Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4118/2021 29.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11 B, mənzil 14dən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh1 onun bacısıdır, digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 bacısının övladlarıdır, onlar Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11 B, 14 saylı mənzilə 1976-cı ildə köçmüşlər və birlikdə orada yaşamışlar, 1993-cü ildə Cavabdeh1 ailə həyatı quraraq sözügedən mənzildən köçmüşdür, 2006-cı ildə atası, 2010-cu ildə isə anası öldükdən sonra vərəsəlik şəhadətnaməsi əsasında mənzil üzərində mülkiyyət hüququ yaranmışdır, Cavabdeh1 qeydiyyatdan çıxacağını ona bildirsə də, qeydiyyatdan çıxmamışdır. Sonda İddiaçı iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki,Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX tərəfindən verilmiş 02.07.2015-ci il tarixli Dövlət Reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11 B, 14 saylı mənzil İddiaçı tam mülkiyyətindədir, AR DİN yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından və MAPS şöbəsinin arayışından göründüyü kimi, sözügedən mənzildə iddiaçı tam mülkiyyət hüququna sahib olmasına baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qeydiyyatdadırlar, nəticədə bu hal İddiaçı hüquqlarını məhdudlaşdırır. Sonda Vəkil iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlərin faktiki olduğu yer məlum olmadığından, onlar məlum olan axırıncı yaşayış yeri üzrə xəbərdar edilmiş, cavabdehlərin həmin ünvanda yaşamadıqlarına dair qeyd aparılmış bildiriş məhkəməyə qaytarılmışdır. Belə olan halda məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında X3 şahid qismində ifadə verərək bildirdi ki, İddiaçı onun həm 1976-cı ildən bəri qonşusu, eyni zamanda dostudur, Cavabdeh1 onun bacısıdır və artıq illərdi ki, həmin evdə yaşamır, sonuncu dəfə onu 4-5 il əvvəl görmüşdür. Məhkəmə iclasında X1 şahid qismində ifadə verərək bildirdi ki, İddiaçı ilə qonşudurlar, Cavabdeh1 onun bacısıdır və 1994-cü ildə ailə quraraq getmişdir, axırıncı dəfə o, ana-atası öldükdə gəlmiş və dəfnlərində iştirak etmişdir. Məhkəmə iddiaçı və onun nümayəndəsinin izahatlarını, şahid ifadələrini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11 B, 14 saylı mənzili, tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 06.04.2021-ci il tarixli, ******* saylı “Yaşayış yeri üzrə qeydiyyat” haqqında Arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11 B, mənzil 14-də qeydiyyatda olan digər şəxslər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3dır. İş materiallarında olan AR DİN-in BPQMİ-nin MAPS Şöbəsinin arayışlarından görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11 B, 14 saylı mənzildə qeydiyyatdadırlar. İş materiallarında olan **********36-05101-093060 nömrəli reyestrdən çıxarışdan görünür ki, Bakı şəhəri Xətai rayonu, Vunq tau küçəsi, bina 11b, 14 saylı mənzil üzərində hüquq subyekti İddiaçıdur. İş materiallarında olan 02.06.1976-cı il tarixli 176732 saylı orderdən görünür ki, Bakı şəhəri Əhmədli qəsəbəsi, 2980 nömrəli keçid, ev 4g-də Muxtarov Gülməmməd, İddiaçı, Muxtarov Şaiq, Muxtarova Kəmalə, Muxtarova Şöylyə qeydiyyatdadırlar. İş materiallarında olan arayışdan görünür ki, İddiaçı həqiqətən də, Bakı şəhəri Xətai rayonu, Vunq tau küçəsi, bina 11b, 14 saylı mənzilində yaşayır. Həmin mənzildə İddiaçı, Muxtarlı Şaiq, Cavabdeh1, Həmidə Mikayıl qızı, Cavabdeh3, X6, Nəzrin Şaiq qızı daimi qeydiyyatdadırlar. İş materiallarında olan arayışdan görünür ki, İddiaçı Əhmədli qəsəbəsi, 2980 nömrəli keçid, ev 4g dəyişilərək Vunq Tau küçəsi ev 11b ilə əvəz olunmuşdur. İş materiallarında olan ərizədən görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə heç bir etirazı yoxdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11 B, 14 saylı mənzili mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 mənzilin keçmiş sakinləri olmaqla həmin ünvanda rəsmi qeydiyyatda olsalar da həmin mənzildə yaşamırlar və ondan istifadə etmirlər, mənzil özəlləşdirilərkən Cavabdeh1 razılığı olmuşdur, cavabdeh 1994-cü ilə ailə həyatı qüraraq həmin mənzili daimi əsasla tərk etmişdir. Bununla belə cavabdehlərin mənzildən istifadə hüquqlarının itirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasındakı mənzilə dair hüquq münasibəti cavabdehin mənzilə köçdüyü 1976-ci ildən yarandığından həmin dövrdə qüvvədə olan qanunvericilik normaları əsas götürülməli, buna müvafiq olaraq mübahisə 1964-cü il Azərbaycan SSR Mülki Məcəlləsinin normaları baxımından həll olunmalı, o dövrdə qüvvədə olan həmin Məcəllənin 307-ci maddələrinin tələbləri baxımından, cavabdehin mübahisəli mənzilə istifadə hüququ olduğundan bu hüquqa xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 1964-cü il tarixli Azərbaycanın SSR Mülki Məcəlləsinin 307-ci maddəsinə əsasən kirayəçinin və ya onun ailə üzvünün müvəqqəti olaraq başqa yerə getdiyi hallarda və həmçinin bu vətəndaşların hamsının müvəqqəti başqa yerə getdikləri halda, mənzildə olmayanlar üçün yaşayış mənzilindən istifadə hüququ altı ay müddətində, həmin maddənin 1-5-ci bəndlərində nəzərdə tutulan hallarda isə müvafiq bəndlərdə göstərilən halların qurtardığı vaxtda 6 ay müddətinə saxlanılır: 1) müddətli hərbi qulluğa çağırıldıqdamüddətli hərbi qulluq qurtarana qədər; 2) iş şəraiti və ya xarakterinə görə, təhsillə əlaqədar olaraq daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə həmin işin yerinə yetirilmə müddəti və ya təhsil ərzində; 3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisələrinə yerləşdirildikdə, qohumlarına və ya qəyyumlarına verilən zaman ailənin qalan üzvləri həmin mənzildə yaşadıqda uşaqların həmin müəssisələrdə, qohumlarının və ya qəyyumlarının yanında olduqları bütün müddət ərzində; 4) müalicə üçün müalicə müəssisələrinə getdikdə,müalicədə olan bütün müddət ərzində; 5) həbs olunduqda-iş istintaqda və ya məhkəmədə olduğu bütün müddətdə. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11 B, 14 saylı mənzildən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 istifadə hüququna xitam verilməlidir. Bununla bərabər məhkəmə qeyd edir ki, iddia tələbinin təmin edilməsi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11 B, 14 saylı mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11 B, 14 saylı mənzilindən istifadə hüququna xitam verilsin. Dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-4118/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4118/2021
29.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver