Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-389/2024 23.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:
1. İddiaçı Cavabdeh1 ilə xx.xx.2016-cı il tarixində rəsmi nikaha daxil olmuş və birgə yaşayıb, birgə təsərrüfat aparmışdır. Tərəflərin nikahı 2 saylı Bakı “ASAN Xidmət” mərkəzinin Qeydiyyat şöbəsində 1329 nömrə ilə qeydə alınmışdır. Tərəflərin birgə nikahından xx.xx.2017ci il təvəllüdlü qızları X16 və xx.xx.2018-ci il təvəllüdlü Cavabdeh2 Həmzə qızı anadan olmuşdurlar.
2. İddiaçı və Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri gəlirləri hesabına 2021-ci ildə Suraxanı rayonu, Zığ qəsəbəsinin “Qum adası” Yaşayış massivində yerləşən 4 sot torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 260 kv.m yaşayış evi almışdırlar. Həmin evdə iddiaçı, cavabdeh və birgə nikahdan olan uşaqlar daimi yaşamağa başlamışdırlar.
3. Sonralar cavabdeh iddiaçı və birgə nikahdan olan uşaqlarla yola getməməyə başlamış və iddiaçı ilə 2 uşağını evdən qovub çıxarmışdır. Hal-hazırda iddiaçı və 2 uşağı anasıgilə sığınmış və onların maddi yardımı ilə dolanırlar.
İddiaçının tələbi:
4. İddiaçı iddianın təmin edilməsini, o və yetkinlik yaşına çatmayan uşaqları-xx.xx.2017-ci il təvəllüdlü qızları X16 və xx.xx.2018-ci il təvəllüdlü Cavabdeh2 Həmzə qızının Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin “Qum adası” Yeni Yaşayış massivində yerləşən 4 sot torpaq içərisində yerləşən 2 mərtəbəli 260 kv.m ölçüdə mənzilə köçürülməkləri barədə qətnamə qəbul edilməsini və Şahid3, X7, X12, X8, X5 və X2 şahid qismində dindirilməsini xahiş etmişdir.
5. İddiaçı nümayəndəsi (vəkili) X4 xx.xx.2023-cü il tarixində məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək, iddia ərizəsinin 3-cü bəndinin iddia ərizəsindən xaric edilməsini xahiş etmişdir.
6. İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 xx.xx.2023-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, Cavabdeh1 “Qum adası” Yaşayış massivində yerləşən 4 sot torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 260 kv.m olan yaşayış evini inşa edərkən KapitalBank, TBC Bank və VTB Bankdan kreditlər götürmüş, eyni zamanda ona məxsus 7100 manat dəyərində qızılı satmışdır. Lakin, Cavabdeh1 mənzilin kommunal xətlərini anasının adına rəsmiləşdirmişdir. Bu səbəbdən Cavabdeh2 da həmin mülki iş üzrə cavabdeh qismində cəlb edilməsi barədə ərizənin təmin edilməsini xahiş etmişdir.
Cavabdehin iddiaya münasibəti:
7. Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 xx.xx.2024-cü il tarixində məhkəməyə vəsatətlə müraciət edərək, “Qum adası” Yaşayış massivində yerləşən torpaq sahəsində yerləşən 2 mərtəbəli,ev AR Dövlət Neft Şirkəti “AzNeft” İB “Qum adası” Neft və Qazçıxarma İdarəsi tərəfindən xx.xx.2005-ci il tarixində X9 verilmişdir və onun tərəfindən xx.xx.2023-cü il tarixində X1. X6 maraqlarına toxunan şəxs qismində məhkəmə prosesinə cəlb edilməsini xahiş etmişdir.
İşdə iştirak edən şəxslərin izahatları:
8. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında çıxış edən İddiaçı öz izahatında bildirmişdir ki, onlar ev almaq üçün əvvəldən pul yığmamış, kredit götürmüşdürlər. Evi aldıqdan sonra evdə təmir işləri də aparmışdırlar. Əri ilə hazırda birlikdə kirayədə yaşayırlar. Əri ilə qayınanasının yazışmalarından görmüşdür ki, əri öz anasından onların haqqı olan evin verilməsini istəyir. Həmçinin, qayınanası ona öz vəsiyyətnaməsinin əslini verərək bildirmişdir ki, o öldükdən sonra onun bütün əmlakı onlara, oğluna qalacaq. Əri evi təmir etdirmək üçün banklardan kredit götürmüşdür. Onlar hazırda kirayədə yaşayırlar.
9. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında çıxış edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 öz izahatında bildirmişdir ki, onlar əvvəl iddiaçının ərini, sonradan həm də qaynanasını cavabdeh qismində əlavə etməklə iddiaçının sözügedən mənzilə köçürülməsini tələb etmişdirlər. Eyni zamanda sözügedən əmlakın üzərinə məhkəmə qərarı ilə həbs qoyulmuş amma cavabdeh məhkəmənin qərarından xəbərdar olmasına baxmayaraq əmlakı özgəninkiləşdirmişdir. Bundan başqa iddiaçının əri iddiaçıya iddianı geri qaytararsa anası onlara ev verəcəyini bildirmişdir. Cavabdehlər yəni, Cavabdeh1 və Cavabdeh2 arasında evlə bağlı mübahisə olmuşdur. Birgə nikah dövründə Cavabdeh1 və İddiaçı tərəfindən evə 25-30 min manata yaxın xərc çəkilmişdir. Buna görə də iddia əsaslıdır, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
10. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 öz izahatında bildirmişdir ki, Bayramov Namiqlə evin sahibi Ələkbərov Faiq arasında evin alqı-satqısına dair müqavilə bağlanmışdır. X31 2005-ci ilin may ayının 20-sində “AzərNeft” şirkəti tərəfindən verilmişdir. Evin çıxarışı yoxdur. İddiaçı tərəfindən iddia edilən kreditlər gündəlik təlabat kreditləridir. Əvvəllər Cavabdeh2 Xətai rayonunda yaşamış sonradan iddiaçı ilə Cavabdeh1 2016-cı ildə evlənmiş və onlar da burada yaşamağa başlamışdırlar. Sonradan iddiaçı daha geniş evdə yaşamaq istədiyinə görə 2021-ci ildə həmin evi satmış və mübahisələndirilən evi almışdırlar. X26 65 min manata almışdırlar. Evin pulundan 25 min manatı Cavabdeh2, 33 min manatı isə Alcanov Müsibət vermişdir. Onlar evin gələcəkdə sənədləşdirilməsi barədə razılığa gəlmişdirlər. Sonradan evin Ələkbərov Faiqin adına olduğu müəyyən edilmişdir. Bundan 2-3 ay sonra isə evi qaytarmış və həmin evdə kirayədə qalmağa başlamışdırlar. Evdə təmir işləri aparılmış, cüzi dəyişikliklər edilmişir.
11. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən şahid X17 öz izahatında bildirmişdir ki, iddiaçı ilə qonşu olmuşdur, 2021-ci ildən onu tanıyır. Onlardan əvvəl həmin evdə başqa ailə yaşayırdı həmin vaxt da İddiaçı köçən vaxt da ev bərbad gündə idi. Ev təmirsiz idi, evi aldıqdan sonra sadəcə qapıları dəyişmiş, oboy vurmuş və 2023-cü ildə kamera quraşdırmışdırlar. Evdən həmişə içki iyi gəlirdi, həmçinin işiq və qazları da kəsilmişdi. İddiaçı həmişə döyülürdü. İddiaçı anası xəstə olduğu üçün onun yanına getdiyini eşitmiş, lakin sonradan ona məlum olmuşdur ki, birdəfəlik getmişdir. Evi bir gün içində satmışdırlar. Əvvəllər İddiaçı qayınatasını görmüş, lakin qayınanasını İddiaçı gedəndən sonra tanımışdır. Ev satılana qədər həmin evdə İddiaçı, onun əri, uşaqları, qayınanası və qayınatası yaşamışdırlar.
12. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən maraqlı şəxs X18 öz izahatında bildirmişdir ki, sözügedən evi 2023-cü ilin sentyabr ayında almışdır. Həmin evin satıldığını qonşularından öyrənmişdir. Evi almaqla bağlı Cavabdeh2 və Alcanov Müsübətlə danışmış, 90 min manata almış və ev 20 günə təhvil verilmişdir. X30 adına, qaz və su xəttləri isə Cavabdeh2 adına idi. X29, həm də Cavabdeh2 razılıq ərizələrini almışdırlar. Cavabdeh1 tanımır, heç vaxt görməmişdir. Evin sənədləşməsi Ələkbərov Faiqlə onun arasında olmuş, lakin pulu Alcanov Müsübətə vermişdir. Hazırda həmin evdə o ailəsi ilə yaşayır, iddiaçını yayda evə baxmağa gələndə görmüşdü, evi almaq istədiyini iddiaçı da bilirdi.
13. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
14. AZ-T 011907 №-li Nikah haqqında şəhadətnaməyə əsasən, Cavabdeh1 və Mustafayeva (Alcanova) Midvari Əli qızı xx.xx.2016-cı il tarixində 2 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsində rəsmi nikah bağlamış və bu barədə nikah bağlanması haqqında akt qeydləri kitabında 1329 № ilə qeyd edilmişdir.
15. AZ-İV 058497 №-li Doğum haqqında şəhadətnaməyə əsasən, xx.xx.2017-ci il təvəllüdlü X10 anası İddiaçı, atası Cavabdeh1dur.
16. AZ-İV 238838 №-li Doğum haqqında şəhadətnaməyə əsasən, xx.xx.2018-ci il təvəllüdlü Cavabdeh2 Həmzə qızının anası İddiaçı, atası Cavabdeh1dur.
17. Azərbaycan Respublikası Bakı Şəhəri İcra Başçısı Hakimiyyətinin Zığ qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 1479 №-li, xx.xx.2023-cü il tarixli arayışa əsasən, X19 həqiqətən də “Qum adası” Yaşayış massivində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi: 1. X16, 2. Cavabdeh2 Həmzə qızı.
18. 331 saylı Körpələr evi-uşaq bağçasının müdiri K.M.Feyziyeva tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 75 №-li arayışa əsasən, Cavabdeh2 Həmzə qızı və X16 2022-ci ilin oktyabr ayında 331 saylı körpələr evi-uşaq bağçasına qəbul olunmuş, 2023-cü ilin aprel ayında bağçadan çıxmışdırlar.
19. Cavabdeh2 Nürəddin qızının xx.xx.2018-ci il tarixli vəsiyyətnaməsinə əsasən, Cavabdeh2 Nürəddin qızı ölən günədək harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus bütün daşınar və daşınmaz əmlaklarını oğlu Cavabdeh1 vəsiyyət etmişdir.
20. Bakı Regional Qazın Satışı Departamentindən verilmiş 14-2-2-4/2-1765/2023 saylı, xx.xx.2023-cü il tarixli müraciətə baxılması barədə məlumata əsasən, X3 Sistemində ad,soyad üzrə araşdırma aparılmış, parametrlərə uyğun olaraq İddiaçı və Cavabdeh1 məxsus istehlakçı hesabı müəyyən edilməmişdir.
21. X18 xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək mübahisə predmeti ilə bağlı maraqlarına toxunan şəxs qismində məhkəmə prosesinə cəlb edilməsini xahiş etmişdir.
22. İş materiallarına əalvə edilmiş digər sənədlər.
Tətbiq edilən hüquq:
23. Azərbaycan Respublikasının Konstitusiyası: 13.İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. 29.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29.İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 4 3 . İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər.
25. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər.
26. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarı: Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarı)
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarı: ... hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
Məhkəmənin mövqeyi:
29. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməlidir.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”
31. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur.
32. Məhkəmə qeyd edir ki, prosessual qanunvericiliyin mənasına görə, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər. Müvafiq iş üzrə cavabdehlərin iddiaçının müvafiq tələbinə cavab verməli olan subyekt olub-olmadığı qeyri-müəyyəndir.
33. Mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi).
34. İddiaçı özü və yetkinlik yaşına çatmayan uşaqlarının Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin “Qum adası” Yeni Yaşayış massivində yerləşən 4 sot torpaq içərisində yerləşən 2 mərtəbəli 260 kv.m ölçüdə mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, sözügedən ev özbaşına tikilidir, cavabdehlər həmin evdə yaşamırlar, ev başqa şəxsin faktiki sahibliyindədir.
35. Məhkəmə araşdırması zamanı tikilinin məhz cavabdehlərə məxsus olduğunu, birgə nikah dövründə əldə edilmiş qazanc hesabına alındığını, cavabdehlərin hazırda orada yaşadığı barədə məhkəməyə heç bir sübut təqdim olunmamış, hazırda orada başqa şəxsin kommunal xidmət abonenti olduğu aydınlaşdırılmışdır.
36. Cavabdeh2 qıznın vəkili isə həmin tikilini həyat yoldaşı ilə birlikdə əvvəlki evinin satışından əldə etdiyi pula aldığını, 2023-cü ilin avqust-sentyabr aylarında başqa şəxsə satdığını, cavabdehin həmin ünvanda yaşamadığını qeyd etmişdir.(§10) Maraqlı şəxs X18 öz izahatında tikilini cavabdehdən aldığını, hal-hazırda həmin evdə ailəsi ilə birlikdə yaşadığını təsdiq etmişdir (§12). Bu hal şahid ifadəsi ilə öz təsdiqini tapmışdır.(§11)
37. Məhkəmə qeyd edir ki, qızının Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin “Qum adası” Yeni Yaşayış massivində yerləşən 4 sot torpaq içərisində yerləşən 2 mərtəbəli 260 kv.m ölçüdə olan tikili hal-hazırda başqa şəxsin faktiki sahibliyində və istifadəsindədir. İddiaçının həmin şəxslə heç bir bağlılığı, qohumluq münasibətləri də müəyyən olunmur.
38. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi iddia tələbinə cavab verməli olan şəxsə qarşı yönəlmədiyindən əsassızdır və təmin edilməməlidir.
Məhkəmə xərcləri:
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq,
QƏT ETDİ:
1. İddia rədd edilsin.
2. İddia verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin.
3. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.