Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4073/2025 28.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı “müqavilənin ləğv edilməsi və dəymiş ziyanın ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh MMC-nə qarşı “müqavilənin ləğv edilməsi və dəymiş ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 64.000 (altmış dörd min) manat miqdarında pulun, mənəvi zərərə görə 6.000 (altı min) manat kompensasiyanın və 300 (üç yüz) manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixli müqavilə bağlanmışdır. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh MMC (bundan sonra - İcraçı) Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 582№-li sərəncamına əsasən, yaşayış binasının tikintisi haqqında sərəncamı ilə Xətai rayonu, Ramiz Quliyev küçəsi 23A saylı binanın yanındakı ərazidə yerləşən 7 mərtəbəli mansardlı evin A blokunda, 4-cü mərtəbədə, izolə edilmiş 1 otaqdan ibarət, ümumi sahəsi 64 kv.m olan, 15 №-li mənzili payçıya - İddiaçı vermək öhdəliyini üzərinə götürmüşdür. Müqavilə üzrə mənzilin dəyəri 1 kv.m sahə üçün 1.000 (bir min) manat təşkil edir. 64 kv.m olan mənzil üçün mənzilin dəyəri olan 64.000 (altmış dörd min) manat tam şəkildə ödənilmişdir. Təəssüf ki, mənzilin dəyəri tam şəkildə ödənilməsinə baxmayaraq, mənzil hələ də ona təhvil verilməyib. Binada ümumiyyətlə tikinti işləri dayandırılıb və heç bir irəliləyiş yoxdur. Bununla bağlı o, dəfələrlə cavabdehə müraciət etmiş, mənzili təhvil verməyi tələb etmişdir. Lakin tələbləri heç bir nəticə verməmişdir. O da məcbur olaraq, Sabunçu Rayon Polis Şöbəsinə, AR Baş Prokurorluğuna müraciət etmişdir. Lakin qeyd edilən qurumlara edilən müraciətlər də nəticə verməmişdir. Bundan sonra da o, cavabdehin nümayəndəsi ilə dəfələrlə görüşərək, eyni zamanda dəfələrlə telefon vasitəsilə əlaqə saxlamış, müqavilə öhdəliklərinin icra edilməsini xahiş etmişdir. Lakin cavabdeh bu gün - sabah deyərək, ona mənzili məhkəmə təhvil vermiş, mənzilin dəyəri olaraq ödənilmiş pulu qaytarmamışdır. Hal-hazırda cavabdehin hərəkətlərindən bəlli olur ki, cavabdehin nə müqavilə öhdəliklərini icra etmək, nə də onun pulunu qaytarmaq fikri yoxdur. Çünki, onun üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək fikri olsa idi, ən azından bu qədər uzun müddət mənzili təhvil verər və ya pulu tam qaytarmağa cəhd edərdi. Hesab edir ki, cavabdehin ona qarşı bu cür qanunsuz hərəkətləri onun əmlak hüquqlarını pozur və qeyd etdikləri nəzərə alınmaqla mənzilin dəyəri olaraq ödənilmiş 64.000 (altmış dörd min) manat pul ədalət mühakiməsini həyata keçirən məhkəmə tərəfindən cavabdehdən tam şəkildə tutulmalı, eyni zamanda iddia ərizəsinin verilməsi üçün 282 (iki yüz səksən iki) manat dövlət rüsumu cavabdehdən tutularaq ona ödənilməlidir. Eyni zamanda bildirir ki, bütün bu dövr ərzində mənəvi sarsıntı, əsəb və stress keçirmişdir. Belə ki, qeyd edilən pulun böyük hissəsi tanışlarından borc olaraq götürülmüşdür. O, niyyətli olub ki, evi təhvil aldıqdan sonra kirayə versin və ya hal-hazırda kirayə yaşadığı evə görə ödədiyi pulu toplayaraq borc sahiblərinə qaytarsın. Lakin cavabdeh evi ümumiyyətlə təhvil vermədiyindən o, borc götürdüyü şəxslər qarşısında pis vəziyyətə düşmüşdür və bəziləri ilə münasibətləri korlanmışdır. Təbii ki, 3 ildən artıq müddət ərzində o, stress və sıxıntı keçirmişdir. Eyni zamanda bildirir ki, o, özünə dəyən mənəvi zərərə görə kompensasiyanı 6.000 (altı min) manat dəyərində qiymətləndirir. Təbii ki, 6.000 manat onun illərdir keçirdiyi stressi, mənəvi iztirabı kompensasiya edə bilməz. Daha sonra İddiaçı vəkili və nümayəndəsi Nümayəndə sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 64.000 (altmış dörd min) manat miqdarında pulun, mənəvi zərərə görə 6.000 (altı min) manat kompensasiyanın və 300 (üç yüz) manat dövlət rüsumunun, hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manat pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı vəkili və nümayəndəsi Nümayəndə təkrar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin ləğv edilməsi, 64.000 (altmış dörd min) manat miqdarında pulun, ödənilmiş 300 manat dövlət rüsumunun, hüquqi yardıma görə ödənilmiş 300 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməyərək, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını tələb etdiyindən, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 238.1-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh MMC (“İcraçı”) ilə İddiaçı (“Payçı”) arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 15A saylı müqavilədən görünür ki, “İcraçı” Bakı Şəhər İH başçısının xx.xx.2017-ci il tarixli 582 № sərəncamına əsasən yaşayış binasının tikintisi haqqında Sərəncamı ilə Ramiz Quliyev küçəsi 23A saylı binanın yanındakı ərazidə yerləşən 7 mərtəbəli mansardlı evin A blok, 4-cü mərtəbədə, ümumi sahəsi 64 kv.m olan, 15 №li mənzili izolə olunmuş 1 otaqdan ibarət bir pay kimi “Payçı”ya verməyi, “payçı” da müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, 31 yanvar 2022-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 1 ünvanda yerləşən yaşayış binası Cavabdeh MMC-nə məxsusdur. Bu binanın 1-ci blok, 4 mərtəbə, ümumi sahəsi 64 kv.m. olan, izolə olunmuş 1 otaqdan ibarət 15 №li mənzilin pay dəyəri 64.000 manat təşkil etmişdir. “Payçı” İddiaçı 64.000 manat məbləğində pul ödənilmişdir, borcu yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1, 324.2, 324.4 və 324.5-ci maddələrinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) olmalıdır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448-ci maddəsinə görə Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 752.1-ci maddəsinə görə podrat müqavləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə görə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 769-cu maddəsinə görə əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Göründüyü kimi, tərəflərin arasında Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsində 23A saylı binanın yanındakı ərazidə yerləşən 7 mərtəbəli mansardlı binanın A bloku, 4-cü mərtəbəsində yerləşən 15 saylı mənzilin tikintisinə və iddiaçıya özgəninkiləşdirilməsinə dair xx.xx.2022-ci il tarixli müqavilə bağlanılmışdır. Hüquqi təbiətinə görə bu podrat müqaviləsidir. Cavabdeh müqavilə üzrə razılaşdırılmış mənzili iddiaçıya təhvil vermədiyindən, iddiaçı ödədiyi pulun qaytarılmasını tələb edir. İş materiallarına əlavə edilmiş maliyyə arayışı ilə təsdiq olunur ki, iddiaçı tərəfindən cavabdeh təşkilata 64.000 manat pul vəsaiti ödənilmişdir. Məhkəmə tərəfindən mübahisəli binaya yerində baxış keçirilərək binanın yarımçıq tikili vəziyyətində olduğu müəyyən edilmişdir. Məhkəmə tərəfindən tərəflərin arasında bağlanılmış müqaviləyə əsasən tərtib olunmuş sənədlərin alınması üçün sübutların təmin edilməsi qaydasında qərardad qəbul edilərək cavabdeh təşkilata göndərilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir və qeyd olunan qərardada dair sənədləri təqdim etməmişdir. Məhkəmə hesab edir ki, 2022-ci ildən müqavilənin bağlanmasına baxmayaraq, sözügedən bina hazırda yarımçıq tikili vəziyyətındə olduğundan, cavabdehin müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması barədə iddia tələbi əsaslı hesab edilməlidir. Buna görə də iddia tələbləri təmin edilərək, İddiaçı ilə Cavabdeh MMC arasında Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsində 23A saylı binanın yanındakı ərazidə yerləşən 7 mərtəbəli mansardlı binanın A bloku, 4-cü mərtəbəsində yerləşən 15 saylı mənzilin alqı-satqısına dair bağlanılmış 15A saylı, xx.xx.2022-ci il tarixli müqavilə ləğv edilməlidir. Bu müqavilə üzrə iddiaçının ödədiyi 64.000 (altmış dörd min) manat pul məbləği Cavabdeh MMC-dən tutularaq İddiaçı qaytarılmalıdır. İddia təmin edildiyindən dövlət rüsumu və iddianın verilməsi üçün hüquqi yardıma görə çəkilmiş xərclər cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Odur ki, 300 (üç yüz) manat dövlət rüsumu və 300 (üç yüz) manat hüquqi yardıma görə ödənilmiş pul məbləği Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsində 23A saylı binanın yanındakı ərazidə yerləşən 7 mərtəbəli mansardlı binanın A bloku, 4-cü mərtəbəsində yerləşən 15 saylı mənzilin alqı-satqısına dair bağlanılmış 15A saylı, xx.xx.2022-ci il tarixli müqavilə ləğv edilsin. 64.000 (altmış dörd min) manat maddi zərər, 300 (üç yüz) manat dövlət rüsumu və 300 (üç yüz) manat hüquqi yardıma görə ödənilmiş pul məbləği olmaqla, cəmi 64.600 (altmış dörd min altı yüz) manat pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Qiyabi qətnamənin rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verilə bilər. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-4073/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(011)-4073/2025
28.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver