Məhkəmə qərarları › İş №2(011)-3995/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3995/2022

25.05.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3995/2022 25.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Sərdar Bəşərəddin oğlu Mehrəliyev İddiaçı cavabdeh Bakcell MMC-yə qarşı onun mülkiyyətində olan zəbt olunmuş Şamaxı rayonu Avaxıl kəndində yerləşən sahəsi 8,624443 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsində qanunsuz quraşdırılmış tikili-mobil baza stansiyasının cavabdehin hesabına sökülməsinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Bakcell MMC-yə qarşı onun mülkiyyətində olan zəbt olunmuş Şamaxı rayonu Avaxıl kəndində yerləşən sahəsi 8,624443 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsində qanunsuz quraşdırılmış tikili-mobil baza stansiyasının cavabdehin hesabına sökülməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən müəyyən olunur ki, iddiaçı Şamaxı rayonunun ərazisində yerləşən daşınmaz əmlaka dair pozulmuş istifadə və sahiblik hüquqlarının müdafiəsi ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 39.1.-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Prosessual normanın tələbindən müəyyən olunur ki, daşınmaz əmlakın başqasının qeyri-qanuni sahibliyindən geri qaytarılmasına, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddia tələbləri üzrə qanunverici müstəsna aidiyyət qaydalarını müəyyən etmiş və bu iddia tələbləri üzrə mülki işə cavabdehin rəsmi qeydiyyatı və ya hüquqi ünvanı üzrə deyil, daşınmaz əmlakın yerləşdiyi yer üzrə məhkəmə tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.3.-cü maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə geri qaytarmalıdır. Qeyd olunanlara əsasən, hazırkı iddia ərizəsi geri qaytarılmaqla iddiaçıya daşımaz əmlakın yerləşdiyi yer üzrə məhkəməyə, yəni Şamaxı Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunur. Belə ki, məhkəmə aidiyyəti qaydalarının pozulması son nəticədə Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilən “hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ”nun təminatını pozmuş olur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Bakcell MMC-yə qarşı onun mülkiyyətində olan zəbt olunmuş Şamaxı rayonu Avaxıl kəndində yerləşən sahəsi 8,624443 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsində qanunsuz quraşdırılmış tikili-mobil baza stansiyasının cavabdehin hesabına sökülməsinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı hazırkı iddia ərizəsi ilə bağlı məhkəməyə ikinci dəfə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar