Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4034/2022 18.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X8, Üçüncü şəxs X14 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı "xxxx" MMC-yə qarşı “əmrin ləğv edilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilatdan əmək müqaviləsinə xitam verilməsi haqqında "xxxx" MMC-nin TX 2203/027 nömrəli əmrinin məhkəmə qaydasında ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iddia tələbini "xxxx" MMC-nin əmək müqaviləsinə xitam verdiyi xx.xx.2022-ci il tarixli TX 2203/027 №-li Əmrinin ləğv edilməsi və xx.xx.2022-ci il tarixdən işə bərpa olunduğu günədək əmək haqqı ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı V.Y.İsrəfilzadə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, "xxxx" MMC-nin direktoru C.Məhərrəmovla bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən müəssisəyə kredit mütəxəssisi vəzifəsinə işə qəbul edilmişdir, lakin "xxxx" MMC-nin 11 mart 2022-ci il tarixli TX 2203\027 nömrəli əmrinə əsasən onunla bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsi xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edilmişdir, əmək müqaviləsinin ləğv edilməsinə əsas kimi isə xx.xx.2021-ci il tarixli, ******* nömrəli nisyə alqı-satqı müqaviləsi ilə qəsdən çox ağır əqli gerilik, imbesillik olan kəmağıllılıq, psixopatabənzər davranış, şəxsiyyətin oliqofrenik qüsuru diaqnozu ilə 2-ci qrup əlillik dərəcəsi olan X11 ilə əqd bağlamış və müqaviləni onun adına rəsmiləşdirmiş, nəticədə işəgötürənin mənafeyinə ciddi xələl gətirmişdir, lakin müəssisənin həmin əmri ilə razı deyildir, belə ki, alıcı Vüsal Paşazadə öz hərəkətlərinin mənasını başa düşür və hərəkətlərinə rəhbərlik edə bilirdi, onun psixi vəziyyətini yoxlamağa səlahiyyəti olmamışdır, bundan əlavə daimi iş yeri olan anası X4 onun zamini olmuşdur, həmçinin nisyə alqı-satqı müqaviləsindən əvvəl baş ofisə məlumat vermiş və razılıq olandan sonra müqaviləni bağlamışdır, vəzifə borcunu vicdanla yerinə yetirmiş, qəsdən, səhlənkarlıqla, etinasızlıqla işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurmamışdır, işəgötürənə qəsdən, sənlənkarlıqa, etinasızlıqla vəzifə borcunu yerinə yetirməklə hər hansı formada "ziyan vurmadığına görə əsassız olaraq əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilmişdir. Sonda iddiaçı V.Y.İsrəfilzadə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Ə.N.Ənvərli iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, X6 xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən, "xxxx" MMC-nə kredit mütəxəssisi vəzifəsinə işə qəbul edilmiş və MMC-nə məxsus, Bərdə şəhərində yerləşən “Texnomart” mağazasında kredit mütəxəssisi kimi fəaliyyət göstərmişdir, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin direktoru Cümşüd Məhərrəmovun həmin tarixli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir, bblə ki, mağazada kredit mütəxəssisi vəzifəsində çalışan İddiaçı xx.xx.2021-ci il tarixdə ******* №-li nisyə alqı-satqı müqaviləsinə əsasən, ümumi dəyəri 2149 manat olan məhsulu alıcı kimi, aşkar surətdə əqli və psixi qüsurlu şəxs – V.Paşazadənin adına rəsmiləşdirmiş, eyni zamanda, alıcının əqli və psixi qüsurlu şəxs olması barədə heç bir məlumat verməmiş, əksinə olaraq, müştəri V.M.Paşazadənin aylıq 260 manat məbləğində pensiya aldığını, bundan başqa, ev ustası işlədiyini, əlavə aylıq gəlirinin 400 manat olmasını, eləcə də, müştərinin yaxın qohumlarının aylıq gəlirlərini qeyd etmişdir, beləliklə, müştəri V.M.Paşazadənin aşkar surətdə əqli və psixi qüsurlu olmasına, hətta nitqinin və danışıq qabiliyyətinin belə olmamasına baxmayaraq, krediti rəsmiləşdirmiş və 2149 manat dəyərində malı V.M.Paşazadəyə nisyə alqı-satqı müqaviləsi ilə satmışdır, halbuki, V.M.Paşazadənin danışıq qabiliyyətinin olmaması, ağıl zəifliyi və ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və onları idarə edə bilməməsi aşkar surətdə görünür, eyni zamanda, 22 fevral 2022-ci il tarixdə V.M.Paşazadənin anası M.İbrahimova "xxxx" MMCnə izahatında göstərmişdir ki, oğlu V.Paşazadə 2-ci qrup əlildir, zehin zəifliyi vardır, oxumağı və yazmağı bacarmır, heç bir rəqəmi və pul vahidlərini tanımır, lakin ona Texnomart mağazasında soyuducu satıb qol çəkdirmişlər, sonra isə soyuducu alınmadı deyərək, satılan malı mənimsəmişlər, araşdırma zamanı, qeyd edilən məhsulun, yəni soyuducunun mağazadan çıxdığı, lakin geri qaytarılmadığı məlum olmuşdur, məhkəməyə təqdim edilmiş Tibbi Sosial Ekspert Komissiyasının 027803AAEG6 saylı göndərişindən görünür ki, V.Paşazadəyə çox ağır əqli gerilik, imbesillik olan kəmağıllıq, psixopatabənzər davranış, şəxsiyyətin oliqronefik qüsuru diaqnozu verilmişdir, qeyd edilən hallardan başqa, bəzi müştərilərin izahatları əsasında yoxlamalar zamanı İddiaçı tərəfindən rəsmi sənədlərə müştərilərin maliyyə vəziyyəti barədə həqiqətə uyğun olmayan məlumatlar daxil edilməklə qabaqcadan əlbir olduğu ayrı-ayrı şəxslərin və ya onların tapdıqları formal müştəri qismində çıxış edən şəxslərin adma müxtəlif məişət əşyalarını kreditlə rəsmiləşdirib mağazadan çıxararaq, həmin əmlakı digər ticarət obyektlərində aşağı qiymətə satıb mənimsəməklə hüquqi şəxsə maddi ziyan vunnası halları aşkar edilmiş və bu hallarla bağlı hüquq mühafizə orqanlarına müraciət edilmişdir, AR DİN Baş İstintaq və Təhqiqat İdarəsindən müraciətə cavab olaraq bildirilmişdir ki, müraciətə baxılmış və araşdırma aparılması üçün aidiyyəti üzrə Bərdə RPŞ-nə göndərilmişdir, hazırda sözügedən faktlarla bağlı material 19 iyun 2022-ci il tarixli qərarına əsasən araşdırılması üçün Bərdə Rayon Polis X5 icraatına verilmişdir, həmçinin, "xxxx" MMC həm də bəzi xarici brendlərin Azərbaycanda rəsmi distribütorudur, Şirkətin rəsmi icazəsi olmadan bu brendlərin digər ticarət obyektlərində satışının həyata keçirilməsi tamamilə, müqaviləyə ziddir, beləliklə, həmin markaların digər ticarət obyektlərində satışına şərait yaradılması işçinin öz funksiyasını və vəzifələrini kobud surətdə pozması ilə yanaşı, həm də işəgötürənin qanuni mənafeyinə, işgüzar nüfuzuna ciddi xələl gətirməsinə səbəb olmuşdur, "xxxx" MMC və işçi İddiaçı arasında bağlanmış 25 oktyabr 2021-ci il tarixli “Tam maddi məsuliyyət haqqında” müqavilənin 1.1-ci maddəsinə əsasən, maddi məsul şəxs ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmalı, mülkiyyətçiyə heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübariz olmalı; öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə vaxtaşırı mülkiyyətçiyə məlumat verməli və lazım gəldikdə təhlükəli vəziyyətin səbəblərini aydınlaşdırmalıdır, həmin müqavilənin 1.3-cü maddəsinə əsasən maddi məsul şəxs ona etibar edilmiş maddi sərvətlərin itməsi, əskik gəlməsi, zədələnməsi. oğurlanması, xarab olması və ya təsadüfən məhv olma riskləri üçün həmin sərvətlər ona verildiyi andan tam məsuliyyət daşıyır. Sonda, cavabdehin nümayəndəsi Ə.N.Ənvərli iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixli məhkəmə iclasında üçüncü şəxs X14 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi T.H.Əsədov bildirdi ki, tərəflər arasında bağlanmış əmək müqaviləsində və tam maddi məsuliyyət haqqında müqavilədə, işçinin müştərilərin ağıl zəifliyi və ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və onları idarə edə bilməməsi, əlilliyi, onların anlaqsız vəziyyətdə olub-olmamasını aydınlaşdırmaq barədə vəzifəsi müəyyən edilməmişdir, həmçinin müqavilə bağlanan zaman işçinin həmin şəxslə olan müqavilədən imtina etmə əsası da olmamışdır. İş materiallarında olan "xxxx" MMC və İddiaçı arasında bağlanmış 25 oktyabr 2021-ci il tarixli AK 2110/406 saylı Əmək müqaviləsindən görünür ki, tərəflər arasında sonuncunun kredit mütəxəssisi vəzifəsinə işə qəbul olunmuşdur, müqavilənin 3.1-ci bəndinə əsasən, işçinin əmək funksiyaları əmək müqaviləsinə əlavə olaraq tərtib olunmuş və imzalanmış vəzifə təlimatı ilə tənzimlənir. İş materialalrında olan "xxxx" MMC və İddiaçı arasında bağlanmış 25 oktyabr 2021-ci il tarixli Tam maddi məsuliyyət haqqında Müqavilədən görünür ki, maddi məsul şəxs, ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmalı, eyni zamanda Mülkiyyətçiyə heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübariz olmalıdır, öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə vaxtaşırı mülkiyyətçiyə məlumat verməli, lazım gəldikdə təhlükləli vəziyyətin səbəblərini aydınlaşdırmalıdır, ona etibar edilmiş maddi sərvətləri, pul vəsaitlərinin və başqa aktivlərin dəqiq uçotunu aparmalı, mülkiyyətçinin müəyyən etdiyi qaydada hesabat tərtib edib ona təqdim etməli, ona etibar edilmiş maddi sərvətlərin inventarizasiyasında iştirak etməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Əmək müqaviləsinin bağlanması ilə bağlı” Əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə müddətli əmək müqaviləsi üzrə "xxxx" MMC-də kredit mütəxəssisi vəzifəsinə qəbul olunmuşdur, işçinin aylıq əmək haqqı 436,16 manatdır. İş materiallarından görünür ki, "xxxx" MMC və X11 arasında X4 zamin olmaqla xx.xx.2021-ci il tarixli ******* saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Nisyə alqı-satqı müqaviləsinə 1 saylı Əlavədən görünür ki, 2149 manat dəyərində olan Arçelik soyuducu 18 ay müddətinə alıcı X1. İş materiallarından görünür ki, Ultratek” MMC və X11 arasında bağlanmış xx.xx.2021-ci il tarixli ******* saylı nisyə alqı-satqı müqaviləsinin təminatı qismində Ultratek” MMC və X4 arasında xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan Tibbi Sosial Ekspert Komissiyasının cavabından görünür ki, X11 2-ci qrup əlildir, ona çox ağır əqli gerilik, imbesillik olan kəmağıllıq, psixopatabənzər şəxsiyyətin oliqofrenik qüsuru ilə diaqnozu qoyulmuşdur. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Gəncə- Daşkəsən regional filialının Goranboy rayon Qəbul şöbəsi tərəfindən verilmiş 09 mart 2022-ci il tarixli Arayışdan görünür ki, X3 Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Gəncə-Daşkəsən regional filialının Goranboy rayon Qəbul şöbəsindən ayda 268,62 manat İİ dərəcəli müddətsiz əlilliyə görə əmək pensiyası alır, əlilliyin və əmək pensiyaslnın ödəniş müddəti müddətsizdir. İş materiallarından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli İzahatında bildirmişdir ki, baş vermiş Goran məsələsi ilə bağlı heç bir saxtakarlığa yol verməmişdir, heç bir yeyinti halı olmamamışdır, verdiyi kreditlər barədə tam məsuliyyət daşıyır və ödənişlərin təmin olunacağına cavabdehdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli TX 2203/027 №-li Əmrindən görünür ki, İddiaçı ilə bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsi xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi əmr edilmişdir, əmək müqaviləsinin ləğv edilməsi üçün əsas olunan sənədlər İddiaçı yazılı izahatı, X4 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli izahat, xx.xx.2021-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsi, 0278003AAEG6 saylı göndərişə Tibbi Sosial Ekspert Komissiyasının cavabı, Azərbaycan Respublikasının ƏƏSMN tabeliyində DSMF punlik hüquqi şəxsin Gəncə-Daşkəsən regional filialının Goranboy rayon qəbulu şöbəsi tərəfindən verilmiş **********5 saylı xx.xx.2022-ci il tarixli arayış göstərilmişdir, X2, həqiqətən də ağıl zəifliyi və ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxs olması, işçi tərəfindən kobud səhvə yol verilməsinin, nəticədə işəgötürənin mənafeyinə ciddi xələl gətirilməsinin öz təsdiqini tapması qeyd ounmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı” Əmək müqaviləsi Bildirişindən görünür ki, xx.xx.2022-ci il tarixli TX 2203/027 №-li Əmri ilə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi – işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda - əsası ilə əmək müqaviləsi xitam edilmişdir. İş materiallarında olan ******* saylı Əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-yə kredit mütəxəssisi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Bərdə RPŞ-nin 19 iyun 2022-ci il tarixli Qərarından görünür ki, vətəndaş İsmayıl Quliyevin təmsil etdiyi "xxxx" MMC-nin nəzdindəki “Texnomart” elektronika və məişət avadanlıqları mağazalar şəbəkəsinin Bərdə filialının əməkdaşı İddiaçı tərəfindən rəsmi sənədlərə müştərilərin maliyyə vəziyyəti barədə həqiqətəuyğun olmayan məlumatlar daxil edilməklə qabaqcadan əlbir olduğu ayrı-ayrı şəxslərin adına müxtəlif məişət əşyalarını kreditlə rəsmiləşdirib mağazadan çıxararaq həmin əmlakı digər ticarət obyektlərində aşağı qiymətə satıb mənimsəməklə hüquqi şəxsə 60.000 manat məbləğində maddi ziyan vurmasına dair müraciəti Bərdə RPŞ-nə daxil olmuşdur, material araşdırılmasının davam etdirilməsi məqsədilə Bərdə RPŞ-nin İB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli MŞB/11-00029 saylı Arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında xx.xx.2021-ci il tarixində bağlanmış əmək müqaviləsinə əsasən, İddiaçı "xxxx" MMC-yə kredit mütəxəssisi vəzifəsinə işə qəbul olunmuşdur, eyni tarixdə tərəflər arasında tam maddi məsuliyyət barədə müqavilə bağlamışdır, xx.xx.2021-ci il tarixdə "xxxx" MMC və V.M.Paşazadə arasında, M.F.İbrahimova zamin olmaqla, nisyə alqı-satqı müqaviləsi bağlanmışdır, V.M.Paşazadə ikinci qrup əlildir, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə TX 2203/027 saylı Əmr ilə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir, əmək müqaviləsinə xitam verilməsi əsası kimi işçinin özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, kobud səhvə yol verməklə işəgötürənin mənafeyinə ciddi xələl gətirməsi göstərilmişdir. Bununla belə, işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, habelə işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi halları məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, cavabdeh olan işəgötürən, Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin ləğv edilməsi zəruriliyini əsaslandırmalı olduğundan qanunvericiliyə əsasən bu hallara dair, yəni mübahisəli əmrin verilməsi üçün əsas olmuş hallara dair sübutetmə vəzifəsi daşıyır, lakin o, buna dair, yəni əmək müqaviləsi, o cümlədən əmək münasibətlərindən irəli gələn əmək funksiyaları və öhdəlikləri üzrə qəsdən və ya səhlənkərlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulması, həmçinin də işəgötürənin, o cümlədən mülkiyyətçinin, habelə əmək kollektivinin və onun ayrı-ayrı üzvlərinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, həmçinin belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə, cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, əmrin verilməsi üçün əsas kimi götürülmüş hallar əmək müqaviləsinin ləğv edilməsi zəruriliyi kimi məhkəmə tərəfindən nəzərə alına bilməz. Belə ki, əmrin məzmunundan görünür ki, iddiaçının əmək funksiyaları üzrə vəzifələrinin yerinə yetirdiyi dövrdə xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış X7 “həqiqətən də ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən” şəxs olması faktının iş materialları ilə öz təsdiqini tapdığı göstərilsə də, buna dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, əvvəla, şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi məhkəmənin qətnaməsi ilə tanınmalı olmasına baxmayaraq, belə məhkəmə qətnaməsi olmadan şəxs barəsindəki bu cür qənaət yolverilməzdir və hazırkı iş üzrə də bu halların işçi tərəfindən araşdırılmaması səbəbi ilə əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi, yaxud da əmək vəzifələrinin kobud şəkildə pozulması və ya kobud səhvə yol verilməsi kimi qiymətləndirilməsi də cavabdeh tərəfindən düzgün olmamışdır. İkincisi, cavabdeh V.Paşazadənin “həqiqətən də ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən” şəxs olmasını göstərsə də, iş materialarından onun “çox ağır əqli gerilik, imbesillik olan kəmağıllılıq, psixopatabənzər davranış, şəxsiyyətin oliqofrenik qüsuru” diaqnozunun olması və 2-ci qrup əlillik dərəcəsi olunması görünür ki, bu hallar da iddiaçının əmək funksiyaları və əmək münasibətləri üzrə əlavə öhdəliklərinin yaranması üçün əsas olmamaqla iddiaçının əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhv və hüquq pozuntusu deyildir. Üçüncüsü, əmrdə iddiaçının əməlinin işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirməsi qeyd edilsə də, bu formal xarakterli olub nədə ifadə olunması göstərilməmişdir. Digər tərəfdən, iddiaçının əmək funksiyalarının icrası zamanı bağlanmış kredit müqaviləsi nəticəsində işəgötürənə hər hansı maddi zərər vurulması halları da müəyyən deyil və iddiaçının əməli kredit müqaviləsi üzrə ödəliyinin icrasının mümkünsüzlüyünə səbəb olmamaqla əlavə zaminliklə də təmin olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə gorə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ. İV. Vİ hissələri). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsi işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcələnin 76-cı maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericiliklə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcələnin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcələnin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcələnin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Həmin Məcələnin 84-cü maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin Məcəllənin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən, məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli TX 2203/027 №-li Əmr ləğv edilməli, İddiaçı "xxxx" MMC-də tutduğu kredit mütəxəssisi vəzifəsinə bərpa olunmalı və ona xx.xx.2022-ci il tarixdən işə bərpa olunduğu günədək əmək haqqı ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddiaçı qanunla müəyyən edilmiş qaydada dövlət rüsumu ödəməkdən azad olunduğundan, iddia tələbi təmin edildiyindən, həmçinin cavabdeh tərəfindən dövlət rüsumunun ödənilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, 100 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməldir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli TX 2203/027 №-li Əmri ləğv edilsin. İddiaçı Cavabdehndə tutduğu kredit mütəxəssisi vəzifəsinə bərpa olunsun və ona xx.xx.2022-ci il tarixdən işə bərpa olunduğu günədək əmək haqqı ödənilsin. Cavabdehndən 100 (yüz) manat məbləğində dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-4034/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4034/2022
18.07.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver