Məhkəmə qərarları › İş №2(011)-3902/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3902/2025

27.05.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3902/2025 27.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behdudov Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdeh4 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “əmlakdan istifadəyə görə haqqın ödənilməsi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 onun mülkiyyətində olan ünvan 3, mənzil 28 (Yeni qaydalarla: AZ 1016 şəhəri, ünvan 1 xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilədək olan dövrdə faktiki istifadəyə görə müştərək qaydada 8800 manat haqqın və hazırkı iddianın verilməsinə görə ödənilmiş 108 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra məhkəməyə iddia ərizəsinə əlavə barədə ərizə ilə müraciət edərək cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 onun mülkiyyətində olan ünvan 3, mənzil 28 (Yeni qaydalarla: AZ 1016 şəhəri, ünvan 1 xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilədək olan dövrdə faktiki istifadəyə görə müştərək qaydada 8800 manat haqqın, ekspertizanın keçirilməsinə görə ödənilmiş 300 manat rüsumun və hazırkı iddianın verilməsinə görə ödənilmiş 108 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3, mənzil 28 (yeni qaydalarla: AZ 1016 ünvan 1 ünvan hal-hazırda iddiaçının xüsusi mülkiyyətindədir. Şuşa rayonundan məcburi köçkün düşmüş X2, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 1992-ci ildən evdə olmadıqları zaman ünvan 3 ünvanında yerləşən, 28 saylı ona məxsus mənzilin (yeni qaydalarla: AZ 1016 ünvan 1 qapısını sındıraraq evə daxil olmuşdurlar. X2, Cavabdeh2, Cavabdeh3 və Qu iyev Müşfiq Eyvaz oğlunun mənzildən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1261/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 7 (yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən mənzildən çıxarılmaları qət edilmişdir. Qətnamə xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün müvafiq olaraq Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilmişdir, icra işi Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X4 icraatındadır. Hazırda cavabdehlər könüllü olaraq mənzili boşaltmırlar və heç bir razılığa gəlmirlər. Ümumiyyətlə, onlarla söhbət aparmaq qeyri-mümkündür .Cavabdehlər icra məmurunun qanuni tələblərinə riayət etmir və icra məmurunun məhkəmə qətnaməsini icra etməsinə mane olurlar. Mənzildən çıxmayacaqlarını bildirirlər. 30 ildir ki, onlara məxsus olan mənzildən istifadə edə bilmirlər. Hal-hazıradək kirayədə qalır, maddi vəziyyəti aşağı olduğu üçün ev ala bilmir, ailəlidir, yoldaşı hamilədir, həkim xərcləri ilə birlikdə aylıq kirayə haqqı ödənişlərini etməkdə çətinlik çəkir. Həmin mənzilə ehtiyacı var. Mənzilin onlara məxsus olmasına, işğal edilmiş ərazilərin işğaldan azad edilməsinə və cavabdehlərin mənzildən çıxarılması ilə bağlı qanuni qüvvəsini almış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsinin olmasına baxmayaraq cavabdehlər mənzili boşaltmır və icra məmurunun tələblərinə riayət etmirlər. Bir mülkiyyətçi kimi iddiaçının Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilmiş mülkiyyət hüquqları kobud surətdə pozulur. Onun özünə məxsus mənzildən istifadə edə və mülkiyyətçi hüquqlarını həyata keçirə bilmir. Qeyd edilən mənzil atasının adına olmuş və onun mənzilə mülkiyyət hüququ xx.xx.2023-cü il tarixindən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb. Cavabdehlərin mənzildən çıxarılmaları ilə bağlı qətnamə xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini alsa da, cavabdehlər mənzildən çıxmırlar və 11 ay 16 gün müddətində hüquqi əsas olmadan mənzildə yaşamaqla ondan qanunsuz istifadə ediblər. Cavabdehlər xx.xx.2024-cü ildən 01,04.2025-ci ilədək mənzildə qanunsuz yaşamaqla onun həmin mənzilə mülkiyyət hüququnun həyata keçirilməsinə mane olub, onu həmin mənzili icarəyə verib gəlir götürmək hüququndan məhrum edib, 11 ay 16 gün müddətində hüquqi əsas olmadan iddiaçının mənzilindən özü və ailəsinin yaşaması üçün əvəz ödəmədən faktiki istifadə edib. İddiaçının mənzilinin yerləşdiyi ərazidə eyni parametrli mənzillərin aylıq kirayə (icarə) qiyməti 800 manatdan başlayır. Belə olan halda cavabdehlər xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilədək olan dövrdə mənzildən qanuni əsas olmadan faktiki istifadəyə görə iddiaçıya bazar qiymətinə uyğun olaraq 8800 manat haqq ödəməlidir (800 manat x 11 ay). Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, mənzil hazırda onun mülkiyyətindədir. Hazırda məsələ evdən çıxmaqları ilə bağlı deyil, dəymiş ziyanın ödənilməsi ilə bağlıdır. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh4 məhkəmə iclasında bildirmişdir ki, anası xəstə olduğundan məhkəmə iclaslarında iştirak edə bilmir. Onlar məcburi köçkündürlər. 2026-cı ildə onlar evlə təmin olunacaqlar. Həmin tarixə qədər mübahisəli mənzildə qalmalıdırlar. X9 Əliyevin məcburi köçkünlərlə bağlı 1999-cu il tarixli qərarı mövcuddur ki, məcburi köçkünlər evlə təmin edilmədən yaşadıqları evdən çıxarıla bilməz. Digər məhkəmə qətnaməsi onlardan xəbərsiz qəbul edilmişdir. İddiaçıları başa düşürlər, iddiaçının öz evidir. 2026-cı ildə Şuşaya köçdükdən sonra evi təhvil verəcəklər. Dövlət tərəfindən təmin edilmişdir. Həmin ünvanda yaşayanların 90 faizi Şuşalı məcburi köçkünlərdir. Özbaşına həmin mülkə daxil olmayıblar. Onlara bildirilmişdir ki, 2-ci mərhələdə, yəni 2026-cı il tarixdə Şuşada evdə təmin olunacaqlar. Öz evləri Şuşadadır. Əvvəllər SMS bildirişi ona çatmamışdır, bu səbəbdən baxış iclasına gəlmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, onlar (nümayəndələri) məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri PHŞ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023cü il tarixli Çıxarışdan görünür ki, ünvan 7 (yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Xətai rayonu Mənzil Kommunal Təsərrüfat Birliyi 99 saylı MKİS tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Şuşa rayonundan məcburi köçkünlər ailə tərkibi ilə (X3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4) , General Şıxlinski küçəsi məhəllə 2942D, ev 1, mənzil 28 ünvanında müvəqqəti qeydiyyatdadırlar və yaşayırlar. xx.xx.2023-cü il tarixli, ******* nömrəli Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı ünvan 7 ünvanında qeydiyyatdadır, qeydiyyatda olan digər şəxslər yoxdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-1261/2024 saylı qətnaməsi ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ünvan 7 (yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən mənzildən çıxarılmaları qət edilmişdir. 2604.2024-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-1261/2024 saylı qətnaməsi xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. xx.xx.2024-cü il tarixli, 1670 saylı Akt ilə qeydə alınmış nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X8 birgə nikaha daxil olmuşlar. 1425/24 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X8 müayinədə olmuş və hamiləlik diaqnozu qoyulmuşdur. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə dövlət komitəsi tərəfindən göndərilən məktubdan görünür ki, Böyük Qayıdışla bağlı Şuşa şəhərindən olan məcburi köçkün ailələrinin mərhələli şəkildə öz doğma yurduna köçürüləndə sözügedən ailənin də köçürülməsi üçün həyata keçiriləcəyi və bununla bağlı aidiyyəti şəxslərə xəbərdarlıq olunacağı bildirilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 059/Mİ/25 saylı mütəxəssis rəyindən görünür ki, ünvan 7 ünvanında yerləşən mənzilin aylıq kirayə haqqı 05 may 2025-ci il tarixə aylıq 450-550 manat qiymətləndirilmişdir. ********** saylı, xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 108 manat dövlət rüsumu ödənilmişdir. 049 saylı, xx.xx.2025-ci il tarixli fakturadan görünür ki, "xxxx" MMC-nin hesabına 300 manat məbləğində qiymətləndirmə haqqı ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyulur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Qeyd edilən müddəaların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır. Buna görə də, cavabdehin mülki hüquq pozuntusu törədib-törətməməsinə, törətdiyi halda onun təqsirli olmasına iş materiallarında olan sübutlarla əlaqəli şəkildə araşdırılaraq qiymət verilməlidir. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, ünvan 7 (yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı cavabdehlər cavabdehlər X1, X7, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş və Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-1261/2024 saylı qətnaməsi ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ünvan 7 (yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən mənzildən çıxarılmaları qət edilmişdir. Şıxalıyeva (Quliyeva) Məlahət Məhərrəm qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 məcburi köçkün olması, ünvan 7 (yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən mənzildə yaşaması və əşyalarının həmin mənzildə olması mülki işin mübahisəsiz halıdır. Həmçinin mənzildən faktiki istifadə etdiyi üçün Şıxalıyeva (Quliyeva) Məlahət Məhərrəm qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 mülkiyyətçi İddiaçı hər hansı haqq verdiyi də müəyyən edilmir. Göründüyü kimi Şıxalıyeva (Quliyeva) Məlahət Məhərrəm qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 hərəkətləri nəticəsində İddiaçı məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı tarixdən yəni xx.xx.2024-cü ildən xx.xx.2025-ci il tarixədək öz əmlakından məhrum olmuşdur. Odur ki, iddiaçı Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Lakin məhkəmə hesab edir ki, iddiaçının əmlakından məhrum olması nəticəsində ziyan dəyməsi işin mübahisəsiz halı olsa da və buna görə dəymiş ziyanı iddiaçıya ödənilməli olsa da, iddia tələbi dəymiş ziyanın həcminə görə – yəni, dəymiş ziyanın məbləğinə görə qismən təmin edilməlidir. İddiaçının əmlakından məhrum olması nəticəsində dəymiş ziyanın hesablanması üçün məhkəmə tərəfindən mütəxəssis rəyi alınmış və rəydə mübahisəli mənzilin aylıq kirayə haqqı 05 may 2025-ci il tarixə aylıq 450-550 manat qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı öz əmlakından məhrum olma müddəti 11 ay 15 gün olduğundan dəymiş ziyanın məbləği aylıq kirayə haqqı 550 manat hesablanmaqla 6325 manat müəyyən edilməlidir. Odur ki, məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq belə qənaətə gəlir ki, iddia qismən təmin edilərək, cavabdeh Şıxalıyeva (Quliyeva) Məlahət Məhərrəm qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 6325 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın təmin edilmiş hissəsi 6325 manat olduğundan cavabdehlərdən 83,25 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – mütəxəssis rəyinin alınması üçün ödənilmiş 300 manat məbləğində pul vəsaiti də cavabdehlərdən alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Şıxalıyeva (Quliyeva) Məlahət Məhərrəm qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 6325 (altı min üç yüz iyirmi beş) manat dəymiş ziyanın məbləği, İddiaçı tərəfindən mütəxəssis rəyinin alınması üçün ödənilmiş 300 (üç yüz) manat və 83,25 (səksən üç manat iyirmi beş qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 6708,25 (altı min yeddi yüz səkkiz manat iyirmi beş qəpik) manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar