Məhkəmə qərarları › İş №2(011)-3886/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3886/2021

23.11.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3886/2021 23.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlak və pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən 64 saylı mənzilin geri qaytarılması, qaytarılmadığı halda evin dəyəri olan 47.000 manat pulun, evin təmiri üçün çəkilmiş xərcin əvəzi olaraq 23.650 manat məbləğində maddi ziyanın, həmin evin içərisində yerləşən dəyəri 1.250 manat olan mətbəx mebeli, ümumi dəyəri 6.120 manat olan bir dəst yataq mebeli və qonaq mebeli dəsti, ümumi dəyəri 2.200 manat olan 1 ədəd soyuducu, dəyəri 1.300 manat olan 1 ədəd kondisioner, 500 manat dəyərində 1 ədəd televizor, 1.400 manat dəyərində 81 dioqanallı LG markalı televizor, ümumi dəyəri 250 manat olan 1 ədəd xalça, dəyəri 250 manat olan 1 ədəd koridorda olan şkaf, dəyəri 250 manat olan 1 ədəd uşaq otağı üçün yataq dəsti, dəyəri 140 manat olan 1 ədəd şirə çəkən, dəyəri 100 manat olan ütü, dəyəri 240 manat olan yemək qızdırmaq üçün soba, dəyəri 240 manat olan ağ rəngli 6 ədəd stul və 1 ədəd stol, dəyəri 100 manat olan nazik qızıl sep, dəyəri 180 manat olan saçaqlı formada qızıl sırğa, dəyəri 120 manat olan ürək şəkilli qızıl klon, dəyəri 800 manat olan qolsuz qara rəngli şuba, dəyəri 350 manat olan qara rəngli palto, dəyəri 250 manat olan içi mexli qara kurtka, dəyəri 450 manat olan qara zamoklu dəri gödəkçə (Türkiyə istehsalı), dəyəri 1.300 manat olan qara rəngli dəri gödəkçə (Türkiyə istehsalı dublyonka), yaşıl rəngli platya-300 manat, İphone markalı telefon-2400 manat, 700 manat dəyərində 1 ədəd Samsung J7 markalı telefon, 700 manat dəyərində 1 ədəd Samsung J8 markalı telefondan ibarət əşyaların alınıb iddiaçıya verilməsi, həmin əşyalar olmadığı halda əşyaların 22.390 manat məbləğində dəyərinin, həmçinin evdə olan 4.500 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2013-cü ildə cavabdehlə tanış olmuş, tanışlıq getdikcə yaxın münasibətə çevrilmişdir. Onların yaxşı münasibəti olmuş, iddiaçı cavabdehə etibar etmişdir. O, Rüfət adlı şəxsin vasitəçiliyi ilə ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən 64 saylı mənzili tam təmirsiz vəziyyətdə 47.000 manata cavabdehin adına almışdır. Daha sonra iddiaçı həmin mənzili əsaslı olaraq yüksək səviyyədə təmir etdirmişdir. Mənzil bir otaqdan üç otağa yığılmışdır. Mənzilə qaz, su, elektrik xətləri və sayğacları çəkilmiş, kanalizasiya sistemi qurulmuş, təmir üçün lazım olan bütün avadanlıqlar alınmışdır. Mənzilin təmir-tikinti işlərində qum, sement, taxta, alçipan, oboy, 3 ədəd ümumi otaqlara qapı, mənzilə giriş üçün dəmir seyf qapı, mətbəx aksesuarları, bir sözlə yüksək səviyyədə təmir olunması üçün lazım olan bütün tikinti materiallarından istifadə olunmuşdur. Mənzilə kombi sistemi çəkilmişdir. Ümumilikdə ünvan 1 ünvanında yerləşən 64 saylı mənzili tam təmirsiz vəziyyətdən təmirli vəziyyətə gətirmək üçün 25.650 manat pul sərf edilmişdir. Yaşayış binasında kommunal xidmət göstərilməsi haqqında müqavilə iddiaçının adınadır və iddiaçı evdən çıxarıldığı günədək bütün kommunal borclarını ödəmişdir. Daha sonra həmin mənzilə mətbəx mebeli yığılmış, Belezza mebel mağazasından ümumi dəyəri 6120 manat olan mebel dəsti (yataq və qonaq otağı mebeli), Kontakt Homedan kredit şərtləri ilə ümumi dəyəri 4000 manat olan kondisioner, televizor, soyuducu almışdır. İddiaçı cavabdehə dəyəri 100 manat olan nazik qızıl sep, dəyəri 180 manat olan saçaqlı formada qızıl sırğa, dəyəri 120 manat olan ürək şəkilli qızıl klon, dəyəri 800 manat olan qolsuz qara rəngli şuba, dəyəri 350 manat olan qara rəngli palto, dəyəri 250 manat olan içi mexli qara kurtka, dəyəri 450 manat olan qara zamoklu dəri gödəkçə, dəyəri 1300 manat olan qara rəngli dəri gödəkçə, yaşıl rəngli platya, İphone markalı telefon, 1 ədəd Samsung J7 markalı telefon, 1 ədəd Samsung J8 markalı telefon almışdır. Qeyd olunan mənzilin təmiri üçün "xxxx" ASC-dən kredit və “Birkart” adlanan kartdan yüksək məbləğlərdə pul götürülmüşdür. Daha sonra iddiaçı ilə cavabdehin arasında münasibətlər pisləşdiyindən iddiaçı öz evindən qovulmuşdur. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X5 Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən 64 saylı mənzilin iddiaçıya geri qaytarılması, qaytarılmadığı halda evin dəyəri olan 47.000 manat pulun, evin təmiri üçün çəkilmiş xərcin əvəzi olaraq 23.650 manat məbləğində maddi ziyanın, həmin evin içərisində yerləşən dəyəri 1.250 manat olan mətbəx mebeli, ümumi dəyəri 6.120 manat olan bir dəst yataq mebeli və qonaq mebeli dəsti, ümumi dəyəri 1.379 manat olan 1 ədəd Samsung RT43K6000WW/WT markalı, ağ rəngli soyuducu, dəyəri 1.217 manat olan 1 ədəd Hoffmann markalı (VFAC-18/HEB+yeni qızıl zəmanət) kondisioner, 500 manat dəyərində 1 ədəd Hoffmann Led markalı (32A3500) televizor, 1.248 manat dəyərində 81 dioqanallı LG Led markalı (43UJ630V) televizor, ümumi dəyəri 250 manat olan 1 ədəd xalça, dəyəri 250 manat olan 1 ədəd koridorda olan şkaf, dəyəri 250 manat olan 1 ədəd uşaq otağı üçün yataq dəsti, dəyəri 140 manat olan 1 ədəd şirə çəkən, dəyəri 100 manat olan ütü, dəyəri 112 manat olan 1 ədəd İVEA XP markalı (46LTİNOX) yemək qızdırmaq üçün soba, dəyəri 240 manat olan ağ rəngli 6 ədəd stul və 1 ədəd stol, dəyəri 100 manat olan nazik qızıl sep, dəyəri 180 manat olan saçaqlı formada qızıl sırğa, dəyəri 120 manat olan ürək şəkilli qızıl klon, dəyəri 800 manat olan qolsuz qara rəngli şuba, dəyəri 350 manat olan qara rəngli palto, dəyəri 250 manat olan içi mexli qara kurtka, dəyəri 450 manat olan qara zamoklu dəri gödəkçə (Türkiyə istehsalı), dəyəri 1.300 manat olan qara rəngli dəri gödəkçə (Türkiyə istehsalı dublyonka), yaşıl rəngli platya-300 manat, İphone 7 markalı (128 GB) telefon+ yeni qızıl zəmanət-2104 manat, 988 manat dəyərində 1 ədəd Samsung J7 markalı, 2017 model DS (SM J730) telefon+ yeni qızıl zəmanət, 700 manat dəyərində 1 ədəd Samsung J8 markalı telefonun, kombi və ona əlavə avadanlıqlar (1740 manat), Hoffmann 3450 markalı mini soba (99 manat), LG markalı paltaryuyan maşından (600 manat) ibarət əşyaların alınıb iddiaçıya verilməsi, həmin əşyalar olmadığı halda əşyaların 23.137 manat məbləğində dəyərinin, həmçinin evdə olan iddiaçıya məxsus 4.500 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X5 Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən 64 saylı mənzilin dəyəri olan 47.000 manat pulun, evin təmiri üçün çəkilmiş xərcin əvəzi olaraq 23.650 manat məbləğində maddi ziyanın, həmin evin içərisində yerləşən dəyəri 1.250 manat olan mətbəx mebeli, ümumi dəyəri 6.120 manat olan bir dəst yataq mebeli və qonaq mebeli dəsti, ümumi dəyəri 1.379 manat olan 1 ədəd Samsung RT43K6000WW/WT markalı ağ rəngli soyuducu, dəyəri 1.217 manat olan 1 ədəd Hoffmann markalı (VFAC-18/HEB+yeni qızıl zəmanət) kondisioner, 500 manat dəyərində 1 ədəd Hoffmann Led markalı (32A3500) televizor, 1.248 manat dəyərində 81 dioqanallı LG Led markalı (43UJ630V) televizor, ümumi dəyəri 250 manat olan 1 ədəd xalça, dəyəri 250 manat olan 1 ədəd koridorda olan şkaf, dəyəri 250 manat olan 1 ədəd uşaq otağı üçün yataq dəsti, dəyəri 140 manat olan 1 ədəd şirə çəkən, dəyəri 100 manat olan ütü, dəyəri 112 manat olan 1 ədəd İVEA XP markalı (46LTİNOX) yemək qızdırmaq üçün soba, dəyəri 240 manat olan ağ rəngli 6 ədəd stul və 1 ədəd stol, dəyəri 100 manat olan nazik qızıl sep, dəyəri 180 manat olan saçaqlı formada qızıl sırğa, dəyəri 120 manat olan ürək şəkilli qızıl klon, dəyəri 800 manat olan qolsuz qara rəngli şuba, dəyəri 350 manat olan qara rəngli palto, dəyəri 250 manat olan içi mexli qara kurtka, dəyəri 450 manat olan qara zamoklu dəri gödəkçə (Türkiyə istehsalı), dəyəri 1.300 manat olan qara rəngli dəri gödəkçə (Türkiyə istehsalı dublyonka), yaşıl rəngli platya-300 manat, İphone 7 markalı (128 GB) telefon+ yeni qızıl zəmanət-2104 manat, 988 manat dəyərində 1 ədəd Samsung J7 markalı, 2017 model DS (SM J730) telefon+ yeni qızıl zəmanət, 700 manat dəyərində 1 ədəd Samsung J8 markalı telefon, kombi və ona əlavə avadanlıqlar (1740 manat), Hoffmann 3450 markalı mini soba (99 manat), LG markalı paltaryuyan maşından (600 manat) ibarət əşyaların alınıb iddiaçıya verilməsi, həmin əşyalar olmadığı halda əşyaların 23.137 manat məbləğində dəyərinin, həmçinin evdə olan iddiaçıya məxsus 4.500 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkilinin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iddia tələbinin Cavabdeh ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən 64 saylı mənzilin dəyəri olan 47.000 manat pulun alınaraq iddiaçıya ödənilməsi hissəsini araşdıraraq belə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh qeyri-rəsmi münasibətdə olmuşlar. Məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndələri cavabdehin iddiaçı tərəfi tanımadığı ilə bağlı izahatlar vermiş olsa da, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-si tərəfindən verilmiş 05 iyun 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, cavabdeh özü iddiaçı ilə aralarında olan münasibəti etiraf etmişdir. Məhkəmə araşdırması zamanı təqdim edilmiş Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş 04 iyun 2020-ci il tarixli məktubdan görünür ki, "xxxx" MMC-yə məxsus ünvan 2 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 1-ci mərtəbə, 9-cu mərtəbə, 64 saylı mənzilin payçısı əvvəllər X4 olmuşdur. Daha sonra həmin şəxs notarial qaydada mənzil üzrə öz payından imtina etmiş və X4 ilə Cavabdeh arasında 03 aprel 2018-ci il tarixdə pay haqqının verilməsi haqqında yeni müqavilə bağlanmışdır. Pay haqqı dəyəri olan 29.000 manat X3 ödənilmişdir. Satış zamanı ilkin payçıya İddiaçı tərəfindən 47.000 manat məbləğində pul vəsaiti ödənilmişdir. Mənzil alındığı gündən 2020-ci ilin aprel ayınadək həmin mənzildə İddiaçı ilə Cavabdeh ər arvad kimi yaşamışlar. Eyni zamanda, məhkəmə araşdırması zamanı izahatı dinlənilmiş evin keçmiş payçısı olan X1 izahatlarından görünür ki, evin dəyəri olaraq ona çatası pul məbləği iddiaçı tərəfindən ödənilmişdir. Daha sonra iş materiallarında olan yaşayış binasında kommunal xidmət göstərilməsi haqqında müqavilədən görünür ki, mənzilə dair müqavilə iddiaçı ilə bağlanmışdır. Eyni zamanda iş materiallarına əlavə edilmiş arayışdan görünür ki, iddiaçının 2018-ci ilin sonunadək hər hansı borcu yoxdur. İstinad edilən işin halları məhkəməyə belə qənaətə gəlməyə zəmin yaradır ki, iddiaçı və cavabdeh arasında qeyri-rəsmi münasibətlər mövcud olmuşdur. Bu münasibətlər əsnasında əmlak əldə edilmişdir. Tərəflərin rəsmi nikah münasibətləri olmadığından əldə edilmiş əmlak tərəflərin birgə əmlakı hesab edilə bilməz. Nə qədər ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən əmlakın iddiaçının vəsaiti hesabına əldə edilməsini təkzib edən hər hansı sübut təqdim edilməmişdir, iddiaçı tərəfin təqdim etdiyi sübutlardan irəli gələrək məhkəmə əsassız varlanma ilə bağlı normaların müddəalarını hazırkı işə tətbiq etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Beləliklə hesab edir ki, ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli binanın 9cu mərtəbəsində yerləşən 64 saylı mənzil iş üzrə İddiaçı tərəfindən dəyəri tam şəkildə ödənilməklə alınmışdır. Əldə edilmiş mənzil cavabdehin adına rəsmiləşdirilmişdir. Belə olan halda iddiaçı dəyərini tam ödədiyi mənzil üzərində hər hansı pay almaq hüququndan məhrum olmuş, cavabdeh isə əksinə olaraq iddiaçının hesabına varlanmışdır. Mülki Məcəllənin 386-cı maddəsinə əsasən öhdəliyin yaranması əsaslarından biri də əsassız varlanmadır. Nə qədər ki, məhkəmədə Cavabdeh əsassız varlanma faktı müəyyən edilmişdir, onun bu günə iddiaçı qarşısında icra edilməmiş öhdəliyi mövcuddur. Məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi həmin hissədə təmin edilməli, Cavabdeh ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən 64 saylı mənzilin dəyəri olan 47.000 manat pul alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin evin təmiri üçün çəkilmiş xərcin əvəzi olaraq 23.650 manat məbləğində maddi ziyanın cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsini araşdıraraq belə hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən 64 saylı mənzil İddiaçı tərəfindən tam təmirsiz vəziyyətdə alınmışdır. Mənzili əldə etdikdən sonra iddiaçı mənzildə təmir işləri aparmış, təmir xərcləri iddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan qaimə-fakturalarla, təhvil-təslim aktları ilə də təmir xərclərinin ödənilməsi təsdiq olunur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2(011)-3886/2021 saylı qərardadı ilə mübahisəli mənzilin tam təmirli vəziyyətə gətirilməsi üçün nə qədər xərc çəkildiyini müəyyən etmək məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 oktyabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 1-ci məhəllədə inşa olunmuş yüksək mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən 64 saylı mənzil üzrə yerinə yetirilmiş yenidənqurma və tikinti-təmir işlərinin ümumi dəyəri təqribən 17.104 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirərək belə qənaətə gəlir ki, ekspert rəyi sübut qismində qəbul edilməli, Cavabdeh evin təmiri üçün çəkilmiş xərcin əvəzi olaraq 17.104 manat pul məbləği alınıb İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin həmin evin içərisində yerləşən mətbəx mebeli, bir dəst yataq mebeli və qonaq mebeli dəsti, 1 ədəd Samsung RT43K6000WW/WT markalı ağ rəngli soyuducu, 1 ədəd Hoffmann markalı (VFAC-18/HEB+yeni qızıl zəmanət) kondisioner, 1 ədəd Hoffmann Led markalı (32A3500) televizor, 81 dioqanallı LG Led markalı (43UJ630V) televizor, 1 ədəd xalça, 1 ədəd koridorda olan şkaf, 1 ədəd uşaq otağı üçün yataq dəsti, 1 ədəd şirə çəkən, ütü, 1 ədəd İVEA XP markalı (46LTİNOX) yemək qızdırmaq üçün soba, ağ rəngli 6 ədəd stul və 1 ədəd stol, nazik qızıl sep, saçaqlı formada qızıl sırğa, ürək şəkilli qızıl klon, qolsuz qara rəngli şuba, qara rəngli palto, içi mexli qara kurtka, qara zamoklu dəri gödəkçə (Türkiyə istehsalı), qara rəngli dəri gödəkçə (Türkiyə istehsalı dublyonka), yaşıl rəngli platya, İphone 7 markalı (128 GB) telefon+ yeni qızıl zəmanət, 1 ədəd Samsung J7 markalı, 2017 model DS (SM J730) telefon+ yeni qızıl zəmanət, 1 ədəd Samsung J8 markalı telefon, kombi və ona əlavə avadanlıqlar, Hoffmann 3450 markalı mini soba, LG markalı paltaryuyan maşından ibarət əşyaların alınıb iddiaçıya verilməsi hissəsini araşdıraraq belə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, “X8” mağazası ilə İddiaçı arasında bağlanmış 26 iyul 2018-ci il tarixli müqavilədən göründüyü kimi, ümumi dəyəri 6.120 manat olan bir dəst yataq mebeli və qonaq mebeli dəsti İddiaçı tərəfindən alınmış və dəyəri tam şəkildə ödənilmişdir. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış müqavilələrə əsasən, sonuncu, 988 manat dəyərində 1 ədəd Samsung J7 markalı, 2017 model DS (SM J730) telefon+ yeni qızıl zəmanət; İphone 7 markalı (128 GB) telefon+ yeni qızıl zəmanət- 2104 manat; Hoffmann 3450 markalı mini soba (99 manat); 1 ədəd İVEA XP markalı (46LTİNOX) yemək qızdırmaq üçün soba; 1.248 manat dəyərində 81 dioqanallı LG Led markalı (43UJ630V) televizor; dəyəri 1.217 manat olan 1 ədəd Hoffmann markalı (VFAC- 18/HEB+yeni qızıl zəmanət) kondisioner; ümumi dəyəri 1.379 manat olan 1 ədəd Samsung RT43K6000WW/WT markalı ağ rəngli soyuducu; 500 manat dəyərində 1 ədəd Hoffmann Led markalı (32A3500) televizor alınmış və məhsulların dəyəri tam şəkildə ödənilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, məhkəmənin qərardadı ilə mübahisəli əşyaların üzərinə həbs qoyulmuş, icra məmuru tərəfindən 18 saydan ibarət əşyalar siyahıya alınmış və akt tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Hazırkı iş üzrə iddiaçı vindikasiya (özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb etmə) iddiası ilə məhkəməyə müraciət etmişdir. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir. Bu şərtlərə aiddir-əmlakın mövcud olması; əmlakın mülkiyyətçinin istifadəsindən çıxması; əmlakın mülkiyyətçi olmayan şəxsin istifadəsində olması. Məhkəmə araşdırması zamanı mübahisələndirilən əşyaların cavabdehin yaşadığı ünvan 1-ci məhəllədə inşa olunmuş yüksək mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən 64 saylı mənzildə olması aşkar edilmişdir. İddiaçı tərəf qeyd edilən əşyaların onun vəsaiti hesabına əldə edildiyini qeyd etsə də, sübutları yalnız əşyaların bir hissəsi üçün təqdim edə bilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, bir dəst yataq mebeli və qonaq mebeli dəsti, 1 ədəd İVEA XP markalı (46LTİNOX) yemək qızdırmaq üçün soba; 81 dioqanallı LG Led markalı (43UJ630V) televizor; 1 ədəd Hoffmann markalı (VFAC-18/HEB+yeni qızıl zəmanət) kondisioner; 1 ədəd Samsung RT43K6000WW/WT markalı ağ rəngli soyuducu iddiaçı tərəfindən dəyəri ödənilməklə alınmışdır. İddiaçının tələb etdiyi bu əşyalar cavabdehin yaşadığı mənzildə olduğundan mülkiyyətçinin sahibliyindən çıxmış və cavabdehin qanunsuz sahibliyində olması məhkəmə iclasında müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbində qeyd olunmuş əşyalarbir dəst yataq mebeli və qonaq mebeli dəsti, 1 ədəd İVEA XP markalı (46LTİNOX) yemək qızdırmaq üçün soba; 81 dioqanallı LG Led markalı (43UJ630V) televizor; 1 ədəd Hoffmann markalı (VFAC-18/HEB+yeni qızıl zəmanət) kondisioner; 1 ədəd Samsung RT43K6000WW/WT markalı ağ rəngli soyuducu Cavabdeh alınaraq İddiaçı təhvil verilməlidir. Məhkəmə digər əşyaların- mətbəx mebeli, 1 ədəd Hoffmann Led markalı (32A3500) televizor, 1 ədəd xalça, 1 ədəd koridorda olan şkaf, 1 ədəd uşaq otağı üçün yataq dəsti, 1 ədəd şirə çəkən, ütü, ağ rəngli 6 ədəd stul və 1 ədəd stol, nazik qızıl sep, saçaqlı formada qızıl sırğa, ürək şəkilli qızıl klon, qolsuz qara rəngli şuba, qara rəngli palto, içi mexli qara kurtka, qara zamoklu dəri gödəkçə (Türkiyə istehsalı), qara rəngli dəri gödəkçə (Türkiyə istehsalı dublyonka), yaşıl rəngli platya, İphone 7 markalı (128 GB) telefon+ yeni qızıl zəmanət, 1 ədəd Samsung J7 markalı, 2017 model DS (SM J730) telefon+ yeni qızıl zəmanət, 1 ədəd Samsung J8 markalı telefon, kombi və ona əlavə avadanlıqlar, Hoffmann 3450 markalı mini soba, LG markalı paltaryuyan maşının cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsinə qiymət verərək belə hesab edir ki, həmin hissədə iddia əsassızdır. Məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı etiraf olunmayan əmlakların mövcudluğunu, dəyərini və onların hazırda cavabdehdə olduğunu sübut etməlidir. Belə ki, məhkəmə iclasında iddiaçı tərəf həmin əşyaların onun vəsaiti hesabına alındığını, hazırda da cavabdehdə qaldığını bildirsə də, həmin əşyaların həqiqətən onun tərəfindən alınması və ona məxsus olması ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilmədi və göstərilənlər məhkəmə iclasında işin hər hansı halı ilə sübuta yetirilmədi. Məhkəmə iddia tələbinin evdə olan iddiaçıya məxsus 4.500 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə də rədd edilməlidir. Belə ki, sübut etmə yükü qanunla onun üzərinə düşməsinə baxmayaraq, iddiaçı iddia tələbinin həmin hissəsini məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmiş və həmin hallarla bağlı məhkəməyə heç bir mötəbər və əsaslı sübut təqdim edə bilməmişdir. Beləliklə, yuxarıda sadalananlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən 64 saylı mənzilin dəyəri olan 47.000 manat pul vəsaiti, bir dəst yataq mebeli və qonaq mebeli dəsti, 1 ədəd İVEA XP markalı (46LTİNOX) yemək qızdırmaq üçün soba; 81 dioqanallı LG Led markalı (43UJ630V) televizor; 1 ədəd Hoffmann markalı (VFAC-18/HEB+yeni qızıl zəmanət) kondisioner; 1 ədəd Samsung RT43K6000WW/WT markalı ağ rəngli soyuducu alınıb iddiaçıya verilməli, Cavabdeh evin təmiri üçün çəkilmiş xərcin əvəzi olaraq 17.104 manat pul məbləği alınıb İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iş materiallarından göründüyü kimi iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir, iddia tələbi qismən təmin edildiyindən cavabdehdən 19 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməli, qalan 11 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat müəyyən edilmişdir. Odur ki, iddia tələbi qismən təmin edildiyindən ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 65 manatı Cavabdeh, qalan 35 manatı isə İddiaçı alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən 64 saylı mənzilin dəyəri olan 47.000 (qırx yeddi min) manat pul vəsaiti, evin təmiri üçün çəkilmiş xərcin əvəzi olaraq 17.104 (on yeddi min yüz dörd) manat pul məbləği, bir dəst yataq mebeli və qonaq mebeli dəsti, 1 ədəd İVEA XP markalı (46LTİNOX) yemək qızdırmaq üçün soba; 81 dioqanallı LG Led markalı (43UJ630V) televizor; 1 ədəd Hoffmann markalı (VFAC-18/HEB+yeni qızıl zəmanət) kondisioner; 1 ədəd Samsung RT43K6000WW/WT markalı ağ rəngli soyuducu və dövlət rüsumuna görə ödənilmiş 19 (on doqquz) manat alınaraq İddiaçı ödənilsin. Dövlət rüsumunun kəsrini təşkil edən 11 (on bir) manat iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 65 (altmış beş) manatı Cavabdeh, qalan 35 (otuz beş) manatı isə İddiaçı alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar