Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-407/2022 29.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 Məmməd oğlunun, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı cavabdeh X1 qarşı cavabdehdən iddiaçının xeyrinə 7000 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat məbləğində pul vəsaitinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdehla 2019-cu ilin iyul ayında tanış olub. Cavabdeh iddiaçıya bildirmişdir ki, ona 2007-ci il buraxılışlı “Sonata” markalı avtomaşın lazım olduğunu bildirdi. İddiaçı ona həmin avtomaşının 14.000 ABŞ dollarına başa gələcəyini bildirdi. Tərəflər qiymət barədə razılaşdılar, lakin səhərisi gün Cavabdeh iddiaçı ilə görüşdü və avtomaşın almaqdan vaz keçdiyini bildirdi. İddiaçı qiymətdən 500 manat endirdim etdi və cavabdeh avtomobili almağa razı oldu. İddiaçı Cənubi Koreyada"olarkən cavabdeh ona zəng edərək ucuz “Sonata”. “Santafe” və “Kia Morninq” markalı avtomaşınlarla maraqlandığını söylədi və əgər həmin avtomaşınlardan ucuz qiymətə olarsa, almaq istədiyini bildirdi. İddiaçı onun tələblərinə cavab verən 3 ədəd avtomaşının fotoşəkillərini çəkərək ona göndərdim. Daha sonra Cavabdeh 2019-cu ilin iyul ayında iddiaçının kartına 10.600 ABŞ dolları göndərdi. Həmin məbləğə bank xərcləri, hər avtomaşında iddiaçıya verəcəyi 200 ABŞ dolları (3 ədəd avtomaşın üçün 600 ABŞ dolları) daxil idi. Cavabdeh oğlunun və özünün xarici pasportlarının surətlərini, yaşadıqları ünvanları və telefon nömrələrini göndərdi. İddiaçı avtomaşınlardan ikisini onun oğlunun, birini isə özünün adına rəsmiləşdirdi və bağlanmış müqavilələrin surətlərini ona göndərdi. Hər üç avtomobili konteynerə yükləyərək yola saldı. O, çəkdiyi xərclərini əvəzini Potidə alacaqdı. Odur ki, bütün xərcləri özü ödədi. Sonra Cavabdeh ona “Mersedes” markalı avtomobil tapmağımı xahiş etdi. İddiaçı 2014-cü il modelli “E klass” markalı avtomaşın taparaq fotoşəkillərini və videogörüntülərini cavabdehə göndərdi. Cavabdeh avtomobili çox bəyəndi və iddiaçıdan həmin avtomobili saxlatdırmağını xahiş etdi. İddiaçı onun xahişi ilə öz cibimdən 300 ABŞ dolları beh verərək həmin avtomaşını almaq üçün saxlatdırdı. Cavabdeh iddiaçıya pul göndərdi, iddiaçı isə pulu firmaya ödəyərək avtomaşını aldı. Lakin, evakuator avtomobili daşımaq üçün qaldırarkən avtomaşının altında plastmas hissəsində cüzi batıq olduğunu gördü. İddiaçı bu barədə Cavabdeh zəng edərək məlumat verdi. O, artıq həmin avtomaşını almaq istəmədiyini bildirdi. İddiaçı avtomobili geri qaytarmağa məcbur oldu. O, çətinliklə, ödədiyi pulu geri ala bildi, lakin beh olaraq ödədiyim 300 ABŞ dolları məbləğində pulu ala bilmədi. O, avtomobili ala bilmədiyim üçün konteyneri də yola sala bilmirdi. İddiaçı, məcburən aviabiletini 08 oktyabra dəyişdirdi,yenidən avtomaşın axtarmağa başladı, lakin Cavabdeh zəng edərək avtomaşın almaq istəmədiyini və ödədiyi pulu qaytarmağını söylədi. İddiaçı ona dedim ki, konteynerin ona alacağımız avtomaşını qoyacaqları bir hissəsi boş qalmışdır, onun üçün ödədiyi pul batacaqdır və o, ziyana düşəcək. Buna görə də cavabdehin göndərdiyi pulla başqa avtomobili almağı, Bakıya qayıdanda cavabdehin pulunu verəcəyini xahiş etdi. Cavabdeh təklif ilə razılaşdı. İddiaçı başqa bir avtomaşın alaraq konteyneri yola saldı və oktyabr ayının 9-da Bakı şəhərinə gəldi.10 oktyabrda Cavabdehla görüşdü və, o, iddiaçının xarici pasportunu və şəxsiyyət vəsiqəni girov götürdü. Oktyabr ayının 11-də Gürcüstandan zəng edərək bildirdilər ki, konteynerlər gəlmişdir. Cavabdeh oğlunun adına göndərdiyi 2 ədəd avtomobil həmin konteynerdə idi. İddiaçı cavabdehə ona zəng edərək məlumat verdi və bildirdi ki, 23 oktyabrda Gürcüstana gedəcəyək, getməmişdən əvvəl ona borclu olduğu pulun bir hissəsini qaytaracaq. 22 oktyabrda tərəflər görüşdürlər, iddiaçı Cavabdeh 5.000 ABŞ dolları pul verdi. O, iddiaçının xarici pasportunu və şəxsiyyət vəsiqəsini qaytardı və iddiaçıya dedi ki, 3 ədəd avtomaşının konteyner xərci və Bakı şəhərinə gətirilməsi üçün pul ödəməyəcəkdir. Həmin xərclərin iddiaçı tərəfindən qarşılanmasını və ümumi borcdan çıxılacağını dedi. O, iddiaçıya əvvəlcədən hazırladığı qəbzə imza etdirdi, ona ödədiyi 5.000 ABŞ dolları məbləğində pul barəsində qəbzdə qeyd etdi. Sabahı iddiaçı Gürcüstana getdi. Cavabdeh oğlunun adına rəsmiləşdirilmiş 2 ədəd avtomaşının konteyner xərci və Bakı şəhərinə daşınmasına 2.500 ABŞ dolları məbləğində pul (hər avtomaşın üçün Poti limanınadək daşınma xərci 1000 + hər avtomaşının Bakı şəhərinə gətirilməsi üçün sürücülərə verilən 250 ABŞ dolları) xərcləndi. Eləcə də, iddiaçıya köçürülmüş pullara görə 770 ABŞ dolları məbləğində Bank xərclərini də iddiaçı ödəmişdi. Dekabr ayında Cavabdeh öz adına rəsmiləşdirilmiş üçüncü avtomobil Gürcüstana gəldi. İddiaçı zəng edərək bu barədə Cavabdeh məlumat verdi. Cavabdeh və oğlu iddiaçıya etibarnamələr vermişdilər. İddiaçı özü üçün aldığı və Cavabdeh üçün aldığı avtomaşınları gətirmək üçün (cəmi 3 ədəd avtomaşın) 3 nəfər sürücü götürdü. Gürcüstanda müəyyən çətinliklərlə üzləşdilər və 4 gün orada qalmalı oldular. 3 nəfərin bütün xərclərini iddiaçı ödəyirdi. O, təkcə oteldə qalmaq üçün 350 ABŞ dolları məbləğində pul ödəmişdir. Ləngiməyin səbəbi isə Cavabdeh Bakı şəhəri 1 saylı Notariat Kontorunda verdiyi etibarnamədəki pasportun nömrəsi ilə pasportdakı nömrənin üst-üstə düşməməsi idi. İddiaçı Cavabdeh aldığı avtomaşının konteyner xərci və Bakı şəhərinə gətirilməsi üçün 1.250 ABŞ dolları məbləğində pul ödədi. 3 ədəd avtomaşının konteyner xərci və Bakı şəhərinə daşınması üçün cəmi 3.750 ABŞ dolları məbləğində pul ödəmişdir. İddiaçının nümayəndəsi və vəkil məhkəmə iclasında iddia ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək məhkəmədən iddianın rədd edilmisini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, İddiaçı ilə dostu vasitəsilə tanış olub, daha sonra ailəvi dost olublar. O, cavabdehi tanımır. İddiaçı ona 2019-cu ilin sonunda zəng edərək təklif etmişdir ki, Potidən gedib maşın gətirsinlər. Onlar taksi ilə getdilər Qırmızı körpüyə, ordan da Potiyə. Sənədlərdə problem olduğuna görə, orada 3-4 gün qaldırlar. Daha sonra o, Potidə qaldı, Sənan isə Tiflisə getdi. O, ancaq dost kimi maşının gətirilməsinə kömək etmişdir. Maşının təkərləri əyri olduğuna görə, onlar saatda 30-40 km-lə gecəni səhərə kimi yol gəlmişdlər.dik. Onun ödənilən pullar və avtomobillərin kimi üçün gətirildiyi ilə bağlı məlumatı yoxdur. Belə ki, onlar beş nəfə idi və bütün xərcləri Sənan çəkirdi. Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia aşağıdakı göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, mülki iş materiallarında olan Ağdam Rayon Məhkəməsinin 13.08.2020-ci il tarixli 2(013)-1183/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı qətnamə icra olunan günə Azərbaycan Respublikası manatı məzənnəsi ilə 7800 ABŞ dolları və hüquqi yardım üçün çəkilmiş xərclərə görə 111 manat Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Qətnamə qeyd edilmişdir ki, İddiaçı məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, o, Cavabdeh üçün 3 avtomobilin Gürcüstandan Bakı şəhərinə gətirilməsi üçün 3000 ABŞ dollarına yaxın pul xərcləmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 09.02.2021-ci il tarixli 2(104)-807/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, məhkəmə Ağdam Rayon MƏhkməsinin 13.08.2020-ci il tarixli 2(013)-1183/2020 saylı qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində ləğv edilməsini, cavabdeh X4 7800 ABŞ dollarının ödəniş gününə olan məzənnə nisbəti ilə və hüquqi yardım üçün çəkilmiş xərclərə görə ödənilmiş 111 manat pulun iddiaçı Cavabdeh xeyrinə tutulmasını qət etmişdir. Qətnamədə qeyd edilmişdir ki, cavabdeh İddiaçı nümayəndəsi olan Vəkil2 məhkəmə kollegiyasının iclasında verdiyi izahatında göstərmişdir ki, cavabdeh iddiaçıya 22.10.2019-ci il tarixdə 5000 ABŞ dolları, 21.02.2020-ci il tarixə 5000 ABŞ dolları pul vermiş, həmçinin 3 ədəd avtomobilin Cənubi Koreya Respublikasından Azərbaycan Respublikasına gətirilməsi üçün 2600 ABŞ dolları xərc çəkmişdir ki, iddiaçı həmin məbləği ümumi borcundan çıxılacağını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 02.09.2021-ci il tarixli 2(102)-4774/2021 nömrəli qərarının surətindən görünür ki, məhkəmə kollegiyası cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-807/2021 nömrəli iş üzrə 09.02.2021-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasını qərara almışdır. İş materiallarında olan "xxxx" QSC tərəfindən təqdim edilmiş “Hesabdan çıxarışdan” görünür ki, İş materiallarında olan Kommersiya və Qablaşdırma Siyahısı adlı sənədlərdən görünür ki, Cavabdeh üçün “Santafe 2008” markalı avtomobil Poti şəhərindən gətirilmişdir. İş materiallarında olan Satış Kontraktlarının təsdiq edilməmiş tərcümələrindən görünür ki, Cavabdeh üçün Cənubi Koreya Respublikasında “Morning Markalı” DT4888677 nömrəli avtomobil 3300 von qiymətinə satın alınmışdır. “X9” LTD –nin 18.06.2020-ci il tarixli 742031 nömrəli hesab-fakturasının təsdiq edilməmiş surətindən görünür ki, İddiaçı avtomobillərin Potidən Tbilisi şəhərində daşınması üçün 2900 ABŞ dolları məbləğində pul ödəmişdir. “AldaVaimhe Trading” şirkətinin Sənan adlı alıcı ilə bağlamış 09.09.2019-cu il tarixli müqaviləsinint təsdiq edilməmiş tərcüməsindən görünür ki, həmin şəxs” “Benz” markalı 2012-ci il buraxılışlı, C566911 nömrəli ******* von, “Santafe” markalı, 2008-ci il buraxılışlı, 8U240321 nömrəli avtomobili ******* von, “NF Sonata” markalı, 2008-ci il buraxılışlı, 8A544843 nömrəli avtomobili ******* von, “NF Sonata” markalı, 2007-ci il buraxılışlı, 7A407390 nömrəli avtomobili isə ******* von qiymətinə almışdır. İş materiallarında olan pul köçürmələrənin qəbulu haqqında sənədlərin təsdiq edilməmiş surətlərindən görünür ki, Nuru Abdurəhmanov tərəfindən İddiaçı 1000 ABŞ dolları, Qoşqar Rəhimov tərəfindən isə İddiaçı 1000 ABŞ dolları məbləğində pul köçürlümşdür. İş materiallarında olan Gəlirlər Orderi adlı sənədlərin təsdiq edilməmiş surətlərindən görünür ki, İddiaçı tərəfindən yol hərəkəti qaydalarını pozduğuna görə 400 lari məbləğində pul dövlət xəzinəsi ödənilmişdir. İş materiallarında olan məzənnə dəyişmə sənədlərinin təsdiq edilməmiş surətlərindən görünür ki, İddiaçı tərəfindən 1650 ABŞ dolları məbləğində pul Gürcüstan larisinə dəyişdirilmişdir. İş materiallarında olan X3 məxsus “KİA Morning”markalı, KNABX511BDT627117 ban nömrəli avtomobilin gömrük bəyannaməsinin sütərindən görünür ki, malın dəyəri 2900 dollardır. İş materiallarında olan X3 məxsus “Hyundai Sonata” markalı, KMHET41VP7A407390 ban nömrəli avtomobilin gömrük bəyannaməsinin sütərindən görünür ki, malın dəyəri 2000 dollardır. İş materiallarında olan Cavabdeh məxsus “Hyundai Santa FE” markalı, KMHSJ81VP8U333439 ban nömrəli avtomobilin gömrük bəyannaməsinin sütərindən görünür ki, malın dəyəri 2000 dollardır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Göründüyü kimi, əsassız varlanma nəticəsində öhdəlik o halda yaranır ki, şəxs əmlak əldə etsin, həmin əldə etmə başqa şəxsin hesabına olsun və əldə etmənin hər hansı bir qanuni və ya müqavilə əsası olmasın. Hazırkı mülki işin məhkəmə araşdırması zamanı yuxarıda göstərilən dispozisiya şərtlərinin mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçı cavabdehin tapşırığına əsasən cavabdeh üçün Cənubi Koreya Respublikasından Azərbaycan Respulbikasına 3 ədəd avtomobillərin gətirilməsi üçün 7000 ABŞ dolları məbləğində pulun xərcləndiyini, həmin məbləğin iddiaçının cavabdehə olan borcdan çıxılmalı olduğu ilə bağlı tərəflərin razılaşdıqlarını bildirsə də, bu halların təsdiq edəcək kifayət edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinadə edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Digər tərəfdən, məhkəmə araşdırması zamanı tərəflər arasında Cənubi Koreya Respublikasından Azərbaycan Respublikasına 3 ədəd yuxarıda müəyyən edilmiş avtomobillərin gətirilməsi barədə razılığın əldə edildiyi müəyyən edilsə də, həmin avtomobillərin gətirilməsi xidmətləri üçün haqqın və xərclərin ödənilməsi məbləği və qaydası barədə tərəflərin hansı qaydada razılaşdığını müəyyən etmək mümkün olmamışdır. Belə ki, iddiaçı bununla bağlı məhkəməyə hər hansı sübut verməmişdir. Cavabdeh isə həmin şərtlərə əsasən xidmət haqqı və avtomobillərin Azərbaycan Respublikası gətirilməsi xərclərinin əvvəlcədən ödənildiyini iddia edir İddiaçı avtomobillərin gətirilməsi üçün çəkilən xərclərin məbləğini də təsdiq edən mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən iddianın əsasını təşkil edən halları sübut etmək məqsədi ilə təqdim edilmiş satış müqavilələri, kommersiya invoys və qablaşdırma siyahıların, eləcə də gömrük bəyannamələri adlı sənədlərdən həmin məbləği müəyyən etmək mümkün deyil. Belə olan halda, formal olaraq mülahizələrə əsaslanan iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin təqsiri nəticəsində Gürcüstan Respublikasında əlavə qaldığı günlərə görə zərər çəkdiyini, 700 ABŞ dolları məbləğində bank xərclərini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən iddiaçının təqdim etdiyi bank köçürmələri və məzənnə dəyişmə sənədləri də mülki iş üzrə əhəmiyyətli olan hər hansı halları təsdiq etmir. Məhkəmə iddiaçı tərəfindən yol hərəkəti qaydalarını pozulması nəticəsində ödənilmiş cərimələrin cavabdehdən tələb etməsi də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən ödənilmiş və tələb edilən 31 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, İddiaçı cavabdeh X1 qarşı cavabdehdən iddiaçının xeyrinə 7000 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat məbləğində pul vəsaitinin tutulması barədə iddiası əsassızdır və rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdeh X1 qarşı cavabdehdən iddiaçının xeyrinə 7000 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat məbləğində pul vəsaitinin tutulması barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-407/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-407/2022
29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver