx.xx.2023-cü ildə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-368/2023 nömrəli qətnaməsinə əsasən onların nikahları pozulmuşdur və hazırda ayrı yaşayırlar. İddiaçı hazırda öz evinə yığışmaq istəyir, ancaq dəfələrlə Cavabdeh xəbərdarlıq etməsinə baxmayaraq, o, mülkiyyətində olan mənzildən çıxmamış, həmçinin əşyalarını da mənzilindən çıxarmamışdır. İddiaçı da hüquqlarının müdafiəsi ilə bağlı Cavabdeh əşyaları ilə birlikdə mənzilindən çıxarılması barədə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh iddiaçının mülkiyyətində olan ünvan 1, mənzil 80-dən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməməklə yanaşı, məhkəməyə etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, X9 ilə aralarında bağlanmış nikah xx.xx.2023-cü il tarixdə xitam olmuş və birgə nikahdan dünyaya gəlmiş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat aliment, 270 manat pul isə uşağın psixoloji mərkəzə ödənilən 540 manat pulun yarısı tutularaq, ona ödənilməsi qət edilmişdir. Övladı “Autizm spektor pozuntusunun əlamətləri”, “Nitq inkişaf ləngiməsi” diaqnozlu xəstəlikdən əziyyət çəkir. Evləndikləri zaman keçmiş həyat yoldaşı X9 ipoteka vasitəsilə qardaşı İddiaçı adına ev almışdır. Burdan belə bir sual meydana çıxır ki, nəyə görə ev qardaşının adına alınmışdır? Keçmiş qaynı olan İddiaçı aldığı əmək haqqı yüksək idi və belə formada bu ipotekanı əldə etmək rahat olurdu. Nikaha xitam verildikdən sonra cavabdeh həmin evdə övladı ilə birgə yaşamağa davam edir, evin ipoteka borcunu hər ay ödəyir, buna dair aylıq qəbzləri də mövcuddur. İddiaçı hazırda ona qarşı iddia irəli sürmüş, halbuki bu evin ona heç bir aidiyyəti yoxdur. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin çıxışını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51.54 kv.m olan 80 saylı mənzil üzərində tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 28 noyabr 2018-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-368/2023 saylı 14 mart 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X6 Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddiası təmin edilmiş, X9 ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 3254 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarında doğulmuş 07 oktyabr 2020-ci il təvəllüdlü X3 anası – Cavabdeh yanında qalması müəyyən edilmiş, X4 29 noyabr 2022-ci il tarixdən başlayaraq, 07 oktyabr 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment, bundan başqa uşağın xəstəliyinə görə psixoloji mərkəzdə müayinələri ilə bağlı hər ay 270 manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 18 oktyabr 2023-cü il tarixli 203/23 nömrəli arayışdan görünür ki, X2 rayonu, Lütvi Zadə (Telnov) küçəsi, ev 10, mənzil 80 ünvanında ailə üzvləri ilə birlikdə qeydiyyatsız yaşayır. Ailə tərkibinə X7 və oğlu - X8 daxildir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 27 sentyabr 2007-ci il tarixli “Akimova Azərbaycana qarşı Qərarında” Məhkəmə qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” işi üzrə qərarında göstərilmişdir ki, “1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamental prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır. Bundan irəli gəlir ki, cəmiyyətin mühüm maraqlarının qorunması və müdafiəsi arasında tarazlığın əldə edilməsi artıq müəyyən edildiyi kimi qanunauyğun olmalı və özbaşına xarakteri daşımamalıdır”. Mülki iş materialları ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51.54 kv.m olan 80 saylı mənzil üzərində tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 28 noyabr 2018-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh iddiaçının qardaşı X9 ilə 14 avqust 2019-cu il tarixdə nikaha daxil olmuş, nikahda olduqları müddətdə iddiaçı mübahisəli mənzili müvəqqəti olaraq onların ailəsinin istifadəsinə vermişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-368/2023 saylı 14 mart 2023-cü il tarixli qətnaməsi ilə X9 ilə Cavabdeh nikahları pozulmuşdur. Nikah pozulduqdan sonra cavabdeh və onun azyaşlı övladı həmin mənzildə yaşamağa davam etmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək, mübahisəli mənzilin ipoteka ödənişlərini etdiyini bildirsə də, qeyd etdiyi xüsusatlarla bağlı mötəbər sübutları, həmçinin yaşadığı mənzilə dair hər hansı hüquq müəyyənedici sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya məxsus olan mənzildə heç bir qanuni əsas və hüquq olmadan yaşadığı və bununla iddiaçının sahiblik və istifadə hüquqlarını pozduğu, mülkiyyət hüquqlarının rəsmiləşdirilməsinə maneə törətdiyi üçün cavabdeh həmin mənzildən əşyaları ilə birlikdə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh ünvan 1, 80 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar