Məhkəmə qərarları › İş №2(011)-3960/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3960/2022

13.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3960/2022 13.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçinin vəkili və nümayəndəsi X7 iştirakı ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. X5 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Ərizəçi X1 övladıdır.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs xx.xx.2022-ci il tarixli, 1309-05/15 saylı məktubu ilə ərizəçinin atasının doğum haqqında akt qeydinin bərpa edilməsindən imtina edilmişdir.

3. Ərizənin və ona etirazın dəlilləri:

4. Ərizənin dəlilləri

5. Ərizəçi mərhum atası X1 doğum akt qeydi faktının müəyyən edilməsi və doğum aktı qeydinin bərpa edilərək ata qrafasında “X6” və ana qrafasında “X8” nın adlarının qeyd edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

6. Sonradan ərizıçi dəqiqləşdirmə barədə ərizə təqdim edərək mərhum atası X1 doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

7. Ərizəçi yuxarıda qeyd edilən tələblə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, atası X5 24 avqust 2021-ci ildə vəfat etmişdir. O vəfat etdikdən sonra vərəsəliyin açılması və vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı notariat kontoruna müraciət etmişdir. Notariat kontorunda onun müraciəti araşdırılarkən atasınım birinci dərəcədən vərəsələri olan atası X6 və anası X2 ölüm haqqında şəhadətnamələri notariat kontoruna təqdim edilmişdir. Notariat kontorundan bundan əlavə atası mərhum X1 doğum haqqında şəhadətnaməsi tələb edilmişdir. Atasının doğum haqqında şəhadətnaməsi itdiyindən onlar doğum haqqında şəhadətnaməni təqdim edə bilməmişlər. Atası Ermənistan, Masis rayonunda doğulduğu üçün onun doğum haqqında şəhadətnaməsini əldə etmək mümkün deyil. Atasının doğum haqqında akt qeydinin bərpa edilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, Qeydiyyat şöbəsi imtina cavabı verərək bunun məhkəmə qaydasında müəyyən edilə biləcəyini bildirmişdir.

8. Maraqlı şəxsin ərizəyə etirazının dəlilləri:

9. Maraqlı şəxsin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

10. Məhkəmə iclasında verilən izahatlar:

11. Ərizəçinin vəkili və nümayəndəsi məhkəmə iclasında ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etdi.

12. Maraqlı şəxs Bakı şəhər Xətai rayon Qeydiyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

13. Məhkəmə iclasında şahid X3 izahat verərək bildirdi ki, ərizəçinin bibisidir. X9 doğma qardaşı olub. Atasının adı X4, anasının adı isə X8 olub. Atası 1932-ci ildə doğulub. Atasının atasının adı Zeynalov Abdulla, anasının adı Zeynalova Səadət olub.

14. Məhkəmə iclasında şahid X13 izahat verərək bildirdi ki, ərizəçinin xalasıdır. Zeynalov Abdulla bacısının əri olub. Zeynalov Abdullanın atasının adı Zeynalov Firuddin, anasının adı Zeynalova Zərifə olub.

15. Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

17. Maddə 307.2.3. Məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.

18. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin.

“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli Qərarı:

19. 4-cü bənd: Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər.

20. İşə baxan məhkəmənin mövqeyi:

21. Məhkəmə ərizəçinin vəkili və nümayəndəsinin izahatını və şahid ifadələrini dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq he sab edir ki, ərizə təmin edilməlidir.

22. İş materialları ilə müəyyən olunur ki, ərizəçi doğum haqqında şəhadətnamənin alınması barədə Bakı şəhəri Xətai rayon Qeydiyat Şöbəsinə müraciət etmiş, Bakı şəhəri Xətai rayon Qeydiyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, 1309- 05/15 saylı məktubla doğum haqqında şəhadətnamənin bərpa edilməsindən AR Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən xx.xx.2001-ci il tarixli, 52 saylı Qərarına əsaslanaraq imtina edilmiş və imtinanın səbəbi kimi qeyd edilmişdir ki, kifayət qədər zəruri sənədlər təqdim edilmədiyindən doğum haqqında arayışın şöbə tərəfindən verilməsi qeyri mümkündür.

23. Bu səbədən, ərizəçi atasının doğumunun qeyd edilmə faktının müəyyən edilməsinə dair tələbinin hüquqi əhəmiyyəti olduğundan, lakin göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPMnin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. (§ 18)

24. İş materiallarında olan ərizəçiyə məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1965-ci il tarixdə Ermənistan, Masis rayonunda doğulmuşdur.

25. İş materiallarında olan AR Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat ə Miqrasiya İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş fərdi uçot kartoçkasının surəti əsasında müəyyən edilir ki, ərizəçinin doğulduğu yer Ermənistan Respublikası, Masis rayonu, doğulduğu tarix, xx.xx.1965-ci il, atası X6, anası X10 qeyd edilmişdir.

26. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X1 xx.xx.1965-ci il tarixdə Ermənistan Respublikası, Masis rayonunda doğulmasının qeyd edilməsi faktı iş materialları və şahid ifadələri ilə öz təsdiqini tapdığından, ərizəçi isə həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən ərizə təmin edilməlidir.

27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

Ərizə təmin edilsin. X1 xx.xx.1965-ci il tarixdə Ermənistan Respublikasının Masis rayonunda doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamədə X1 atası X6, anası X8 qeyd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar