Məhkəmə qərarları › İş №2(011)-4041/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4041/2025

07.01.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4041/2025 07.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı və X6 Cavabdeh və X4 qarşı əmlak bölgüsü barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi "N" hərbi hissəsinin yaxınlığında (18/19 saylı fərdi yaşayış evi) 0.03 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə texniki baxışın keçirilməsi üçün mütəxəssislərin daxil olmasına maneçilik törətməmək öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X16 ilə 2012-ci ildə ailə qurmuş, aramızda nikah 2 saylı Asan Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsində 2013-cü il iyulun 05-də bağlanmış və 16 №-si ilə qeydə alınmış, həmin nikahdan 2013-cü il avqustun 25-də X7 anadan olmuşdur. Həyat yoldaşım X16 2020-ci il dekabrın 19-da vəfat etdikdən sonra buraxılışı 2000-ci il, ban nömrəsi WDB2020811F996384 olan "Mercedes Bebz 180" markalı ** FM *** dövlət qeydiyyat nişanlı minik avtomobili, Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi "N" hərbi hissəsinin yaxınlığında 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi miras olaraq qalmışdır. Həmin torpaq sahəsinə dair onun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən 2020-ci il iyunun 24-də qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Sözügedən torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin layihələşdirilməsi üçün mütəxəssisin əraziyə daxil olmasına cavabdeh tərəfindən maneçilik törədildiyindən, Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-5364/2020 №-li qətnaməsi ilə adı çəkilən Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi, "N" hərbi hissəsinin yaxınlığındakı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış və X13 məxsus 0,3 sot torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin layihələşdirilməsinin həyata keçirilməsinə maneə törətməmək öhdəliyi Cavabdeh üzərinə qoyulmuşdur. Məhkəmə qətnaməsinin icrası 2024-cü ilin avqustun 06-da təmin olunmuş, 2024-cü ilin avqust ayında Xətai rayon İcra Hakimiyyəti nəzdində yerləşən Layihə-Smeta Bürosu tərəfindən torpaq sahəsinin üzərindəki tikilinin layihələşdirilməsi həyata keçirilmiş tikilinin baş planı çəkilmiş. Xətai Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixi qərarı ila icraata xitam verilmişdir. Vərəsələr arasında mübahisə olduğundan Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-5459/2024 N№-li qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi "N" hərbi hissəsinin yaxınlığında 0.03 ha torpaq sahəsi üzərində X3, Cavabdeh, X6 və mənim-X8 bərabər olmaqla hər birimizin hissədə, buraxılışı 2000-ci il, ban nömrəsi WDB2020811F996384 olan "Mercedes Bebz C 180" markalı ** FM *** dövlət qeydiyyat nişanlı minik avtomobili üzərində mənim X8 5/8 hissədə, X3 1/8 hissədə, Cavabdeh 1/8 hissədə, X6 1/8 hissədə payları müəyyən olunmuş, Bakı 18 saylı Notariat Ofisinin vermiş olduğu xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri sa X23 tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən mənim və azyaşlı qızım X3 adıma öl müvafiq surətdə hissədə olmaqla xx.xx.2024-cü il tarixli qeydiyyat nömrəsi ********** q olan Çıxarış verilmişdir. Bundan sonra həmin torpaq sahəsinin üzərindəki tikiliyə (fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı va Reyestri X23 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin idarənin mütəxəssiləri tərəfindən tikiliyə texniki baxış keçirilməsinə cavabdeh tərəfindən şərait yaradılmamışdır. Bu barədə həmin idarənin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-N-0016/2025 №-li imtina məktubu ərizəyə əlavə edilmişdir. Beləliklə, cavabdehin qanunsuz və əsassız hərəkətləri nəticəsində hüquqlarımız pozulmuş, tikiliyə (fərdi yaşayış evinə) dair mülkiyyət hüququnun qeydiyyata alınması mümkün olmamışdır.Hesab edirəm ki, Cavabdeh hərəkətləri qanunsuzdur, Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi "N" hərbi hissəsinin yaxınlığında 0.03 ha forpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin hüquqi qeydiyyata alınması üçün mütəxəssislərin əraziyə daxil olub texniki baxış keçirməsinə maneçilik törətməmək - öhdəliyə Cavabdeh üzərinə qoyulmalıdır.Məhkəmə iclasında iddiaçı X14 nümayəndəsi və vəkili X18 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2025-ci il tarixdə İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi "N" hərbi hissəsinin yaxınlığında (18/19 saylı fərdi yaşayış evi) 0.03 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə texniki baxışın keçirilməsi üçün mütəxəssislərin daxil olmasına maneçilik törətməmək öhdəliyinin Cavabdeh üzərinə qoyulması; Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi "N" hərbi hissənin yaxınlığında yerləşən (18/19 saylı fərdi yaşayış evi) sahəsi 0,03 ha olan torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinə paylar bərabər olmaqla ¼ hissədə onun, yəni İddiaçı, ¼ hissədə azyaşlı övladı X1, ¼ hissədə X5 və ¼ hissədə Cavabdeh mülkiyyət hüququnun tanınması, torpaq sahəsinin və fərdi yaşayış evinin naturada bölünməklə ümumi əmlakdan onun və övladı X2 paylarının ayrılması, bu mümkün olmadıqda torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin qiymətləndirilməsi, əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına uyğun surətdə bərabər bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X6 qanuni nümayəndəsi İddiaçı və İddiaçı nümayəndəsi və vəkili Vəkil izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)- 5459/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsindəki 0.03 ha torpaq sahəsi üzərində X7, Cavabdeh, X9 və İddiaçı bərabər olmaqla hər birinin ¼ hissədə, "Mercedes Benz C 180" markalı **-FM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində İddiaçı 5/8 hissədə, X7, Cavabdeh və X6 hər birinin 1/8 hissədə payları müəyyən edilməsi və həmin paylara dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi qət edilmişdir. İş materiallarında olan Qanun üzrə Vərəsəlik Hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş -X10 vərəsələri: İddiaçı və X7 hər biri miras əmlakdan 1/4 irs almış, miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci tarixdə X13 verilmiş **********94 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı Şəhəri, Xətai Rayonu, Əbilov Küçəsi ünvanında yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsidən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X23 1 saylı Baki Ərazi İdarəsi tərəfindən İddiaçıı etibarnamə üzrə nümayəndəsi Vəkil göndərilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, İbrahim Əbilov küçəsi, giriş 14 ünvanında yerləşən fərdi yaşayı evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ile bağı ********** nömrəli, xx.xx.2025-ci il tarixli müraciətinizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, təqdim edilən daşınmaz əmlakın dövle reyestrindən çıxarışda fərdi yaşayış evinin inşa olunduğu torpaq sahəsi paylı mülkiyyət hüququ ilə X16, X7 və İddiaçı adlarına qeydiyyata alındığı göstərilmişdir. Odur ki, sözügedən torpaq sahəsinde inşa olunmuş fərdi yaşayış evi üzərində sizin hüquqlarınızın daşınmaz əmlakın dövlət reyestrinde qeydiyyata alınmasına dair digər payçıların razılıq ərizələrinin təqdim edilmes məqsədəmüvafiqdir. Həmçinin, ünvana texniki baxış keçirilməsi üçün İdarənin mütəxəssislərina şərait yaradılmamış, bu səbəbdən ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi (Yeni qaydalarla: AZ 1018, ünvan 2 ünvanında yerləşən torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ X7 və İddiaçı hər birinin 1/4 hissədə xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmış, X10 2/4 hissədə payı isə açıq qalmışdır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 10/6140 nömrəli, 20 noyabr 2025-ci il tarixli ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi (yeni qaydalarla: AZ 1018, ünvan 2 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin tərəflərin paylarına (1/4, 1/4 və 2/4 hissə) uyğun naturada ayrılmasının "AzDTN 2.7-3 "X22 Layihələndirmə Normaları"-nın 5.1 və 5.2. bəndlərinin, Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin "Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması"nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinin, eləcə də Məhkəmə Tikinti-X11 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Bakı şəhəri, Xətai rayonu, Əbilov yeni qaydalarla: AZ 1018, ünvan 2 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin tərəflərin paylara uyğun naturada ayrılması texniki cəhətdən mümkün olmadığından bu sual üzrə tədqiqat aparılmadı. Tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. İş materiallarında olan ünvan 3 ünvanında yerləşən **********94 reyestr nömrəli 0.03ha torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinin Bazar Dəyərinin Müəyyən Edilməsinə dair "25" dekabr 2025-ci il tarixli, 02/QM/011 №-li ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən **********94 reyestr nömrəli, 0.03ha torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinin Bazar dəyəri 242 000 (iki yüz qırx iki min) manat olaraq müəyyənləşdirildi. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Hüquq Əmlak Məsələləri Ekspertizası MMC-yə ekspert rəyinin verilməsinə görə 380 manat xidmət haqqı ödənilmişdir. İş materiallarında olan ********** nömrəli, xx.xx.2025-ci il tarixli dövlət rüsumunun ödənilməsi haqqında qəbzdən görünür ki, iddiaçı tərədindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-5459/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsindəki 0.03 ha torpaq sahəsi üzərində X7, Cavabdeh, X9 və İddiaçı bərabər olmaqla hər birinin ¼ hissədə payları müəyyən edilməsi və həmin paylara dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi qət edilmişdir, həmin əmlakların naturada ayrılması mümkün deyil, qeyd edilən mənzilin bazar qiymətinin müəyyən edilməsi ilə bağlı ekspertiza keçirilmiş, mənzilin bazar dəyəri 242000 manat təşkil etmişdir. Bununla belə, paylı əmlakın açıq hərracda satılması və satışdan əldə edilmiş pul vəsaitinin tərəflərin paylarına müvafiq olaraq bərabər bölünməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə iddia tələbinə münasibətdə hesab edir ki, mübahisəli torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində X7, Cavabdeh, X9 və İddiaçı hər birinin 1/4 hissədə payı müəyyən olunmaqla onların ümumi paylı mülkiyyətində olduğundan və tərəflər ümumi mülkiyyətdə olan əmlakın payının dəyərinin ödənilməsi barədə razılığa gələ bilmədiklərindən mübahisəli əmlak açıq hərracdan satılaraq, satışdan əldə edilmiş pul vəsaiti tərəflərin paylarına müvafiq olaraq onların arasında bölünməlidir. Məhkəmə həmin mənzillərin satış qiymətini müəyyən edərkən xx.xx.2025-ci il tarixli ekspert rəyini əsas götürərək hesab edir ki, ünvan 3 ünvanında yerləşən 0.03ha torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinin satış qiyməti 242 000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 221-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarına əsasən, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. ...Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 02/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı: Bənd 19. Qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür. Bənd 62. Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması. Bənd 64. Bu araşdırmanın nəticəsində əşyanın naturada bölgüsünün mümkün olmadığı müəyyən edilərsə, məhkəmə iddiaçıların tələbi əsasında ikinci mərhələyə keçid etməklə əşyanın hərracdan satılmasını qət etməlidir. İddiaçıların əşyanın hərracdan satılmasını tələb etmədikləri halda isə digər tərəfin bununla bağlı qarşılıqlı tələbi yoxdursa, məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və onlara gələcəkdə yalnız ikinci mərhələ üzrə iddia qaldırmaq hüquqları izah edilməlidir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, ünvan 3 ünvanında yerləşən 0.03ha torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi açıq hərracdan satılaraq əldə olunan vəsait X7, Cavabdeh, X9 və İddiaçı hər birinin 1/4 payına uyğun olaraq bölünməli, torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinin satış qiyməti 242 000 manat müəyyən edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinin bölüşdürülməsinə münasibətdə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat pul məbləği tərəflərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. ünvan 3 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi açıq hərracdan satılaraq əldə olunan vəsait X7, Cavabdeh, X9 və İddiaçı hər birinin 1/4 payına uyğun olaraq (bərabər) bölünsün. ünvan 3 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinin satış qiyməti 242 000 (iki yüz qırx iki min) manat müəyyən edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat pul məbləği İddiaçı, X7 və Cavabdeh müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X12, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ**********0000003944, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar