Məhkəmə qərarları › İş №2(011)-4128/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4128/2023

17.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4128/2023 17.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu - Ərizəçi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron ərazi idarəsi maraqlı şəxs qismində cəlb edilməklə, “hüquqi faktın müəyyən edilməsi” barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Masazır kənd nümayəndəliyinin Xırdalan südçülük-tərəvəzçilik sovxozunun Direktorunun 26 aprel 1995-ci il tarixli, 84 saylı məktubuna əsasən 06 avqust 1996-cı il tarixli, №28 sərəncamla ayrılan 0.1 ha torpaq sahəsinin ona məxsus olma faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərərk hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina edilməlidir. Ərizəçi ərizəsində qeyd edir ki, Masazır kənd nümayəndəliyinin Xırdalan üzümçülük-tərəvəzçilik sovxozunun direktorunun 26 aprel 1995-ci il tarixli 84№-li məktubuna əsasən X1 adına torpaq sahəsinin naturada bölgüsü memarlıq şöbəsi ilə razılaşdırıldıqdan sonra Azərbaycan Respublikasında kənd yeri üçün tövsiyə olunmuş layihə üzrə 0.1 ha ölçüsünə torpaq sahəsi fərdi tikinti üçün ayrılmış və adı İlduzə kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanınında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri Publik hüquqi şəxsi 4 saylı Ərazi İdarəsi Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə Abşeron Rayon Masazır kəndində yerləşən 0.10 (faktiki 0.0652 ha) torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınması ilə bağlı 13 aprel 2022-ci il tarixli ********** nömrəli müraciətə baxaraq aşağıdakı məzmunda cavab ünvanlamışdır. Abşeron Rayonu Masazır kəndində X2 Abşeron Rayon İİ1 başçısının kənd üzrə nümayəndəsinin 06 avqust 1996-cı il tarixli 28 saylı sərəncamında DT və XK-nin Abşeron Rayon şöbəsinin rəyində hüquqi sahibi adına münasibətdə uyğunsuzluq qeyd olunmuş və bu əsasla imtina verilmişdir. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllədə işlərə baxılmasının 2 icraat növü nəzərdə tutulmuşdur. Bunlar iddia icraatı və xüsusi icraat adlanır. Xüsusi icraat qaydasında MPM-nin 305.1-ci maddəsində sadalanan işlərə baxılır ki, həmin icraatda baxılan işlərdən bir qrupu da hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi (MPM-nin 307-ci maddəsi) ilə bağlıdır. Lakin ərizəçi torpaq sahəsinin ona məxsus olması ilə bağlı tələb irəli sürsə də hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsini nəzərdə tutan MPM-nin 307-ci maddəsində belə bir faktın müəyyən edilməsi nəzərdə tutulmamışdır. Məhkəmə hesab edir ki, ərizəçinin tələbinə xüsusi icraat qaydasında baxılmalı olmadığından yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməli və ərizəçiyə torpaq sahəsinə dair sənəddəki adı ilə şəxsiyyətini təsdiq edən sənəd arasında uyğunsuzluq olduqda hüquq müəyyənedici sənədlərin ona məxsus olma faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim ərizəni qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 153.2.1, 263-264, 268ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Ərizəçi hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. Ərizəçiyə torpaq sahəsinə dair sənəddəki adı ilə şəxsiyyətini təsdiq edən sənəd arasında uyğunsuzluq olduqda hüquq müəyyənedici sənədlərin ona məxsus olma faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada 10 (on) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar