Məhkəmə qərarları › İş №2(011)-4109/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4109/2022

26.08.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4109/2022 26.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xalıq Firqət oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzildən istiadəyə maneələrin aradan qaldırılması və mənzilə köçürülmə” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 28, 73 saylı mənzildən istifadə maneələrinin aradan qaldırılması və həmin mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, xx.xx.2021-ci ildə vəfat etmiş mərhum atası X1 Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 28, 73 saylı mənzil miras əmlakı qalmışdır, həmin mənzil tərəflər arasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında 1/3 hissələrdə bölünmüşdür, cavabdeh vərəsəlik işi ilə bağlı müraciət etmədiyindən mərhum atasının miras əmlakı 1/3 hissədə açıq saxlanılmışdır, cavabdeh faktiki olaraq Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 28, 73 saylı mənzildən istifadə edir və onları pay hissələrindən istifadə etmələrinə maneələr törədir, cavabdeh və onun ailə üzvləri qapını açmır, açdıqları zaman təhqir edir və s, onların qanunsuz hərəkətləri nəticəsində mənzildən istifadə edə bilmirlər ki, bu da onların mülkiyyət hüququnu pozur, ona görə də pozulmuş hüquqların bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Sonda R.F.Əiyeva qeyd etdiklərinin nəzərə alınaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 İddiaçı1-nın izahatına uyğun olaraq bildirdi ki, Cavabdeh və ailəsi Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 28, 73 saylı mənzildən istifadə edir və onları pay hissələrindən istifadə etmələrinə maneələr törədir, nə vaxt evə getsələr qapını açmır, içəri buraxmır, qapını açsalar belə xoşagəlməz sözlər deyirlər, bu da onların mülkiyyət hüququnu pozur, ona görə də pozulmuş hüquqların bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Sonda G. F. Sofiyeva qeyd etdiklərinin nəzərə alınaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, 11 ildir ki, ailə qurub, xx.xx.2021ci ildə vəfat etmiş mərhum atası X1 miras qalan Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 28, 73 saylı mənzildə ailəsi ilə birgə yaşayır, ev 5 otaqdan ibarətdir, mərhumun hər övladının öz otağı vardır, hər biri istədiyə vaxt gəlib qala bilər, istədiyi kimi istiadə edə bilər, bu ev ata mülküdür, buna qarşı çıxmır, hər hansısa maneəçilik törətmir, həmçinin ailə üzvləri də tərələrin mənzildə gəlib qalmağına və istiadə etməyinə etiraz etmirlər, iddia tələbini qəbul edir. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi İddiaçı1 miras əmlakdan 1/3 hissədə irs almalıdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi İddiaçı2 miras əmlakdan 1/3 hissədə irs almalıdır. İş materiallarında olan İİ-ЖГ seriyalı, 278400 saylı, “398” nömrəli aktla qeydə alınmış doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx.xx.1973-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan АЗБ seriyalı 134008 saylı, “195” nömrəli aktla qeydə alınmış doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx.xx.1971-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş elektron çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 28, mənzil 73-də yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı1 adına 1/3 hissədə, xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş elektron çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 28, mənzil 73-də yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı2 adına 1/3 hissədə, xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli, ******* və ******* saylı “Yaşayış yeri üzrə qeydiyyat” haqqında Arayışlardan görünür ki, X4, X5, Cavabdeh və İddiaçı2 Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 28, mənzil 73-də qeydiyyatdadırlar. İş materiallarında olan xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli Mədaxil Qəbzlərindən görünür ki, İddiaçı1 və İddiaçı2 tərəfindən ayrı-ayrılıqda 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, mübahisəli Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 28, 73 saylı mənzil mülkiyyət hüququ əsasında 1/3 hissədə İddiaçı1 Frunze qızı və 1/3 hissədə İddiaçı2 məxsusdur, iddiaçılar İddiaçı1, G.F. Sofiyeva, Cavabdeh və onun ailə üzvləri D.Cavabdeh, X.A.Bədirzadə hazırda mübahisəli ünvanda qeydiyyatdadırlar, cavabdeh və ailə üzvləri həmin mənzildə yaşayırlar, iddiaçıların mülkiyyət hüququ ilə məxsus olduqları mübahisəli mənzildən istifadə etmələrində maneələr mövcuddur. Bununla belə, iddiaçıların mənzildən istifadə hüququnu, həmçinin mənzilə köçürülmələrini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən, istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı hissələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və ba.qa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər,ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən, bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Həmin Məcəllənin 157.1-cü maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şəxslər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çxarır. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı1, X3 mərhum Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 28, 73 saylı mənzildən istifadəsinə maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 28, 73 saylı mənzildən istifadələrinə maneələr aradan qaldırılsın və onlar həmin mənzilə köçürülsünlər. Ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar