Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-394/2025 12.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh “X3” ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və 52 saylı Notariat Ofisi olmaqla cavabdehlər "X4" ASC, Cavabdeh3, Bakı şəhəri Xətai rayon İcra Şöbəsi, "xxxx" MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehlər "UNİBANK KB ASC və Cavabdeh3 arasında 52 saylı notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ No ******* nömrəli, 40-719 reyestr nömrəli alqı-satqı müqaviləsinin, həmin müqavilənin hüquqi nəticələrinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh3 verilmiş çıxarışın ləğv edilməsi və onun mənə məxsus mənzildən çıxarlaraq istifadə hüququna xitam verilməsi, habelə mülkiyyət hüququmdan qanunsuz olaraq məhrum edildiyim Bakı şəhəri Xətai rayonu, M.Rüstəmov küçəsi 31 saylı evin, 17 saylı mənzilinin mülkiyyətimə geri qaytarılması, mülkiyyət hüquqlarımın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və qanunsuz əməlləri nəticəsində mənzilimdən məhrum edilərək müxtəlif ünvanlarda mənzil kirayə pulu kimi ödədiyim 30000 manat maddi ziyan və mənə mütəmadi olaraq mənəvi və psixi sarsıntı yaşatdığlarına görə 10000 manat mənəvi ziyanın, vəkil xidmətinə görə ödənilmiş 350 manat, ödənilmiş 211,05 manat dövlət rüsumunun əvəzinin cavabdehlər Bakı şəhəri Xətai rayon İcra şöbəsi, "xxxx" ASC və "xxxx" MMC-dən müştərək qaydada tutularaq xeyrimə ödənilməsi haqqında” qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər “UNİBANK KB ASC və Cavabdeh3 arasında 52 saylı notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ № ******* nömrəli, 4Ə719 reyestr nömrəli alqı-satqı müqaviləsinin, həmin müqavilənin hüquqi nəticələrinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh3 verilmiş çıxarışın ləğv edilməsi və onun iddiaçıya məxsus mənzildən çıxarılaraq istifadə hüququna xitam verilməsi, habelə iddiaçının mülkiyyət hüququndan qanunsuz olaraq məhrum edildiyi Bakı şəhəri Xətai rayonu, M.Rüstəmov küçəsi 31 saylı evin, 17 saylı mənzilinin iddiaçının mülkiyyətinə geri qaytarılması, mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, mənzilin geri qaytarılması mümkün olmadığı halda həmin mənzilin dəyəri 140000 AZN puldan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 154/2019 saylı, 07 fevral 2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı tutulmalı olan 13301,65 ABŞ dolları əsas borc, 30 manat dövlət rüsumu və 30 manat xidmət haqqının, ümumilkdə 22732,8 manat pul çıxılmaqla 117267,2 manat və qanunsuz əməlləri nəticəsində mənzildən məhrum edilərək müxtəlif ünvanlarda mənzil kirayə pulu kimi ödənilmiş 30000 manat maddi ziyan və mütəmadi olaraq yaşadılmış mənəvi və psixi sarsıntıya görə 10000 manat mənəvi ziyanın, vəkil xidmətinə görə ödənilmiş 350 manat olmaqla, ümumilkdə 157617 manat pulun və ödənilmiş 447,62 manat dövlət rüsumunun əvəzinin cavabdehlər Bakı şəhəri Xətai rayon İcra şöbəsi, "xxxx" ASC və "xxxx" MMC-dən müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-154/2019 saylı, 07 fevral 2019-cu il tarixli qətnaməsinə əsasən məndən (iddaçıdan), 13301,65 ABŞ dolları əsas borc 30 manat dövlət rüsumu və 30 manat xidmət haqqının tutulması, habelə tələbin mülkiyyətimdə olan "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Xətai rayonu, M.Rüstəmov küçəsi 31 saylı evin, 17 saylı mənzilinə yönəldilməli olması qət edilmişdir. Qeyd olunan qətnamənin icrası zamanı icra haqqında qanuna əsasən tələbin könüllü icrası üçün icra məmuru borclu olaraq məni məlumatlandırmalı olsa da, bunu etmədən mənə məxsus mənzilin hərrac yolu ilə satışı üçün sifariş verilmişdir. "xxxx" MMC məni keçirilmiş hərrac haqqında məlumatlandırmadan Xətai rayonu, M.Rüstəmov küçəsi, 31 saylı evin, 17 saylı mənzili hərrac satışı baş tutmaması ilə əlaqədar aşağı qiymətə, yəni 44625 manat dəyərində cavabdeh UNİBANK KB ASC-ǝ təklif edilmiş və həmin bank mənzilimi qanunsuz olaraq ələ keçirmişdir. Buna görə də mənim müvafiq iddia tələbimə əsasən "Daşınar və Daşınmaz əmlakların satışı üzrə "xxxx" MMC məni keçirilmiş hərracın protokolu mübahisəndilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1056/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən təmin edilərək "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli hərracın yekunlarına dair protokol, habelə ona əsasən hərracın təşkilatçısı ilə onu udmuş "xxxx" ASC arasında hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqavilə etibarsız hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1056/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi əsasında verilmiş xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Nərimanov rayon İcra şöbəsində xx.xx.2023-cü il tarixdə icraata başlanılmış və "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli hərracın yekunlarına dair protokol və ona əsasən hərracın təşkilatçısı ilə onu udmuş "xxxx" ASC arasında hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqavilə etibarsız hesab edildiyindən həmin şöbənin xx.xx.2023-cü il tarixli qərarına əsasən başlanılmış icra icraatınna xitam verilmişdir. Sonradan mənə məlum olmuşdur ki, cavabdeh UNİBANK KB ASC mənim ünvan 1 ünvanında yerləşən 17 saylı mənzilimi satmışdır. Belə ki, tərəfimdən ünvan 2iat ofisinə müraciət olunaraq mənzilimin alqı-satqısı ilə bağlı notariat işinin təsdiq olunmuş surəti istənilmişdir və həmin sənədlərdən mənə məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə bağlanmış AN-İN ******* saylı alqı-satqı müqaviləsinə əsasən mənim ünvan 1 ünvanında yerləşən 17 saylı mənzilim digər Cavabdeh3 satılmışdır. Hesab edirəm ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1056/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında verilmiş xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Nərimanov rayon İcra şöbəsində xx.xx.2023-cü il tarixdə icraata başlanılmış və "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli hərracın yekunlarına dair protokol və ona əsasən hərracın təşkilatçısı ilə onu udmuş "xxxx" ASC arasında hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqavilə etibarsız hesab edildiyindən həmin müqavilənin hüquqi nəticəsi olaraq cavabdehlər arasında 52 saylı notariat ofisində bağlanmış xx.xx.2022 il tarixli, AN-İ No ******* nömrəli, 40-719 reyestr nömrəli alqı-satqı müqaviləsinin, həmin müqavilənin hüquqi nəticələrinin etibarsız hesab edilməsi, cavabdehlər "xxxx" ASC və Cavabdeh3 verilmiş çıxarışların ləğv edilməsi, habelə mülkiyyət hüququmdan qanunsuz olaraq məhrum edildiyim Bakı şəhəri Xətai rayonu, M.Rüstəmov küçəsi 31 saylı evin, 17 saylı mənzilinin mülkiyyətimə geri qaytarılması, mülkiyyət hüququmdan məhrum edildiyim dövrdə mənə dəymiş maddi və mənəvi ziyan cavabdehlərdən alınaraq xeyrimə ödənilməli və mülkiyyət hüquqlarımın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında qətnamə qəbul edilməlir. Belə ki, cavabdehlər Bakı şəhəri Xətai rayon İcra şöbəsinin, "xxxx" ASC-nin və "xxxx" MMC-nin qanunsuz əməlləri nəticəsində ünvan 1 ünvanında yerləşən 17 saylı mənzilimdən məhrum edildiyim tarixdən hazıradək ötən 3 ildən çox müddətində mən Bakı şəhərində müxtəlif ünavanlarda kirayə mənzillərdə qalmağa və hər aya hər mənzilə 500 manat olmaqla kirayə pulu ödəməyə məcbur olmuşam. Habelə mənzilimdən cavabdehlərin qanunsuz əməlləri nəticəsində məhrum edilməyim nəticəsində mütəmadi olaraq mənəvi və psixi sarsıntı keçirdiyimdən mənə mənəvi ziyan dəymişdir. Şəxsi hesablamarıma əsasən cavabdehlər Bakı şəhəri Xətai rayon İcra şöbəsinin, "xxxx" ASCnin və "xxxx" MMC-nin qanunsuz əməlləri nəticəsində mənzilimdən məhrum edilərək müxtəlif ünvanlarda mənzil kirayə pulu kimi ödədiyimə görə 30000 manat maddi ziyan və mənə mütəmadi olaraq mənəvi və psixi sarsıntı keçirdiyimdən 10000 manat mənəvi ziyan dəymişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddiaçının izahatına uyğun izahat verərək əlavə olaraq bildirdi ki, 2021-ci ilin yanvar ayında iddiaçı mənzilə daxil olmaq istəyəndə artıq evdə mühafizə olub və o zaman evdə təmir işləri gedirmiş. Belə ki, mənzil bankın balansında idi. İddiaçı pandemiyada evdən çıxıb gedib. Evə qayıdanda görüb ki, qıfıl açılmır, açar dəyişilib, evə gələndə əşyaları çöldə idi artıq. 2022ci ilin may ayında Nərimanov RM-na müraciət etmişdir. Bank evi balansa götürəndən o məhrum olmuşdur evdən. Bank 44 minə qəbul edib, iddiaçı evə gedə bilməyib. Evə gedəndə təmir olmasını görüb. Evdə müəyyən əşyaları var idi. Materiallar, kafellər və s. evi icra boşaldıb. Məlumat verilməyib ona. İcra məmuru Bankla məsələni həll edib. Təhviltəslim, protokollaşdırma və s. İddiaçının pul tələbi yalnız İcra, Unibank və Hərrac Mərkəzindəndir. İcra məmuru tələbin könüllü icra edilməsi ilə bağlı bildirişi iddiaçıya verməyib. Əgər bu barədə bildiriş verilsə idi, iddiaçı 13 min dollardan çox pulu ödəyəcəkdi, əlavə 7 faizi də ödəməyəcəkdi. Birbaşa icra məmuru məcburi icra hərəkətlərinə keçib. Apellyasiya məhkəməsində icra işinə baxış keçirilərkən də bu göründü. İndiki mərhələdə iş icradadır. Əmlak üçüncü şəxslərdədir deyə, icra dayandırılıb. Digər cavabdehin vəkili də məlumat verib ki, əmlak ABB-da girovdadır. Hərracın etibarsızlığı ilə bağlı müraciət edərkən birinci instansiya məhkəməsi əmlak üzərinə həbs qoyılmağı ilə bağlı məsələyə baxmayıb. İndi əmlak üzərində həbs var. Bankın mübahisədən xəbəri olsa da əmlakı özgəninkiləşdirib. Bank 10 min dollara görə 150 minlik evi mənimsəyib. İddiaçının ödədiyi pulu da ona verməyiblər. O banka 58 min dollar pul ödəmişdir. İddiaçı bu zamana qədər məhkəmələrdə olmamış, çıxarılan qərarlardan da xəbəri olmayıb. İlk dəfə apellyasiyada dinlənildi. Hərracla bağlı da 7 aya məhkəmə yekunlaşdı, onda da ev 4 adama satıldı. Bank iddiaçının hüququnu tapdalayıb. Ev hərracdan sonra satılmağa davam edib. O ev ziddiyyətli evdir. İddiaçı məhkəməyə müraciət edəndə İTT ilə bağlı ərizə müraciət etmişdir, lakin məhkəmə bu ərizəyə münasibət göstərməyib. Onlar iddia qaldıranda Bank artıq Ədalətə satmışdı evi. 1 il 4 ay keçmişdi. İddiaçı evə gələndə açar dəyişmişdi. Evdən onlara mühafizə cavab vermişdir. İddiaçı banka dəfələrlə müraciət etmişdir. Ona konkret cavab vermirdi bank. Bankda ilk dəfə ona demişdilər ki, ev satılmayıb. İddiaçı mütəmadi olaraq 2 ay müddətində banka gedib-gəlmişdir, bank da o ərəfədə evi satıb. O zaman evə həbs qoyulsa idi, ən azından bu qədər mülkiyyətçi dəyişməzdi. İddiaçının bu səbəbdən hüquqları tapdalanıb. İddiaçı hərracda iştirak eləməmişdir. Evini mənimsəyən bank və ya hərrac onun pulunu verməli idi. Pandemiya səbəbindən məhkəmədə olmamışdır. İlk qətnamədən də xəbəri olmayıb. Məhkəmə bütün hərracı etibarsız edib, bu səbəblə də ev ilk vəziyyətə qayıtmalıdır. Apellyasiya məhkəməsi zamanı da bilinirdi ki, ev Ədalətin adındadı. Apellyasiya məhkəməsi Ədalətin hüququna qiymət vermədi. Ədalətdən ev alınsa, o pulunu bankdan tələb edə bilər. Hal-hazırda iş icra mərhələsindədir. Bank da ərizə yazdı ki, xahiş edirəm icraata xitam verin. Mənzil yenidən hərraca çıxmalıdır. Çıxarışlar ləğv edilməlidir. Bu səbəbdən demişlər ki, bu mümkün deyilsə, Bank, Hərrac Mərkəzi və İcra şöbəsindən pul alınaraq iddiaçıya verilsin. Məhkəmə iclasında iştirak edən cavabdeh Unibank ASC-nin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, Unibank ASC iddiaçı tərəfə hər hansı mənəvi ziyan vurmamışdır. Mübahisəli əmlak Hərrac vasitəsi ilə alınıb və ondan bir il yarım sonra satılıb. O zaman da hərrac qüvvədə idi. Bu səbəbdən hesab edirlər ki, Unibank ASC-nin hər hansı cavabdehliyi yoxdur. Hərracın ləğv olunması səbəbi də müddətlərlə bağlı idi. Unibank ASC mənzili xx.xx.2021-ci ildə almış, xx.xx.2022-ci ildə satmışdır. Belə ki əmlak satılan zaman hər hansı mübahisə yox idi. Əmlak qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında və həmin qətnamə ilə müəyyən olunmuş ilkin satış qiyməti ilə hərraca çıxarılmış və hərrac yolu ilə xx.xx.2021-ci il tarixində bankın mülkiyyətinə keçmişdir. xx.xx.2022-ci il tarixində sözügedən əmlak boşaldılaraq buna dair akt tərtib olnmuşdur. Aktdan da gördünyü kimi borclu əvvəlcədən xəbərdar edilmiş, lakin icra yerinə gəlməmişdir. Əmlak tam boş vəziyyətdə olmuş və banka təhvil verilmişdir. Göründüyü kimi əmlak bankın mülkiyyətinə keçdikdən sonra 1 ildən də artıq vaxt keçmiş, daha sonra xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında əmlak tam qanuni əsaslarla başqa şəxsə özgəninkiləşdirilmişdir. Eyni zamanda iddiaçının hərracın etibarsızlığı tələbinə dair iddia ərizəsi Nərimanov rayon Məhkəməsinin icraatına xx.xx.2022-ci il tarixində qəbul edilmişdir. Bu səbəblərdən iddia tələbini tam əsassız hesab edir və rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə elektron qaydada ərizə ilə müraciət edərək bildirmişdir ki, mübahisə predmeti olan mənzil Unibank ASC-nin mülkiyyətində olmuş və Cavabdeh3 həmin mənzilin dəyərini tam ödəməklə alğı-satqı edərək mülkiyyət hüququ əldə etmişdir. Bir müddətdən sonra sözü gedən mənzil ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdeh5 satılımış və Cavabdeh5 isə xx.xx.2021-ci il tarixdə həmin mənzili Cavabdeh6 satmışdır. Cavabdeh6 alğı-satqını həyata keçirən zaman mənzili ipotekaya yüklu edərək alğı-satqını həyata keçirmişdir. İpoteka Azərbaycan Beynəlxalq Bankı tərəfindən həyata keçirilmiş və hazırda yaşayış evi Azərbaycan Beynəlxalq Bankı tərəfindən girovdadır. Əlavə olaraq qeyd etmək istəyir ki, Cavabdeh3 qüvvədə olan qanunvericiliyin tələbinə uyğun olaraq alqı-satqı edərək mənzili Unibank ASC-dən almışdır. Lakin Unibank ASC ilə İddiaçı Ağsəf qızı arasında olan hər-hansı bir mübahisə Cavabdeh3 və digər alıcılara hər-hansı bir təsir göstərmir. Belə ki, onlar vicdanlı alıcıdılar və vicdanlı alıcı olaraq hüquqları qanunla qorunur. İddiaçı Ağsəf qızı hesab edir ki, Unibank ASC hərrac zamanı onun keçmiş mənzilini bazar qiymətinən aşağı qiymətə alıbsa yerdə qalan məbləğin pul qismində Unibank ASC-dən tələb etmək hüququ vardır. Cavabdeh3 arasında 52 saylı notariat ofisində bağlanmış xx.xx.2022 il tarixli, AN-İ № ******* nömrəli, 4Ə719 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və eyni zamanda ondan sonra olan alqı-satqıların etibarsız hesab edilməsi qanunsuz və əsasızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Lakin iddiaçı qeyd etdiyi kimi mübahisəli mənzili 2021-ci ildən boşaltmış və 2022-ci ildə isə Cavabdeh3 satılmışdır. 2024-cü ilin sonlarında alqı-satqı müqaviləsinin etibarsızlığı ilə məhkəməyə müraciət etmişdir və bununla da iddiaçı AR MM-nin 354-cü maddəsində qeyd olunduğu kimi 1 ilik müddəti ötürmüşdür. Qeyd olunanları nəzərə İddiaçı alqı-satqı müqavilələrinin etibarsız sayılması barədə iddia tələbinə iddia müddəti tətbiq edilərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxs 52 saylı Notariat Ofisinin notariusu Elçin Zeynalov məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, "xxxx" KB ASC və Cavabdeh3 xx.xx.2022-ci il tarixdə ünvan 2iat ofisinə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 31 saylı evin, 17 saylı mənzilə dair alqı-satqı müqaviləsi bağlamaq istədiklərini bildirmişlər. Tərəflərindən “Notariat haqqında” AR Qanununun 8,9 və 46-cı maddələrinin və AR-da “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimat”ın tələbləri rəhbər tutularaq həmin mənzil üzərində məhdudiyyət və yüklülüyün olub-olmaması, hüqiqi şəxsin hüquq qabiliyyəti və onun nümayəndəsinin səlahiyyəti, tərəflərin şəxsiyyəti, fəaliyyət qabiliyyəti yoxlanılmış və əqdin bağlanması nəticəsində yaranan hüquq və vəzifələr barədə məlumat verildikdən sonra iradələrinə uyğun əqdin layihəsi hazırlanmışdır. Əqd ucadan oxunmaqla mənası, əhəmiyyəti, tərəflərin hüquq və vəzifələri onlara izah olunmuş, tərəflərə əqdin bağlanması nəticələri barədə xəbərdarlıq edilmişdir. Tərəflər müqavilədə göstərilənlərlə razı olmalarını öz imzaları ilə təsdiq etmişlər. Həmçinin AR MM-nin 178.1, 568, 646-647-ci maddələrinin məzmunu tərəflərə izah edilərək müqavilə təsdiq edilmiş və xx.xx.2022-ci il tarixli, 4Ə-719 nömrəli reyestrlə qeydə alınmışdır. Qeyd olunanları nəzərə alaraq iddia ərizəsinə etiraz edərək hesab edir ki, müqavilənin etibarsız hesab edilməsi üçün hüquqi əsas yoxdur və iddia tələbi təmin edilməsin. 3-cü şəxs Azərbaycan Beynəlxalq Bankı ASC ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi tamamilə əsassızdır. Belə ki, iş materiallarında olan, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli (xx.xx.2019-cu il tarixində verilmiş), 2(011)-154/2019 nömrəli icra vərəqəsinə əsasən, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-154/2019 nömrəli Qətnaməsi ilə iddia qismən təmin edilmiş, ödəniş gününə qüvvədə olan məzənnə ilə 12193,25 (on iki min yüz doxsan üç dollar 25 sent) ABŞ dolları məbləğində əsas borc, 708,40 (yeddi yüz səkkiz dollar 40 sent) ABŞ dolları məbləğində faiz borcu, 400 (dörd yüz) ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 13301,65 (on üç min üç yüz bir dollar 65 sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı, iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ödənilmiş 30 (otuz) manat məbləğində xidmət haqqının İddiaçı alınaraq "xxxx" KB ASC-yə ödənilməsi, tələbin İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 31 saylı evin, 17 saylı mənzilinə yönəldilməsi, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 31 saylı evin, 17 saylı mənzilinin ilkin satış qiymətinin 70000 (yetmiş min) manat məbləğində olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən ödəniş gününə qüvvədə olan məzənnə ilə 13301,65 (on üç min üç yüz bir dollar 65 sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı, iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ödənilmiş 30 (otuz) manat məbləğində xidmət haqqının "xxxx" KB ASC-yə ödənilməsi, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 31 saylı evin, 17 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 (bir) ay sonra İddiaçı mənzildən çıxarılaraq, mənzilin boşaldılması qət edilmiş, bu Qətnamə xx.xx.2019-cu il tarixində qüvvəyə minmişdir. ünvan 4 ünvanında yerləşən mənzil üzərində, "xxxx" Kommersiya Bankı ASC-nin xüsusi mülkiyyət hüququ, ********** nömrəsi ilə xx.xx.2021-ci il tarixində reyestrdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli, 2(102)-2260/2023 nömrəli Qərarının, kassasiya şikayətinin dəlilləri bölməsinin 18-ci bəndində qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixli 2(011)-4119 saylı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə İddiaçı və qeyrilərinin həmin mənzilə olan istifadə hüqularına xitam verilməklə, mənzilin boşaldılaraq "xxxx" Kommersiya Bankı ASC-yə təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli Aktda qeyd edilmişdir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli (xx.xx.2019-cu il tarixində verilmiş), 2(011)-154/2019 nömrəli icra vərəqəsinin icrası ilə əlaqədar Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 31, mənzil 17 ünvanında yerləşən mənzilin qapısı mütəxəssin səyi nəticəsində açılmış, mənzilə baxış zamanı mənzilin tam boş və yeni təmirdən çıxmış vəziyyət olması aşkar olunmuş, mənzildə hər-hansı dəyərli əşya, qızıl-zinət və pul aşkar edilməmiş, mənzil tam boş halda tələbkar "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsinə təhvil verilmiş, icra zamanı hər-hansı qanun pozuntusu baş verməmişdir. "xxxx" Kommersiya Bankı ASC mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 47.61 kv/m olan mənzili alıcı Cavabdeh3 satmışdır. Bu müqavilə ünvan 2iat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş, reyestrdə 4Ə-719 nömrə ilə qeydə alınmışdır. ünvan 4 ünvanında yerləşən mənzil üzərində, Cavabdeh3 xüsusi mülkiyyət hüququ, ********** nömrəsi ilə xx.xx.2022-ci il tarixində reyestrdə qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən, satıcı Cavabdeh3 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən mənzili alıcı Cavabdeh5 satmışdır. Bu müqavilə Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş, reyestrdə 4Ə-531 nömrə ilə qeydə alınmışdır. ünvan 4 ünvanında yerləşən mənzil üzərində, Cavabdeh5 xüsusi mülkiyyət hüququ, ********** nömrəsi ilə xx.xx.2022-ci il tarixində reyestrdə qeydiyyata alınmışdır. "xxxx" ASC və Cavabdeh6 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, DAKM-008 nömrəli Kredit müqaviləsinə əsasən, borc verən "xxxx" ASC və borc alan Cavabdeh6 120 (yüz iyirmi) ay müddətində (xx.xx.2032-ci il tarixədək) 30.000.00 (otuz min.00) manat məbləğində, kreditdən istifadəyə görə illik 8 (səkkiz) % ödəmək şərtilə ipoteka kredit verməyi, borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüş, kreditin təyinatı ünvan 4 ünvanında yerləşən mənzil olmuşdur. "xxxx" ASC (ipoteka saxlayan), Cavabdeh5 (satıcı) və Cavabdeh6 (alıcı, ipoteka qoyan) arasında bağlanmış, xx.xx.2022-ci il tarixli, DAKM-008 nömrəli Alqı-satqı və ipoteka müqaviləsinə əsasən, satıcı, mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il tarixli, Çıxarışa əsasən ona məxsus ünvan 4 ünvanında yerləşən 52.62 kv.m ümumi, 28.82 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı mənzili alıcıipoteka qoyanın mülkiyyətinə vermiş, alıcı-ipoteka qoyan ipoteka predmetini bu müqavilə üzrə yaranmış hüquqa əsasən, kredit müqaviləsi (borc verən–ipoteka saxıayan ilə alıcıipoteka qoyan arasında Bakı şəhərində bağlanmış “18” oktyabr 2022-ci il tarixli, DAKM- 0085 nömrəli kredit müqaviləsi) üzrə ödhdəliyin icrasının təmin edilməsi üçün ipoteka predmeti qismində borc verən-ipoteka saxlayanın ipoteka hüququ ilə yüklü etmişdir. Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən, ünvan 4 ünvanında yerləşən mənzil üzərində, Cavabdeh6 xüsusi mülkiyyət hüququ, ********** nömrəsi ilə xx.xx.2022-ci il tarixində reyestrdə qeydiyyata alınmışdır. "xxxx" Kommersiya Bankı ASC tərəfindən müvafiq mənzil məhkəmə qərarı əsasında qanuni şəkildə əldə edilmişdir, Cavabdeh3 reyestrdə olan qeydə əsaslanaraq (vicdanlı alıcı olaraq) müvafiq mənzili "xxxx" Kommersiya Bankı ASC-dən qanuni şəkildə alqı-satqı müqaviləsi əsasında almışdır, Cavabdeh5 reyestrdə olan qeydə əsaslanaraq (vicdanlı alıcı olaraq) müvafiq mənzili Cavabdeh3 qanuni şəkildə alqı-satqı müqaviləsi əsasında almışdır, Cavabdeh5 müvafiq mənzilə olan mülkiyyət hüquqları qanuni şəkildə reyestrdə qeydiyyata alınmışdır, "xxxx" ASC və Cavabdeh6 arasında qanuni şəkildə kredit müqaviləsi bağlanmışdır, "xxxx" ASC reyestrdə olan qeydə əsaslanaraq (vicdanlı ipoteka saxlayan olaraq) müvafiq mənzili kredit öhdəliyinin təminatı olaraq ipoteka götürməyə dair iradəsini ifadə etmiş, o cümlədən Cavabdeh6 reyestrdə qeydə əsaslanaraq (vicdanlı alıcı olaraq) müvafiq mənzili almağa iradəsini ifadə etmiş və nəticədə "xxxx" ASC (ipoteka saxlayan), Cavabdeh5 (satıcı) və Cavabdeh6 arasında qanuni şəkildə alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Beləliklə, bu nəticəyə gəmək olar ki, müvafiq işdə "xxxx" ASC-nin, "xxxx" Kommersiya Bankı ASC-nin, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 vicdanlı əldə edənlər olaraq (istər ipoteka saxlayan, istərsə də alıcı olaraq) müvafiq hüquqları həm qanundan, həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respubliaksı Ali Məhkəməsinin Mülki kollegiyasının hüquqi mövqelərindən irəli gələrək xüsusi qorunma altına alınmışdır. İddiaçının müvafiq iddiasının təmin edilməsi bu qorunma altına alınmış hüquqların və mülki dövriyyənin sabitliyinin pozulması ilə müşayiət edilə bilər, iddianın təmin edilməsi üçün heç bir qanuni əsas yoxdur. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-154/2019-saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, ödəniş gününə qüvvədə olan məzənnə ilə 12193,25 ABŞ dolları məbləğində əsas borc, 708,40 ABŞ dolları məbləğində faiz borcu, 400 ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 13301,65 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı, iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ödənilmiş 30 manat məbləğində xidmət haqqının İddiaçı alınaraq "xxxx" KB ASC-yə ödənilməsi, tələbin İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 31 saylı evin, 17 saylı mənzilinə yönəldilməsi, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 31 saylı evin, 17 saylı mənzilinin ilkin satış qiyməti 70000 manat məbləğində olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən ödəniş gününə qüvvədə olan məzənnə ilə 13301,65 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı, iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ödənilmiş 30 manat məbləğində xidmət haqqı "xxxx" KB ASC-yə ödənilməsi, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 31 saylı evin, 17 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 (bir) ay sonra İddiaçı mənzildən çıxarılaraq, mənzilin boşaldılması qət edilmişdir. İş materiallarında olan Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)- 4119/2021 saylı qətnaməsindən görünür ki, cavabdehlər İddiaçı, X1 və yetkinlik yaşına çatmayan ailə üzvləri X2 Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsində yerləşən 31 saylı evin 17 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməklə, həmin şəxslər mənzildən çıxarılsınlar və həmin mənzil onlar tərəfindən boşaldılaraq "xxxx" KB ASC-yə təhvil verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-1056/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Nərimanov rayon Məhkəməsinin 2(005)-3019/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilərək, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli hərracın yekunlarına dair protokol və ona əsasən hərracın təşkilatçısı və onu udmuş "xxxx" ASC arasında hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqavilə etibarsız hesab edilmişdir. Həmin qətnamədən görünür ki, "xxxx" ASC xx.xx.2021-ci il ödəniş tapşırığına əsasən 1890,89 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırıqlarına əsasən, 18.133,84 manat, 1587,10 manat İddiaçı hesabına ödəmişdir. “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC-nin xx.xx.2020-ci il tarixli, 0/466 nömrəli xx.xx.2020-ci il tarixdə saat 11:00-da hərracın keçirilməsinə dair bildirişin tərəflərə, xüsusən iddiaçıya göndərilməsi barədə məlumat yoxdur. 52. Bundan əlavə, mülki iş materiallarında təkrar hərracın keçirilməsi barədə bildirişin çatdırılmasına dair qəbzdə yazılmış qeyddən məlum olur ki, İddiaçı ünvanda yoxdur, Qəbələdədir (i/v 88) . 53. Eyni zamanda, hərrac mərkəzi tərəfindən üç dəfə hərrac təyin edildiyi müəyyən edilmişdir. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-1056/2023 saylı qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" KB ASC tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-2260/2023 saylı qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-1056/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1056/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında verilmiş xx.xx.2023- cü il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Nərimanov rayon İcra şöbəsində xx.xx.2023-cü il tarixdə icraata başlanılmış ve "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli hərracın yekunlarına dair protokol və ona əsasən hərracın təşkilatçısı ilə onu udmuş "xxxx" ASC arasında hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqavilə etibarsız hesab edildiyindən həmin şöbənin xx.xx.2023-cü il tarixli qərarına əsasən başlanılmış icra icraatınna xitam verilmişdir. İş materiallarında olan Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, açıq hərracın nəticələri haqqında xx.xx.2021-ci il tarixli tərtib edilmiş protokol etibarsız hesab edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007-ci il tarixli Çıxarışından görünür ki, ünvan 7 ünvanında yerləşən 17 saylı mənzil tam mülkiyyət əsasında İddiaçı məxsusdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli Çıxarışından görünür ki, ünvan 7 ünvanında yerləşən 17 saylı mənzil xüsusi mülkiyyət əsasında "xxxx" Kommersiya Bankı ASC-yə məxsusdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli Çıxarışından görünür ki, ünvan 7 ünvanında yerləşən 17 saylı mənzil tam mülkiyyət əsasında Cavabdeh3 məxsusdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli Çıxarışından görünür ki, ünvan 7 ünvanında yerləşən 17 saylı mənzil tam mülkiyyət əsasında Cavabdeh5 məxsusdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 7 ünvanında yerləşən 17 saylı mənzili "xxxx" ASC 84 000 manat müqabilində Cavabdeh3 satmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 7 ünvanında yerləşən 17 saylı mənzili Cavabdeh3 84 000 manat müqabilində Cavabdeh5 satmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli Çıxarışından görünür ki, ünvan 7 ünvanında yerləşən 17 saylı mənzil tam mülkiyyət əsasında Cavabdeh6 məxsusdur. İş materiallarında olan ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 211,05 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 236,57 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən hüquqi yardıma görə 350 manat pul vəsaiti ödənilmişdir. İş materiallarında olan "xxxx" ASC (borc verən) ilə Cavabdeh6 (borc alan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli DAKM-008 saylı Kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh6 120 ay müddətinə 30000 manat məbləğində ipoteka krediti verilmişdir. Kreditin təyinatı: ünvan 7 ünvanında yerləşən 17 saylı mənzildir. İş materiallarında olan DAKM-008 saylı Alqı-satqı və İpoteka Müqaviləsindən görünür ki, satıcı Cavabdeh5 DƏDRX-nin xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən ona məxsus ünvan 7 ünvanında yerləşən 17 saylı mənzili (ipoteka predmeti) alıcı-ipoteka qoyan Cavabdeh6 mülkiyyətinə verir. İpoteka predmetinin satış qiyməti 106500 manatdır. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli qiymətləndirmə hesabatından görünür ki, ünvan 7 ünvanında yerləşən 17 saylı mənzilin xx.xx.2024-cü il tarixinə orta bazar dəyəri 130500 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli qiymətləndirmə hesabatından görünür ki, ünvan 8 ünvanında yerləşən 12 saylı mənzilin xx.xx.2024-cü il tarixinə aylıq kirayə dəyəri 550 manat təşkil edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Hərracın yekunları barədə 01/02 saylı Protokolundan görünür ki, İddiaçı məxsus ünvan 7 ünvanında yerləşən 17 saylı mənzilin (ipoteka predmeti) ilkin hərrac qiyməti 70000 manat, təkrar hərracdakı ilkin satış qiyməti 59500 manat, 25% aşağı olan qiyməti 44625 manat qiymətlə tələbkar (Unibank ASC) əldə etmişdir. İş materiallarında olan Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli Müqavilədən görünür ki, hərrac təşkilatçısı: "xxxx" MMC-nin direktoru G.N.Mustafayeva (tələbkar) və "xxxx" ASC-nin (alıcı) etibarnamə əsasında nümayəndəsi X5 arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən sifarişçi İddiaçı məxsus ünvan 7 ünvanında yerləşən 17 saylı mənzili alıcının tam mülkiyyətinə verməyi, alıcı isə həmin daşınmaz əmlakı qəbul edib onun dəyərini tam ödəməyi öz öhdəsinə götürür. İş materiallarında olan Xətai rayon İcra Şöbəsinin tərtib etdiyi xx.xx.2022-ci il tarixli Aktın surətindən görünür ki, Xətai rayon Məhkəməsinin 2(011)-154/2019 saylı xx.xx.2019cu il tarixli icra sənədinə əsasən xx.xx.2022-ci il tarixdə İddiaçı məxsus ünvan 7 ünvanında yerləşən 17 saylı mənzil boş halda tələbkar "xxxx" ASC-yə təhvil verilmişdir. Həmin aktdan müəyyən olunmuşdur ki, borclu İddiaçı əvvəlcədən xəbərdar olunmasına baxmayaq icra yerinə gəlməmiş, telefon zənglərinə cavab verməmiş, qapının açılmasına dair qərar qəbul edilərək mütəxəssis cəlb edilmiş, onun səyi nəticəsində qapı açılmış, mənzilə baxış zamanı mənzil tam boş vəziyyətdə aşkar edilmiş və tələbkara təhvil verilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-154/2019 nömrəli icra vərəqəsinə əsasən, İddiaçı ödəniş gününə qüvvədə olan məzənnə ilə 13301,65 ABŞ dolları məbləğində pulun alınaraq "xxxx" KB ASC-yə ödənilməsi, tələbin İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 31 saylı evin, 17 saylı mənzilinə yönəldilməsi, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 31 saylı evin, 17 saylı mənzilinin ilkin satış qiymətinin 70000 manat məbləğində olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən ödəniş gününə qüvvədə olan məzənnə ilə 13301,65 ABŞ dolları məbləğində pulun "xxxx" KB ASC-yə ödənilməsi, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 31 saylı evin, 17 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra İddiaçı mənzildən çıxarılaraq, mənzilin boşaldılması qət edilmiş, qətnamə xx.xx.2019-cu il tarixində qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir, İddiaçı məxsus ünvan 7 ünvanında yerləşən 17 saylı mənzilin "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli Hərracın yekunları barədə 01/02 saylı Protokoluna əsasən ilkin hərrac qiyməti 70000 manat, təkrar hərracdakı ilkin satış qiyməti 59500 manat olmuş, mənzil 44625 manat qiymətlə “Unibank ASC” tərəfindən əldə edilmişdir, “Unibank ASC” tərəfindən mənzil əldə edildikdən sonra iddiaçıya ümumilikdə 21611,83 manat ödəniş edilmişdir, "xxxx" ASC mənzili hərracda əldə etdikdən 1 il 4 ay sonra xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi ilə 84 000 manat müqabilində Cavabdeh3, sonuncu xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi ilə 84 000 manat müqabilində Cavabdeh5, o, isə həmin mənzili xx.xx.2022-ci tarixli alqı-satqı müqaviləsi ilə 106500 manat müqavilində Cavabdeh6 satmışdır, sonuncu alqı-satqını həyata keçirən zaman mənzil ipoteka ilə yüklu edilmiş, ipoteka "xxxx" ASC tərəfindən həyata keçirilmiş, mənzil hazırda "xxxx" ASC tərəfindən girovdadır. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" ASC mənzili xx.xx.2022-ci il tarixdə satdıqdan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-yə və Xətai rayon icra şöbəsinə qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3019/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir, həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə "xxxx" MMCnin xx.xx.2021-ci il tarixli hərracın yekunlarına dair protokol və ona əsasən hərracın təşkilatçısı və onu udmuş "xxxx" ASC arasında hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə xx.xx.2021-ci il tarixli müqavilə etibarsız hesab edilmişdir, məhkəmə hərracın yekunlarına dair protokolu və müqaviləni etibarsız hesab edərkən, “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC tərəfindən xx.xx.2020-ci il tarixli, 0/466 nömrəli xx.xx.2020-ci il tarixdə saat 11:00-da hərracın (İ dəfə) keçirilməsinə dair bildirişin tərəflərə, xüsusən iddiaçıya göndərilməməsi və təkrar (İİİ dəfə) hərracın keçirilməsi barədə bildirişin İddiaçı çatdırılmamasına əsaslanmışdır - qeyd olunanlar işin mübahisəsiz hallarıdır, hazırda iddiaçı "xxxx" ASC və Cavabdeh3 arasında bağlanmış alqısatqı müqaviləsinin, həmin müqavilənin hüquqi nəticələrinin etibarsız hesab edilməsi, Bakı şəhəri Xətai rayonu, M.Rüstəmov küçəsi 31 saylı evin, 17 saylı mənzilinin iddiaçının mülkiyyətinə geri qaytarılması, bu mümkün olmadıqda mənzilin satışından qalan 117267,2 manat və mənzil kirayə pulu kimi ödənilmiş 30000 manat maddi ziyan, mütəmadi olaraq yaşadılmış mənəvi və psixi sarsıntıya görə 10000 manat mənəvi ziyanın və məhkəmə xərclərinin cavabdehlər Bakı şəhəri Xətai rayon İcra şöbəsi, "xxxx" ASC və "xxxx" MMCdən müştərək qaydada tutularaq ona ödənilməsini tələb edir. Bununla belə, mübahisəli mənzilə dair bağlanmış alqı-satqı müqavilələrinin etibarsızlığına əsas verən, həmçinin hərracın keçirilməsi ilə bağlı pozuntuya yol vermiş hərrac təşkilatının məsuliyyətini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinin “mənzilə dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və mənzilin iddiaçının mülkiyyətinə geri qaytarılması” hissəsinə münasibətdə qeyd edir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir, müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərarı). Hazırki iş üzrə "xxxx" ASC ilə Cavabdeh3 arasında (eləcə də, sonrakı alqısatqı müqavilələrinin tərəfləri arasında) alqı-satqı müqaviləsi bağlanarkən alıcılar (Cavabdeh3, Cavabdeh5, Cavabdeh6) mənzillə bağlı mübahisədən məlumatlı olmamış, onların vicdanlı alıcı olmasını istisna edən hallara dair sübutlar (əmlaka dair başqa şəxslərin hüquqlarından xəbərinin olması, əqdin legitimsizliyi barədə şübhəsinin olması və s.) iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, həmçinin də belə hallar məhkəmə tərəfindən də müəyyən olunmamışdır. Əksinə, mübahisəli mənzilin bank tərəfindən əldə edilməsindən 1 il 4 ay sonra xx.xx.2022-ci il tarixdə Cavabdeh3 satılması, iddiaçının bundan sonra xx.xx.2022-ci il tarixdə hərracın etibarsızlığı barədə məhkəməyə müraciət etməsi, Cavabdeh3 mənzilə dair mübahisədən xəbərsiz olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə, Cavabdeh3 mənzilə dair mübahisədən xəbərsiz olmasını və mənzili ilkin satış qiymətindən daha yuxarı məbləğdə almasını, onun hüquq münasibətlərində vicdanlı olmasına əsas verən halları kimi nəzərə alır. Belə olan halda, reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası nəzərə alınmaqla alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və onlara verilmiş çıxarışların ləğv edilərək mənzilin iddiaçıya qaytarılması vicdanlı alıcı kimi Cavabdeh3 və digər cavabdehlərin mənzilə dair qanuni əsaslarla yaranmış mülkiyyət hüququnu əhəmiyyətsiz etməklə, öz növbəsində onun Konstitusiyanın 29 və 60-cı maddələrində təsbit olunmuş hüquqlarının pozulmasına gətirib çıxara bilər. Qeyd edilənlər isə iddia tələbinin bu hissədə əsaslı olmaması barədə qənaətə gəlmək üçün yetərlidir. Məhkəmə, iddia tələbinin “mənzilin geri qaytarılması mümkün olmadığı halda həmin mənzilin dəyəri 140000 AZN puldan İddiaçı tutulmalı olan ümumilkdə 22732,8 manat pul çıxılmaqla 117267,2 manatın cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Məhkəmə, dəymiş zərərin məbləğini müəyyən edərkən, mənzilin ilkin satış qiyməti ilə son satış qiymət arasındakı fərqi əsas götürür. Bu, onunla izah olunur ki, mənzilin ilkin satış qiymətinin 70000 manat olması məhkəmə qətnaməsi ilə müəyyən edilmiş və ilkin hərrac məhz həmin qiymətlə keçirilmiş, mənzilin bundan aşağı qiymətə, yəni 44625 manata satılması mülkiyyətçinin hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə olan halda “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC-nin qanunazidd əməli nəticəsində iddiaçının pozulmuş hüquqlarının bərpası məqsədilə müəyyən edilən kompensasiya məbləği, mənzilin ilkin satış qiyməti ilə mənzilin satıldığı qiyməti arasındakı fərq (70000-44625) həddindədir ki, bu da 25375 manat təşkil edir. Məhkəmə “cavabdehlərin qanunsuz əməlləri nəticəsində mənzildən məhrum edilərək müxtəlif ünvanlarda mənzil kirayə pulu kimi ödənilmiş 30000 manat maddi ziyanın cavabdehlərdən tutularaq ona ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, mübahisəli mənzilin satılması və iddiaçının həmin mənzildən çıxarılaraq mənzilin boşaldılması qanuni qüvvəyə minmiş Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(009)-2797/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsi ilə nəzərdə tutulduğundan, iddiaçının həmin qətnamənin icrası məqsədilə mənzildən çıxarılması qanuni olmuşdur. Həmçinin hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi evin əvvəlki sahibinə qaytarılmasını ehtiva etmir, hərracda potensial alıcı dairəsinin məhdudlaşdırılması nəticəsində əmlakın satış qiymətinə göstərilmiş əhəmiyyətli təsirin aradan qaldırılmasına yönəlmişdir. Belə olan halda iddia tələbi həmin hissədə də əsaslı deyil və təmin edilə bilməz. Məhkəmə, iddia tələbinin “mənəvi zərər məbləği” hissəsinə münasibətdə qeyd edir ki, cavabdeh "xxxx" MMC öz öhdəliklərini icra etməyərək hüquqa zidd hərəkətlərə yol verməsi nəticəsində iddiaçıya vurulmuş ziyanın aradan qaldırılması, iddiaçının bu müddət ərzində müxtəlif məhkəmə proseslərində iştirak etməyə məcbur olmasına və iddiaçının öz hüquqlarının bərpası məqsədilə çəkmiş olduğu xərclərin yaranmasına, o cümlədən, mənəvi sarsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan hallara gətirib çıxarmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi qismində pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması məqsədi ilə kompensasiya müəyyən edilməli və həmin məbləğ iddiaçıya dəymiş mənəvi zərərin əvəzi 5000 manat həddində qiymətləndirilməlidir. Məhkəmə, iddia tələbinin “hüquqi yardıma görə ödənilmiş 350 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş pulun əvəzi ağlabatan həddə müəyyən olunmalı, bu zaman iddia tələbinin qiyməti nəzərə alınmaldır. Belə olan halda məhkəmə, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 350 manat pul məbləğini, hazırki iddia tələbinə mütənasib hesab etməklə ağlabatan hədd kimi qiymətləndirir və həmin hissədə iddia tələbinin təmin olunmasını mümkün sayır. Məhkəmə, iddiaçıya vurulmuş zərərin hansı cavabdehdən tutulmasına münasibətdə qeyd edir ki, hərracın təşkil edilməsi "xxxx" MMC-nin səlahiyyətlərinə aid olduğundan və digər cavabdehlərin hərracın keçirilməsi üzrə hər hansı öhdəliyi müəyyən edilmədiyindən iddiaçıya vurulmuş zərərə görə məsuliyyəti də məhz hərrac təşkilatı daşıyır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi digər cavabdehlərə münasibətdə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 414.1-ci maddəsinə əsasən, əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarda göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" MMC-dən 25375 manat, mənəvi ziyanın əvəzi kimi 5000 manat, hüquqi yardıma görə 350 manat olmaqla, ümumilikdə, 30725 manat tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi qismən təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və təmin edilən iddia tələbinin həcmi (30725 manat) nəzərə alınmaqla iddiaçı tərəfindən ödənilmiş 181,18 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun xx.xx.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. "xxxx" MMC-dən vurulmuş maddi ziyanın əvəzi kimi 25375 manat, mənəvi ziyanın əvəzi kimi 5000 manat, hüquqi yardıma görə 350 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 181,18 manat olmaqla, ümumilikdə 30906 (otuz min doqquz yüz altı) manat 18 (on səkkiz) qəpik tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-394/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-394/2025
12.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver