Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4035/2022 26.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini maraqlı şəxs qismində cəlb etdiyi onun xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasına çıxmağı faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi yaşı və iş stajı yaşa görə əmək pensiyasına çıxmağına imkan verdiyi üçün sənədlərini hazırlayıb Bakı şəhəri Xətai rayon Sosial Müdafiə fonduna vermişdir. Ərizəçi tələb olunan bütün sənədləri və əmək kitabımın əslini “Dost” Mərkəzinə təqdim etmişdir. Dörd-beş aydan sonra ona cavab vermişlər ki, göstəriciləri pensiyasıyaya çıxmağına imkan vermədiyi üçün pensiyasıyaya çıxa bilməyəcək. Ərizəçi bildirir ki, bu təşkilat işlədiyi yerlərin həqiqiliyini yoxlamaq üçün verdiyi sorğularda onun xx.xx.1988-ci il tarixdən xx.xx.1999-cu il tarixədək “Azərcinstərəvəztoxumçuluq” birliyi və sonradan müxtəlif adlarda fəailiyyət göstərən təşkilatda işləməyi barədə Arxiv arayışı əldə edə bilməmişdir. Belə ki, hüquq məsləhətçisi və kadrlar üzrə inspektor vəzifəsində çalışdığı “Azərcinstərəvəztoxumçuluq” birliyi, sonradan Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.1992-ci il tarixli 288№-li qərarı ilə adı dəyişdirilərək Dövlət tərəvəz toxumçuluq Assosasiyası və sonradan Azərbaycan Respublikası Dövlət Əmlak komitəsinin 15 iyul 1997-ci il 426-saylı sərəncamı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 12 avqust 1997-ci il D-2247 saylı qeydiyyatına əsasən "xxxx" Qapalı tipli səhmdar Cəmiyyətinə çevrilmişdir. Ərizəçi xx.xx.1999-cu il tarixdə öz xahişinə əsasən işdən çıxmışdır. O ”Səma” QSC-dən orada işlədiyi barədə Arayış almaq üçün çox çətinliklə bu təşkilatı tapdı. Müəyyən olunmuşdur ki, QSC müəyyən sənədləri Dövlət Arxiv İdarəsinə verməmişdən 2 il qabaq sənədlərin saxlandığı zirzəmidə su borusu partlamış və sənədlər 4 gün suyun içərisində qalaraq məhv olmuşdur. Lakin DSMF-nin əməkdaşları QSC-nin direktoru ilə görüşmüş və vəöyrənmişiər ki, mən həqiqətən orada işləmişəm. Lakin buna baxmayaraq ona yenə pensiya təyin edilməmişdir. Ona görə də məhkəmədən xx.xx.2021-ci il tarixdən yaşa görə əmək peniyasına çıxmağı faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, yolverilməzliyə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, şəxsin əmək pensiyası hüququnun müəyyən edilməsi, əmək pensiyasının təyin edilməsi qaydası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara baxılır. İnzibati orqanların siyahısı “İnzibati orqanların Təsnifatı”nda verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də həmin Təsnifata daxil edilmişdir. Məhkəmə “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarına istinadən qeyd edir ki, əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin xx.xx.2021-ci il tarixdən əmək pensiyası hüququnun müəyyən edilməsi müvafiq inzibati orqan tərəfindən həyata keçirilməlidir. Odur ki, bu cür faktın ümumi məhkəmə icraatı qaydasında müəyyən edilməsi mümkün deyildir. Sadalananlara əsasən, yolverilməzliyə görə ərizəni qəbul etməkdən imtina edilməlidir. Məhkəmə həmçinin MPM-in 262.2-ci maddəsinə əsasən izah edir ki, ərizəçi əldə etmək istədiyi hüquqi nəticələrlə bağlı lazımi sənədlərlə müvafiq icra hakimiyyəti orqanına müraciət edə, həmin müraciət əsasında qəbul edilmiş qərar (verilmiş cavab) onu qane etmədiyi halda həmin orqanın hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə şikayət verə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 153-cü, 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini maraqlı şəxs qismində cəlb etdiyi ərizəsi iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah olunsun ki, ərizənin ümumi məhkəmədə baxılmalı olmadığından qəbul etməkdən imtina edilməsi iddiaçıya inzibati məhkəməyə ikinci dəfə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-4035/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4035/2022
26.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver