Məhkəmə qərarları › İş №2(011)-4133/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4133/2023

16.06.2023 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4133/2023 16.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla, “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qardaşı xx.xx.1979-cu il təvəllüdlü X1 21 mart 2023-cü il tarixdə öldüyünə görə onun ölmüş elan olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizənin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edərək, qardaşı xx.xx.1979-cu il təvəllüdlü X1 21 mart 2023-cü il tarixdə Bakı şəhərində ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirdi ki, Binə qəsəbəsi, 2146 ev 25, mənzil 118 ünvanında qeydiyyatda olan mərhum qardaşı X5 21 mart 2023-cü il tarixdə yaşadığı evdə infarkt keçirməsi səbəbindən dünyasını dəyişmişdir, həmin gün saat 07:12 radələrində təcili tibbi yardıma zəng edilərək çağırış edilmişdir, lakin təcili tibbi yardım gələnə qədər qardaşı dünyasını dəyişmişdir, həmin vaxt özü işdə olmuşdur, bu barədə ona anası məlumat vermişdir, bundan sonra ölümün qeydə alınması və ölüm haqqında şəhadətnamənin alınması məqsədi ilə Xəzər rayon qeydiyyat şöbəsinə müraciət etmişdir, şöbəyə qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq sənədləri təqdim etmiş, lakin önlar ölümü qeydə almaqdan imtina etmişlər, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda Ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxsnə məlumat verilsə də, o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında xx.xx.1986-cı il təvəllüdlü X2 şahid qismində ifadə verərək bildirmişdir ki, ərizəçi qaynıdır, mərhum isə yoldaşı olmuşdur, yoldaşı 21 mart günorta çağı qəflətən vəfat etmişdir, bu zaman uşaqlar evdə olmuş, ona zəng edərək atalarının vəziyyətinin pis olduğunu bildirmişlər, bundan sonra evə gəlmişdir, təcili yardım çağırmışdırlar, lakin yoldaşı vəfat etmişdir, onu Biləsuvarda dəfn etmişdirlər. Məhkəmə iclasında xx.xx.1975-ci il təvəllüdlü X4 şahid qismində ifadə verərək bildirmişdir ki, ərizəçinin və mərhumun bacısıdır, 21 martda bacısı ona qardaşının vəfat etdiyini bildirmişdir, qardaşı Binə qəsəbəsində vəfat etmişdir, oraya gəlib çatdıqda artıq qardaşı rəhmətə getmişdi. İş materiallarında olan AZE seriyalı 18460983 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan İX-ЖГ seriyalı 362832 №-li Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1984-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri Təcili və X3 Stansiyasının 10 saylı bölmə tərəfindən verilmiş sorğuya (ərizəyə) cavab məktubundan görünür ki, 21 mart 2023-cü il tarixdə saat 07:12-də Binə qəsəbəsi, 2146 ev 25, mənzil 118 ünvana X5 adına çağırış daxil olmuş, çağırış 10 saylı bölmənin həkimi İmanov tərəfindən yerinə yetirilmiş, həmin xəstəyə həkimə qədər ölüm, kişi cinsli meyid diaqnozu qoyulmuşdur. İş materiallarında olan 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 116 №-li məktubdan görünür ki, Binə qəsəbəsi, 2146 ev 25, mənzil 118 ünvanında yaşamış xx.xx.1979-cu il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixdə ev şəraitində təcili tibbi yardım tərəfindən ölüm faktı qeydə alınmışdır. Vəfat etmiş şəxsin ölüm səbəbi naməlum olduğuna görə AZS 106 forma (ölüm haqqında tibbi şəhadətnamə) verilməsindən imtina edilmişdir. İş materiallarında olan Maraqlı şəxs 29 mart 2023-cü il tarixli 3-16-5/8-15-431/2023 saylı məktubundan görünür ki, ölümü təsdiq edən sənədin olmaması səbəbindən ölümün qeydə alınması həmin şöbə tərəfindən mümkün olmadığı bildirilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan Biləsuvar rayon İHB-nın Aşağı Cürəli kənd inzibati ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 5-39-16/2-402/2023 saylı arayışdan görünür ki, 1979-cu il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmiş bə həmin günü Biləsuvar rayon Aşağı Cürəli kənd qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Qəbzdən görünür ki, Ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən olunmuşdur ki, xx.xx.1979-cu il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixdə Binə qəsəbəsi, 2146 ev 25, mənzil 118 ünvanında vəfat etmiş, ünvan 1əçi mərhumun qardaşıdır, o ölüm faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alnmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, xx.xx.1979-cu il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ev şəraitində ölüm faktı müəyyən edilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1979-cu il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ev şəraitində ölüm faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar