Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4076/2024 02.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, İddiaçının Cavabdeh MMC-yə qarşı mənzil mübahisəsinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdim: İddiaçı Cavabdeh MMC-yə qarşı Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, 23 saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1 -ci blokun, 4-cü mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı 13 nömrəli mənzilin, 1 -ci blokun, 8-ci mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı 37 nömrəli mənzilin, 1 -ci blokun, 10-cu mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı 54 nömrəli mənzilin, habelə Bakı şəhəri, Xətai rayonu, Neapol və Ukrayna dairələri arasında yerləşən ərazidə 11 mərtəbəli mansardlı evin 1-ci blokunun, 5-ci mərtəbəsindəki, ümumi sahəsi 200 kv. metr olan 4 otaqlı 22 nömrəli mənzilin İddiaçı (və və ya nümayəndəsinə) təhvil verilməsi, mənzillərdən maneəsiz sahiblik və istifadənin məhdudlaşdırmasının qadağan olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsi imzalanmamış, eyni zamanda iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinə əsasən, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə olunmalıdır. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilən Məcəllənin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədiyi üçün həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən onun məhkəmə icraatı qeyri-mümkündür. Bu səbəbdən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmaqla iddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151, 152, 263-264, 266-268-ci maddəsini rəhbər tutaraq qərara aldım: İddiaçının Cavabdeh MMC-yə qarşı mənzil mübahisəsinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-4076/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4076/2024
02.04.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver