Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4132/2025 03.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi, Ərizəçi nümayəndəsi X3 qızının iştirakı ilə, Ərizəçi “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1961-ci ildə Ermənistanın Vardenis rayonunun Yuxarı Zağalı kəndində doğulmağına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi, ata qrafasında X13, ana qrafasında X5 göstərilməklə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin atası X13 və anası X6 Ermənistanın Vardenis rayonunun Yuxarı Zağalı kəndində yaşamışlar. Ərizəçi onların birgə nikahlarından xx.xx.1961-cı ii tarixdə Ermənistanın Vardenis rayonunun Yuxarı Zağalı kəndində doğulmuşdur. Hazırda doğum haqqında şəhadətnaməni əldə edə bilmir. Bu səbəbdən, ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra Ərizəçi iddia ərizəsinə dəqiqləşmə ərizəsini məhkəməyə verərək, Ərizəçi xx.xx.1961-ci ildə Ermənistanın Vardenis rayonunun Yuxarı Zağalı kəndində doğumunun qeyd edilməsinin müəyyən edilməsi, ata qrafasında X13, ana qrafasında X2 göstərilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs 6 saylı Bakı “Asan Xidmət” Mərkəzinin qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Ərizəçi nümayəndəsi X3 qızı məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizəyə uyğun izahat vermişdir və məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Əlavə sual-cavab zamanı o bildirmişdir ki, ərizəçinin doğum haqqında şəhadətnaməsi itmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 bildirmişdir ki, Ərizəçi onun uzaq qohumudur. Bildirir ki, Ərizəçi 1961-ci il təvəllüdlüdür. Həmişə doğum günü fevralın 28-i qeyd olunub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, Ərizəçi bacısıdır. Bildirir ki, bacısı 1961-ci il təvəllüdlüdür. Həmişə doğum günü fevralın 28-i qeyd olunub. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs 6 saylı Bakı “Asan Xidmət” Mərkəzinin qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən əsaslı oluduğundan qismən təmin edilməlidir. İş materiallarında olan AZ № 540146 saylı, xx.xx.2012-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2012-ci il tarixində Şəmkir rayonu Günəşli kəndində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 106 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ № 460034 saylı, xx.xx.1995-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1995-ci il tarixində Şəmkir rayonunda vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 01 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 6 saylı Bakı “Asan Xidmət” Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən ünvanlanmış 14 aprel 2025-ci il tarixli məktubdan görünür ki, Ərizəçi doğumu haqqında akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənədlər olmadığından akt qeydinin bərpa edilməsi üçün müvafiq rayon məhkəməsinə müraciət edilməsi tövsiyyə edilmişdir. İş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi XX.XX.1961-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. “Azemis” Elektron Məhkəmə İnformasiya Sisteminin məlumatarından görünür ki, Vəliyeva X8 rayonunda anadan olmuşdur. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalarının 14-cı bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Müddəaların 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ərizəçi 1961-ci il tarixdə Ermənistanda Basarkeçər rayonunda anadan olmuşdur, atası X13, anası isə X5 olmuşdur. Odur ki, ərizəçinin 1961-ci ildə doğumun qeyd edilməsi və doğum haqqında şəhadətnaməsində valideynləri qrafasında atası X13, anası X1 qeyd edilməsi hissəsində ərizəsi təmin edilməlidir. Ərizə qalan hissədə təmin edilməməlidir. Belə ki, ərizəçinin 1961-ci ildə doğulması iş materialları ilə tam sübuta yetirildiyi halda, doğum gününün 28 fevral tarixində olması iş materialları ilə öz təsdiqini tapmır. Ərizəçinin dəlillərinə gəldikdə məhkəmə qeyd edir ki, doğum haqqında şəhadətnamənin başqa qaydada alınması mümkün olmadığından məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi məsələsini xüsusi icraatda araşdırır. Vətəndaşın pensiya və sosial müavinət təminatı ilə bağlı stajın və ya yaşının hesablanması ilə bağlı mübahisələr olduqda, bu mübahisələr öz təbiətinə görə inzibati hüquq sahəsinə aid olmaqla, doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında verilən ərizə çərçivəsində həll edilmir. Buna görə də doğumun qeyd edilməsinin müəyyən edilməsi hissəsində ərizə iş materialları ilə təsdiq olunduğu hissədə (təvəllüdü 1961-ci il) təmin edilməli, qalan hissədə ərizə təmin edilməməlidir. Şahid ifadələrinə gəldikdə məhkəmə qeyd edir ki, ərizəçinin şəxsiyyət vəsiqəsi və işdə olan digər rəsmi sənədlər üzrə ərizəçinin doğum tarixini dəqiq müəyən etmək mümkün olmadığı halda, məhkəmə şahid ifadələrinə əsasən həmin tarixin müəyyənləşdirilməsini əsaslı hesab etmir. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin edilərək, Ərizəçi XX.XX.1961-ci il tarixdə Ermənistanın Basarkeçər rayonunda doğumunun qeyd edilməsi faktı müəyyən edilməli; doğum haqqında şəhadətnamədə ata qrafasında X13 (milliyyəti azərbaycanlı), ana qrafasında X5 (milliyyəti azərbaycanlı) göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: Ərizəçi ərizəsi qismən təmin edilsin. Ərizəçi XX.XX.1961-ci il tarixdə Ermənistanın Basarkeçər rayonunda doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamədə ata qrafasında X13 (milliyyəti azərbaycanlı), ana qrafasında X5 (milliyyəti azərbaycanlı) göstərilsin. Ərizə qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-4132/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4132/2025
03.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver