Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3897/2020 14.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçı Nürəddin qızının, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Nürəddin qızının Cavabdeh-yə qarşı “üzürlü səbəbdən işə çıxa bilmədiyi günlərin əmək haqqı ödənilməklə iş yerinə qaytarılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Nürəddin qızı Cavabdeh-yə qarşı – "Sabit Orucov" gəmisində aşpaz vəzifəsinə üzürlü səbəbdən işə çıxa bilmədiyi günlərin əmək haqqı ödənilməklə, iş yerinə qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1978-ci ildən X5 Donanmasında aşbaz vəzifəsində işləmişdir. 2016-cı ilin iyul ayında X5 Donanmasında işləyən bütün aşpazları, eyni zamanda da iddiaçı da köçürmə yolu ilə cavabdeh "xxxx" QSC-nə köçürülmüşdürlər. O, 2016-cı ildən 19.06.2020-ci ilə qədər “General Əsədov” və “Sabit Orucov” gəmilərində işləmişdir. İşlədiyi bütün illər ərzində kollektivin hörmətini qazanmış, öz vəzifəsinə vicdanla yanaşmışdır. 2020-ci ilin mart ayından növbəti məziniyyətə çıxmış və bu ilin iyun ayının 01-dən məzuniyyəti qurtarıb və iddiaçı öz işinə qayıdaraq “Sabit Orucov” gəmisində fəaliyyətini davam etdirmişdir. Lakin 2020-ci ilin iyun ayının 19-da cavabdeh təşkilatın nümayəndəsi menecer Güləsər xanım onun mobil telefonuna zəng edərək bildirdi ki, onun əvəzinə çalışdığı aşpaz vəzifəsinə başqa şəxs göndərilmişdir, ona görə də o, bu gündən “Sabit Orucov” gəmisində deyil, “Şamaxı” gəmisində işləməlidir. İddiaçı buna etiraz etmiş və bildirmişdir ki, 10 ildən artıq o, “Sabit Orucov” gəmisində işləmişdir, bütün bu illər ərzində həmin gəminin kollektivi ilə qaynayıb-qarışmış, lakin Güləsər xanım onu heç dinləmək istəməmişdir. İddiaçı hesab edir ki, onun xəbəri və razılığı olmadan iş yerimin dəyişdirilməsi intizam məsuliyyətidir. İddiaçı isə işlədiyi bütün illər ərzində heç bir intizam məsuliyyətinə cəlb edilməmişdir. Belə olan surətdə onun iş yerinin dəyişdirilməsi ciddi qanun pozuntusudur. İddiaçı Nürəddin qızı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddiaya etiraz edərək, bildirmişdir ki, 19.12.2016-cı il tarixli əmək müqaviləsinə əsasən iddiaçı cavabdeh olan təşkilatda aşpaz vəzifəsində işləyir, iddiaçının 19.06.2020-ci il tarixindən işə çıxmamasına baxmayaraq, işəgötürən nəinki onun barəsində intizam icraatı başlamamış yaxud işdən azad etməmiş, hətta onun iyun-iyul ayları üçün əmək haqqını ödəmişdir. Cavabdeh ilə "xxxx" QSÇ arasında bağlanmış Xidmət Müqaviləsinə əsasən İddiaçı Nürəddin qızı "xxxx" QSÇ-nə məxsus cavabdeh tərəfindən müəyyən edilən gəmisində aşpaz kimi çalışmaq vəzifəsinin daşıcıyısı olmuş, lakin bu vəzifəni lazımı qaydada icra etməmişdir. Odur ki, məhkəmədən qeyd edilənləri nəzərə alaraq, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan işçi İddiaçı Nürəddin qızı ilə işəgötürən Cavabdeh arasında bağlanmış GC-235 saylı 19.12.2016-cı il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Nürəddin qızı gəmi struktur bölməsinə, aşpaz (əsas iş yeri) vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan İddiaçı Nürəddin qızına məxsus 70.1 nömrəli hesab kartından çıxarışdan görünür ki, İddiaçı Nürəddin qızına 03.07.2020-ci il tarixdə və 12.08.2020-ci il tarixdə əmək haqqı ödənişi edilmişdir. İş materiallarında olan Cavabdeh-in nizamnaməsinin surətindən görünür ki, Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər. İş materiallarında olan 31.08.2016-cı il tarixli XA 1162 saylı Xidmət Müqaviləsinin surətindən görünür ki, icraçı Cavabdeh sifarişçi "xxxx" QSC-nm nəzdində olan X2 və X5 Donanmasının gəmilərində, habelə Sifarişçinin quruda olan obyektlərində iaşə xidmətlərini bu Müqavilədə nəzərdə tutulan şərtlərə əsasən göstərməyi öz öhdəsinə götürür. Müqavilənin 2.2.3-cü maddəsinə əsasən, icraçı sifarişçi qarşısında müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada icra olunmasını və onların pozulmasına yol verilməməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan 31.08.2016-cı il tarixli XA 1162 saylı Xidmət Müqaviləsinin müddətinin uzadılması haqda 30.08.2019-cu il tarixli Razılaşmanın surətindən görünür ki, 31.08.2016-cı il tarixli XA 1162 saylı Xidmət Müqaviləsinin müddəti eyni müddətə daha 3 il müddətinə uzadılmışdır. Beləliklə, məhkəmə araşdırılması zamanı mübahisəsiz qaydada müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi əsasında iddiaçı gəmi struktur bölməsinə aşpaz vəzifəsinə təyin edilmişdir. Lakin tərəflər arasında bağlanmış 19.12.2016-cı il tarixli əmək müqaviləsinin şərtlərində iddiaçının konkret bir gəmiyə işə təyin edilməsi göstərilməmişdir. Tərəflərin verdikləri izahatlara görə, iddiaçı iki müxtəlif gəmilərdə 19.06.2020-ci il tarixə qədər çalışmış, daha sonra ona gəmisinin dəyişdiriləcəyi barədə məlumat verilmişdir. Həmçinin iş materialları ilə müəyyən olunur ki, iddiaçıya 19.06.2020-ci il tarixindən işə çıxmadığı günlər üçün iyul və avqust aylarında əmək haqqı ödənişi edilmişdir. Hazırda isə iddiaçı üzrlü səbəbdən işə çıxmadığı günlərə görə ona əmək haqqı ödənişi edilməsini və sonuncu işlədiyi “Sabit Orucov” gəmisində saxlanmasını xahiş edərək, işəgötürənin onun iş yerini dəyişməsini əmək qanunvericiliyi baxımından qanunsuz hesab edir. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddiası əsassızdır. Ona görə ki, ilk növbədə iddiaçı ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsində Cavabdeh-nin "xxxx" QSC ilə bağladığı xidməti müqaviləsindən irəli gələn, sonuncuya məxsus gəmilərdə xidmət göstərilməsi ilə əlaqədar olaraq iddiaçı gəmi strukturunda aşpaz vəzifəsinə təyin edilmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsindən isə müəyyən olunur ki, iddiaçının əsas iş yeri gəmi strukturunda aşpaz vəzifəsini icra etməkdir. Yəni əmək müqaviləsində işçinin iş yerinin hər hansı bir konkret gəmidə olması göstərilməmişdir. Göründüyü kimi, iddiaçının əmək müqaviləsi bağlanadığı vaxtdan iki müxtəlif gəmidə çalışması və həmçinin aralarında bağlanmış müqavilədə yalnız bir gəmidə çalışmalı olmasının qeyd edilməməsi onu göstərir ki, cavabdehin iddiaçının iş yerini dəyişərək, onu başqa gəmiyə keçirilməsi əsassız olmamışdır. Digər tərəfindən məhkəmə qeyd edir ki, əmək münasibətlərin subyektləri işçi və işəgötürən istənilən əmək müqaviləsi bağlanmasında sərbəst və azad öz seçimini edə bilərlər. Belə ki, işçi işəgötürənlə əmək münasibətlərini davam etməsində lüzum görmədikdə, qanunvericiliyin tələblərinə uyğun olaraq işəgötürənlə əmək münasibətlərinə öz təşəbbüsü ilə xitam verə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 35.4-cü maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “a” bəndinə əsasən, sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.8 və 3.9-cu maddələrinə əsasən, iş yeri — işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu. Qeyd edilən Məcəllənin 69.1 və 69.2-ci maddələrinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Məhkəmə iddianın “üzürlü səbəbdən işə çıxa bilmədiyi günlərin əmək haqqı ödənilməsinə” dair hissəsinə hüquqi qiymət verərək, hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən işə çıxmamağını hansı üzürlü səbəbdən baş verdiyinin lazımı qaydada əsaslandırılmadığından, iddiaçıya faktiki işləmədiyi dövr üçün əmək haqqı işəgötürən tərəfindən ödənildiyindən, iddia həmin hissədə əsassız olduğundan, təmin edilməməlidir. Odur ki, göstərilən qanunvericilik normalarına və işin hallarına əsasən, məhkəmə hesab edir ki, iddiaçının üzrlü səbəbdən işə çıxmaması üçün əmək haqqının ona ödənilməməsi halı öz təsdiqini tapmadığından və cavabdeh tərəfindən onun iş yerinin dəyişdirilməsinin qanunsuz olması müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yenə həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Nürəddin qızının Cavabdeh-yə qarşı – "Sabit Orucov" gəmisində aşpaz vəzifəsinə üzürlü səbəbdən işə çıxa bilmədiyi günlərin əmək haqqı ödənilməklə, iş yerinə qaytarılması barədə iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №2(011)-3897/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3897/2020
14.08.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver