Məhkəmə qərarları › İş №2(011)-4089/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4089/2022

15.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4089/2022 15.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X6, Cavabdeh1 MMC-nin etibarnamə üzrə nümayəndəsi X7, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış 20 mart 2005-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, ödədiyi pay haqqının ona geri qaytarılması və 15 mart 2019-cu il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində ümumi tikinti sahəsi 86.8 kv.m olan, 2 otaqlı, 14 saylı mənzilə İddiaçı sahiblik və istifadə hüququnun tanınması vəzifələrinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İH başçısının 20 may 2005-ci il tarixli, 126 saylı sərəncamı ilə ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində ümumi tikinti sahəsi 86.8 kv.m olan, 2 otaqlı, 14 saylı mənzilə dair Cavabdeh1 MMC-nin direktoru X8 ilə İddiaçı arasında Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə və Nizamnaməyə uyğun olaraq Xətai RPİ-nin İstintaq Şöbəsinin 26 yanvar 2019-cu il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarına, 30 may 2014-cü il tarixli, 1(101)-65/2014 saylı hökmünə, 20 sentyabr 2016-cı il tarixli, 1(101)- 65/2014 saylı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun məktubuna, təsisçi X1 01 fevral 2019-cu il tarixli razılıq məktubuna, 15 mart 2011-ci il tarixli maliyyə arayışında X1 imzası ilə təsdiq edilmiş qeydlərinə, faktiki olaraq 14 saylı mənzili təmir edərək uzun müddət ailə üzvləri ilə bərabər yaşadığını nəzərə alaraq 15 mart 2019-cu il tarixdə müqavilə bağlanmışdır. Pay haqqının ödənilməsinə dair 15 mart 2019-cu il tarixli müvafiq maliyyə arayışı verilmişdir. Həmin müqaviləyə və maliyyə arayışına əsasən ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində ümumi tikinti sahəsi 86.8 kv.m olan, 2 otaqlı, 14 saylı mənzilin ona verilməsi təqdim edilmiş sənədlər və mübahisəli mənzildə uzun müddət yaşaması ilə əlaqədardır. İddiaçı həmin mənzildə uzun müddətdir ki, ailə üzvləri ilə bərabər yaşayır. Mübahisəli mənzilə dair əvvəllər Cavabdeh2 ilə 20 mart 2005-ci il tarixli müqavilə bağlanmışdır. Həmin mübahisəli mənzilə dair 15 mart 2011-ci il tarixdə İsmayılov Ramin Mübariz oğlu ilə Cavabdeh1 MMC arasında da müqavilə bağlanmışdır. Əvvəllər cavabdeh Qurbanov X3 Ramin Mübariz oğluna qarşı 2012-ci ildə Xətai Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etmişdir. Həmin 14 saylı mənzilə dair sahiblik və istifadə hüquqlarının tanınması barədə iddia tələbi rədd edilmişdir. İsmayılov Ramin Mübariz oğlunun çıxarılması hissəsində təmin edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4089/2022 saylı, 15 avqust 2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış 20 mart 2005-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, ödədiyi pay haqqının ona geri qaytarılması və 15 mart 2019-cu il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində ümumi tikinti sahəsi 86.8 kv.m olan, 2 otaqlı, 14 saylı mənzilə İddiaçı sahiblik və istifadə hüququnun tanınması vəzifələrinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiasının Cavabdeh1 MMC arasında bağlanmış 20 mart 2005-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, ödədiyi pay haqqının ona geri qaytarılması” hissəsində 2(011)-4089/2022 saylı mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X9 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh1 MMC-nin etibarnamə üzrə nümayəndəsi X13 iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Hazırkı iş üzrə iddiaçı 15 mart 2019-cu il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində ümumi tikinti sahəsi 86.8 kv.m olan, 2 otaqlı, 14 saylı mənzilə İddiaçı sahiblik və istifadə hüququnun tanınması vəzifələrinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4618/2012 saylı xx.xx.2012-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi 20 saylı evin iki otaqdan ibarət 14 saylı mənzilinə Cavabdeh2 sahiblik və istifadə hüququnun tanınması, X2 Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi 20saylı evin iki otaqdan ibarət 14 saylı mənzilindən çıxarılması və mənzilin Cavabdeh2 təhvil verilməsi qət olunmuşdur. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3077/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh İsmayılov Ramin Mübariz oğlunun nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hazırkı iş üzrə olan xx.xx.2012-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4117/2013 saylı xx.xx.2013-cü il tarixli qərarından görünür ki, İsmayılov Ramin Mübariz oğlunun kasasiya şikayətinin təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-531/2014 saylı xx.xx.2014cü il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh İsmayılov Ramin Mübariz oğlunun apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4618/2012 saylı iş üzrə xx.xx.2012-ci il tarixli qətnaməsinin qismən, Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, 20 saylı evin iki otaqdan ibarət 14 saylı mənzilinə sahiblik və istifadə hüququnun tanınması hissəsində ləğv edilməsi, iddianın həmin hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 2153/14 saylı xx.xx.2014-cü il tarixli qərarından görünür ki, cavabdeh X4 və vəkili Abdurəhmanov Ağarəhim Abdulxaliq oğlunun kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsinin MK-nın 2(103)-531/2014 nömrəli işi üzrə xx.xx.2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanması qərara alınmışdır. İş materiallarında olan icraçı "xxxx" MMC-nin direktoru X5 ilə payçı Cavabdeh2 arasında bağlanan xx.xx.2005-ci il tarixli müqavilənin surətindən görünür ki, icraçı Bakı şəhəri İH başçısının xx.xx.2005-ci il tarixli, 126 saylı sərəncamı ilə ünvan 2 ünvanda 14 mərtəbəli yaşayış evinin 2-ci mərtəbə, ümumi sahəsi 86,7 kv.metr olan 1-ci blok, 14 №-li mənzil, izolə olunmuş 2 otaqdan ibarət mənzili pay kimi payçıya verməyi öz öhdəsinə götürmüşdür. Mənzilin dəyəri Cavabdeh2 tərəfindən tam şəkildə ödənilmişdir. İş materiallarında olan icraçı "xxxx" MMC-nin direktoru ilə payçı İddiaçı arasında bağlanan 15 mart 2019-cu il tarixli müqavilənin surətindən görünür ki, icraçı Bakı şəhəri İH başçısının xx.xx.2005-ci il tarixli, 126 saylı sərəncamı ilə ünvan 2 ünvanda 14 mərtəbəli yaşayış evinin 2-ci mərtəbə, ümumi sahəsi 86,7 kv.metr olan 1-ci blok, 14 №-li mənzil, izolə olunmuş 2 otaqdan ibarət mənzili pay kimi payçıya verməyi öz öhdəsinə götürmüşdür. Mənzilin dəyəri İddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Göründüyü kimi iddiaçı sahiblik və istifadə hüquqlarının tanınmasını tələb etdiyi mənzilin qüvvədə olan məhkəmə qətnamələri ilə cavabdehə verilməsi qət edilmişdir. Digər məhkəmə qətnaməsi ilə İddiaçı istinad edilən mənzildən çıxarılması qət edilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi və vəkili, eyni zamanda Cavabdeh1 MMC-nin nümayəndəsi yuxarıda istinad olunan qərarların preyudisial əhəmiyyətinin olmadığını qeyd etsələr də, məhkəmə hazırkı dəlillə razılaşmır. Belə ki, iddiaçı qardaşı oğlu Ramin İsmayılovun nümayəndəsi olaraq onu məhkəmə iclaslarında təmsil etmişdir. Mülki-Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisiyal əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Mülki-Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, Mülki-Prosessual Məcəllənin 82.2 və 82.3-cü maddələrində qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını, mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Beləliklə məhkəmə iddiaçının 15 mart 2019-cu il tarixli müqaviləyə istinadən mənzil üzərində sahiblik və istifadə hüququnun tanınmasını tələb etməsini əsassız hesab edir və qüvvədə olan məhkəmə qərarlarının preyudisiallığını nəzərə alaraq, hesab edir ki hazırkı iş üzrə iddiaçının iddia tələbi rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzin surətindən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı - 15 mart 2019-cu il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində ümumi tikinti sahəsi 86.8 kv.m olan, 2 otaqlı, 14 saylı mənzilə İddiaçı sahiblik və istifadə hüququnun tanınması vəzifələrinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar