Məhkəmə qərarları › İş №2(011)-39/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-39/2023

20.02.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-39/2023 20.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı1 nümayəndəsi və eyni zamanda vəkili X2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X6rşı “mənzilin hərracdan satılaraq, satışdan əldə olunmuş pulun paylara müvafiq olaraq bölünməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzilin hərracdan satılaraq, satışdan əldə olunmuş pulun paylara müvafiq olaraq bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişlər ki, Bakı şəhəri, Xətai rayonu, G.Şıxlınski küçəsi 32 saylı binanın 56 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında ataları X8 məxsus olmuşdur. X1 xx.xx.2014-cü ildə vəfat etmişdir. Atası rəhmətə gedəndən sonra onlar birinci dərəcəli vərəsələr arasında miras qaydasında bölünərək 1/3 hissədə İddiaçı1, 1/3 hissədə İddiaçı2 verilmiş, lakin birinci dərəcəli vərəsə Cavabdeh miras payını adına rəsmiləşdirməmiş və bu səbəbdən miras mənzilin 1/3 hissəsi mərhum ataları X7 adında qalmışdır, yəni birinci dərəcə vərəsə olan Cavabdeh mirası faktiki olaraq qəbul etsə də, miras payı adına rəsmiləşdirməmiş, mirasın 1/3 hissəsi açıq qalmışdır. Birinci dərəcəli vərəsə Cavabdeh miras payını faktiki olaraq qəbul edib, həmin miras paydan istifadə edərək həmin mənzildə yaşayır, lakin mirası qəbul etmiş digər vərəsələri miras paylarından istifadə etməyə imkan vermir, yəni miras mənzildə tək özü ailəsi ilə birlikdə yaşayır. Miras paylar məlum olsa da, real bölgü olunmamış, mənzil ümumilikdə birgə mülkiyyətli pay kimi qalmışdır. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, payın naturada ayrılması tələbini irəli sürmüşlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/3833 saylı rəyindən görünür ki, aparılmış tədqiqatla ünvan 1 ünvanında yerləşən 56 nömrəli mənzilin mülkiyyətçilər arasında naturada bölünməsi, X12 2.08.01.89-nun 1.1., 2.4, 2.9 bəndlərinin və Məhkəmə Tikinti-X5 metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyil. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli (İş№ 2(011)-4632) qətnaməsi ilə iddiaçılar-İddiaçı1 və İddiaçı2 payın naturadan ayrılması tələbin dair iddiası təmin olunmamışdır. Odur ki, Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi 32 saylı binanın 56 saylı mənzilinin açıq hərracda satılaraq, satışdan əldə olunmuş pulun hər birinə 1/3 hissə olmaqla İddiaçı1, İddiaçı2 və X9 arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək Cavabdeh X13 ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X3 nümayəndəsi Ə.Ş.Qasımov göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh X13 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsi və eyni zamanda vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respubikası Əmlak Məsələləri DÖvlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın DÖvlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 56 saylı mənzil 1/3 hissə payla X4 adına xx.xx.2015-ci il tarixdə, 1/3 hissə payla İddiaçı2 adına xx.xx.2015-ci il tarixdə qeydiyyat alınmış, X8 münasibətdə isə 1/3 hissədə açıq qalmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4632/3021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Kamil qızının Cavabdeh qarşı “payın naturada ayrılması tələbinə dair” ilkin iddiası və iddiaçı Cavabdehlər İddiaçı1, İddiaçı2 Kamil qızına, 4 saylı Bakı ASAN xidmət mərkəzinin notariat ofisinə və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3833 nömrəli xx.xx.2021-ci il tarixli rəydən görünür ki, ünvan 3 ünvanında yerləşən 56 nömrəli mənzilin mülkiyyətçilər arasında naturadan bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1, 2.2, 2.4, 2.9 bəndlərinin və Məhkəmə Tikinti-X5 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 3077/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadından müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2022-ci il tarixli 2(103)-3077/2022 nömrəli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)- 4632/2021 nömrəli qətnaməsi üzrə verilmiş apellyasiya şikayəti təmin edilməmiş və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, Cavabdeh qızı X13 iş üzrə atasının hüquqi varisi kimi tanınmasını xahiş etmiş, məhkəmə mübahisənin hüquq varisliyinə yol verilməsini nəzərə alaraq, B.E.Smirnovanın hüquqi varisliyini təmin edərək, onun tərəfindən verilmiş kassasiya şikayətini mümkün saymış və şikayəti aidiyyəti üzə mülki işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi haqqında qərar qəbul edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Kamil qızının Cavabdeh qarşı ilk, Cavabdehlər İddiaçı1, İddiaçı2 Kamil qızına, 4 saylı Bakı ASAN xidmət mərkəzinin notariat ofisinə və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşılıqlı iddia tələbinə dair iş üzrə Cavabdeh hüquqi varisi X13 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd edir ki, işin faktiki hallarına əsasən miras qoyan X8 məxsus miras əmlak hesab edilən ünvan 2 ünvanında yerləşən 56 saylı mənzil üzrə miras paylar qanun üzrə vərəsəlik əsasında vərəsələr arasında bərabər paylarla müəyyən edilmişdir. Belə ki, miras qoyanın qanun üzrə vərəsələri hesab edilən İddiaçı1, İddiaçı2 Kamil qızı və Cavabdeh arasında hər birinə 1/3 pay müəyyən edilməklə miras əmlak üzrə paylı mülkiyyət hüququ yaranmışdır. Tərəflərin iddiası üzrə mübahisəli miras əmlak üzrə payların naturada bölgüsü ekspert rəyinə uyğun olaraq məhkəmə qətnaməsi əsasında mümkün hesab edilməmişdir. Hazırki mərhələdə iddiaçılar mübahisəli mənzil üzrə payların naturada bölgüsünün mümkün olmaması baxımından paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılaraq əldə edilmiş gəlirin paylara uyğun bərabər şəkildə bölgüsü iddiasını irəli sürmüşlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə yuxarıda qeyd edilmiş mülki qanunvericilik normalarına əsaslanaraq belə qənaətə gəlir ki, tərəflərin vərəsəlik qaydasında qəbul etdikləri əmlaklarda 1/3 hissədə payları müəyyən edildiyindən və əmlakın naturada bölgüsü mümkün olmadığından həmin mənzil və digər əmlak açıq hərracda satılaraq əldə edilmiş pul məbləğinin 1/3 hissəsi Cavabdeh hüquqi varisi X10, 1/3 hissəsi İddiaçı1 və 1/3 hissəsi İddiaçı2 Kamil qızına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. ünvan 2 ünvanında yerləşən 56 saylı mənzil açıq hərracda satılsın. Mənzilin açıq hərracda satışından əldə edilmiş pul məbləğinin 1/3 hissəsi Cavabdeh hüquqi varisi X10, 1/3 hissəsi İddiaçı1 və 1/3 hissəsi İddiaçı2 Kamil qızına ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar